Novruz Məmmədov: Prezident
İlham Əliyev
uğurlu dövlət başçısı
nümunəsidir
İlham
Əliyev dövlət başçısı kimi bütün
dünyada nüfuzu olan liderdir. Onun həyata keçirdiyi
proqramlar Azərbaycan dövlətçiliyi tarixində əbədi
yerini alacaqdır. 2003-cü ildən bu yana ölkənin
sürətli inkişaf xəttinə
çıxmasının, beynəlxalq aləmdə yerini
möhkəmlətməsinin, regional və qlobal miqyasda vacib
enerji təminatçılarından birinə çevrilməsinin
əhəmiyyəti olduqca böyükdür.
Xalq
bunun layiqli qiymətini verir - son prezident seçkiləri bunu sübut etdi. İlham Əliyevin doğum
günü dövlətimizin
inkişafı haqqında
yeni dərin analizlər aparmağı
zəruri etmişdir.
Bütün bunlarla əlaqədar
Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin
müavini, Xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədovdan öz fikirlərini bizimlə bölüşdü.
Liderlik və dövlətçilik:
vəhdətin Azərbaycan
modeli
- Müasir dünya siyasətində liderliklə
dövlətçiliyin münasibəti
haqqında müxtəlif
fikirlər mövcuddur.
Novruz müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü ərəfəsində, onun
fəaliyyəti aspektində
bu məsələ haqqında Sizin
fikirlərinizi bilmək
çox maraqlı olardı. Sizcə, bu iki faktorun vəhdəti haqqında Azərbaycan təcrübəsi mövcuddurmu?
- Bilirsiniz, həyat fəaliyyəti cəmiyyətin
taleyi ilə birbaşa bağlı olan insanların doğum gününün
fərqli mənası
vardır. Sözün müəyyən mənasında bu təqvim həm də keçilən yola yubiley zirvəsindən
bir baxış, millət naminə görülən işləri
qiymətləndirmədir. Prezident İlham Əliyevin ad günündə qürur
duymağa tam haqqı
vardır.
Azərbaycan 2003-cü ildən bu yana
böyük inkişaf
yolu keçmişdir.
Cəmiyyətin bütün sahələrində
tərəqqi göz qabağındadır. Dövlət quruculuğu keyfiyyətcə
yeni səviyyədə
davam etdirilir. Ulu öndər Heydər Əliyevin Azərbaycanda müstəqil, demokratik və güclü dövlət yaratmaq kursu inamla reallaşdırılır.
Bütün bunları təsdiq
edən çoxlu sayda faktlar mövcuddur.
Onlara nəzər salaq.
Hələ 2003-cü il fevralın
20-də ümummilli lider
Heydər Əliyev
“2003-2005-ci illər üçün
Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması
və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nı
təsdiq etmişdi. Onun gerçəkləşdirilməsi növbəti proqramın yaradılmasına ciddi ehtiyac yaratdı.
2003-2005-ci illərdə makroiqtisadi sabitliyin təmin edilməsinə və dinamik iqtisadi artıma nail olunmuşdu. Bu, faktiki
olaraq ölkə iqtisadiyyatını sürətli
və sabit inkişaf xəttinə çıxarmaq üçün
gözəl təməl
hazırlamaq demək idi.
Artıq 2005-ci ildə
yoxsulluğun səviyyəsi
2002-ci ildəki 46,7%-dən 29,3%-ə enmişdi.
2008-ci ildə isə bu rəqəm 13,2% idi.
Bütün
bunların məntiqi nəticəsi olaraq
“2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun
azaldılması və
davamlı inkişaf Dövlət Proqramı” qəbul edildi. Azərbaycanın sistemli, ardıcıl
və davamlı sosial-iqtisadi inkişafının
yeni mərhələsi
başlandı.
