Azərbaycanın
gələcəyi gənclərə məxsusdur
Gənclərin fəallığını
stimullaşdıran hüquqi baza mövcuddur
Dövlət
başçısı İlham Əliyev
gənclərin böyük potensiala malik olduğunu önə çəkərək bildirir ki, müasirləşmə
dövlət siyasətinin düzgün
qurulmasından, eyni zamanda
gənclərin fəaliyyətindən asılıdır
Azərbaycan
gənclər ölkəsidir. Gənclərə diqqət və
qayğı ulu öndər Heydər Əliyevin
Azərbaycana hakimiyyətinin hər iki
dövründə həyata keçirilən siyasətin
önündə dayanıb. Dahi şəxsiyyət
bildirirdi ki, cəmiyyətin
gələcək tərəqqisi bir çox cəhətdən indi
gənclərimizə nəyi və necə öyrətməyimizdən
asılı olacaq. Gənclərimiz
mükəmməl təhsil almalı, həyatı dərindən
öyrənməli, dünyada gedən
prosesləri bilməli, lazımi fəaliyyət göstərib,
öz xalqına, dövlətinə xidmət
etməlidir. Əgər ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha
çox gənclərin
bir kadr kimi yetişməsinə
çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi
dövründə artıq onları dövlətin idarə
edilməsində aparıcı qüvvə kimi
görürdü. Onu
da xüsusi
vurğulayırdı ki, Azərbaycan gəncləri
sağlam düşüncəli, vətənpərvər
gənclərdir. Gənclərə göstərilən bu etimad, diqqət və
qayğı onların daha səylə
çalışmalarına, müstəqil Azərbaycanın
dünəni, bu günü
və gələcəyi naminə sıx birləşməyə
stimul verirdi. Bu fakt da inkaredilməzdir ki, Azərbaycan dövlətinin gənclər
siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına
çıxarılmasında ulu öndərin
təşəbbüsü və iştirakı ilə
keçirilən ölkə gənclərinin I Forumunun xüsusi rol oldu. 1996-cı il fevralın 2-də
keçirilən bu forum
ulu öndər Heydər Əliyevin gəncliklə
bağlı strategiyasının ilk təntənəsi
kimi dəyərləndirildi. 1997-ci ildə
ümummilli lider Heydər
Əliyevin sərəncamı əsasında I Forumun
keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Bu addım bir daha təsdiqlədi ki, gənclər
siyasəti dövlətin siyasətində əsas yer tutur. Bunun ardınca 1999, 2003,
2005, 2008 və 2011-ci illərdə Azərbaycan gənclərinin
forumlarının keçirilməsi gənclərimizin fəaliyyətində
mühüm dönüş
yaratmaqla, onların fəaliyyət istiqamətlərini
genişləndirmələrində əhəmiyyətli rol oynadı.
“Gənclər düzgün, doğru yolla, milli hisslər yolu ilə getməli və partiyamıza sadiq
olmalıdırlar”
1992-ci ilin noyabrında tarixi zərurətdən
yaranan, bu gün nəinki ölkənin, regionun aparıcı
siyasi təşkilatına çevrilən Yeni Azərbaycan
Partiyasının sıralarında da gənclərin
böyük çoxluq təşkil etməsi Heydər Əliyevin
onlara diqqət və qayğısından qaynaqlanır. Ulu
öndər Heydər Əliyev Yeni Azərbaycan
Partiyasının sıralarında gənclərin daha
çoxluq təşkil etməsinin vacibliyini bildirməklə,
bu istiqamətdə tövsiyələrini irəli
sürmüşdür. YAP-ın II qurultayında
çıxışı zamanı ümummilli lider
bildirmişdir ki, gərək partiyada gənclərin sayı
daha çox olsun. Çünki gənclər bu partiyada birləşməlidir.
Həmin çıxışında bir məqam da xüsusi
vurğlanmışdır ki, bu günün gənclərinin
Azərbaycanın müstəqillik yolunun nə qədər
ağır dövr keçməsindən xəbəri yoxdur.
