Göyçayın kəndləri qazlaşdırılır

  

Ötən il rayonun 9 kəndi mavi yanacaqla təmin edilib

 

Əhalinin təbii qazla fasiləsiz və təhlükəsiz təmin edilməsi “Azəriqaz” İB-nin qarşısında duran ən mühüm vəzifələrdəndir. Məhz ötən müddət ərzində bu istiqamətdə ciddi işlər həyata keçirilib. Onun bir strukturu olan Göyçay Qaz İstismar Sahəsi də rayon ərazisində qaz təchizatını daha da yaxşılaşdırmaq, qaz təsərrüfatının təhlükəsiz istismarını təmin etmək, qaz itkisinin qarşısını almaq məqsədi ilə 2012-ci ildə xeyli təmir-bərpa işləri həyata keçirib.

Göyçay QİS-in rəisi Murtuz Salahovun verdiyi məlumata görə,  2012-ci ildə  rayon Qaz İstismarı Sahəsi  rayon mərkəzində və onun 15 kəndində 12735 abonenti mavi yanacaqla müxtəlif diametrli 383000 poqonometr uzunluğunda daşıyıcı və paylayıcı qaz kəmərləri vasitəsilə təmin etmişdir.

Təbii qazın qəbulu, paylanması və istehlakı zamanı yaranan itkilərin azaldılması, onun uçotunun dəqiq aparılması, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə rayonun Heydər Əliyev prospektində, R.İsayev, Şəhriyar, Bakı, Z.Nəcəfov, Nəsimi, Z.Bünyadov, 20 Yanvar, Nizami və digər bir neçə küçələrində, ümumilikdə 18200 poqonometr uzunluğunda müxtəlif diametrli istismar müddətini başa vurmuş qaz boruları yeniləri ilə əvəz olunmuşdur.

Podratçı təşkilat olan İTQNQ MMC tərəfindən rayonun Potu, Şıxlı və Kürd kəndlərində istismar müddətini başa vurmuş metal boruların əvəzinə 63000 poqonometr uzunluğunda birpilləli sistem əsasında yeni polietilen xətlər çəkilmişdir. 2012-ci ildə rayonun 9 kəndində-Potu, Şıxlı. Kürd, Cəyirli, Qubadlı-Şıxlı, Kürdəmiş, Türkmən, Bığır və Qarayazı kəndlərində yeni qazlaşdırma işləri aparılmışdır. Şəhərin  Natəvan küçəsində diametri  225 millimetr olan 3100 poqonometr  yeni qaz kəməri çəkilmişdir.

Təbii qazdan istifadə edən 12735 abonentin hamısının  sayğacları yeniElestertipli Almaniya istehsalı olan sayğaclarla əvəzlənmişdir. Rayonun qaz təsərrüfatında həyata keçirilmiş təmir və yenidənqurma işlərinin nəticəsi olaraq illik təbii qaz itkisi 23,3 % -ə endirilmişdir ki, bu da 2011-ci illə müqayisədə 10,0 % , 2010-cu illə müqayisədə 14,5 %  azalma deməkdir. 2012-ci ildə rayonun 2 kəndinə Kürdəmiş və Türkmən kəndlərinə təbii qazın verilişi 20 illik fasilədən sonra bərpa olunmuşdur.

İlin əvvəlindən QİS-in Qəza dispetçer xidmətinə 738 çağırış daxil olmuş və onların hamısı araşdırılaraq qısa müddət ərzində öz həllini tapmışdır. Eyni zamanda, 2012-ci ildə vətəndaşlar tərəfindən QİS-ə daxil olan 1208 müraciətin 1202-si həllini tapmış, onlardan 4-ü həll olunmaq üçün aidiyyəti üzrə ünvanlanmış, 2 müraciət əsassız hesab edilmişdir.

2012-ci ildə rayonun əhali və qeyri-əhali sektoru üzrə təbii qazın satışı 36.387.875 m3 olmuşdur. İl ərzində satılan təbii qazın 3,638.787,50 manat dəyərinin 3,478,222,67 manatı ödənilməklə illik ödəniş 95,6% təmin olunmuşdur. Ümumilikdə 2012-ci ildə 1126 yeni abonent qeydiyyata alınmışdır. Hazırda rayonun 5 kəndində-Cəyirl, Qubadlı-Şıxlı,  Bığır,  Qarayazı və Məlikkənd kəndlərində yeni qazlaşma işləri aparılır.

Sahə rəisinin sözlərinə görə, təbii qazdan təhlükəsiz istifadə istiqamətində QİS-də xeyli işlər görülüb. Belə ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmişQazdan istifadə qaydaları”na əsasən yaşayış evlərində, ictimai binalarda və digər obyektlərdə qaz avadanlıqlarına texniki baxış və profilaktik xidmət işləri mütəmadi həyata keçirilir. Bu istiqamətdə aparılan tədbirlər nəticəsində yüzlərlə abonentin mənzilinə texniki-baxış keçirilərək standartlara uyğun olmayan qaz cihazları istismardan çıxarılıb. Eyni zamanda, təhlükəsizliklə əlaqədar abonentlər arasında maarifləndirmə işi aparılıb. Çalışacağıq ki, növbəti aylarda abonentlərə daha yaxşı xidmət etməklə bərabər, itki faizini minimuma endirək, abunə haqlarının yığımını daha da yüksəldək.

Sahə rəisi xüsusi vurğuladı ki, QİS-in işinin sürətli və səmərəli şəkildə həyata keçirilməsində digər mühüm şərt ARDNŞ prezidenti cənab Rövnəq Abdullayevin, o cümlədən “Azəriqaz” İB-nin  rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıdır. Məhz sahənin vaxtlı-vaxtında malmaterialla, avadanlıqlarla təchiz olunması kollektivdə işgüzar mühitin yaranmasına səbəb olur.

 

 

Elçin Zaman

 

İki sahil.- 2013.- 1 fevral.- S.19.