Yüksək hasilatlı
yeni quyu istismara daxil olmuşdur
Müasir
avadanlıqlarla qazma daha sürətlə və keyfiyyətlə aparılır
Dünya neft sənayesinin müasir texnologiya və təcrübələrini öz iş prinsipinə tətbiq edən ARDNŞ bu gün artıq beynəlxalq neft korporasiyalarının ilk sırasındadır.
İndi ARDNŞ neft-qaz sənayesinin
inkişafına töhfələr verən bir
şirkət kimi diqqəti cəlbedəcək
qədər inkişafdadır və o son illərdə yatırdığı sərmayələrin
həcminə, eyni zamanda,
müasir qazma
texnologiyalarına görə sahənin söz
sahibinə çevrilib.
Xüsusən, ən müasir qazma
avadanlıqlarının alınıb
quraşdırılması ölkənin neft
sənayesində kompleks qazma
işlərini sürətləndirərək yeni
karbohidrogen yataqların kəşfi və
qazmasına önəmli imkanlar
yaradır.
Bu il ARDNŞ kompleks qazma işlərini
keyfiyyətli, səmərəli və təhlükəsiz
yerinə yetirən daha bir
neçə qazma avadanlığı
alıb. Bu, əsasən Çin
istehsalı olan ZJ -50 və ZJ-70 tipli qazma
avadanlıqlarıdır. Sözügedən
avadanlıqların açarları varqo tiplidir. Bu müasir
qazma avadanlıqlarının 3-ü
artıq ARDNŞ-in Kompleks
Qazma İşləri Trestinin
iki idarəsində istifadə olunur. Daha iki
avadanlıq isə quraşdırılmaqdadır.
Xüsusən,
KQİT-nin “Neft
Daşları” dəniz qazma işləri
idarəsində bu avadanlığın yenisi quraşdırılmaqdadır. İdarənin
rəisi Akif İsmayılovun mətbuata verdiyi məlumata görə, sözügedən
avadanlıqlardan olan ZJ -50 “Neft
Daşları” yatağındakı 2585 nömrəli
özüldə artıq
qazma işlərini yerinə yetirir. İlin əvvəlindən
bu avadanlıqla 5 quyu
qazıb təhvil verilib, 6-cı quyu isə təhvil verilmək üzrədir.
Avadanlığın üstün cəhəti
ondadır ki, qazma böyük sürətlə aparılır:
“Yəni bir var ildə
iki quyu qazasan, bir də var ki, yeni
avadanlıqla ildə 5 quyu qazasan.
Fərqi bu səviyyədə böyükdür.”
İdarə rəisinin
sözlərinə görə, normal hava şəraitində və materialla
təchizat davamlı olanda 2500 metrlik quyunu başlamaqla qurtarmağı bir-iki
ay ərzində reallaşır. Eyni zamanda, bu
avadanlığın ən mühüm üstünlüyü ondadır ki, təhlükəsizlik burada
yüksək səviyyədə təmin olunur.
Xüsüsən,
bu avadanlıqlarda mürəkkəb iş proseslərinə kompyuter-informasiya
texnologiyaları vasitəsilə nəzarət edilir.
İdarə rəisi bildirir ki, o hətta öz iş
otağından kompüterlə, evdə və çöl
şəraitində mobil telefonla
iş prosesini tam nəzarətdə saxlamaq
imkanı qazanıb. Eyni zamanda mühəndislər
və qazmaçılar platformada, kompyuter qarşısında oturmaqla
qazma əməliyyatına tam
nəzarət edə bilirlər.
Yeni qazma
avadanlıqlarının səmərəli cəhəti odur ki, onlardan
istifadə nəticəsində əl əməyi tam olaraq aradan
qaldırılmaqla fəhlə və mühəndislərin işi xeyli asanlaşıb.
Hətta boruların götürülməsi, alətlərin
mexanikləşdirilməsi, qüllənin çəkilməsi
və sairə işlər çox asanca yerinə yetirilir. Yəni
anlaşılan odur ki,
qazma sahəsində bu
avadanlıqlar müasirdir və onlardan istifadə neft sənayesinə
yalnız sürət deyil, eyni zamanda, keyfiyyət, səmərə
və təhlükəsiz iş şəraiti
gətirib.
Bu
müasir qazma
avadanlığı əvvəlkilərlə müqayisədə
ekoloji cəhətdən də çox sərfəlidir. Əgər əvvəlki
avadanlıqlarda qazma posesində dənizdə
çirklənmə halları qeydə alınırdısa, bu avadanlıqla işləyərkən dənizə
bir qram da olsun belə çirk axıdılmır. Müasir
avadanlığın ekoloji təmizlik
prosesinə də kompyuterlərlə tam nəzarət
edilir.
Bu arada KQİT-nin
baş geoloqu Mehman Yusifovun qəzetimizə
verdiyi məlumata görə, trestin “8 Mart”
yatağında qazdığı 732 nömrəli quyu Məhsuldar qatın VIII horizontundan
yüksək hasilatla istismara
daxil olmuşdur. Quyu diametri 15mm olan nizamlayıcıdan gün
ərzində 250 min m3-ə yaxın qaz və 20 ton həcmində
kondensat istismar olunur. Onun sözlərinə görə, trest
qazma və yeni meydançalarda tikinti-quraşdırma işlərini
davam etdirməkdədir. Şəkillərdə
gördüyümüz avadanlıqlar KQİT-nin Lökbatan qəsəbəsində
yerləşən maddi -texniki
təchizat bazasından daşınaraq Zığ və Dərin
özüllər zavodunun həyətlərindəki
meydançalarda modullara
yığılır. Məqsəd, “Bulla-dəniz”
sahəsində 122 nömrəli özüldən qazılacaq
layihə dərinliyi 6000m olan 3 quyu və Günəşli yatağında 7
nömrəli dərin dəniz stasionar
özüldən qazılacaq 316, 317, 318 və 319 nömrəli
quyuların qazılmasıdır.
Modulların
yığılmasında KQİT-nin Qazmaservis və logistika
idarəsinin yüksək ixtisaslı mütəxəssisləri
və “Günəşli” yatağında qazılması başa çatmış 6 nömrəli özülün işçiləri cəlb olunmuşdur. Bununla
yanaşı ARDNŞ -in “Neftqaztikinti”
Trestinin peşəkar və işgüzar mütəxəssisləri də
bu işlərin həyata keçirilməsində
yaxından iştirak edirlər.
“Bulla-dəniz” sahəsindəki
122 nömrəli meydançada 2014-cü ilin I rübünün sonunda, “Günəşli” yatağında 7
nömrəli özüldən isə IV rübün
sonlarında qazma işlərinin
başlanması nəzərdə tutulmuşdur.
Tikinti-quraşdırma işləri ARDNŞ-in
Kapital qoyuluşları İdarəsinin rəisi
Əliyev Ağasəf müəllimin rəhbərliyi
altında yüksək səviyyədə həyata keçirilir.
Elçin Zaman
İki sahil.- 2013.- 20 dekabr.- S.18.