Onlara həmin dövrün reallıqlarının olduğu
kimi çatdırılması vacib şərtdir.
Partiyanın gələcəyinə böyük inamla
yanaşan ulu öndər Heydər Əliyev bildirmişdir: “ Həm
indi partiyamızda üzv olan, həm də gələcəkdə
üzv olacaq gənclərin hamısı bizim gələcək
nəsillərimizdir. Onlar Naxçıvanda əsası qoyulan
işlərin davamçıları və 1993-cü ildən
hakimiyyətdə olan partiyamızın həyata keçirdiyi
işin davamçıları olmalıdırlar. Hesab edirəm
ki, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki
bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanı
fəlakətdən qorusunlar. Onlar düzgün, doğru yolla,
milli hisslər yolu ilə getməli və partiyamıza sadiq
olmalıdırlar.” Bu günümüzün
reallıqlarına nəzər salmaqla ulu öndər Heydər
Əliyevin həmin dövrdə proqram xarakterli
çıxışında əksini tapan bütün vəzifələrin
uğurla həyata keçirildiyinin şahidi olarıq.
Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməkdədir. Bu gün YAP-ın 600 min
üzvünün 40 faizini gənclər təşkil etməsini
şərtləndirən amillər göz
qabağındadır.
Yeni
Azərbaycan Partiyası gənclərin öz
potensiallarını ortaya qoymaq üçün bir meydana
çevrilib
Gənclərin partiyaya axını bir
daha bu reallığı təsdiqləyir ki, onlar YAP-ın
sıralarına qoşulmaqla öz potensiallarından səmərəli
istifadə etmək, dövlətə, dövlətçiliyə
xidmət etmək üçün böyük meydan
görürlər. 2011-ci ildə YAP Gənclər Birliyinin
yeni ofisinin istifadəyə verilməsinin məhz dövlət
başçısı İlham Əliyevin ad gününə
təsadüf etməsi də gənclərə diqqət və
qayğının təzahürü kimi dəyərləndirildi.
Açılış mərasimində YAP sədrinin
müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov
bildirmişdir ki, istərdik bu ofis partiyanın gəncləri
ilə yanaşı onların ətrafında olan, Prezident
İlham Əliyevin siyasətini dəstəkləyən
bütün gənclər üçün mərkəz olsun.
YAP rəhbərliyi gənclərin siyasi fəallığının
artırılması, asudə vaxtlarının səmərəli
təşkili, beynəlxalq əlaqələrin genişlənməsi,
ümumiyyətlə ayrı-ayrı sahələr üzrə
layihələrin həyata keçirilməsinə xüsusi
diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən
başlayaraq hər il keçirilən yay və qış
liderlik məktəblərini xüsusi qeyd etmək istərdik.
Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində
yaşayan bütün gənclərin biri-birini daha yaxından
tanımasını, onların arasında səmimi münasibətlərin
yaradılmasını, ölkədə ictimai həyatın
istənilən sahəsində dinamik inkişaf haqqında
onlara dolğun məlumatların
çatdırılmasını, tanınmış siyasətçilərlə
onların görüşlərinin təşkil edilməsini,
gələcəkdə müxtəlif sahələrdə
çalışacaq bu gənclərdə liderlik kimi
mühüm xüsusiyyətlərin
formalaşdırılmasını təmin etməkdir.
Gənc
kadrların yetişdirilməsi dövlət siyasətinin
prioritet istiqamətlərindəndir
Dövlət başçısı
İlham Əliyev gənclərin böyük qüvvə
olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu,
eyni zamanda müasir dövrün informasiya-kommunikasiya
texnologiyaları əsri olduğunu önə çəkərək,
yüksək ixtisaslı gənclərin yetişdirilməsini
qarşıya mühüm vəzifə kimi qoyur: “Peşəkar
kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində,
yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində,
ümumiyyətlə ölkə qarşısında duran ən
vacib problemlərdən biridir və biz bütün sahələrdə
buna nail olmalıyıq.” Gənclərə diqqət və
qayğı, onların təhsilinin inkişafına yönələn
addımlar Azərbaycan Dövlət Neft Şirkətinin də
fəaliyyətinin əsas tərkib hissələrindəndir.
