Narkomaniya əsrimizin bəlasıdır
Narkomaniya
sərhəd tanımayan beynəlxalq
problemə çevrilib. Qatı cinayətlər arasında
insanların sağlamlığına ciddi təsir edən
narkotik vasitələrin satışı, transferi ağır
fəsadlara yol açır. Dövlətin siyasətinin əsasında
vətəndaş amilinin dayandığını nəzərə
alsaq, bu istiqamətdə həyata keçirilən tədbirlərin,
atılan addımların əhəmiyyətini daha aydın dərk
etmək olar. Dövlət başçısı İlham Əliyev
hər zaman bildirir ki, ölkə əhalisinin
sağlamlığı prioritet məsələlərdəndir.
Gənclər arasında idmanın, mədəni-kütləvi
tədbirlərin genişləndirilməsində də əsas
məqsədlərdən biri sağlamlığın təmin
edilməsi ilə yanaşı,
insanların belə ağır fəsadlar törədən
vərdişlərdən uzaqlaşdırılmasına nail
olmaqdır.
Bütün idarə və müəssisələrdə,
Bakının hər bir rayonunda
narkomanlığın cəmiyyətə ziyanına
dair keçirilən silsilə
tədbirlərdə də əsas məqsəd məhz maarifləndirmənin
lazımi səviyyədə təşkilidir. Həmçinin asudə vaxtın səmərəliliyi
üçün müxtəlif məşğələlər
təşkil edilir, elmi-praktiki konfranslar keçirilir, tədris-təlim
proqramlarına narkomanlığın sağlamlığa mənfi
təsiri ilə bağlı mövzular daxil edilir, kütləvi
idman tədbirlərinin keçirilməsi üçün
müvafiq şərait yaradılır, əyani təbliğat
vasitələrindən istifadə olunur. Məktəblilər
və yeniyetmələr arasında cinayətkarlığın,
mənfi meyilli amillərin qarşısını almaq məqsədilə
ümumtəhsil məktəblərində təşkil olunan
tədbirlərdə, dəyirmi masalarda narkomaniyanın bəşəriyyət
üçün böyük faciə olduğunu özündə
əks etdirən mövzular ətrafında geniş fikir
mübadiləsi aparılır, inşa yazı və rəsm
müsabiqələri təşkil olunur, gənclərin bu təhlükəli
cinayətlə bağlı fikir və mülahizələri
öyrənilir. Seçilən mövzularda müxtəliflik
özünü göstərsə də, ümumi məqsəd
narkomaniyaya qarşı birgə mübarizənin vacibliyini
aşılamaq, gənc nəsli bu bəladan uzaq olmağa
çağırmaqdır.
“Narkomaniya və müasir gənclik”, “Narkomaniya cəmiyyətin
qəddar düşmənidir”, “Narkomaniyaya qarşı
hamılıqla mübarizə”, “Narkomaniya nədir?”, “Zərərli
vərdişlərə yox deyirik” devizi altında təşkil
olunan tədbirlər maarifləndirmə işinin yüksək
səviyyədə qurulmasına öz müsbət təsirini
göstərir. Təbii ki, hər bir tədbir öz mahiyyəti
və əhəmiyyəti baxımından diqqətçəkəndir.
Tədbirlər planının tərkib hissəsinin genişləndirməklə
qarşıya qoyulan məqsədə lazımi səviyyədə
nail olmaq mümkündür. Bir sözlə, səylərin
birləşdirilməsi uğurlu başlanğıc olmaqla, həm
də hədəfə çatmaq üçün əsasdır.
Dövlət başçısı
İlham Əliyevin imzaladığı “Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsi və narkomanlığın
yayılması ilə mübarizə üzrə Proqram (
2007-2012-ci illər)”dan irəli gələn vəzifələrin
yerinə yetirilməsi istiqamətində tədbirlər
davamlılığı ilə diqqət çəkir. Məqsəd
ölkə əhalisinin sağlamlığının
qorunması üçün ciddi təhlükə olan, sosial-iqtisadi
inkişafa mənfi təsir göstərən narkotik maddələrin
ölkəmizə idxalının qarşısının
alınmasıdır. Narkotik vasitələrin, psixotrop maddələrin
və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə
aparılması Azərbaycan Respublikası Cinayət Məcəlləsində
öz əksini tapıb. Sənəddə qeyd olunduğu kimi,
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsi cinayətlərə aid edilmiş, bu cür
neqativ hallara qarşı mübarizəni əhatə edən
hüquqi baza, tədbirlər
planı təkmilləşdirilmişdir. Cənab İlham Əliyevin sərəncamına
əsasən Narkomanlığa və narkotik vasitələrin
qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə
üzrə” yaradılmış Dövlət Komissiyası
ölkədə bu sahədə aparılan mübarizə tədbirlərinə
xüsusi təkan vermişdir. Azərbaycan “Narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qanunsuz
dövriyyəsinə qarşı mübarizə haqqında””
BMT Konvensiyasına qoşulduqdan sonra üzərinə
götürdüyü öhdəliklərin yerinə yetirilməsi
istiqamətində bir sıra müvafiq əməli tədbirlər
həyata keçirib. Ia?eiiaieuuui uyieeeyoy ay einaiea?ui naueaieuuuia
ceeaiu, ao nauyay y??oləi oyaae?ey? ay iiea?ui iyoeuyey?e aa?yay yualinin
məlumatlandırılması istiqamətində aparılan təbliğat
işlərinin gücləndirilməsində də məqsəd
beynəlxalq səviyyədə həyata keçirilən
narkomanlığa qarşı mübarizədə Azərbaycanın
fəallığını təmin etməkdir.
