“ASAN xidmət”
bir Azərbaycan brendidir
Prezident
İlham Əliyev: Bu sistem vasitəsilə xoşagəlməz
halların qarşısı alınır, korrupsiyaya
qarşı mübarizə daha da gözəl səmərə
verir, bürokratiyaya qarşı mübarizə artıq “ASAN
xidmət” vasitəsilə yeni pilləyə qalxır
Azərbaycan hökuməti iqtisadi idarəetməni
yeni dövrün innovativ tələblərinə uyğun
şəkildə qurmağı əsas hədəf seçib
və iqtisadiyyatın, sosial sektorun, humanitar-sosial mədəni
strukturların fəaliyyəti tamamilə modernizasiya
arxitekturasına əsaslanır. Müasir idarəetmə
texnologiyalarının başlıca istiqamətləri insan
amilinin ön plana çəkilməsi, yəni, insanlara keyfiyyətli
və ləyaqətli sosial həyat tərzinin təmin edilməsindən
ibarətdir. Daha doğrusu, insan hüquq və
maraqlarının qorunması, onların dövlət idarəetmə
strukturları ilə təmaslarında şəffaf münasibətin
təmin olunması yeni sosial iqtisadi meyarların ön planda
durur. Ölkə Konstitutsiyasında təsbit olunmuş ana
meyar - vətəndaşın mənafeyinin qorunması prinsipi
Azərbaycanın müasir idarəetmə sistemində birinci
dərəcəli məsələ hesab olunur.
İqtisadi inkişafın yeni
çağırışları, sosial liberalizmin tələbləri
inkışafın sürətli axarı fonunda dövlətin
insanlara daha keyfiyyətli xidmət göstərmək prinsiplərini
qarşıya qoyur. Müasir dövrün meyarlara insanlarla
davranışın, ünsiyyətin tam başqa bir
formalarını ehtiva edir. İnformasiya cəmiyyətinin
qurulması müasir insana yanaşmanın keyfiyyətinin dəyişməsini,
xidmətlərin müasirliyinin təmin olunmasını şərtləndirir.
Modern cəmiyyətdə kommunikasiyaların ən son
modulları ilə əhatə olunmuş insanın dövlət
orqanları ilə, hökumətlə təmasları
novatorluğun elementlərinə əsaslanır. İnsana xidmət,
vətəndaşa münasibət elektron əsrin bazislərinə
söykənir. Təbii ki, ən modern cəmiyyət
quruculuğunu təmin edən Azərbaycan qeyd olunan prinsipləri
reformaların əsas tərkib hissəsi hesab edir.
Vətəndaşlara göstərilən
xidmətlərin təkmilləşdirilməsi ilə
bağlı sistemli tədbirlər hazırda hökumətin
idarəetmə və xidmət siyasətində mühüm
yer tutur. Azərbaycan hökuməti, eyni zamanda, idarəetmədə
ən modern texnologiyaları tətbiq etmək, dövlət
orqanlarının fəaliyyətində şəffaflığı
artırmaq, vətəndaşlara göstərilən xidmətlərin
daha keyfiyyətli, rahat, yeni üslubda və müasir
innovasiyalar üzrə həyata keçirmək
üçün komleks və uzunmüddətli islahatlara start
vermək niyyətindədir. Bu mənada Prezident İlham Əliyevin
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin yaradılması barədə fərmanı əsasında
açılan “ASAN xidmət” mərkəzləri xüsusi əhəmiyyət
kəsb edir.