ARDNŞ 2006-cı ildə Təqaüd Proqramını qəbul
etmişdir. Proqram çərçivəsində hər il 50
tələbəyə xarici ölkələrin ən nüfuzlu
universitetlərində neft ixtisasları üzrə təhsil
almaq imkanı yaradılır. Tələbələr Təqaüd
Proqramında iştirak etməklə həmçinin, təhsillərini
başa vurduqdan sonra ARDNŞ-də ixtisasları üzrə
işləmək imkanı əldə edirlər. ARDNŞ-in həyata
keçirdiyi “Yay məktəbi” və “Yay təcrübəsi”
layihələri də gənc kadrların yetişdirilməsinə
xidmət edən addımların tərkib hissəsidir.
Dövlət başçısı İlham Əliyevin 29
noyabr 2011-ci il tarixili fərmanı əsasında Bakı Ali
Neft Məktəbinin yaradılmasında da məqsəd beynəlxalq
standartlara uyğun ən müasir tədris planları və tədris
texnologiyaları əsasında təhsil prosesini təşkil
etməklə sənayenin müasir tələblərinə
cavab verən yüksək ixtisaslı mütəxəssislərə
ehtiyacını ödəməkdir.
Gənclərin
xaricdə təhsili ölkənin kadr potensialını
gücləndirir
Ötən əsrin 70-80-cı illərində
minlərlə Azərbaycan gənci respublikadan kənarda yerləşən
nüfuzlu ali məktəblərdə müxtəlif ixtisaslar
üzrə təhsil alaraq ölkəmizin iqtisadi, mədəni
və və elmi potensialının gücləndirilməsinə
öz layiqli töhfələrini vermişlər. 1991-ci il
oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin
yenidən bərpasından sonra azərbaycanlı gənclərin
dünyanın müxtəlif ali məktəblərinə
göndərilməsi siyasəti yenidən formalaşmağa
başlanmış, müxtəlif ölkələrlə əməkdaşlıq
müqavilələri çərçivəsində
ayrılmış təqaüd yerləri hesabına gənclərimizin
müvafiq ölkələrdə ali təhsil almağa
göndərilməsinə təkan verilmişdir. Dövlət
başçısı İlham Əliyevin 16 aprel 2007-ci il
tarixili sərəncamı ilə təsdiqlənən “
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” da Azərbaycan gənclərinin intellektual səviyyəsinin
artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə,
dünyanın qabaqcıl ölkələrinin təcrübəsini
öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda
yeni texnologiyaların mənimsənilməsinə xidmət
edir. Dövlət başçısı İlham Əliyev
bildirir ki, neft-qaz Tanrıdan verilən böyük nemətdir.
Biz bundan uğurla və məharətlə istifadə edirik.
Amma gec-tez, bu təbii sərvətlər tükənəcək
və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı
inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir.
Ən yaxşı inkişaf etmiş ölkələrin təcrübəsinə
baxsaq görərik ki, o ölkənin inkişafında ən
aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir,
yeni texnologiyalardır.
Azərbaycan
Gəncliyi Proqramının icrası konkret nəticələrə
gətirib çıxaracaq
Prezident İlham
Əliyevin 7 iyul 2011-ci il
tarixli sərəncamı ilə təsdiqlənən
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət
Proqramı”ndan irəli gələn vəzifələrin yerinə
yetirilməsi gənclər siyasətini daha
da inkişaf etdirməyə,
gənclərin menecment sahəsində fəal
iştirakına
şərait yaratmağa, gənc mütəxəssislərin
işlə təminatına, sosial-iqtisadi
problemlərin həllinin təmin edilməsinə xidmət edəcək.
