Güclü iqtisadi əsaslarla

inkişaf edən ölkə

 

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda sosial-iqtisadi göstəricilərin fonunda Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsində olduğu bir daha diqqətə çatdırıldı

 

Biz çalışmalıyıq ki, Azərbaycan bundan sonra da yalnız yüksələn xətlə inkişaf etsin. Buna nail olmaq üçün əlbəttə ki, hamımız çox fəal işləməliyik. Deyə bilərəm ki, cəmiyyətdə də çox gözəl ab-hava vardır. Cəmiyyət bizim siyasətimizə öz səsini əlavə edir. Bu dəstək olmasa idi, biz bu nailiyyətlərə çata bilməzdik. Ona görə gələcək illərlə bağlı konkret proqramların icrası nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil edilməlidir. Qeyri-neft sektorunun inkişafı davam etdirilməlidir. Yüksək texnologiyaların inkişafı təmin ediləcəkdir.” Dövlət başçısı İlham Əliyevin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda söylədiyi bu fikirlər qarşıdakı planlara işıq salmaqla yanaşı, uğurların davamlılığının təmin edilməsində səylərin birləşdirilməsinin vacib amil olduğunu təsdiqləyir. Bu fikir də hər zaman önə çəkilir ki, sevindirici hal budur ki, görülən işlər ölkə ictimaiyyətində xoş əhval-ruhiyyə yaradır. Hazırda bütün bölgələr arasında sağlam rəqabət gedir. Quruculuq, adadlıq işlərinin geni vüsət alması uğurlu sosial-iqtisadi göstəricilərin nəticəsidir. Bu inkişafı şərtləndirən amillər sırasında uğurlu neft siyasəti xüsusi qeyd edilir. Aydındır ki, təbii resurslarla zəngin çox ölkələr var. Amma bu ehtiyatlar heçonlara uğur gətirməyib. Ölkəmizdə iqtisadi siyasətin düzgün əsaslar üzərində qurulması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə stimul verdi. Bu gün fəxrlə qeyd etdiyimiz iqtisadiyyatın şaxələndirilməsi də uğurlu neft siyasətinin məntiqi davamıdır. Dövlət başçısı İlham Əliyevin “Modernləşmə siyasəti: yeni iqtisadisosial çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı təbrik məktubunda söylədiyi fikirləri bir daha yada salmaq istərdik. Cənab İlham Əliyev bildirmişdir ki, XXI əsrin ilk onilliyi insan cəmiyyətinin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu ortaya çıxarmış oldu. Bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadisosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişafrifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Həmin konfransda hazırkı dövrün əsas çağırışlarından birinin yoxsulluqla mübarizə olduğu önə çəkilərək Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar təqdir edilmişdir. Bu gün ölkəmizdə yoxsulluq həddinin 5 faizə enməsi Dövlət Proqramlarının uğurlu icrasının nəticəsidir. Məlum olduğu kimi, “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”nın ardınca “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2006-2015-ci illər), “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” icra olunur.

Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə bu fikir də hər zaman qeyd olunur ki, yoxsul yox, yaxşı idarə olunmayan ölkələr var. 2009-cu ildən başlanan iqtisadi və maliyyə böhranı da bu kimi reallıqlara işıq saldı. Yəni hər bir ölkənin hansı imkanlara malik olduğu bir daha nümayiş olundu. Qeyd edək ki, böhran dövründə Avropa ölkələrində baş verən iqtisadi çətinliklər bu dövlətlərin ictimai-siyasi həyatında etiraz nümayişləri, mitinqlər dalğasının yaranmasına, radikal millətçi qüvvələrin baş qaldırmasına səbəb olmuşdur. İnkişaf etmiş ölkələrdə sosial ödəmələrin azaldığını, yerlərinin bağlandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, bunun əksi olaraq ölkəmizdə yeni yerləri yaradılır, əmək haqları və pensiyalar artırılır, sosial proqramlar uğurla icra edilir:Dünyada, Avropada yaşanan iqtisadi böhranlar, bəzi hallarda siyasi çəkişmələr bizə heç bir təsir etməmişdir, edə də bilməz. Çünki bizim siyasətimizin təməlində dövlət maraqları dayanır. Xalqla iqtidar arasındakı birlik bizim inkişafımızı şərtləndirən amillərdən biridir.” Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində 2003-cü ildən bu günə qədər yeni yerlərinin sayı bir milyondan artıqdır. Azərbaycan düzgün qurulan siyasət nəticəsində beynəlxalq aləmdə özü-özünü təmin edən ölkə kimi tanınır və nüfuz qazanır.

Dövrümüzün aktual problemlərinə çevrilən yeni iqtisadisosial çağırışlara dair fikir mübadiləsi aparmaq niyyəti ilə dünyanın müxtəlif ölkələrindən siyasətçilərin, alimlərin, ictimai xadimlərin Bakıya toplaşması ölkəmiz haqqında ətraflı məlumatların əldə olunması, həyata keçirilən islahatlar və onların nəticələrini əyani olaraq görmək imkanına malik olmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu fikir Prezident İlham Əliyev tərəfindən hər zaman qeyd edilir ki, müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin əsasını, inkişafa aparan yolun baş xəttini təşkil edir. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclüdemokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Ölkə Prezidenti bu reallığı da qeyd edir ki, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdisə, bu gün respublikamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önəmli məkana çevrilməsi həqiqətlərimizin təbliğinə geniş imkanlar yaradır. Bu gün ölkəmiz çox güclü iqtisadi əsaslarla inkişaf edən ölkədir. Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması onun artan iqtisadisiyasi mövqeyinin təsdiqidir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadisiyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycan öz təbii sərvətlərinin, iqtisadi resurslarının və əlverişli coğrafi mövqeyinin yaratdığı imkanlardan bəhrələnib öz iqtisadi potensialını inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın güclənməsinə təkan vermişdir. Bir sözlə, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaradıb. Dünya İqtisadi Forumunun dərc etdiyiQlobal rəqabətədavamlılıq hesabatında” Azərbaycan dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutmaqla, MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şəxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Əldə olunan uğurların möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafının təmin olunması məqsədilə dövlət başçısı İlham Əliyevin fərmanı əsasında təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan hədəflər də hər sahə üzrə konkret proqramların qəbulunu zərurətə çevirir. Hər ilin konkret bir sahənin adı ilə bağlanması da hərtərəfli inkişafın dövlət siyasətinin əsasını təşkil etdiyini təsdiqləyir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2013.- 26 dekabr.- S.3.