İstehsalatda modern metodlar
Neftqaztikinti Trestinin 1 saylı Tikinti-Quraşdırma İdarəsi ARDNŞ-in dənizdə və quruda olan obyektlərində elektrik quraşdırma işlərinin yerinə yetirilməsini təmin edir
Bu gün ölkəmizin enerji sektorunda aparıcı rol oynayan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) artıq dünya enerji sektorunda özünə layiqli yer tutan çoxşaxəli sənaye komplekslərindən biridir. ARDNŞ müxtəlif ölkələrdə öz nümayəndəliklərini yaradaraq irimiqyaslı enerji layihələri həyata keçirir, həmin ölkələrin enerji sektoruna böyük həcmdə investisiyalar yatırır. Azərbaycan neftçilərinin zəngin təcrübəsi, neft sənayesinin geniş imkanları ARDNŞ-in tərəfdaşı olan xarici neft şirkətlərinin ölkəmizə inamını artırır. Bu siyasətin uğurla icra olunmasında ARDNŞ-in struktur təşkilatlarından biri olan Neftqaztikinti Trestinin, o cümlədən trestin struktur vahidlərinin xidməti olduqca böyükdür. Trestin 1 saylı Tikinti-Quraşdırma İdarəsinin (1 saylı TQİ) həyata keçirdiyi işlər barədə məlumat almaq üçün idarə rəisi Bəhruz İsmayılovla görüşdük.
B.İsmayılov
məlumat verdi ki, 1
saylı TQİ ARDNŞ-in bütün
neft və qazçıxarma obyektlərində,
eləcə də mülki təyinatlı
obyektlərdə elektrik
avadanlıqlarının quraşdırılması, hava elektrik ötürücü
xətlərinin, sualtı elektrik kabel xətlərinin çəkilməsi, elektrik yarımstansiyalarının tikintisi, tikilən mülki və sənaye
təyinatlı obyektlərdə elektrik təchizatı
ilə bağlı əsaslı təmir, elektro-kimyəvi
mühafizə, obyektlərdə nəzarət ölçü
cihazlarının və avtomatik idarəetmə
sistemlərinin quraşdırılması işlərini yerinə
yetirir. İdarədə Tikinti
quraşdırma, Elektrik quraşdırma və
Təmir tikinti quraşdırma sahələri
və Elektrik avadanlıqlarının
hazırlanması, quraşdırılması və təmiri
(EAHQT) sexi fəaliyyət göstərir. Neft
strategiyasının tərkib hissəsi olan
dənizdə yerləşən yataqlarda neft və qaz
quyularının qazılması üçün
tikilən Dərin Dəniz Özüllərinin (DDÖ)
tikintisində və qazmadan sonra DDÖ və meydançalarda
abadlıq işlərinin aparılmasında
elektrik-quraşdırma işlərinin və DDÖ-lər
arası sualtı kabel
xətlərinin çəkilməsi, hava
elektrik ötürücü
xətlərinin çəkilməsinin yerinə yetirilməsi
1 saylı TQİ-nin istehsalat
sahələri tərəfindən aparılır. İdarənin
nəzdində fəaliyyət göstərən EAHQT sexində
elektrik avadanlıqlarının, nəzarət
ölçü kolonkalarının,
kompleks
paylayıcı məntəqələrinin və müxtəlif
təyinatlı elektrik dirəklərinin
hazırlanması, transformator
yağının qurudulması, Stasionar Elektrik Laboratoriyası ilə sınaq işlərinin
aparılması və elektrik mühərriklərinin
təmiri işləri yerinə yetirilir.
İdarədə avtomaşında
quraşdırılmış elektrotexniki
laboratoriya vasitəsi ilə səyyar
qaydada elektrik kabellərinin
müxtəlif təyinatlar üzrə yoxlama-sınaq işləri
də həyata keçirilir.
İdarə
rəisi vurğuladı ki, 1 saylı TQİ-nin kollektivi bir qayda olaraq,
onlara göstərilən etimadı doğruldaraq tapşırılan işlərin
vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin
edirlər. İdarə üçün nəzərdə
tutulan plan və tapşırıqlar
vaxtında və artıqlaması ilə yerinə yetirilir. Belə ki, 2013-cü ilin 10 ayı üzrə öz
gücü ilə 17503500 manat
həcmində plan tapşırıq faktiki olaraq 20097300 manat həcmində yerinə yetirilərək
114.8%, ümumi podrat qaydada isə 20879300 manat plan tapşırıq faktiki
olaraq 20969500 manat həcmində
yerinə yetirilərək 100.4% təşkil edib.
