Əbədiyaşar
lider
Qətiyyəti
ilə inkişaf strategiyasını, milli birlik və həmrəyliyi,
təfəkkürü, azərbaycançılıq məfkurəsini
formalaşdıran, müstəqilliyimizin əbədi
xilaskarı Heydər Əliyevin ideyaları hər zaman üçün bələdçidir
Azərbaycanın
dövlətçilik tarixində müstəsna xidmətləri
olan, ideyaları, idarəçilik təcrübəsi
bu günümüzə, sabahımıza
bələdçilik edən ümummilli lider Heydər Əliyevin
siyasi irsi o qədər zəngin , mənalı və dəyərlidir
ki, hələ bir neçə on illər bundan sonra da nəsillər bu varislik xəzinəsindən
istifadə edəcəklər. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində
Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni
potensialından istifadə edərək Şərqlə Qərb
arasında etibarlı körpüyə, dünyanın dinamik inkişaf edən
ölkələrdən birinə çevrilmişdir.
Adı
həmişə milli dövlətçiliyimiz,
müstəqilliyimizlə qoşa çəkilən,
fenomen siyasətçi kimi
təcrübəsi daim öyrənilən
Heydər Əliyev min ildən bir Tanrının insanlara
bəxş etdiyi müdrik,
lider olduğunu fəaliyyəti
ilə təsdiqləyən dahilərdən biri,
bəlkə
də birincisidir.
Prezident İlham
Əliyevin imzaladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 90 illik yubileyi
haqqında”kı sərəncamda qeyd olunduğu kimi ölkəmizdə
müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin
təşəkkülü, milli mənəvi
dəyərlərə
qayıdış və elmin, təhsilin,
mədəniyyətin inkişafı əbədi surətdə
Heydər Əliyevin adı ilə bağlıdır.
“Mən
çox sınaqlardan keçmiş
bir adamam və həyatımı
da özümə yox,
xalqıma həsr etmişəm” söyləyən, həyatının
mənasını Azərbaycan xalqına, dövlətçiliyinə
xidmətdə görən ümummilli lider Heydər Əliyevin ömür
yolu əslində əsrlərə
sığmayan
bir epoxadır.
Azərbaycan
naminə çalışmaq, yenə də
çalışmaq məqsədi, məramı ONU
şöhrətpərəstlik duyğularından daim kənarda saxlayıb. Sonradan söylədiyi “Mən
həmişə fəxr etmişəm, bu
gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri
ilə bir daha bildirirdi ki, hansı sahədə
çalışmasından asılı olmayaraq
Azərbaycanın adına, vədinə sadiq
əsgəri kimi xalqının xoşbəxtliyi,
müstəqilliyi naminə hər çətinliyə həmişə
hazır olmuşdur. O, heç bir zinətlə
ölçülə bilməyəcək qədər qiymətli
ideyaları, qətiyyəti, sağlam azərbaycançılıq
məfkurəsi ilə Azərbaycan xalqını ardınca aparan ölməz sərkərdə, komandan olduğunu əməli
fəaliyyəti ilə təsdiqlədi. Milyonların
ürəyindən gələn bu sözlər
ona ümumxalq məhəbbətinin
ifadəsi oldu: “Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var
Heydər Əliyev ürəklərdə yaşayacaqdır.”
Dünya birliyində , Şərq
ölkələri arasında zəngin dövlətçilik tarixi və ənənəsi ilə tanınan
Azərbaycanın keçdiyi yol hamar olmasa
da xalqı zamanın burulğanlarından
çıxarmağı bacaran sərkərdələri
olub. Adı hörmət və
etiramla anılan, dəst- xətti ilə
seçilən və daha çox
sevilən dövlət başçıları arasında
Heydər Əliyev fenomeni, onun
rəhbərlik illəri özünəməxsus xüsusiyyətləri
ilə diqqəti cəlb edir.
Azərbaycan
tarixinin mühüm əhəmiyyətə
malik 1970-1985-ci illərdəki təkamülü,
1993-2003-cü illərdə müstəqilliyin möhkəmlənməsi
naminə göstərilən siyasi iradə
və bacarıq, dövlətçilik təcrübəsi, zəngin
irsə malik siyasi məktəb
Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinə diqqət və qayğı
göstərməklə insanlarda milli məfkurə və təffəkürü
formalaşdıran, Konstitusiyamızın qəbulu ilə hüquqi dövlətin əsasını təşkil
edən, ali qanunları təkmilləşdirən
ulu öndər arzuladığı demokratitik islahatların aparılması üçün möhkəm, etibarlı
təməl yaratdı.
