Doğulan uşaqların sayı artsa da, ölüm halları da yox deyildir

 

Azərbaycanda 5 yaşa qədər uşaqlar arasında ölümün əsas səbəbləri sırasında  doğuş prosesində meydana gələn problemlər, sətəlcəm, ishal, yaralanmalardır . Bəzi qadınlar isə  ailə həyatı quranda onlarda vərəm, şəkərli diabet və digər xəstəliklərlə bağlı problemlərin olduğunu gizlədirlər.

 

“Bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşıdır” söyləyən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi ölkə əhalisinin sağlamlığının qorunması, insan kapitalının və sosial sahənin inkişafı üçün aparılan islahatlar müsbət nəticəsini verir. Ölkədə əhalinin keyfiyyətli səhiyyə və təhsillə təmin olunması və müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələrə göstərilən qayğı strateji xətt olaraq daim diqqətdə saxlanılır.

Lakin danılmazdır ki, bütün dünyada olduğu kimi Azərbaycan da uşaqlar arasında xəstələnmə hallarından, ana və uşaq ölümlərindən tam sığortalanmayıb.

Respublikanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev vurğulayır ki, hazırda ölkədə dünyaya gələn uşaqların sayında artım müşahidə olunur.

Əvvəlki illərə nisbətən isə ölüm halları azalmaqdadır. “Əgər 2011-ci ildə uşaq ölümü 11 promille olubsa, 2012-ci ildə bu rəqəm 10,5-10,8 promille arasında dəyişib. Ana ölümündə də nəzərəçarpan azalma var. Son bir neçə ildə bu göstərici 35-dən 14-17-dək azalıb” söyləyən baş pediatr bildirir ki, ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2012-ci ildə 14,9-a enib.

Anauşaqlara qayğıdan söz açan baş pediatr bildirdi ki, 2012-ci ildə ölkə ərazisində doğuşa yardım, uşaqlara xidmətlə bağlı çoxsaylı tibb müəssisələri yenidən qurularaq istifadəyə verilib. Bunun nəticəsində də mövcud sahədə irəliləyişlərə nail olunub. “2013-2017-ci illərdə Azərbaycanda ana və uşaqların müalicəsi haqqında” Dövlət Proqramının icrası da mövcud problemlərin aradan qaldırılmasına xidmət edəcək.

Uşaqlar arasında hələ də rast gəlinən ölüm hallarının aradan qaldırılması istiqamətində aparılan islahatlara aydınlıq gətirən N. Quliyev bildirir ki, bu tək səhiyyə işçilərini deyil, bütünlükdə ölkə ictimaiyyətini düşündürməlidir:

- Əhalinin, xüsusən də anauşaqlar arasında xəstəlik və ölüm hallarının aradan qaldırılması bütünlükdə cəmiyyətin gələcəyinin təminatı deməkdir. Buna görə də hər bir vətəndaş bu sahədə daha fəal olmalıdır. Görülən tədbirlər nəticəsində uşaqlar arasında ölüm halları azalsa da, hələ də müşahidə olunmaqdadır. 1993-cü ildə 1 yaşa qədər uşaqlar arasında ölüm faizi yüksək olduğu halda 2012-ci ildə bu sahədə müvafiq göstərici 3 dəfə azalaraq hər 1000 nəfərə 10,8 faizi təşkil edir. Göstəricilərin daha aşağı səviyyəyə salınması üçün nəzərdə tutulan Dövlət proqramlarından irəli gələn islahatlar davam etdirilir. Milli Məclisdə “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanunun qəbulu ilə uşaq ölümlərinə səbəb olan amillərin aradan qaldırılması təmin ediləcək.

Uşaqlar arasında aparılan profilaktik tədbirlərə aydınlıq gətirən N.Quliyev bildirdi ki, ən başlıca məsələ sonradan müxtəlif fəsadların qarşısının alınmasında əsas mərhələ olan peyvəndlərin vaxtlı-vaxtında vurulmasıdır. Bu sahədə valideynlər çox vaxt etinasızlıq göstərirlər. Ölkədə siyasi sabitliyi pozmağa cəhd göstərən qüvvələrin peyvəndlərin “yararsızlığı” barədə apardıqları qərəzli təbliğatı əsas gətirən analar bəzən uşaqlarının sağlamlığı üçün ən vacib şərt olan peyvəndlərdən imtina edirlər. Halbuki peyvəndlərin vurulması uşaqların haqqıdır.