Qeyd edək ki, bu yaxınlarda Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin
açılışı zamanı Prezident İlham Əliyev
bir daha vurğulayıb ki, “ASAN xidmət”in bir neçə əsas
fəaliyyət istiqaməti var: “Onların arasında insanlara
yüksək səviyyəli xidmət məsələsi
ön plandadır. Eyni zamanda, bu sistem vasitəsilə xoşagəlməz
halların qarşısı alınır, korrupsiyaya
qarşı mübarizə daha da gözəl səmərə
verir, bürokratiyaya qarşı mübarizə artıq “ASAN
xidmət” vasitəsilə yeni pilləyə qalxır. “ASAN
xidmət”in fəaliyyəti innovasiya, müasirlik, texnologiyalar,
bilik deməkdir. Eyni zamanda, siz könüllülərin fəaliyyəti
də cəmiyyətdə yeni bir davranış
qaydalarının tətbiqi deməkdir. Bu, çox nəcib və
doğrudan da, çox təqdirəlayiq bir funksiyadır. Gənclər
təmənnasız bu işlərə qoşulur - vətəndaşlara
kömək göstərmək, cəmiyyətdə öz fəaliyyətini
daha da uğurla aparmaq və ümumi işimizə töhfə
vermək üçün. Yəni, görürsünüz
ki, “ASAN xidmət”in təməlində nə qədər
gözəl amillər birləşir: müasirlik, yenilik,
insanların vətəndaşlıq borcunun yerinə yetirilməsi,
gənclərin bu işlərə qoşulması. Əlbəttə,
bu xidmət ölkəmizin ümumu inkişafı ilə də
tam uzlaşır. Çünki bu gün doğrudan da, Azərbaycanda
müasir dövlət qurulur, yeni texnologiyalar tətbiq edilir.
Dünyanın ən qabaqcıl, mütərəqqi təcrübəsi
Azərbaycanda tətbiq olunur. Bu, ümumiyyətlə, bizim
siyasi xəttimizdir. Ancaq “ASAN xidmət”in
üstünlüyü ondan ibarətdir ki, artıq Azərbaycan
da müasir texnologiyaları tətbiq edir. Başqa ölkələr
bizdə olan təcrübəni öyrənəcək və
faydalanacaqdır. Qısa müddət ərzində 100 min vətəndaşın
bu xidmətdən istifadə etməsi əlbəttə ki,
xidmətin artıq cəmiyyətdə yüksək qiymətə
layiq olduğunu göstərir”.
Bununla əlbəttə ki, dövlət başçısı
respublikamızda innovativ sosial
xidmət platformasının konkret istiqamətlərini
də müəyyən edir. Bura dövlət
orqanlarının fəaliyyətində şəffaflığın
artırılmasının, vətəndaşlara göstərilən
xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda
və müasir innovasiyaları tətbiq
etməklə həyata keçirilməsinin, vətəndaşlara
münasibətdə etik qaydalara,
nəzakətli davranışa əməl
edilməsinin, vətəndaş məmnunluğunun təmin
olunmasının zəruriliyini nəzərə alaraq, dövlət orqanları tərəfindən
göstərilən xidmətlərin təkmilləşdirilməsi,
elektron xidmətlərə keçidin sürətləndirilməsi ilə
bağlı sistemli tədbirlər planı
daxildir. Agentlik dövlət orqanlarının xidmət mərkəzlərinin
vahid şəkildə idarə edilməsini,
xidmət mərkəzlərində fəaliyyət göstərən
dövlət orqanlarının əməkdaşlarının
fəaliyyətinin əlaqələndirilməsini, nəzarət
və qiymətləndirmənin aparılmasını,
dövlət orqanlarının informasiya
bazalarının qarşılıqlı inteqrasiyasını,
elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetməni təmin edir.
Ümumiyyətlə,
müasir cəmiyyətin, elektron
idarəetmənin təmin olunmasında birbaşa
əsas məqsəd insanlara xidmətin
keyfiyyətliliyini təmin etməklə yanaşı, dövlət-insan
formulunun ən qüksək şəffaflıq
indeksini möhkəmləndirməkdir.
Şəffaflığın, insanlara keyfiyyətli
xidmətlərin göstərilməsinin ən mükəmməl və dinamik forması elektron
xidmətlərdir. E-xidmətlərin sistemliliyinin
və vahid idarəetmə
texnologiyalarının bazisi elektron hökumətdir. Bu
gün elektron
hökumət quruculuğu istiqamətində
davamlı və operativ islahatlar
həyata keçirən hökumət dövlət
strukturlarında e-xidmətlərin çeşidlərini əhəmiyyətli
dərəcədə genişləndirib. Hazirda
dünyada informasiya cəmiyyətinin
formalaşdırılması sahəsində ən çox nəzərə çarpan
tendensiya elektron
hazırlığın inkişafı səviyyəsi ilə ölçülür. Elektron
hazırlıq elektron xidmətlərin tətbiqinin
genişlənməsini təmin edir, eyni zamanda, “elektron hökumət” quruculuğuna
doğru aparan yolun mühüm bir komponenti kimi çıxış edir.