Sərəncamda
qeyd olunduğu kimi respublikamızın bugünkü
inkişafını xarakterizə edən, haqqında qürurla danışdığımız dünya iqtisadiyyatına inteqrasiya,
ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması,
iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin
yüksəlməsi, büdcəmizin və valyuta
ehtiyatlarımızın
ildən-ilə çoxalması 1993-cü ildən etibarən
Heydər Əliyev tərəfindən yeni
prinsiplər əsasında qurulan
iqtisadiyyatın sabitliyinin nümunəsidir.
Torpaqların şəxsi mülkiyyətə verilməsi, bazar iqtisadiyyatına keçidin
əsas tələbi olan qeyri-neft
sektorunun yaradılması və inkişaf etdirilməsi ulu
öndərin uzaqgörən siyasətinin nəticəsi idi.
Azərbaycanda
aparılan sürətli inkişafdan heyrətlənən,
bitib-tükənməyən enerji ilə
çalışan, xalqının, vətəninin tərəqqisi
üçün ağıla gəlməyən
“Əsrin müqaviləsi” kimi əfsanələri
reallığa çevirən, neft
strategiyasını müəyyənləşdirməklə misilsiz xidmət
göstərən ulu öndər Heydər
Əliyev dühasına, zəkasına, siyasi
fəaliyyətinə, geniş
dünyagörüşünə və uzaqgörənliyinə
həsəd aparanlar çox
oldu.
Qlobal layihələri ilə Avropa ölkələrinin enerji
təhlükəsizliyinin təminatında önəmli yeri və rolu olan Azərbaycanın dünya
miqyasında neft-qaz hasil
və ixrac edən ölkəyə
çevrilməsi, milli neft
strategiyasının uğurla həyata
keçirilməsi, xarici dövlətlərin
aparıcı neft şirkətləri ilə
müqavilələrin bağlanması Azərbaycanın bugünkü inkişafını şərtləndirən
təməl kimi tarixə yazıldı.
Sovet Azərbaycanına rəhbərlik
etdiyi illərdə belə onun neft sənayesinin
inkişafına göstərdiyi diqqəti, bilavasitə təşəbbüsü
ilə tikilən ittifaq əhəmiyyətli
fabrik, zavodları, mədəniyyət
ocaqlarının adları çəkilsə belə bir neçə cildə sığmayan kitablar hazırlanar.
Heydər
Əliyevin uzaqgörən siyasətinin ən dəyərli, məntiqi
nəticələrindən biri
C.Naxçıvanski adına hərbi məktəbi
yaratması oldu. Bu gün Azərbaycan Silahlı Qüvvələrində
xidmət edən zabitlərin 85 faizi bu məktəbin yetirmələridirlər. Bu məktəbin
yaradılmasını siyasi fəaliyyətinin
şah əsəri adlandıran ulu öndər qeyd edirdi ki, mən indi düşünürəm ki,
bu hərbi məktəb olmasaydı bizim ordumuzdakı zabitlərin çoxu
yəqin olmayacaqdı. Hər il 800-900 azərbaycanlı
gəncin Sovetlər İttifaqının ali
hərbi məktəblərinə göndərilməsi
də məhz uzaqgörən siyasətin bəhrəsi kimi müasir
dövrümüzdə səmərəsini göstərir.
Dövlətçiliyin ən vacib
atributlarından olan ordu
quruculuğu sahəsində
apardığı islahatların nəticəsidir ki, bu gün
Azərbaycanın qüdrətli Silahlı Qüvvələri
regionda nizam-intizami, maddi-texniki bazasının mükəmməlliyi
ilə fərqlənir.
Ulu öndər öz gücünə inandığı qədər
də xalqının qətiyyətinə güvənirdi.
Vurğulayırdı ki, əgər xalq öz hüquqlarını anlayır və
onları qoruya bilirsə, o
zaman ən kiçik
dövlət də ən böyük məmləkət
qədər güclü olur.
Müdrik siyasətçi inanırdı ki, vaxt gələcək
Azərbaycan imperiya buxovundan
azad olacaq, müstəqilliyini bərpa edəcək,
azadlığına qovuşacaq.
