QURTULUŞ:
Azərbaycan tarixində dönüş
nöqtəsi
Ulu
öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışı
müstəqilliyi əbədiləşdirən uğurlu bir
yolun başlanğıcı oldu
Qurtuluş
gününü müasir Azərbaycan
tarixində bir dönüş nöqtəsi kimi dəyərləndirən
dövlət başçısı İlham Əliyev bu
günlərdə keçirilən
Yeni Azərbaycan Partiyasının V qurultayında bir daha
bu reallığı diqqətə çatdırdı ki, Azərbaycan
ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük və şərəfli
yol keçib. 1993-2003-cü illər
ölkəmizdə sabitlik və inkişaf illəri kimi yadda
qaldı. Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik
edən ulu öndər Heydər Əliyev ölkəmizi
qabaqcıl respublikalar sırasına
çıxardığı kimi 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə
qayıdışı ilə dövlətçilik
tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən
uğurlu bir yolun başlanğıcını qoydu. 1993-cü
ilin iyununda Azərbaycan olumla ölüm dilemması
qarşısında qalanda xalq
üzünü Naxçıvana- öz xilaskarına tutdu.
Ümummilli lider Heydər Əliyev xalqının
səsinə səs verərək, bir daha sübut etdi ki, onun
üçün hər şeydən əziz xalqıdır, vətənidir,
torpağıdır. Ölkəsinin, xalqının çətin
məqamında ümummilli lider Heydər Əliyev iyunun 9-da
Naxçıvandan Bakıya gəldi, silahlı iki əks tərəfin
qarşısına sözlə, məntiqlə, ağlın,
zəkanın qüdrəti ilə çıxdı.
Meydanlarda Vətən və xalq adından danışan
AXC-Müsavat başbilənləri hakimiyyətdən getməyə
məcbur oldular.
Heydər Əliyev iyunun 15-də Azərbaycan
Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin
qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
həyata keçirməyə başladı. 1993-cü il
oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti
seçildi. 1993-cü ildə keçirilən andiçmə
mərasimində ümummilli lider Heydər Əliyev
bildirmişdir: “Belə yüksək və məsuliyyətli vəzifəni
üzərimə götürərkən birinci növbədə
Azərbaycan xalqının zəkasına, müdrikliyinə,
qüdrətinə güvənirəm, arxalanıram... Əmin
etmək istəyirəm ki, bu ümidləri doğrultmaq
üçün əlimdən gələni əsirgəməyəcəyəm.””
Dahi şəxsiyyət
qarşıda duran vəzifələri də
açıqlamışdır: “Dövlət müstəqilliyini
möhkəmləndirmək, müstəqil dövlət
quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və
inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi
bütövlüyünü, tam suverenliyini təmin etmək,
ölkəmizi müharibə şəraitindən
çıxarmaq, respublikanın vətəndaşlarının
rifahını yaxşılaşdırmaq, onların
yaşaması üçün lazımi şərait yaratmaq
- bu vəzifələr mənim Prezident fəaliyyətimdə
əsas istiqamətlər olacaqdır və mən bunların
həyata keçirilməsinə çalışacağam.”