Qeyd edək ki, son illərdə idarə tərəfindən
nəzarət ölçü
cihazlarının və avtomatik idarəetmə
sistemlərinin quraşdırılması üzrə də
işlər uğurla yerinə yetirilməkdədir.
Cari ilin 10 ayında Abşeronneft
NQÇİ-nin yığım nəql sisteminin yenidən qurulması, Qaradağ 2 saylı QKS-in
yenidən qurulması, Qalmaz Yeraltı Qazsaxlama anbarının yenidən
qurulması, Günəşli yatağında 4 saylı
DDÖ-də köpüklə
avtomatlaşdırılmış yanğınsöndürmə
sisteminin yenidən qurulması obyektlərində
idarənin mütəxəssisləri tərəfindən
nəzarət ölçü
cihazlarının və avtomatik idarəetmə
sistemlərinin quraşdırılması istiqamətində
işlər uğurla yerinə yetirilib.
Azneft
İB-nin 28 May NQÇİ-nin obyektlərində tikinti və əsaslı təmir işləri
aparıldığını deyən B.İsmayılov
vurğuladı ki, Günəşli
yatağının istismarı üçün
DDÖ-lərin tikilməsində, qazmadan sonra istismara verilməsində
və DDÖ-lər arası 100-160 metr dərinlikdə
sualtı kabel xətlərinin çəkilməsində,
elektrik-quraşdırma işlərinin yerinə yetirilməsində
idarənin elektrik-quraşdırma üzrə mütəxəssislərinin
xüsusi əməyi var.
Cari ilin 10 ayı ərzində 28 May
NQÇİ-nin Günəşli
yatağında DDÖ-19-da elektrik təchizatının
əsaslı təmiri, DDÖ-2-DDÖ-3 arası 6 kVt-luq kabel xəttinin əsaslı
təmiri, DDÖ-6-DDÖ-11 arası 6 kVt-luq
sualtı kabel xəttinin təmiri,
DDÖ-5-DDÖ-15 arası 6 kVt-luq kabel xəttinin əsaslı təmiri
obyektlərində işlər uğurla
yerinə yetirilərək sifarişçi
təşkilata təhvil verilib. Neft Daşlarında subpodrat
qaydada Yeni
Paylayıcı məntəqənin tikintisi
obyektində 1302400 manat dəyərində
tikinti işləri yerinə yetirilib. Qaz Turbin Elektrik
Stansiyasının tikintisində elektrik
işlərinin, sosial, mülki
və sənaye təyinatlı obyektlərin elektrik
təchizatı işlərinin yerinə yetirilməsində də
idarə tərəfindən nəzərə çarpacaq
dərəcədə işlər görülüb.
Neft Daşları
yatağında 12 ədəd quyunun
qazılması üçün 2585
saylı DSP-nin tikintisi,
Neft Daşlarında 14 ədəd istismar quyusunun
qazılması üçün 418 A
saylı estakadayanı meydançanın tikintisi,
Neft Daşlarında 2415 saylı DDÖ-nün qazmadan sonra genişləndirilməsi, Neft Daşları yatağında 12 ədəd
istismar quyusunun qazılması üçün
2150 saylı SDP-nin tikintisi
obyektlərində elektrik-quraşdırma və nəzarət
ölçü cihazlarının və avtomatik idarəetmə sistemlərinin
quraşdırılması işləri 1 saylı
Tikinti-Quraşdırma İdarəsinin mütəxəssisləri
tərəfindən həyata keçirilib.
Neft Daşları NQÇİ-nin 810-2346 saylı özüllər
arası 6 kVt-luq sualtı kabel
xəttinin təmiri, 2192-1841 meydançalararası sualtı
kabel xəttinin əsaslı təmiri,
1284-1047 meydançalararası 0,4 kVt-luq
sualtı kabel xəttinin əsaslı təmiri,
1100-1183 meydançalararası sualtı kabel
xəttinin əsaslı təmiri, Neft
Daşlarında Palçıq Pilpiləsi yatağında,
Çvanov adasında, yataqxana
korpuslarında, inzibati binalarda,
evciklərdə sualtı kabellərin və elektrik
avadanlıqlarının təmiri, 1954-516 A saylı
meydançalararası kabellərin təmiri obyektlərində
əsaslı təmir işləri yerinə yetirilərək
təhvil verilib.