Son 10 ildə dövlət
və cəmiyyət sürətli inkişaf xəttinə çıxmışdır
və əsas odur ki, bu
proses sabit, dönməz xarakter almışdır. Bunun iqtisadi,
siyasi və dövləti mənası
böyükdür. Söhbət faktiki olaraq Azərbaycanda müstəqil
dövlət qurucluğunun
baş tutmasından gedir. Müqayisə üçün deyək ki, Cənubi Qafqazın və Mərkəzi Asiyanın bəzi ölkələri haqqında
ekspertlər bu fikri deməkdə çətinlik çəkirlər.
Azərbaycan dövlətçiliyinin
bu cür qüdrətlənməsinin 2003-cü ildən bu yana memarı isə Prezident İlham Əliyevdir.
Müstəqil siyasətin strateji
mahiyyəti:
İlham
Əliyev nümunəsi
- Məlumdur ki, siyasətçi üçün
strateji təfəkkürün
çox böyük əhəmiyyəti vardır.
Xüsusilə dövlətə rəhbərlik edən şəxs özündə
analiz etmək qabiliyyəti ilə strateji proqnozlaşdırmanı
birləşdirməlidir. Siz uzun illərdir
ki, İlham Əliyevlə birgə çalışan insan kimi bu kontekstdə
dövlət başçısı
barəsində hansı
qənaətlər əldə
etdiyinizi deyərsinizmi?
- İlk növbədə
onu demək gərəkdir ki, ölkənin sosial-iqtisadi
və mədəni tərəqqisi siyasi, geosiyasi, beynəlxalq münasibətlər sahəsində
Azərbaycana böyük
dividentlər verdi. Cəmiyyətdə sosial-psixoloji mühit
ciddi surətdə sağlamlaşdı. Ölkə vətəndaşlarının
dövlət maraqlarına
sadiqliyi yüksəldi.
Keçən əsrin
90-cı illərində müşahidə
edilən tərəddüdlər,
xarici qüvvələrin
təsiri altına düşmək və s. kimi hallar artıq
müşahidə edilmir.
Cəmiyyət öz hakimiyyətini
müdafiə etməyi,
düzü əyridən
seçməyi bacarır.
Bu, məhz İlham Əliyevin şəxsi fəaliyyətinin,
dövlət, xalq üçün var gücü ilə çalışmaq nümunəsi
göstərməsinin birbaşa
nəticəsidir. Axı, insanlar
Prezidentin dövlət,
xalq naminə səmimiyyətlə çalışanlara
necə diqqət və qayğı ilə yanaşdığını
əyani misallarda gördü. Vətən
uğrunda həyatını
fəda edən hərbiçi Mübariz İbrahimova verilən qiymət, Azərbaycan zabitinin xarici həbsxanadan böyük cəsarət və qeyrətlə azad edilməsi, orduda davamlı islahatların aparılması və başqa çoxlu sayda xidmətləri xalq heç zaman unutmaz!
Burada
əsas faktorlardan biri insanlarda dövlətçilik şüurunun
yeni səviyyəyə
qalxması, psixoloji olaraq nikbinliyin yüksəlməsidir. Həmin məqamlar müstəqil dövlət
quruculuğu aspektində
birmənalı şəkildə
tarixi əhəmiyyət
kəsb edir! İlham Əliyevin bu xidməti millətin yaddaşına
əbədi həkk olunub!
Bütün
bunlar milli inkişaf aspektində əhəmiyyət daşıyan
üç məqamı
vurğulamağa zəmin
yaradır. Birincisi, davamlı
və dayanıqlı
sabitlik. İkincisi, demokratik
inkişafın milli modelinin hazırlanması.
Üçüncüsü, rasional xarici
siyasətin formalaşdırılması.
Birinci faktor milli inkişafın
daxili şərtlərini
müəyyənləşdirir, üçüncü faktor
uyğun xarici şəraiti təmin etməyə xidmət edir, ikinci isə
bütövlükdə ölkənin
inkişafının sistemli
konsepsiyasını ifadə
edir.
Şübhəsiz,
belə uğurlu fəaliyyət Azərbaycanı
həm daxildən gücləndirməli idi,
həm də beynəlxalq miqyasda onun nüfuzunu yüksəltməliydi. Hər iki faktor özünü
göstərir. İndi mütəxəssislər
Bakını beynəlxalq
əməkdaşlığın mərkəzlərindən biri
kimi qiymətləndirirlər.