Onun rəhbərliyi illərində
Azərbaycanın onlarla
tanınmış. elm, mədəniyyət,
incəsənət xadimi keçmiş
sovetlərin ən yüksək fəxri adları orden və medalları ilə təltif olundu, abidələr ucaldıldı, milli mənəvi dəyərlərimizin
qorunması istiqamətində önəmli addımlar atıldı.
Bütün quruculuq
işlərinə strateji xarakter
kimi diqqət yetirən Heydər Əliyev
güclü potensialı, qətiyyəti
ilə xalqına, Vətəninə bağlılığını
təsdiqləyən tarixi xidmətləri
ilə müasir Azərbaycanın
yaradıcısı olduğunu təsdiqlədi.
Müstəqqilliyimizin əbədi qarantı kimi respublikanı daxili və
xarici qüvvələrin təhdid, təzyiq
və təsirlərindən qorudu. “İnsanlarda milli dirçəliş
ideyasını yalnız milli liderlər həyata
keçirə bilərlər” ifadəsi məhz onun simasında əksini tapdı.
Onun sədrliyi ilə
keçirilən Naxçıvan MR Ali Sovetinin sessiyasında muxtar
respublikanın adından “sovet sosialist” sözləri
çıxarıldı. Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli bayrağı, gerbi,
himni bərpa edildi. Bu qətiyyətli
addım o dövrdə hakimiyyətdə olan səriştəsiz rəhbərləri qəzəbləndirsə
də atılan hər bir addım ötən
əsrin əvvəlində yarımçıq qalan müstəqillik ideyasının əbədiliyinə
ümummilli lider Heydər
Əliyevin sədaqəti, vətəndaşlıq borcu, liderlik
missiyasının başlanğıcı idi.
20 Yanvar faciəsinə, Xocalı
soyqırımına siyasi qiymət verilməsi
tələbi də ulu öndər Heydər
Əliyev tərəfindən səsləndirildi. SSRİ-ni başqa formatda təşkil
etmək üçün irəli
sürülən və müttəfiq respublikların suveren hüquqlarını pozan
“ittifaq müqaviləsi”nin əsil mahiyyətini
uzaqgörənliklə hiss edib “təhlükəli oyunun”
ağır itkilərlə nəticələnəcəyini xalqa çatdıran müdrik
şəxsiyyət Heydər Əliyev haqlı olaraq
bunu M. Qorbaçovun
xalqı aldatmaq cəhdinin bir
təzahürü adlandırdı. Azərbaycan
xalqının başına gətirilən oyunlarda
imperiyanın əli olduğunu qətiyyətlə
bildirərək “bizim ittifaqdan
nicatımız yoxdur” dedi.
Dünya azərbaycanlılarının birliyini rəsmiləşdirmək üçün həmrəylik gününü elan etdi.
Hakimiyyətə
qayıdışı ilə yaranan vətəndaş
müharibəsinin qarşısını almaqla,
Azərbaycanı bölünmək, yox olmaq təhlükəsindən qorumaqla,
o zamanlar insanları daim qorxuda saxlayan
“boz qurd”lara, “qara polkovniklərə”
ağılının, zəkasının qüdrəti ilə
tarixi dərs verdi.
1993-cu
ildə xalqın təkidli tələbi ilə hakmiyyətə
qayıdan ulu öndər Azərbaycanın
tanınmış elm xadimləri ilə
görüşündə bir daha birdirdi ki,
mən Azərbaycanın müstəqilliyini Azərbaycan
xalqı üçün böyük
nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm.
Milli dövlətçilik
salnaməsinə qızıl hərflərlə yazılan tarix isə 15 iyun xalqı
məşəqqətlərdən qurtaran
ulu öndərin Bakıya dönüşü
milli- mənəvi dəyərlərimizə,
məfkurəmizə, varlığımıza, tarixi qəhrəmanlığımıza
QAYIDIŞ günü oldu. O gündən etibarən
müstəqilliyimizin əbədi olması üçün
böyük xidmətlər göstərən
dahi Heydər Əliyev müasir Azərbaycan
dövlətinin qurucusu,
yaradıcısı , süverenliyimizin
etibarlı qarantı, xilaskarı oldu.
Sovetlərə
dırnaqarası rəhbərlik edən ermənipərəst
M.Qorbaçovun yeritdiyi
siyasətə etirazını açıq-aydın bildirəndə
də, təqib olunmasına baxmayaraq vətəninə dönəndə də ONUN qarşısında bir aydın yol görünürdü. Bu
yol Azərbaycanın müstəqillik, suverenlik
yolu idi. Müdrik şəxsiyyət insanlara
yol göstərmək, onları
arxasınca aparmaqla kifayətlənmirdi.
