YAP: Azərbaycanın
siyasi səhnəsində yeganə ciddi siyasi qüvvə
YAP Xətai
rayon təşkilatının X konfransı keçirildi
Dünən
YAP Xətai rayon təşkilatının X konfransı
keçirildi. Tədbir iştirakçıları öncə
ulu öndər Heydər Əliyevin adını daşıyan
parka gələrək, abidəsi önünə əklil və
qızıl gül dəstələri qoydular.
Sonra
YAP Xətai rayon təşkilatının qərargahında
davam edən konfransı giriş sözü ilə açan
YAP Xətai rayon təşkilatı İdarə Heyətinin
üzvü, Xətai Rayon İcra Hakimiyyətinin
başçısı Razim Məmmədov bu gün ölkənin
ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranma
tarixindən, keçdiyi inkişaf yolundan, bu gün
sıralarında yüz minlərlə insanı birləşdirərək
gələcəyə böyük inamla irəliləməsindən
geniş bəhs etdi. R.Məmmədov ümummilli lider Heydər
Əliyevin Yeni Azərbaycan Partiyasının
yaradılmasının ikinci ildönümü münasibətilə
keçirilən ümumrespublika müşavirəsində
söylədiyi bu fikri xatırlatdı: “Siz artıq
fırtınalardan çıxmısınız. Məsələn,
adamı atırsan dəryaya ki, görüm nəyə
qadirdir. Görürsən ki, fırtınalı dənizdən
çıxır. Siz artıq bu fırtınalara tab gətirib
sahilə çıxmısınız, bərkimisiniz, ayaq
üstə möhkəm dayanırsınız. Bundan
sonra da beləcə fəaliyyət göstərəcəksiniz,
mən buna tamamilə əminəm.” Bu fikirlər bir daha bu
gün ölkəmizin ictimai-siyasi həyatında əsas rol
oynayan Yeni Azərbaycan Partiyasının fırtınalardan
üzüağ çıxaraq böyük şərəfli
yol keçdiyinin təsdiqidir. Partiyanın keçdiyi 20
illik tarixi yola nəzər saldıqda ötən bu dövrdə
biri-birindən əhəmiyyətli uğurlara imza
atdığının şahidi oluruq. Bu gün partiyanın
sıralarında 600 min üzvün birləşməsi təbii
ki, sadəcə statistika kimi dəyərləndirilməməlidir.
Bu, partiyanın bu gününə, gələcəyinə
inamdan, Heydər Əliyev ideyalarına sədaqətdən,
onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin
həyata keçirdiyi siyasətə dəstəkdən irəli
gəlir. Dövlət başçısı İlham Əliyevin
qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası nəinki ölkənin,
regionun aparıcı siyasi təşkilatına çevrilib.
R.Məmmədov
Azərbaycanın bu gün inkişafın ən yüksək
mərhələsində olduğunu qeyd edərək, bildirdi
ki, bugünkü reallıqlar gələcəyə daha
böyük inamla baxmağa əsas verir. Ölkəmizin 20
illik müstəqillik tarixində qazandığı
uğurlara əsaslanaraq işlənib hazırlanan və dövlət
başçısı İlham Əliyevin fərmanı ilə
təsdiq olunan “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyası da qarşıya
qoyulan hədəflərin reallığa çevrilməsinə
xidmət edən əsas sənəddir. Dövlət
başçısı İlham Əliyev bildirir ki,
qarşıdakı on il üçün əsas hədəf
Azərbaycanı inkişaf etmiş ölkələr
sırasında görməkdir. Bunun üçün
bütün imkanlar mövcuddur. Ölkəmizin hərtərəfli
inkişafının təmin edilməsinə yönələn
Dövlət Proqramlarının uğurlu icrası nəticələrdə
də özünü qabarıq şəkildə büruzə
verir. Azərbaycanı qarşıda daha möhtəşəm
uğurlar gözləyir.
YAP Xətai
rayon təşkilatının sədri, Milli Məclisin
deputatı Hüseynbala Mirələmov gündəliyə
uyğun olaraq IX konfransdan ötən dövr ərzində
görülən işlər barədə tədbir
iştirakçılarına məlumat verdi.