Hüquq mühafizə, gömrük
orqanlarının bu sahədə apardıqları mübarizə
tədbirləri nəticəsində ölkəyə
qeyri-qanuni, qaçaqmalçılıq yolları ilə gətirilən
xeyli miqdarda narkotik maddələrin müsadirə olunaraq zərəsizləşdirilməsi
istiqamətində mübarizə tədbirləri davamlı
olaraq diqqətdə saxlanılır.
Prezident İlham Əliyevin 2007-ci il 28
iyun tarixli sərəncamı ilə təsdiq edilmiş
“Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
üzrə Proqram”dan irəli gələn vəzifələrin
yerinə yetirilməsi məqsədilə cari ilin ötən
dövründə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin müvafıq qurumları tərəfındən
bir sıra tədbirlər həyata keçirilib. Belə ki,
bu istiqamətdə profılaktiki tədbirlər gücləndirilmiş,
xüsusi mühafızə olunan təbiət əraziləri
və meşə fondu torpaqlarında narkotik xassəli
yabanı və qanunsuz əkilən bitkilərin məhv edilməsi
ilə əlaqədar müvafıq əməkdaşlar təlimatlandırılmış,
narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılmasına qarşı bölgələrdə
təbliğat və maarifləndirmə işləri
aparılmışdır.
“Narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
üzrə Proqramı” çərçivəsində
Nazirliyin müvafıq qurumları tərəfindən
2013-cü ilin ötən dövrü ərzində bölgələrdə
qabaqlayıcı kompleks profılaktik tədbirlərin həyata
keçirilməsi məqsədilə rayon icra hakimiyyətlərinin,
icra nümayəndəliklərinin, bələdiyyələrin,
əhalinin və məktəblilərin iştirakı ilə
“Narkomaniya əsrimizin bəlasıdır”, “Narkomaniyaya
qarşı mübarizə”, “Sağlam həyat tərzini
seç”, “Narkomaniyaya qarşı mübarizə
yollarını nədə görürsünüz?”, “Əsrimizin
bəlası olan narkomaniyaya yox deyək” və s. mövzularda
təbliğat xarakterli yığıncaqlar
keçirilmiş, narkomanlığın yayılması,
narkotik vasitələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə
bağlı ətraflı fıkir mübadiləsi
aparılmışdır. Bu müddət ərzində təhsil
müəssisələrində də həmin mövzularda
şagirdlərlə söhbətlər aparılmış,
mövzulara uyğun bukletlər hazırlanaraq onlara
paylanılmış və bu məsələlərə dair
münasibətləri ətraflı öyrənilmişdir.
Bütün bunların nəticəsi
olaraq, 2013-cü ilin ötən dövrü ərzində
xüsusi mühafızə olunan təbiət ərazilərində
və meşə fondu torpaqlarında tərkibində narkotik
xassəli maddələr olan bitkilərin əkilib-becərilməsi
və yabanı bitməsi hallarına rast gəlinməmişdir.
Ümumyyətlə, narkoxassəli bitkilər
aşkar edildikdə qabaqlayıcı kompleks tədbirlərin
görülməsi barədə Nazirliyin aidiyyəti tabeli
qurumlarının rəhbərlərinə müvafıq
tapşırıqlar verilmişdir. Bu məqsədlə
bölgələrdə monitorinqlərin, reydlərin
keçirilməsi davam etdirilir və bu tədbirlər daim
diqqət mərkəzindədir.
Göründüyü kimi, tədbirlər
davamlıdır və birgə səylər öz müsbət
nəticəsini verir.
Amil
Sefiyev,
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat
şöbəsinin müdiri
İki
sahil.- 2013.- 8 iyun.- S.23.