Pirallahı rayonunda Ulu öndər
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bayram
tədbirləri
Prezident
İlham Əliyevin Sərəncamı ilə Bakı şəhər
inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun
yaradılmasından sonra Pirallahıda geniş abadlıq və
quruculuq işlərinə start verilib. Qəsəbənin
giriş hissəsində yaşıllaşdırma və
abadlıq işləri görülmüşdür.
Pirallahı adasını Abşeron yarımadası ilə
birləşdirən asma körpünün tikintisi davam edir.
Binaların həyətindən, yol kənarlarından dəmir
köşklər götürülmüş, zəbt
olunmuş, çəpərlənmiş ərazilərin
boşaldılması və təmizlənməsi,
antisanitariyanın aradan qaldırılması işləri
davam edir.
Qəsəbəyə gələn əsas
magistral yolda cari asfalt döşəmə təmir işləri
aparılmış, yolun ayırıcı xətləri yenilənmiş,
piyada keçidləri müəyyən edilmiş, bardyurlar təmir
edilib rənglənmiş, yeni müasir dayanacaqlar və zibil
konteynerləri quraşdırılmışdır. Vaqif
Mustafazadə adına Mədəniyyət Mərkəzi təmir
olunmuş, “Gənclər parkı” tam abad vəziyyətə
gətirilmiş, “Uşaq parkı”nda təmir işlərinə
start verilmişdir. Qala qəsəbəsindən Pirallahıya
çəkilən 35 kilometrlik 4-6 zolaqlı müasir avtomobil
yolunun tikintisi sürətlə davam edir. Çilov adasında
yerləşən xəstəxananın ərazisi
abadlaşdırılmış, 20 ədəd çarpayı
və yataq dəstləri ilə təmin edilmişdir. 10 saylı BŞX-nın əsaslı
təmiri davam edir.
Qəsəbənin
ərazisində mövcud torpaq
sahələrinin və tikililərin inventarizsiyası
aparılaraq tikililərin qanuna müvafiqliyi araşdırılmış, qanunsuz obyektlərin tikinti
işləri dayandırılmışdır. Rayon mərkəzi olaraq Pirallahı qəsəbəsinin gələcək
inkişaf perspektivinin
kompleks şəkildə və planauyğun həyata keçirilməsi məqsədilə
ilkin olaraq qəsəbənin
baş planının hazırlanması
istiqamətində lazımi tədbirlər görülməkdədir.
Əlaqədar orqanlarla birlikdə qəsəbənin funksional
zonalaşdırma layihəsi ilkin variant kimi müvafiq
orqanlarla razılaşdırılaraq rayonun inzibati mərkəzi
üçün sahə müəyyənləşdirilmiş,
ictimai mərkəzdə tikiləcək Rayon İcra Hakimiyyətinin
inzibati binasının və Heydər Əliyev
Mərkəzi binasının layihəsi sifariş
olunmuş, rayon prokurorluğunun, Daxili İşlər Nazirliyi Pirallahı rayon polis şöbəsinin, payon
məhkəməsinin, Milli Təhlükəsizlik
Nazirliyi Pirallahı rayon
şöbəsinin və digər rayon
strukturlarının inzibati
binalarının tikiləcəyi sahələr muəyyənləşdirilmiş,
inşa ediləcək idarə
binalarının təcili tikintisi üçün lazımi
tədbirlər görülməsi məqsədilə əlaqədar
nazirlik və baş
idarələr qarşısında məsələ
qaldırılmışdır. İctimai
mərkəz tikintisi üçün
nəzərdə tutulmuş ərazidə
yerləşən və çirkab mənbəyi
olan 4 ədəd gölün
suyu güclü nasoslar vasitəsi ilə çəkilərək
göllər qurudulmuşdur.
Qeyri-qanuni tikilmiş,
arxitektura baxımından zövqsüz
olan, rayonun baş planına uyğun olaraq şökülməsi nəzərdə
tutulan binalarda yaşayan əhalinin və obyektlərin yerləşdirilməsi
üçün 2 ədəd 9 mərtəbəli
binanın təcili tikintisi üçün sahə ayrılmış, işçi layihə hazırlanaraq yaxın vaxtda
tikinti işlərinə
başlanılacaqdır. Helikopter meydançasının yanında, yolun
hər iki tərəfində tikilmiş qüllələrin ətrafında
bardyur daşları qoyularaq
qüllələrin ətrafına qazon
döşənmiş, bəzək ağacları və gül kolları əkilərək ərazi
abadlaşdırılmış, qüllənin giriş və arxa hissəsinə
Ulu Öndər Heydər Əliyevin
və respublika Prezidenti
İlham Əliyevin böyük
həcmli portretləri asılmışdır. “Gənclər
parkı”nın qarşı tərəfindəki 5 mərtəbəli
binaların fasadlarına Ulu Öndər
Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük
həcmli plakat-portretləri vurulmuş, Neft Daşlarını, Azəri-Çıraq-Günəşli
özüllərini, eləcə də Gül
kompozisiyalarını əks etdirən plakatlar
asılmışdır.
