Heydər Əliyevin
Naxçıvana dönüşü, xilaskarlıq missiyasının
başlanğıcı oldu
Naxçıvanlıların
öz fədakarlığı,
işgüzarlığı hesabına Naxçıvan
yaşayır, inkişaf edir,
Naxçıvanda quruculuq prosesləri gedir.
Ümummilli
lider Heydər Əliyev
Adı
dünyada təcrübələri, siyasi bacarıqları,
fenomen istedadı ilə fərqlənən Ruzvelt,
Çörçill, Qandi, Atatürk kimi tarixi şəxsiyyətlərlə
birgə, hətta birincilər sırasında çəkilən
ümummilli lider Heydər Əliyevin liderlik fəlsəfəsinin
təkrarolunmazlığının sübutu müasir Azərbaycanın
beynəlxalq aləmdə qazandığı nüfuzu, siyasət
və diplomatiya sahəsində əldə etdiyi misilsiz nailiyyətlərdir.
Tarixin zaman
adlı hakiminin ədalətli hökmü insanlar kimi ölkələrin, dövlətlərin
taleyində də söz sahibidir.
1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəlməklə Azərbaycanı
şöhrətləndirən ümummilli
lider Heydər Əliyev 1993-cü ildə
siyasətə qayıtmaqla müstəqilliyimizin əbədi
qarantı kimi tarixə imza
atdı.
İngilis şairi
və tənqidçisi Samuel Conson bildirirdi ki, gələcəyi satın ala
biləcək tək şey bu gündür. Bu baxımdan vaxtdan səmərəli,
yerində, zamanında və məqsədyönlü istifadəyə
diqqətlə yanaşan Heydər Əliyevin
zəkasına, təcrübəsinə həsəd aparanlar çox idi. Nahaq deyilməyib ki, görəcəyi iş
üçün vaxtdan
səmərəli istifadə etməklə gələcək
uğurların təməlini qoyan Heydər
Əliyevin uzaqgörən siyasəti qarşıdakı bir neçə on illər
üçün də hesablanıb.
1990-cı
ilin sentyabr seçkilərində
Heydər Əliyevi Azərbaycan və Naxçıvan
parlamentlərinə deputat seçməklə
xalq illərdən bəri tapdalanan
mənafeyini və taleyini yenidən müdrik siyasətçiyə etibar etdi. Bir ağsaqqal
kimi onun sədrliyi ilə
keçirilən sessiyalarda müzakirəyə
çıxarılan məsələlərin əsil mahiyyəti
və əhəmiyyəti həmin vaxtlarda
o qədər başa
düşülməsə də sonralar bu tarixi anların müstəqilliyin
əbədiliyinə istiqamətləndiyini bu
gün hər kəs təsdiqləyir.
17 noyabr 1990- cı ildə keçirilən iclasa deputat kimi sədrlik edən Heydər Əliyev bir müddət sonra
söylədiyi “Müstəqillik qədər çətin yol yoxdur. Müstəqilliyin
əldə olunması nə qədər çətindirsə,
onun saxlanılması, daimi,
əbədi olması bundan da çətindir” sözlərinin real həyatda həlli üçün
imkan yaradan məsələlər
barədə düşüncələrini gerçəkləşdirdi.
Həmin sessiyada “Naxçıvan MSSR”-nin adının dəyişdirilməsi,
dövlət atributları sayılan Azərbaycan
Respublikası Cümhuriyyətinin üçrəngli
bayrağının, himn və gerbinin bərpası barədə qərar qəbul
olundu.
1990-cı
ildə Bakıda törədilmiş 20 Yanvar
hadisələrinə həsr olunmuş, Ali Sovetin
yarımçıq dayandırılmış
sessiyasını qətiyyətlə pisləyərək
Naxçıvan MR Ali Məclisinin
sessiyasında bu məsələnin
müzakirəsini aktuallaşdırmaqla xalqımıza
qarşı törədilən təcavüzə siyasi
qiymət verdi.
...3
sentyabr 1991-cü ildə Naxçıvan MR Ali
Məclisinin fövqəladə sessiyasında deputatların təkidi,
parlament binası önündə toplaşan xalqın tələbi ilə muxtar respublika Ali Məclisinin sədri seçilən Heydər
Əliyevin siyasi fəaliyyətinin yeni mərhələsi başlandı. Əslində
yalnız Naxçıvanın
deyil, Azərbaycan tarixində özünəməxsus
yeri olan bu sessiya Heydər Əliyev
dühasının parlaq təsdiqi, onun hakmiyyət olimpinə yenidən yüksəlişinin
başlanğıcı olmuşdur.
Naxçıvan
MR Ali Məclisinin sədri kimi
həyata keçirdiyi islahatlar
haqqında geniş danışmağa ehtiyac olmasa da o illərdə baş verən hadisələrin xronikası
barədə qısa məlumat belə müdrik
insanın xidmətləri barədə aydın təsəvvür
yaradır.