Azərbaycanın dövlət müstəqilliyini
yenidən bərpa etməsindən artıq 22 ilə yaxın
dövr keçir. Ötən bu dövrdə keçilən
yolu təhlil etdikdə ulu öndər Heydər Əliyevin
dövlətimiz, xalqımız qarşısındakı xidmətləri
daha aydın görünür. Azərbaycan xalqı hər
zaman azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin
əsil sahibinə çevrilmək arzusu il
yaşamışdır. 1991-ci il oktyabrın 18-də Müstəqillik
Aktının qəbul olunmasına baxmayaraq, Azərbaycan
xalqı bu sevinci yalnız ulu öndər Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə qayıdışından
sonra yaşamağa başladı. Müstəqilliyimizin ilk illərində
yaşanan durum yaddaşlardadır. Azərbaycan bir dövlət
olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi
ilə üz-üzə qalmışdır. 1993-cü ilin 15
iyunun tarixə Milli Qurtuluş günü kimi daxil edilməsi
elə həmin dövrün hadisələrinin aydın şəkildə
təhlili kimi də qəbul oluna bilər. Azərbaycan
parçalanmaqdan, bir dövlət olaraq dünya xəritəsindən
silinmək təhlükəsindən xilas oldu. Ulu öndər
Heydər Əliyevin böyük siyasi iradəsi, qətiyyəti,
Azərbaycana bəslədiyi hədsiz sevgisi və məhəbbəti
sayəsində ölkəmizin gələcək
inkişafı üçün elə etibarlı dayaq
yaradılıb ki, bu bünövrənin üzərində
respublikamız sürətlə inkişaf edir. Hər bir Azərbaycan
vətəndaşının həyatında əhəmiyyətli
dönüş yaratmış Qurtuluş bu gün Azərbaycanın
inkişafının, yüksəlişinin əsas istinad
nöqtəsi kimi dəyərləndirilir. Qurtuluşdan
başlanan uğurlu yol Azərbaycana biri-birindən əhəmiyyətli
uğurlar qazandırır. Ümumiləşdirilmiş şəkildə
qeyd etsək, Qurtuluş Azərbaycanın bugünkü
reallığı, perspektivləridir. Uğurlu siyasətin nəticəsidir
ki, Azərbaycan hər dövrün tələblərini
yüksək səviyyədə yerinə yetirir,
qarşıya qoyulan hədəflərə nail olmaq
üçün səylər göstərir. Daim
vurğulandığı kimi. uğurlu başlanğıc
növbəti uğurlar üçün stimuldur. Ulu öndər
Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdanda o zaman xalqın istəyi
ölkədə sabitliyin, əmin-amanlığın
yaradılması idi. Uğurlu daxili siyasət xalqın bu istəyini
reallığa çevirdi. Sonra yeni-yeni hədəflərə
yol açıldı. Sabitliyi ölkənin hərtərəfli
inkişafı üçün əsas amil kimi dəyərləndirən
ulu öndər Heydər Əliyevin iqtisadi əlaqələrin
qurulmasında və inkişafında bu faktorun rolunu xüsusi
qeyd etdi. Sabitlik normal biznes mühitinin yaradmasını şərtləndirdi
ki, bu da ölkəmizin çox qısa zamanda böyük
investisiyalar məkanına çevrilməsinə səbəb
oldu. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki,
ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi
140 milyard dollardan artıqdır. Bu rəqəm Azərbaycanın
bu gününə və gələcəyinə inamdan
qaynaqlanır. Ulu öndər Heydər Əliyev bu
reallığı da diqqətə çatdırırdı
ki, heç bir ölkə iqtisadi əməkdaşlıq
olmadan, səylər birləşdirilmədən, təcrübə
mübadiləsi aparılmadan təkbaşına
iqtisadiyyatını inkişaf etdirə bilməz. 1994-cü ilin
20 sentyabrında dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi
altında tarixə sonrakı dövrlərdə “Əsrin
müqaviləsi” kimi daxil olan neft müqaviləsinin
imzalanması ölkəmizin iqtisadi qüdrətinin
artmasının, dünya iqtisadi sisteminə inteqrasiyanın əsasını
qoydu. Bu müqavilənin imzalanmasından sonra bu günə qədər
imzalanan müqavilələrin sayına diqqət yetirsək,
bu reallıq təsdiqini tapar ki, Azərbaycanın gələcəyinə
inam böyükdür. Bir
sözlə, Qurtuluşdan başlanan inkişaf, tərəqqi
bu gün daha da sürətlənib.