Rayona Ceyranbatan
su anbarından yeni
içməli su xəttinin çəkilməsinə
başlanmışdır və bu işlərin
bir il ərzində başa çatdırılması nəzərdə
tutulmuşdur. Ərazinin su
və kanalizasiya sistemi
problemlərinin kompleks həllinə
başlanılmış, daxili xətlərin
yenidən qurulması təcili olaraq layihələndirilərək
məhəllələrdə işin
icrasına start verilmişdir.
Zirədə tikilmiş iri
həcmli su anbarlarından Pirallahı
istiqamətində magistral su
kəmərinin tikintisinə başlanmış, hazırda
işlər sürətlə davam etdirilir. Qəsəbənin iri yaşayış məhəllələrinin
həyətlərində heç bir tikinti və şəhərsalma
normalarına riayət edilmədən qanunsuz
tikilmiş qarajlar, mağazalar və ticarət köşklərinin
xeyli hissəsi sökülərək həyətrlərdən
təmizlənmiş, bu həyətlərin
abadlaşdırılması işlərinə
başlanmışdır. K.Rzayev və
S.Bağırov küçələrindəki, 28-ci, 29-cu və
40-cı məhəllələrdə inşa
olunmuş “xeyir-şər” evlərinin təmir
olunaraq qaydaya
salınması işlərinə başlanmış, tikintisi yarımçıq qalmış bu kimi obyektlərin tikintisi davam etdirilir. Qəsəbədə yeni
məscid tikintisi üçün
layihə sifariş olunmuşdur.
2013-cü
ilin ilk dörd ayında uğurla
yerinə yetirilən işlərlə yanaşı
görüləsi işlər də çoxdur.
Yaxın perspektivdə icra ediləcək planlar Pirallahı rayonunun
sayı 19 mini ötən əhalisinin sosial-iqtisadi problemlərinin həllinə xidmət
edəcəkdir. Sakinlərin maddi-rifah
halının yüksəldilməsi məqsədilə
Çörək Fabrikinin tikintisi,
bazar, ticarət mərkəzləri, yanacaq doldurma məntəqəsi
inşa etmək nəzərdə tutulub ki, bu
işlər eyni zamanda
məşğulluq məsələsinin də müsbət həllinə
xidmət edəcəkdir. Rayonda aparılacaq tikinti işlərinin
səmərəliliyini və sürətini artırmaq üçün adanın ərazisində yeni Beton Zavodunun
inşası nəzərdə tutulmuş
və betonzavod üçün
torpaq sahəsi ayrılmışdır. Əhalinin
istirahəti və asudə vaxtını keçirməsi, təhsildə
yüksək nəticələr əldə etmək, gənclərin
asudə vaxtının səmərəli təşkili, idman sahəsinin daha da inkişaf etdirilməsi
məqsədilə geniş miqyaslı
işlər yerinə yetiriləcəkdir.
Bir müddətdir Bakı
şəhərinin Pirallahı rayonunda Azərbaycan
xalqının Ümummilli Lideri
Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş silsilə bayram
tədbirləri davam edir.
Artıq təhsil və istehsalat müəssisələrində
tədbirlər uğurla yekunlaşıb.
Hər həftənin şənbə günləri iməciliklər
keçirilib, yüzlərlə ağac və təbii güllər əkilib. May ayının 5-də növbəti bayram tədbirləri rayonun
Neft Daşları və Çilov
qəsəbələrində təşkil edilmişdi.
Rayon ərazisində
yaşayan şəhid ailələri, Qarabağ müharibəsi və
Çernobıl əlilləri, Böyük
vətən müharibəsi veteranları və aztəminatlı
ailələrdən olan insanlar da bu günlər qayğı ilə əhatə
olunmuş, 70-dək ailəyə bayram sovqatı təqdim edilmişdir.