Dövlət proqramının
hazırlanmamasından öncə Prezident
İlham Əliyev müxtəlif sahələrdə
uğurlar qazanmış bir
qrup gənci və tələbə gənclər
təşkilatlarının nümayəndələrini qəbul
edərkən sənəddə gəncləri narahat
edən bütün məsələlərin
öz əksini tapacağını bildirmişdir. Vurğulamışdır ki, Azərbaycan gəncləri müasir,
Vətənə, millətə bağlı, dövlətçiliyə
sadiq olmalı, eyni zamanda, bütün mütərəqqi
təcrübələri öyrənməyə səy
göstərməlidirlər. Qəbul olunan
proqramda bütün həllivacib
məsələlər öz əksini
tapıb. Dövlət başçısı İlham
Əliyev qarşıda duran vəzifələrdən
bəhs edərkən vacib məsələlərdən
biri kimi hər zaman “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə
Dövlət Proqramı”nı xüsusi
önə çəkir. Bildirir ki, bu, çox
konkret proqramdır. Yəni formal xarakter
daşımır. Proqramın bütün
müddəaları konkret nəticələrə
gətirib çıxaracaq. Ölkə Prezidentinin
19 dekabr 2011-ci il tarixli fərmanı əsasında Azərbaycan
Respublikasının Gənclər və İdman
Nazirliyi yanında Gənclər Fondunun yaradılması da
əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin
hərtərəfli inkişafını, cəmiyyətin həyatında
fəal iştirakını təmin etməkdir.
Yuxarıda
qeyd etdiyimiz kimi gənclərin elmin
sirlərinə dərindən yiyələnmələri,
qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə
çalışmaları vacib məsələ
kimi önə çəkilir. Bu baxımdan dövlət
başçısı İlham Əliyev Elmin İnkişaf Fondunun əhəmiyyətini də xüsusi qeyd edir. Bildirir ki, gənclər, gənc alimlər də bu fondun xətti ilə
müxtəlif proqramların icrasında fəal iştirak edirlər. “Gənclər Fondu da fəaliyyətini bu səpkidə, yəni bu
istiqamətdə aparmalıdır.”
“Gənclərimizin
əksəriyyəti böyük qürur hissi ilə deyə
bilərlər ki, onlar artıq müstəqillik illərində
formalaşmış nəslə mənsubdurlar.”
2011-ci ildə keçirilən Gənclərin
VI forumunun iştirakçılarına məktubunda dövlət
başçısı İlham Əliyevin bu fikri öz əksini
tapmışdır: “Gənclərimizin əksəriyyəti
böyük qürur hissi ilə deyə bilərlər ki,
onlar artıq müstəqillik illərində
formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq
məfkurəsi ruhunda tərbiyə almış bu nəsil
dövlətimizin iqtisadi və mədəni inkişafında
mühüm rol oynayaraq ildən-ilə potensialının
gerçəkləşdirilməsi üçün daha
geniş imkanlar əldə edir.” Bu əminlik ifadə
olunmuşdur ki, gənclərin malik olduğu imkanlar qlobal
dünyada insan kapitalının biliklərə əsaslanan
iqtisadiyyatın qurulmasında əhəmiyyətini müzakirə
obyektinə çevirməyə stimul verəcək.
İnformasiya cəmiyyətinin bərqərar olması ilə
əlaqəli proseslər əyani surətdə nümayiş
etdirir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və
işgüzarlıq olan yerdə gəncliyə xas
yenilikçi düşüncə sivilizasiyanın
bütövlükdə simasını dəyişdirə bilər.
Bu inam ifadə olunur ki, hazırda müasir dünyada
qarşılaşdığımız bir çox problemlərin
həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti
sayəsində həllini tapacaq.