Bu mənada, elektron
hazırlığın güclü
olması həmin ölkədə e-xidmətlərin
genişliyinə də mühüm təsir
göstərir.
Qeyd etdiyimiz
kimi Azərbaycan bu sahədə
xeyli irəliləyişlər əldə
edib. Bir çox indikatorlar üzrə
ölkəmizin regionda əsas yerlərdən
birini tutması dövlətin siyasi iradəsinin əyani təzahürü kimi qiymətləndirilə bilər. Məsələn,
elektron iştirak indeksi üzrə mövcud
əmsal, eləcə də, “online” xidmətlərin
miqyası ilə bağlı yüksək qiymətləndirmə
respublikamızda elektron cəmiyyət quruculuğu sahəsində qətiyyətli
addımların atılmasını şərtləndirir. Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi,
dövlət idarəçiliyinin müasir
prinsiplər əsasında həyata keçirilməsi məqsədi
ilə informasiya və kommunikasiya
texnologiyalarından istifadə olunması dövlət siyasətinin
prioritetlərindən birinə çevrilib
və bu sahədə sistemli
tədbirlər davam etdirilir.
Bu strategiya ölkəmizdə “elektron-hökumət”
quruculuğu üçün
çoxsistemli idarəetmə mexanizmlərinin
formalaşdırılmasından ibarətdir. Ölkəmizdə
“Elektron Azərbaycan” Dövlət
Proqramı, eləcə də informasiya və
kommunikasiya texnologiyalarının
inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət
orqanlarının əhaliyə beynəlxalq standartlara
uyğun elektron xidmətlər
göstərməsi sahəsində hüquqi
baza formalaşıb.
Azərbaycanda
demokratik ölkə kimi
vətəndaşlarına sərbəst şəkildə informasiya-kommunikasiya texnologiyalarından istifadə
etməsi üçün bütün
imkanları yaradıb. Həyata keçirilən siyasətin əsas
hədəflərindən biri elektron vərdişlərin
inkişafınü sürətləndirməklə cəmiyyətin
informasiylaşdırılımasını tam
təmin etməkdən ibarətdir. Qloballaşma proseslərinin
cəmiyyətin bütün fəaliyyət
sahələrinə nüfuz etməsi ilə
geniş vüsət aldığı
dövrdə Azərbaycanda əsas məqsəd elmi-texniki tərəqqinin nailiyyətlərindən
bəşəriyyətin rifahı naminə istifadə
olunmasıdır. Eyni zamanda, dövlət orqanlarında
çalışan işçilərin etik
davranış kodeksi həyata keçirilir ki, bu da vətəndaşla
ünsiyyətin sivil təşkili, şəffaflıq
üçün mühüm
əhəmiyyət kəsb edir. Bütün bu ali məqsədlər e-hökumət quruculuğunun əsas komponentlərini təşkil
edir.
Göründüyü kimi, ən modern informasiya texnologiyalarının tətbiqi, informasiya cəmiyyətinin bütün
komponentlərinin yaradılması və e-hökumət
arxitekturasının bütün seqmentlərinin
formalaşdırılması bir məqsədə
- innovativ, şəffaf, operativ,
sosial idarəetmənin təmin edilməsinə,
proqressiyanın dərinləşməsinə xidmət edir. Geniştutumlu, sivil xidmətlər infrastrukturunun
yaradılmasına xidmət edir. Dövlət
başçısının müəyyn etdiyi
əsas hədəflər - xidmətlərin operativlik,
şəffaflıq, nəzakətlilik, məsuliyyət və
rahatlıq prinsipləri əsasında həyata keçirilməsi
də məhz əsas trendlərdir. Vətəndaşların
birbaşa internet vasitəsilə
müraciətlərinin cavablandırılması, virtual əlaqənin yaradılması,
onların qarşılanma, dinlənmə mədəniyyətlərinin
təmin olunması da elektron
formada həyata keçiriləcək. Bütün bunlar isə sonda şəffaflıq indekslərinin güclənməsinə
səbəb olacaq.
Rəşad Bağırov
İki
sahil.- 2013.- 4 iyun.- S.5.