Bir məqam da
hər zaman qeyd olunur ki, Azərbaycan yerləşdiyi
coğrafi məkana, malik
olduğu təbii resurslara
görə hər zaman dünyanın diqqət
və marağında olub. Lakin
bu diqqətin hər zaman
eyni olmadığı da
məlumdur. Müstəqilliyimizin ilk illərində
Azərbaycanla iqtisadi əməkdaşlıqda
maraqlı olan dövlətlərin
sayı çox olsa da, onlar ölkəmizdəki
mövcud ictimai-siyasi durumun gərginliyindən ehtiyat
edərək bu əməkdaşlıqdan,
ölkə iqtisadiyyatına investisiya qoymaqdan çəkinirdilər. Aydın
məsələdir ki, əməkdaşlıqda
maraqlı olan dövlətlər ilk növbədə həmin ölkədə
ictimai-siyasi duruma, demokratik inkişafa diqqət
yetirirlər. 1991-1993-cü illərdə Azərbaycanda
hansısa bir sahədə uğurdan
danışmaq yalnız və yalnız xəyal ola bilərdi. Həmin dövrün
iqtidarı üçün dövlətin,
xalqın bu günü
və gələcəyi arxa planda idi. Ulu
öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra ölkədə
yaradılan sabitlik bu
tərəddüdlərin aradan aradan qaldırılmasına səbəb oldu. Heydər Əliyev Azərbaycanın
qapılarının ölkəmizə xoş
niyyətlə ayaq basan
bütün xarici investorlara açıq olduğunu
bəyan etməklə yanaşı, onların ölkə
iqtisadiyyatına qoyacaqları investisiyaların təhlükəsizliyinə
tam təminat verildiyini
də bəyan edirdi. Bu
çağırış Azərbaycana investisiya
axınını sürətləndirdi, iqtisadi
əlaqələrin qurulmasında maraqlı olan
dövlətlərin sayının artmasına stimul
verdi. Bu gün Azərbaycanın 140-a yaxın ölkə
ilə iqtisadi və ticari
əlaqələri mövcuddur. Azərbaycanın
malik olduğu təbii
resurslardan səmərəli istifadəsi yeni-yeni layihələrin gündəmə gətirilməsini
və icrasını sürətləndirdi. Vaxtilə
çoxlarına əfsanə kimi
görünən BTC və BTƏ neft-qaz
layihələrinin uğurlu
icrasının nəticəsidir ki, bu gün “Cənub qaz dəhlizi”dən danışırıq. Azərbaycan dünyada təşəbbüsləri
gerçəkləşdirən ölkə kimi
tanınır və nüfuz qazanır.
1994-cü ildən ənənəvi keçirilən, bu günlərdə 20 illik
yubileyini qeyd edən
Beynəlxalq “Xəzər neft, qaz, nefayırma və neft
kimyası” sərgi-konfrasının iştirakçılarının
ilbəil artması da Azərbaycanın artan nüfuzunun göstəricisidir.
Bu gün Azərbaycan
beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə
reallıqlarının dünyaya təqdimatı
üçün əlavə imkanlar əldə edir. Bu günlərdə ABŞ-ın 40-dan çox ştatının təmsilçisinin
qatıldığı “Azərbaycan-ABŞ: Gələcəyə
baxış” Forumu Azərbaycanın beynəlxalq
münasibətlər sistemində artan rolunu və mövqeyini nümayiş etdirməklə yanaşı, bir həqiqəti də dünyaya
bəyan etdi ki,
dünyanın enerji təhlükəsizliyinin
təminatında aparıcı mövqeyə malikdir.