Mayın
9-da müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Azərbaycan
xalqının Ümummilli lideri,
ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə
Pirallahı rayonunda Konfrans
və Gül Bayramı keçirildi.
Saat
14.00-da Vaqif Mustafazadə adına Mədəniyyət
Mərkəzində öz işinə başlayan Konfransı giriş
sözü ilə açıq elan edən Pirallahı Rayon
İcra Hakimiyyətinin
Başçısı Vasif İmanov Ulu öndərin
həyat və fəaliyyəti haqqında məruzə ilə
çıxış etdi. Müstəqil Azərbaycanda demokratik
dövlət quruculuğunun birbaşa ulu öndər
Heydər Əliyevin adı ilə bağlı olduğunu
qeyd edən İcra
Başçısı Azərbaycanın geostrateji,
iqtisadi və mədəni potensialından
istifadə edərək Şərqlə Qərb arasında
etibarlı körpü rolunu
oynamağa başlaması və dünyanın ən dinamik inkişaf edən ölkələrindən
birinə, eləcə də dünya
miqyasında neft-qaz hasil
və ixrac edən ölkəyə
çevrilməsi, milli neft
strategiyasının uğurla həyata
keçirilməsi, xarici dövlətlərin
aparıcı neft şirkətləri ilə
müqavilələrin bağlanması, neft
sənayesinin müasir tələblərə
uyğun infrastrukturunun
qurulması, neftin şaxələnmiş
şəkildə nəqlinin bilavasitə ulu
öndər Heydər Əliyevin xidmətləri
olmasını vurğuladı.
Konfransda çıxış edən
Milli Məclisin deputatı Aydın Mirzəzadə,
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
və digər natiqlər Azərbaycanda müasir
demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğu, vətəndaş
cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə
qayıdış və elmin, təhsilin,
mədəniyyətin inkişafının ulu
öndər Heydər Əliyevin müstəsna xidmətləri
olduğunu qeyd etdilər.
Orta məktəb şagirdlərinin
ifasında Ulu öndərə həsr olunmuş şeir və musiqi kompozisiyasından sonra
Konfrans iştirakçılarına Ümummilli lider Heydər Əliyevin
həyat və fəaliyyətini əks etdirən sənədli
film nümayiş olundu.
Daha sonra
tədbir “Gənclər Parkı”nda Gül
Bayramı ilə davam etdirildi.
Pirallahı Rayon İcra
Hakimiyyəti Başçısını və fəxri
qonaqları “Gənclər Parkı”nın girişində əyinlərində
rəngli kağızlardan gül
formasında xüsusi geyimli
məktəbli uşaqlar
qarşıladılar. Sonra Pirallahı Rayon İcra Hakimiyyəti
Başçısı və fəxri qonaqlar
idmançıların nümunəvi
çıxışlarına tamaşa
etdilər. Burada Ulu
öndərin həyat və fəaliyyətini əks etdirən
kitab sərgisi və fotoşəkillərdən
ibarət fotosərgi nümayiş olunurdu. Parkda gəzinti
ümumtəhsil müəssisələrinin təşkil etdiyi sərgilərə baxışla davam etdi. Yubiley tədbirinin
iştirakçıları orta məktəblərin,
uşaq bağçalarının, Vaqif Mustafazadə adına Mədəniyyət
Mərkəzinin və 29 saylı Uşaq
Yaradıcılıq Mərkəzinin yetirmələrinin əl
işlərindən ibarət rəngarəng sərginin
eksponatları ilə maraqla tanış oldular. Ulu öndər
Heydər Əliyevin müxtəlif gül
və çiçəklərlə bəzədilmiş
portretləri, gül şəklində
tikmələr və maketlər, göz oxşayan gül
kompozisiyaları xüsusilə diqqəti cəlb edirdi. Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı
və fəxri qonaqlar “Gənclər
Parkı”nin mərkəzində torpaq ərazidəki
təbii güllərdən yaradılmış kompozisiyalara da maraqla tamaşa etdilər.
Pirallahı rayonunda Ulu
öndər Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş idman yarışlarının qalibləri
mükafatlandırıldıqdan sonra Gül Bayramı tanınmış incəsənət
ustalarının ifasında geniş konsert proqramı ilə davam
etdirildi.
İlqar
Məmmədli,
Pirallahı RİH Mətbuat
xidməti
İki
sahil.- 2013.- 11 may.- S.23.