İdarə rəisi onu da bildirdi
ki, N.Nərimanov adına NQÇİ-nin
obyektlərində də tikinti və əsaslı
təmir işləri yerinə yetirilib. NQÇİ-nin Səngəçal
burnu 35\6 kVt-luq
yarımstansiyasının 6 kVt-luq hissəsinin
avadanlıqlarının müasir tipli avadanlıqlarla əvəz olunması,
N.Nərimanov adına NQÇİ-nin
EYM607-EYM 604 arası 2 ədəd 6 kVt-luq kabel xəttinin quraşdırılması,
EYM 171, ERYM 407-EYM482 arası 6 kVt-luq kabelin quraşdırılması obyektlərində
elektrik-quraşdırma işləri hal-hazırda da uğurla yerinə
yetirilməkdədir. N.Nərimanov adına NQÇİ-nin QKS-də qradirni
və nasosxananın yenidən qurulması, 272, 307, 283, 287,
432, 485, 604, 409 saylı estakadayanı meydançalarında qaz paylama sisteminin
yenidən qurulması, 429 saylı EYM-dən 698 saylı EYM-ə
qədər əvəzedici estakada sahəsinin
tikintisi obyektlərində yerinə yetirilmiş elektrik-quraşdırma işlərində
1 saylı TQİ-nin kollektivinin
özünəməxsus payı vardır.
Abşeronneft
NQÇİ-nin obyektlərində də
tikinti-təmir işləri yerinə yetirilib.
Abşeronneft NQÇİ-nin
yığım nəql sisteminin yenidən
qurulması obyektində elektrik-quraşdırma işləri
yerinə yetirilırək, 79050 metr kabel xətti çəkilib. NQÇİ-nin
Darvin burnu
yatğında 660, 670, 720 saylı SDÖ-lərin
abadlaşdırılması üçün
617100 manat dəyərində
elektrik-quraşdırma işləri aparılıb.
Quruda da elektrik
quraşdırma işlərinin 1 saylı TQİ tərəfindən
aparıldığını deyən B.İsmayılov idarənin
mütəxəsisləri tərəfindən Ə.Əmirov
adına NQÇİ-nin 2 kVt-luq
elektrik şəbəkəsindən 6 kVt-luq elektrik şəbəkəsinə
keçid obyekti
üzrə 29792 metr kabel xətti çəkildiyini,
elektrik-quraşdırma işləri yerinə yetirildiyini
əlavə etdi. Dövlət
Proqramı çərçivəsində Bibiheybət ərazisinin
ekoloji cəhətdən təmizlənməsi
və sahənin abadlaşdırılması məqsədi ilə
Bibiheybətneft NQÇİ-nin 1, 2, 5
saylı NQÇS üzrə lay məhsullarının
yığım-nəql sisteminin tikintisi obyekti üzrə
19779 metr kabel xətti
çəkilib, abadlıq işlərində
elektrik-quraşdırma işləri yerinə yetirilərək
ərazi abadlaşdırılıb.
Qaradağ və Qalmaz ərazisində
Dövlət əhəmiyyətli Azneft İB-nin Qaz
Anbarlarının İstismarı İdarəsinin Qaradağ 2 saylı QKS-nin
yenidən qurulması, Qalmaz Yeraltı Qazsaxlama anbarının yenidən
qurulması, Qalmaz Yeraltı Qazsaxlama Anbarında olan mövcud 35/6 kVt-luq
yarımstansiyanın yenidən qurulması obyektləri
üzrə hava elektrik
ötürücü xəttinin çəkilməsi,
elektrik-quraşdırma, elektro-kimyəvi mühafizə və
nəzarət ölçü
cihazlarının, avtomatika sistemlərinin
quraşdırılması işləri yerinə yetirlib.
Yerinə
yetirdiyimiz iş və
xidmətlərdə hər zaman ARDNŞ prezidenti Rövnəq Abdullayevin
və Neftqaztikinti Trestinin
müdiri Mirkazım Abasovun
diqqət və qayğılarını hiss
edirik deyən B.İsmayılov sonda qeyd etdi
ki, 1 saylı TQİ-nin
kollektivi üzərinə düşən
işləri vaxtında və keyfiyyətlə yerinə yetirərək, ölkənin iqtisadi cəhətdən daha
da inkişaf etməsinə
öz töhfələrini verməkdə
davam edəcək.
Orxan Vahidoğlu
İki sahil.- 2013.- 19 dekabr.- S.9.