Cənubi Qafqazda heç
bir beynəlxalq layihə Azərbaycanın
iştirakı olmadan reallaşmır. Xüsusilə, enerji sahəsində bu məqamı tam aydınlığı ilə
müşahidə etmək
mümkündür. Bunun son nümunələrindən
biri “Şahdəniz-2” layihəsidir.
- Novruz müəllim, dediklərinizdən belə
nəticə çıxarmaq
olarmı ki, Azərbaycanın enerji siyasəti yeni məzmun çalarları
kəsb etməyə başlayıb. Xahiş edirik, fikirlərinizi daha geniş açıqlayasınız.
- Bilirsiniz, XX əsrin 90-cı
illərində Azərbaycanın
enerji ehtiyatlarının
nə vaxtsa bütün Avropanın enerji təhlükəsizliyini
təmin edə biləcək faktor olacağına, bəlkə
də, ulu öndər Heydər Əliyevdən başqa heç kəs inanmırdı. İndi isə “Şahdəniz-2” layihəsini “Avropanın yeni enerji xəritəsini
müəyyən edən
layihə” kimi qiymətləndirirlər.
Bu layihə Qərb dövlətlərini
uzun müddətə
enerji ilə təmin etməyə imkan verir. Ümumilikdə isə birinci
mərhələdə “Şahdəniz-2” çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil
edilməlidir.
Türkiyəyə
ildə 6 milyard kubmetr, Avropa ölkələrinə isə
10 milyard kubmetr qaz ixrac ediləcək. Bununla bağlı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının xarici
işlər naziri Uilyam Heyq belə
bir fikir bildirib: “Yeni boru kəməri ilə Türkiyəyə
nəql ediləcək
6 milyard kubmetr qazla yanaşı, əlavə 10 milyard kubmetr qazın Avropaya nəqli bizim yeganə təchizatçı və
ya bir tranzit
sistemindən asılılığımızı
azaldacaqdır”.
Strateji
aspektdə bu, Avropanın enerji təminatında yeni keyfiyyət dəyişikliyi
üçün gözəl
imkanların yaranması
deməkdir. Unutmaq olmaz
ki, bütün bunlar birbaşa İlham Əliyevin uzaqgörən enerji siyasəti, qətiyyətli
qərarlar qəbul etməsi ilə bağlıdır. Azərbaycanın dövlət başçısı
yeritdiyi müstəqil
siyasətlə bütün
dünyada nüfuz qazanmışdır. Prezidenti son seçkidə
əldə etdiyi möhtəşəm qələbə
münasibəti ilə
dünyanın aparıcı
dövlət başçılarının
təbrik etmələri
tamamilə təbii görünür.
Prezident
İlham Əliyevin peşəkar siyasətçi
kimi qazandığı
uğurlar daha çoxdur. Onları sadalamaqla
qurtarmaq olmaz. Məsələnin mahiyyəti ondan
ibarətdir ki, Azərbaycan dövlətçiliyini
inkişaf etdirə biləcək lider, dövlət başçısı
vardır. Bu, olduqca mühüm amildir. Müasir dünyada baş
verən geosiyasi kataklizmlər prizmasından
həmin məqamı
milli sərvət kimi dərk etmək lazımdır.
Nəzərə almalıyıq ki,
heç də yeni müstəqil dövlətlərin hamısında
bu cür imkan yaranmayıb. Cəmiyyət özü liderini qorumalı, sevməli və onunla birlikdə yeni-yeni uğurlara can atmalıdır. Qədirbilən Azərbaycan xalqının
məhz bu cür də davranacağına şübhə
yoxdur. Lider-xalq birliyi daima sarsılmaz milli iradənin əsası olaraq qalacaq. Bunu Azərbaycan Prezidentinin doğum gününün xoş naxışlarından biri
kimi qəbul etmək olar!
İki
sahil.- 2013.- 24 dekabr.- S.19.