Avropanın enerji xəritəsini dəyişəcək
layihə
Azərbaycan
dünya enerji siyasəti tarixində mühüm hadisəyə
imza atdı
Azərbaycan
dövləti sentyabrın 18-də “Şahdəniz-2” layihəsi
çərçivəsində hasil ediləcək təbii
qazın Avropaya çatdırılması ilə bağlı
sazişin ardından əsrin ən mühüm tarixi hadisəsinə
imza atdı. Söhbət “Şahdəniz” layihəsinin ikinci mərhələsi
üzrə yekun investisiya sazişinin imzalanmasından gedir. Bu
saziş dünyanın siyasi-iqtisadi tablosunda özünün
strateji rolu və yerinə görə, xüsusi seçilməklə
bərabər, digər mühüm transenerji şəbəkələrinin
gerçəkləşməsi üçün əsaslı
zəmin yaratdı. Azərbaycanın bu siyasi qətiyyətlilik
təzahürü, prinsipial addımı dünyanın ən
mötəbər iqtisadi tədqiqat mərkəzlərinin,
beynəlxalqtirajlı KİV-lərin aparıcı mövzusu
kimi diqqəti cəlb edir.
“Şahdəniz” yatağının işlənməsi
layihəsinin ikinci mərhələsi üzrə yekun
investisiya qərarı siyasi-geoiqtisadi əhəmiyyətinə,
dünya enerji mühiti üçün ağırlıq mərkəzinə
görə, çox mühüm sənəd hesab oluna və
“Əsrin müqaviləsi”nin ən mühüm komponenti kimi
qiymətləndirilə bilər. Bu sazişin paraflanması
artıq “Şahdəniz 2”-nin ən həlledici mərhələyə
keçidi sayılır. Beləliklə, Azərbaycan və
xarici neft-qaz kompaniyalarının qətiyyəti və siyasəti
iradəsi nəticəsində regionun geosiyasi-iqtisadi xəritəsini
dəyişən, enerji tarixinə qızıl hərflərlə
yazılan ən mühüm hadisə geniş komponentləri
ilə daha strateji fazaya keçid aldı. Bu sazişi
imzalamaqla Azərbaycan regionda əməkdaşlıq və təhlükəsizlik
dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər
yaradıb. Saziş Azərbaycanın yeni qaz
resurslarının dünya bazarlarına genişhəcmli nəqlini
nəzərdə tutur. Yəni TANAP “Şahdəniz”,
“Ümid”, “Abşeron”, “Alov”, “İnam” və digər zəngin
qaz yataqlarının uzunmüddətli, bir neçə
onilliklər Avropaya nəqlinə imkan verən ən strateji nəhəng
kommunikasiya infrastrukturu deməkdir. Layihə Xəzər regionu
ölkələrinin hər birinin əməkdaşlığı
üçün əla bir fürsət deməkdir. Ümumi
ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində
proqnozlaşdırılan ən güclü qaz
yatağının yanacaq resurslarının Qərbə
axını üçün açıq qapı
açıldı. Azərbaycan qazının Qərbə nəqli
üçün ən rentabelli, təhlükəsizlik, səmərəlilik
və kommersiya baxımından Transadriatik boru kəməri
(TAP ) layihəsinin reallaşması da bu sazişlə öz
hüquqi-siyasi təminatını möhkəmləndirdi.
Strateji baxımdan dünya üçün böyük əhəmiyyət
kəsb edən TAP təbii qaz boru kəməri layihəsi Azərbaycanın
yeni qaz resurslarının dünya bazarlarına genişhəcmli
nəqli üçün geniş enerji sistemi deməkdir.
TAP-dan əvvəl regionda çox strateji əhəmiyyətə
malik transenerji dəhlizləri
ilə bağlı sazişlər imzalanıb və onların
icrası istiqamətində görülən işlər irəliləməkdədir.
Yəni bu saziş əvvəlkilərin
məntiqi davamı sayılır və enerji
marşrutlarının şaxələndirilməsində ən
ana arteriyalardan hesab edilə bilər. Heç
kimə sirr deyil ki, Azərbaycan hökumətinin qətiyyəti
və əzmkarlığı sayəsində indiyə kimi Şərq-Qərb marşrutlarının
ən mühüm komponentləri olan nəql marşrutları yaradılıb.