Gənclərimiz
Azərbaycanın xarici ölkələrdə təbiğatçılarıdır
Heydər Əliyev Fondunun vitse-prezidenti,
Rusiya Azərbaycanlı Gənclər Təşkilatının
sədri, İslam Əməkdaşlıq Təşkilatının
Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın
gördüyü işlər gənclərimiz
üçün örnəkdir. Onun fəaliyyətində
tariximizin, mədəniyyətimizin təbliği prioritet
istiqamətlərdəndir. L.Əliyevanın təşəbbüsü
ilə keçirilən “Xocalıya ədalət”
kampaniyası çərçivəsində bütün
dünya xalqlarına bəyan edilir ki, guya genosidə məruz
qaldıqlarını saxta fakt və iddialarla subuta yetirməyə
çalışan ermənilər tərəfindən əsil
soyqırıma məruz qalan, torpaqları Ermənistan tərəfindən
işğal olunan Azərbaycan xalqıdır. Leyla Əliyevanın
təşkilatçılığı ilə keçirilən
tədbirlər davamlılığı ilə diqqət
çəkir. Leyla Əliyeva xaricdə yaşayan
soydaşlarımızın təşkilatlanması və Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması
istiqamətində göstərdiyi xidmətlərə görə
Dünya azərbaycanlılarının III qurultayında “ Tərəqqi”
medalı ilə təltif olunmuşdur.
2011-ci ildə “Evrovision-2011” mahnı
müsabiqəsində Eldar Qasımov və Nigar Camalın Azərbaycana
qələbə qazandırması da gənclərimizin
potensialının təsdiqi kimi qeyd olunmalıdır. Bu qələbə
əsasında ölkəmiz “Evrovision-2012” mahnı
yarışmasına ev sahibliyi etməklə həqiqətlərimizin
bir daha dünyaya nümayişinə nail oldu. Bu onu göstərir
ki, inkişaf, tərəqqi yolunda inamla irəliləyən Azərbaycanda
gənclərə qayğının davamlılığı
onları daha böyük səylə
çalışmağa stimul verir. Gənclərimiz Azərbaycanın
üçrəngli bayrağının yüksəklərə
qaldırmaqdan qürur hissi keçirir. Dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi,
güclü Azərbaycan hamımızın qürur mənbəyidir.
Xaricdə təhsil alan gənclərimiz öz biliklərini
artırmaqla yanaşı, həm də Azərbaycanın təbliğatçılarıdırlar.
Bir məqamı qeyd edək ki, 2011-ci ildə keçirilən
Dünya azərbaycanlılarının III qurultayının
nümayəndələrinin 100-dən çoxunun gənclər
olması onların Azərbaycan həqiqətlərinin təbliğinə
töhfələrini artırmaq istəklərini ortaya qoydu.
Azərbaycan
gənclərinin fəaliyyət
istiqamətlərini genişləndirilmələri əsasdır
21 illik müstəqillik tarixmizdə
ictimai fəal gənclərin 200-dən artıq QHT-də birləşməsi,
Azərbaycan gənclər təşkilatlarının 30-dan
artıq beynəlxalq gənclər qurumlarında təmsil
olunması və 2007-ci ilin “Gənclər ili” elan edilməsi də
gənclərə diqqət və qayğının dövlətin
siyasətində prioritet məsələ olduğunu təsdiqləyir.
Azərbaycan günbəgün yeniləşir, müasirləşir.
Dövlət başçısı İlham Əliyev bildirir
ki, müasirləşmə dövlət siyasətinin
düzgün qurulmasından, eyni zamanda gənclərin fəaliyyətindən
asılıdır. Qeyd edək ki, Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı ilə
keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi
və sosial çağırışlar” mövzusunda beynəlxalq
konfransda da gənclərin yeniliyə, müasirliyə daha
meyilli olduğu önə çəkilərək, yeni
dövrün əsas çağırışı kimi
onların potensialından səmərəli istifadənin
vacibliyi bildirilmişdir. Dövlət başçısı
İlham Əliyevin fərmanı əsasında təsdiqlənmiş
“Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasında da gənclərlə
bağlı müddəanın öz əksini tapması, bu sənədə
uyğun olaraq 2013-2023-cü illər üçün Dövlət
Proqramının hazırlanmasının zəruriliyi də gənclərə
diqqət və qayğının təzahürüdür.
İki sahil.-
2013.- 1 fevral.- S.9; 15.