Bu gün uşaqlar arasında ən çox yayılan tənəffüs yollarının iltihabı, riskli doğuşlar nəticəsində uşaqlarda yaranan fəsadların sonradan daha ağır şəraitdə müşahidə olunmaması, ölüm ilə nəticələnməməsi üçün peyvəndlər vacibdir. Görülən tədbirlər nəticəsində Azərbaycanda bir çox infeksion xəstəliklərin kökü kəsilib.

Eyni fikri təsdiq edən Bakının Nərimanov rayonu, 14 saylı uşaq poliklinikasının pediatrı Aygün Ocaqova da bildirdi ki, uşaqlar arasında ən çox müşahidə olunan kəskin viruslara yoluxma halları peyvəndlərin vaxtında aparılmaması və ekoloji tarazlığın pozulması ilə əlaqədardır:

- Analar çox vaxt peyvəndlərdən (akadeis, polimielit) imtina edirlər. Amma unutmaq olmaz ki, ekoloji tarazlığın pozulması ilə bağlı uşaqlarda yaranan xəstəliklərin aradan qaldırılmasında peyvəndlərin böyük əhəmiyyəti var. Bu prosesin mütəmadi davam etdirilməsi, valideyn səhlənkarlığının qarşısının alınması üçün evlərə gedir, maarifləndirmə işinə diqqəti artırırıq. Uşaqlar bizim gələcəyimizdirdeyiriksə gərək bunun üçün hər bir vətəndaş məsuliyyətini artırsın. Sosial bəla adlandırdığımız uşaq ölümlərinin aradan qaldırılması üçün dövlət tərəfindən göstərilən qayğıya əməli işimizlə cavab verək.

Xətai rayonundakı 2 saylı uşaq poliklinikasının cərrahı Lalə Hüseynova körpələr arasında xəstələnmə hallarını əsasən vitamin çatışmazlığı ilə əlaqələndirdi:

- Uşaqların qayğısına hələ doğulmamışdan əvvəl qalmaq lazımdır. Bunun üçün ilk növbədə analar, onların yaxınları, yaşadığı ərazidəki tibb müəssisələrinin personalı məsuliyyət daşımalıdır. Həkimə müraciətlər arasında daha çox müşahidə olunan kəllə sümüyünün vaxtından tez bitişməsi, skalioz, raxit (sümük əyriliyi) kimi xəstəliklərə qarşı hamiləliyin ilk günündən profilaktik tədbirlər görülməli, ana uşaqlar bütün sosial problemlərdən uzaqlaşdırılmalıdır.

Yuxarıda deyilən mütəxəssis rəyi ilə biz razıyıq. Həqiqətən son illərdə ölkədə aparılan quruculuq işləri, sosial islahatlar arasında təhsil səhiyyənin inkişafına daha çox diqqət göstərilir, reabilitasiya mərkəzləri yaradılır, xəstəxanalar ən müasir avadanlıqlarla təmin olunur. Amma danılmaz faktdır ki, hələ tək-tək olsa da, ana, uşaq ölümləri müşahidə edilməkdədir.

Mütəxəssislər bildirirlər ki, gələn ildən Azərbaycanda uşaq ölümü göstəricisi dəyişəcək. Buna səbəb 2011-ci ildən Azərbaycanda 22 həftəlik 500 qramla doğulan uşaqlarınyeni doğulan uşaqkimi qəbul edilməsi olacaq. Bu meyar Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğundur. Neonatal dövrdə ölüm riski yüksək olduğundan, uşaq ölümü göstəricisinin yüksəlməməsi üçün “Ana, neonatal uşaq Sağlamlığı Dövlət Proqramıçərçivəsində diri doğulmanın yeni meyarları hazırlanır. Neonatal dövründə ölüm riskini azaltmaq üçün ölkədə perinatal mərkəzlərin sayının artırılması nəzərdə tutulur. Belə ki, uşaq ölümünün sayını azaltmaq üçün dövlət tərəfindən lazımi tədbirlər görülür.

Əlbəttə ki, ana uşaq ölümü halları 1-2 ilə tam aşağı salına bilməz. Amma perinatal xidmətin düzgün təşkil olunması sayəsində daha uğurlu nəticələrə nail olmaq mümkündür .

Qeyd edək ki, ana uşaq sağlamlığının mühafizəsi ilə bağlı ölkədə 3 perinatal xidmət mərkəzinin inşası nəzərdə tutulub. Dörd belə mərkəz isə Gəncədə, Lənkəranda, Qubada, Naxçıvanda, eyni zamanda Bakıda fəaliyyət göstərir.