“Müstəqillik
qədər çətin yol yoxdur... Müstəqilliyin əldə
olunması nə qədər çətindirsə, onu qoruyub saxlamaq,
əbədi etmək ondan da
çətindir” kimi fikirləri hər zaman üçün proqram sənədinə çevrildi.
Hakimiyyətə qayıtdıqdan sonra da canından artıq sevdiyi
vətəninin təhlükədə olduğunu
hiss edən ulu öndər
ömrünün qalan
hissəsini də xalqının azadlığı yolunda qurban verəcəyini
bildirdi.
Müstəqilliyin
qorunması isə təbii ki, iqtisadi imkanlar, siyasi sabitlik, vətəndaş
birliyi və həmrəyliyindən
asılıdır. Neft
strategiyasını hazırlamaqla ölkəmizi düşdüyü iqtisadi
böhrandan xilas edən
ulu öndər bununla
Azərbaycanın dünya birliyinə uzanan yoluna “yaşıl
işıq” yandırdı.
Respublikamızın
dünya miqyasında tanınmasını
istəyən, arzusunu gerçəkləşdirmək
üçün yorulmadan
çalışaraq xalqın rifahı və dövlətçiliyin
möhkəmlənməsi üçün
biri-birindən önəmli islahatlar
apardı, proqramlar həyata keçirdi. Azərbaycan dilinə dövlət
statusu verildi.
Bütün dövlət
və xalqlarla əməkdaşlıq və
qarşılıqlı anlaşma şəraitində
yaşamağa xarici
siyasətimizin prioritetləri kimi diqqət
yetirən ulu öndər xarici
ölkələrə intensivləşən səfərləri
zamanı ən çox diqqət yetirdiyi məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli, işğala məruz qalan
Azərbaycan həqiqətlərini dünya
xalqlarına çatdırmaq, qürbətdə yaşayan həmyerilərimizlə
görüşməklə güclü diaspor hərəkatının təməlini qoymaq idi.
Müdrik siyasətçi Heydər
Əliyevin səyi nəticəsində Azərbaycan Lissabon sammitindən başlayaraq
dünyanın ən mötəbər nüfuzlu
beynəlxalq təşkilatlarında - BMT-də, ATƏT-də,
AŞPA-da tam hüquqlu üzv kimi təmsil olunur, NATO-nun, Avropa Birliyinin proqramlarında iştirak
edir. İndi elə bir qlobal məsələ yoxdur ki, orada
Azərbaycanın mövqeyi nəzərə
alınmasın. Bu möhtəşəmlik
Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi Prezident İlham Əliyev iradəsinin göstəricisidir.
Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi, dünyanın enerji bazarında önəmli təşəbbüskar
kimi nüfuz
qazanması, sivilizasiyalararası dialoq məkanı
kimi tanınması, ən mötəbər
yarış və “Eurovision” kimi beynəlxalq
mahnı müsabiqələrində , XXX London
Yay Olimpiadasında üçrəngli
bayrağımızın yüksək pillədə
dalğalanması Heydər Əliyev ideyasının, qətiyyətli
Prezident İlham Əliyevin
bu ideyalara sədaqətinin
ifadəsidir. Azərbaycan artıq sivilizasiyalar
arası dialoq məkanı kimi şöhrətlənib. Hər
il ölkəmizdə keçirilən
beynəlxalq mərasimlərdə iştirak
edən qonaqlar hər kəsi heyrətləndirən
inkişafımızı etiraf etməklə
kifayətlənmir, təcrübəmizdən bəhrələnmək
istəklərini də gizlətmirlər. Ümumdünya
İqtisadi Forumun aprel ayında ölkəmizdə
keçirilməsi təşəbbüsü, ilk
Avropa Olimpiya
Oyunları üçün Azərbaycanın
seçilməsi iqtisadi inkişafı, siyasi sabitliyi ilə
seçilən respublikamıza maraqdan irəli
gəlir. Azərbaycanın belə dinamik
inkişafı isə respublikamızın düyaya
günəş kimi doğmasını arzulayan ümummilli lider Heydər Əliyevin istəklərinin
reallaşmasını göstərir.
Xuraman
İsmayılqızı
İki
sahil.- 2013.- 1 fevral.- S.4.