Azərbaycanın karbohidrogen rezervlərinin
həcminin artması fonunda dünya nəql coğrafiyasında daha yeni marşrutların labüdlüyü ixracın
panoramasının da zənginləşməsinə
zəmin yaradıb. Yəni Azərbaycan dayanmadan
irəliyə doğru yeni
addımlar atıb və regionda enerji sistemləri şəbəkəsinin böyük bir
landşaftını yaratmaqda qətiyyət
nümayiş etdirir. Son bir ildə qaz faktorunun
dominantlığı fonunda transkontinental siyasi xətt
bütövlükdə daha geniş siyasi və coğrafi hüdudlarını genişləndirib,
yeni tarixi hadisələrin
baş verməsi üçün
əsaslı zəmin yaradıb. Azərbaycanın dünya enerji siyasətinə
möhür vurduğu
siyasi qətiyyət davamlılıq xarakteri daşımaqla yanaşı, yeni iqtisadi tarixi
hadisələrin yaranmasına səbəb olur.
“Şahdəniz”
yatağının işlənməsinin ikinci
mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək
planlaşdırılır ki, bunun da 6 milyard
kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək. TAP boru kəmərinin ilkin gücü ildə 20 milyard
kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr təşkil
edəcək. Qazın Türkiyə ərazisi ilə nəqli
üçün Transanadolu
qaz kəməri (TANAP) tikiləcək ki, bu da
tədarükü Avropa sərhədlərinədək
təmin etməyə imkan verəcək.
“Şahdəniz-2”
layihəsinin yekun qərarının qəbul
olunmasında, TAP-ın həyata vəsiqə almasında siyasi qətiyyət və prinsipial
qərar məhz Azərbaycanın dövlət
başçısı İlham Əliyevə
məxsusdur. Azərbaycan Prezidentinin
bəyan etdiyi kimi
ölkəmiz bölgədə ən mühüm
transenerji sistemlərinin
yaradılmasında qətiyyət nümayiş
etdirir. “Şahdəniz-2”, TAP və
TANAP-ın dünyanın ən iri enerji layihələrindən olduğunu
vurğulayan dövlət
başçısı bu layihələrin
reallaşması ilə respublikamızın dünyada güclü təchizatçı
olduğunu bildirir:
“”Şahdəniz 2” enerji layihəsi üzrə
yekun investisiya qərarının
qəbul edilməsi Azərbaycanın uzunmüddətli uğurlu iqtisadi
inkişafını təmin edəcək. Bu
layihə dünyada ən iri
enerji layihəsidir. Bu, enerji
təhlükəsizliyi, enerji şaxələndirilməsi,
bu tarixi layihəyə
cəlb olunmuş ölkələr və
şirkətlər arasında geniş
beynəlxalq əməkdaşlıq layihəsidir”.”Şahdəniz”
layihəsi, çox güman
ki, “XXI əsrin layihəsi”
adlandırılacaq”.
Artıq Azərbaycan
bölgədə ən qətiyyətli bir
aktor kimi yeni transkommunikasiya dəhlizlərinin
yaradılmasında presedent müəllifə
çevrilib və respublikamızın
davamlı olaraq yeni
sazişlərə imza atması iyerarxik bir məna da daşıyır.
TAP layihəsi
Avropanın enerji xəritəsini dəyişəcək
və əməkdaşlıq üçün
yeni imkanlar açacaq. Prezident İlham Əliyevin bəyan etdiyi
kimi Azərbaycanda ən böyük
qaz yataqlarından birinin
tammiqyaslı işlənməsi yolunda belə
mühüm hadisələrin yalnız kiçik nümunəsi olmaqla,
tarixin inikasıdır. “Bu
layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcək”.
TAP layihəsinin horizontal spektri çox
genişdir və burada hər bir təchizatçıya yer var. Burada Qazaxıstan,
Türkmənistan və digər dövlətlərin yer alması da realdır.
TAP-ın vektorial xətt istiqamətləri
regional layihələrin açarı kimi səciyyələndirilə bilər.
Rəşad
Bağırov
İki
sahil.- 2013.- 20
dekabr.- S.21.