Fəaliyyətinin
Naxçıvan dövrünü əhatə
edən illərdə ən böyük
xidmətlərindən biri, diaspora fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycanlılarının milli həmrəylik və birliyi
barədə qərarın qəbulu idi.
SSRİ-nin cənub sərhədlərini
qoruyan sovet ordusunun hərbi arsenalı, silah-sursatı muxtar respublikada qalmaqla bütün ordu hissələrinin Naxçıvandan
çıxarılmasına nail oldu. Məhz o
illərdə yaradılan Naxçıvanın inkişafı
və müdafiəsi fonduna
yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu. İlk sərhəd
dəstəsinin formalaşdırılması da
Naxçıvanda, ordu quruculuğuna
böyük önəm verən ümummilli lider Heydər Əliyevin
səyi ilə həyata keçirildi.
Blokadada qalan
naxçıvanlıların çətin vəziyyətdən
çıxması üçün qonşu İran və
Türkiyə ilə əməkdaşlıq gücləndi. Böyük şəxsiyyət olan Heydər Əliyevin nüfuzu
bu sahədə də özünü
doğrultdu. Naxçıvana hər iki qonşu dövlətdən
ərzaq , sənaye malları ən başlıcası isə
enerji verildi. Türkiyə ilə qonşu
dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi
üçün “Ümid”
körpüsü salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti
üçün geniş
imkanlara malik
Naxçıvan hava limanı, Bakıda isə
muxtar respublikanın nümayəndəliyi
açıldı.
Bu gün
geniş yayılan və ÜDM-də 85
faizdən artıq payı olan özəl
bölmənin yaradılması üçün
ilk addımlar da o illərdə atıldı.
“Naxçıvanda zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi
və onların əsasında şəxsi təsərrüfatların yaradılması”, “Rentabelli işləyən kolxoz
və sovxozların ictimai
mal-qarasının özəlləşdirilməsi” haqqında
qərarlar qəbul etməklə sahibkarlıq üçün
geniş imkanlar
yaratdı.
Ən
başlıcası isə Azərbaycanın ictimai-
siyasi həyatında aparıcı rol oynayan, ölkənin gələcəyinə
böyük ümidlər vəd edən,
bu gün üzvlərinin
sayı 600 mini ötən Yeni
Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Təsis olunduğu
gündən ətrafına yüz minlərlə
insan toplandı.
1993-cü
ildə xalqın təkidli tələbi ilə parçalanmaqda olan Azərbaycanı
daxili qarşıdurma və xarici dövlətlərin məkrli müdaxilələrindən
qorumaq üçün
Bakıya dəvət olunan ümummilli lider Heydər Əliyev
Azərbaycan üçün daha mühüm xidmətlər
göstərdi. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi Heydər Əliyevin Naxçıvandan
Bakıya, böyük siyasətə
qayıdışı şərəfli xilaskar
missiyasının başlanğıcı idi.
1993-cü
ildə tarixi QAYIDIŞI ilə insanları
bürüyən stresdən, xaosdan,
ölkəni isə parçalanmaq təhlükəsindən
xilas edən Heydər Əliyev bir daha müstəqilliyin
qarantı olduğunu subut
etdi. 1992-ci ildə, Naxçıvanda olarkən
Ali Məclisin sədri kimi
anti milli qüvvələrin
təhdidlərinə xalqla birliyi
sayəsində qalib gələn Heydər
Əliyev 1994-1995-ci illərin acı xatirələri kimi yaddaşlarda iz salan dövlət
çevrilişlərinə cəhdləri də mətinliklə,
qətiyyəti sayəsində aradan
qaldırdı. Daxili və xarici düşmənlərin birgə
planlaşdırdığı bu cinayətlərə
müdrikliyi ilə
qalib gələn ulu
öndər bir daha
xilaskarlıq missiyasını yerinə yetirdi.
Ermənistan
silahlı qüvvələrinin və ölkəmizin müstəqilliyini
istəməyən havadarlarının istəklərinin
qarşısını uzaqgörən siyasəti ilə alan, o dövrdə ölkədə
siyasi sabitliyi təmin
etməklə iqtisadi inkişaf
üçün imkan
və şərait yaradan ümummilli
lider Heydər Əliyev atəşkəsə nail
olmaqla ordu quruculuğu istiqamətində önəmli islahatlar apardı.