 Həqiqətdir ki, obyektiv subyektiv səbəblərdən (xüsusən rayonlarda) ana uşaq ölümləri mövcuddur. 2005-ci ildən sonra Azərbaycanda müşahidə edilən göstəriciləri müqayisə etdikdə irəliləyiş hiss olunur. Belə ki, əgər 2006-cı ildə ana uşaq ölümü 34,2 promilli idisə, 2012-ci ildə bu rəqəm 14,9 promilli olub. Ötən il hər 100 min diri doğulan uşağa ana ölümü əmsalı 14,9 promilli, 1 yaşına qədər hər 1000 diri doğulan uşağa uşaq ölümü əmsalı 10,18 promilli, 1-5 yaş arası uşaqlarda isə 2 promilli təşkil edib. Ölüm halları həkim səhlənkarlığından daha çox qadınların öz xəstəliklərini gizlətmələri səbəbindən baş verir. Bəzi qadınlar ailə həyatı quranda onlarda vərəm, şəkərli diabet digər xəstəliklərlə bağlı problemlərin olduğunu gizlədirlər. Lakin hamiləlik dövründə gizlədilən patologiya üzə çıxır. Bunun qarşısı vaxtında alınmadıqda isə ağır nəticələrə səbəb olur.

Bütün dünya xalqlarını düşündürən, bəşəri bəla olan ana uşaq ölümləri ilə bağlı araşdırma aparan UNİCEF-in statistikasına görə son 20 ildə bütün dünyada 5 yaşınadək uşaqlar arasında ölüm hallarının sayı 40 faiz azalıb. Sənədə görə 5 yaşa qədər uşaqlar arasında ölüm halları 1990-cı ildə 12 milyon idisə, 2011-ci ildə 6,9 milyon olub. Lakin hələ dünyada hər gün təxminən 19 min uşaq qarşısı alına biləcək xəstəliklərdən ölür. Uşaqlar arasında ölümün üçdəikisinə səbəb infeksion xəstəliklərdir. Bunlar arasında da əsas xəstəliklər sətəlcəm, ishal, malyariya qızılcadır. Ölüm hallarının 40 faizi uşaqların 1 aylığında baş verir.

2000-ci ildə Azərbaycanda 44, 2003-cü ildə 28 ana ölümü qeydə alınıb. Son iki ildə isə bu rəqəmlərdə azalma müşahidə olunur.

Bütün qanunlara, aparılan profilaktik tədbirlərə baxmayaraq ana uşaq ölümü üçün tibb işçiləri, həkimlər kimi hər bir vətəndaş da məsuliyyət daşıyır. Çünki ana, uşaq bir ailənin fərdi olsa da , nəticədə cəmiyyətin üzvüdür. Qarşıya çıxan çatışmazlıqların vaxtında aradan qaldırılması isə ən dəhşətli sosial problem olan ana uşaq ölümlərinin nisbətən azaldılması deməkdir.

Dünyaya gələn hər bir uşaq cəmiyyətin qurucusu, sabahımızın etibarlı davamçısıdır. Ana isə cəmiyyətə tək bir uşaq deyil, bir neçə övlad bəxş edə biləcək varlıqdır. Belə ki, bir ananın həyatdan köçməsi bir neçə insanın yoxluğu deməkdir. İlk növbədə bu amili nəzərdə saxlayaraq ana uşaqlara tibbi yardımın daha vacib əhəmiyyətli olmasına diqqət artırılmasının məsuliyyətini hər birimiz aydın başa düşməliyik. Aydındır ki, insan taleyi, həyatı ilə bağlı məsələdə maddi marağın əsiri olmaq vicdana ləkə gətirən amildir. Prezident İlham Əliyevin tövsiyəsi tələblərinə müvafiq olaraq ölkədə korrupsiya rüşvətxorluğa qarşı davamlı mübarizə bütün sahələr kimi səhiyyəyə aiddir. Danılmazdır ki, tibb müəssisələrində rastlaşdığımız neqativ hallarla da mübarizə vətəndaşların borcudur.

Sonda sağlamlığını qoruyaraq yüz il yaşayan müdriklərimizə üz tutaq. Nahaq deməyiblər ki, iki şeyin qiyməti itəndən sonra bilinir: cavanlığın sağlamlığın. Səhhəti yerində olan adam qiymətsiz xəzinə sahibidir. Analar isə belə xəzinəyə sahib olmaqda iki qat haqlıdırlar. Çünki ananın adı bir ailənin, nəslin, əcdadın şəcərəsinin başında çəkilən ikinci müqəddəs varlıqdır. Anaları qoruyaq ki, sağlam uşaqlara sahib olaq.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2013.- 14 iyun.- S.15.