Bu rol həyata
keçirilən layihələrin fonunda daha da artır. Neft
strategiyasının əsasını təşkil edən Xəzərin
Azərbaycan sektorundakı karbohidrogen
ehtiyatlarından səmərəli istifadə, xarici
ölkələrin tanınmış neft
şirkətləri ilə birgə fəaliyyətə əsaslanan,
neft və təbii qaz
hasilatının artırılmasını təmin edən yeni yataqların kəşf olunub birgə işlənməsi istiqamətində
görülən işlər miqyasına və geosiyasi əhəmiyyətinə görə yeni mərhələlər üzrə davam etdirilir. Təbii
ehtiyatların xalqa məxsusluğunu
sözdə deyil, əməldə
göstərilməsinin tərəfdarı olan
ümummilli lider Heydər
Əliyev Dövlət Neft Fondunu
yaratmaqla əldə olunan
gəlirin şəffaf və ədalətli bölünməsini
təmin etdi. Bu gün Fondun aktivlərinin
həcmi 34 milyard dollardan
artıqdır. Dövlət siyasətinin
prioritetlərini müəyyənləşdirən Dövlət
Neft Fondu icrasına
diqqət yönəltdiyi layihələrin maliyyələşməsinə
ayrılan vəsaitlərin həcmini artırmaq niyyətini ortaya qoymaqla bir daha fəaliyyətində
şəffaflıq prinsipini öndə
saxladığını təsdiqləyir. Dövlət
başçısı İlham Əliyevin
qurumu şəffaflıq kriteriyaları
üzrə nümunəvi qurum kimi dəyərləndirməsi də deyilənlərin
təsdiqidir.
Neft strategiyasının tətbiqini
sürətləndirməklə qeyri-neft sektorunu inkişaf etdirən,
bazar iqtisadiyyatı yolu
ilə irəliləmənin mexanizmlərinin təkmilləşdirilməsi
üçün ölkəyə xarici investisiya
axınının təməlini qoyan ulu öndər inanırdı ki,
yaxın illərdə ən böyük arzusu olan Azərbaycanın dünya birliyində lider
dövlət kimi tanınmasına nail olunacaq. Bu gün həmin inam mövcud
reallıqlarda özünü təsdiqləyir.
Bu
reallıqları şərtləndirən əsas amil isə dahi şəxsiyyət
Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi
siyasətin bu gün Prezident İlham Əliyevin
uğurla davam etdirməsidir.
2003-cü ildə keçiriləqn andiçmə mərasimində
dövlət başçısı İlham
Əliyev bəyan etmişdir ki, Azərbaycanın daha
güclü, qüdrətli dövlətə
çevrilməsi üçün Heydər
Əliyev siyasəti davam etdirilməlidir. Son on ilin
statistikası bu vədin konkret
əməli işdə öz təsdiqini
tapdığını göstərir. Dövlət
başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının V
qurultayında bu reallığı diqqətə
çatdırdı: “ Mən çox
şadam ki, son 10 il ərzində
çalışmışam ki, bu böyük məsuliyyəti
öz çiynimdə aparım.
Çalışmışam ki, ulu öndərin siyasətinə layiq olum.
Çalışmışam ki, onun siyasi xəttini sizinlə
bərabər, Azərbaycan xalqının dəstəyi ilə
yaşadım. Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan
ulu öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu
yolla gedir, güclənir,
möhkəmlənir və çox güclü regional amilə
çevrilibdir.”
Azərbaycanan
iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsi, demokratik uğurları beynəlxalq münasibətlər
sistemində yeri və rolunu
artırır. Ölkəmizin 2011-ci ildə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv
seçilməsi bütün sahələrdə
qazandığı uğurların təsdiqidir. 155 ölkənin
dəstəyini
qazanmaq inkişafın Azərbaycan modelinin dünyada dəstəklənməsinin
göstəricisidir.
Qarşıdakı
illərdə Azərbaycanı daha böyük uğurlar
gözləyir. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın 20 illik müstəqillik tarixində
qazandığı uğurlar fonunda təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında bu hədəflər öz əksini tapıb. Başlıca
məqsəd bu günə qədər üç dəfə artan
ümumi daxili məhsulun
daha iki dəfə
artırılmasına nail olmaq,
Azərbaycanı yüksək gəlirli ölkəyə
çevirmək, inkişaf etmiş dövlətlər sırasında
addımlamasını təmin etməkdir. Bunun üçün zəruri
olan bütün imkanlar mövcuddur. Düzgün siyasət inkişafa,
tərəqqiyə yol açır.
Yeganə Əliyeva
İki
sahil.- 2013.- 15 iyun.- S. 16-17.