Ulu öndərin Azərbaycanın
iqtisadi inkişafı və müstəqilliyinin
əbədiliyi üçün
başlıca şərt olan və müdrikcəsinə
hazırladığı neft
starategiyası dünənimizin, bu gunumuzun deyil, gələcəyimizin
də qarantıdır. “Əsrin müqaviləsi” kimi qlobal enerji
layihəsini imzalamaqla bölgədə sülhün, sabitliyin təminatına,
xalqlararası əməkdaşlığın genişləndirilməsinə
nail oldu. Üç dəniz əfsanəsinin gerçəkliyinə
inanmayan, Xəzər neftinin
dünya enerji
bazarına nəqlini utopiya hesab edənlərə bir
daha liderlik, dahilik dərsi verərək Bakı-Tbilisi- Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum
qaz kəmərlərini reallaşdırmaqla
Azərbaycanın dünya birliyində yerini müəyyənləşdiridi. Dünya Azərbaycanlılarının
qurultayını keçirməklə
söydaşlarımızın birliyini ,
təşkilatlanmasını təmin etdi,
diplomatiyamızın uğurlarını artırdı.
Dünya birliyində Azərbaycan
islahatçı, qüdrətli dövlət kimi
tanınırsa, bu nailiyyət Heydər Əliyev
məktəbinin layiqli
davamçısı Prezident İlham Əliyevin bu irsə
sadiqliyinin nəticəsidir. Əsası ulu öndər tərəfindən qoyulan və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi neft strategiyasının uğurlu həlli nəticəsində
Azərbaycan Avropa İttifaqı dövlətlərinin
etibarlı enerji təminatçısı
kimi tanınır. Dövlət büdcəsi
25 milyard, valyuta
ehtiyatları 47 milyard dolları ötən
Azərbaycanın dünya birliyində
önəmi artmaqdadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi dövlətlər
arasında birlik və həmrəyliyi təmin
edən, xalqlar arasında əməkdaşlığı
gücləndirən beynəlxalq layihələr Azərbaycanın
iştirakı olmadan reallaşa
bilməz. BTC və BTƏ neft-qaz
layihələrinin davamı olan, əhəmiyyəti
baxımından əvvəlki layihələrdən geridə qalmayan, qitələri birləşdirən
Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi
ilə Çindən Londona əlaqə
yaradılmasını hədəfləyən Azərbaycanın
imkanları tükənməzdir. Türkiyə-Azərbaycan
birliyinin nümunəsi olan,
Transanadolu-TANAP-ın çəkilişi barədə
razılığın əldə olunması Azərbaycanın
enerji bazarında rolunu
artırmaqla siyasi, iqtisadi
mövqelərini də möhkəmləndirir. İndi Azərbaycan tək qardaş
Türkiyə və Gürcüstanda deyil, Ukrayna, Macarıstan, İsveç, Rumıniya kimi
Avropa dövlətlərinə sərmayə
yatıran maddi və iqtisadi
qüdrəti ilə seçilən dövlət kimi maraqla
qarşılanır.
Azərbaycan
BMT-nin Təhlükəsizlik
Şurasının üzvü kimi təşkilatın sessiyasına sədrlik
edib, sülhün, ədalətin
bərpasını tələb edirsə bu,
etimad Heydər Əliyev siyasi
məktəbinin uğurla davam
etdirilməsinin nümunəsidir. Azərbaycan
qüdrətli hərbi blok olan NATO-nun Çikaqo
sammitində , Meksikada “Böyük
iyirmilər”in zirvə toplantılarında Seulda
Nüvə Təhlükəsizliyi konfransında təmsil olunursa bu düşünülmüş
siyasətin, özünü doğrulmuş siyasi məktəbin
təcrübədə özünü doğrultmuş qələbəsidir.
Siyasi sabitliyi,
iqtisadi qüdrəti, əhalisinin sosial müdafiəsinin üstünlüyü
ilə fərqlənən, MDB dövlətləri arasında
seçilən Azərbaycanın daxili və
xarici siyasəti də dünya
dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən
dəstəklənir, müdafiə olunur. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
müzakirələrdə Azərbaycanın sülh
siyasətini, haqlı mövqeyini dəstəkləyənlərin
saynın artması ölkəmizə inamdan
xəbər verir.
Ümumdünya Davos İqtisadi Forumunda, beynəlxalq
təşkilatların hesabatlarında Azərbaycan rəqabətədavamlı
ölkə kimi dəstəklənir, dünya bazarında keyfiyyətli məhsulları
ilə diqqət çəkir. Dünyanı təşvişə
salan maliyyə və iqtisadi
böhran illərində Azərbaycanda
ÜDM 3 dəfə artırsa, “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasının əsas prioritetlərindən olan bu göstəricinin daha 2 dəfə artırılması hədəf
kimi müəyyənləşdirilirsə
bu uğurların təməlində
bir istək dayanır: Azərbaycanı ən
inkişaf etmiş
dövlətlərlə eyni səviyyəyə
qaldırmaq, insanların həyat səviyyəsini beynəlxalq
standartlara çatdırmaq.
Prezident İlham
Əliyevin vurğuladığı kimi, bu uğurlar 2003-cü ildən
bu günə qədər Azərbaycanda dinamik surətlə davam
etdirilən inkişaf Heydər Əliyev
siyasətinin təntənəsidir.
Xuraman İsmayılqızı
İki sahil.- 2013.- 14 may.- S.13.