H.Mirələmov
öncə bu gün müstəqil Azərbaycanın
inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan
Partiyasının keçdiyi inkişaf yolundan bəhs etdi. Bildirdi ki, YAP monolit birliyi, böyük
sosial bazası olan bir partiyadır. Azərbaycan xalqı yarandığı gündən
Yeni Azərbaycan Partiyasını Heydər Əliyev
partiyası kimi tanımışdır.
H.Mirələmov bildirdi ki, zaman hadisələrə
düzgün dəyər vermək baxımından
yaddaşdır. Yeni Azərbaycan
Partiyasının zamanın tələbi, xalqın istəyi
ilə yaranan partiya olduğunu həmin dövrə nəzər
salmaqla bir daha təsdiq etmiş olarıq. Bu
o dövr idi ki, Azərbaycanda xaos, anarxiya,
özbaşınalıqlar, iqtisadi tənəzzül baş
alıb gedir, torpaqlarımız bir-birinin ardınca
işğal olunur, xalqın sabaha ümidi tamamilə itirdi.
Belə bir çətin dövrdə xalq
üzünü Naxçıvana-öz xilaskarına tutdu.
Ümumilikdə Azərbaycan vətəndaşlarının
ictimai maraq və mənafelərinin ifadəsi olan 91 nəfər
ziyalının ulu öndər Heydər Əliyevə “Azərbaycan
Sizin sözünüzü gözləyir” adlı müraciətində
həmin dövrün xarakteristikası öz əksini taparaq
bu inam ifadə edilmişdir ki, indiki vəziyyətdə bu
çətin, məsuliyyətli işi respublikada öz üzərinə
götürməyə qadir yeganə şəxs Sizsiniz.
Müraciətdə o da bildirilmişdir ki, yaratmaq istədiyimiz
Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə
qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və
yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına
qoyduğu məqsədə çatar, respublikanın
bütün zümrələrdən olan xalq kütləsini
öz ətrafında birləşdirərək Azərbaycanın
siyasi, iqtisadi həyatında mövcud olan boşluğu
doldurar, dövlət quruculuğu işlərində öz
layiqli töhfəsini verə bilər. Əgər
bu partiyanın bünövrəsini Sizin kimi güclü
dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın
bir neçə nəsli üçün də siyasi yetkinlik
məktəbi olar. Yeni qüvvələrin
öncülü, aparıcısı Sizin kimi şəxsiyyət
olarsa, tezliklə müstəqil respublikamızın inkişaf
istiqamətləri həm müəyyənləşdirilər,
həm də uğurlu addımlar atılar. Dahi şəxsiyyət Heydər Əliyev müraciətə
cavabı ilə müstəqil dövlətimizin gələcək
taleyini müəyyənləşdirdi.
Bildirildi ki, bu gün böyük fəxr və
inamla deyirik ki, müasir Azərbaycan dövləti öz
başlanğıcını 1992-ci il
noyabr ayının 21-dən, Yeni Azərbaycan
Partiyasının yaranması tarixindən götürüb. 20 ildən artıqdır ki, YAP ölkəmizin siyasi
səhnəsində uğurlu fəaliyyət göstərir və
bu gün cənab İlham Əliyevin rəhbərliyi
altında öz prinsiplərinə sadiqlik nümayiş
etdirir. Azərbaycan bu gün Heydər Əliyev
siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində
bütün sahələrdə inkişaf, tərəqqi
dövrünü yaşayır.
H.Mirələmov partiyanın Xətai rayon
təşkilatının keçdiyi inkişaf yolundan bəhs
etdi. Bildirdi ki, təşkilat IX
konfransdan ötən dövr ərzində fəaliyyətini
daha da genişləndirmiş, üzvlərinin sayı
artmışdır. 1993-cü il
fevralın 13-də təsis konfransını keçirən təşkilat
25 ərazi ilk partiya təşkilatını özündə
birləşdirirdi. Təşkilatın üzvlərinin
sayı 500 nəfər idi. Ötən
dövr ərzində YAP Xətai rayon təşkilatı tərkibini
genişləndirərək, ilk ərazi təşkilatlarının
sayı 144-ə çatmış, üzvlərinin sayı isə
20 mindən çoxdur. IX konfrnsdan ötən
dövr ərzində təşkilatın sıralarına 518
nəfər daxil olmuşdur. Partiya üzvlərinin
3938 nəfəri gənclər, 9000 nəfəri isə
qadınlardır. Təşkilat YAP-ın Proqram və
Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin
icrasını layiqincə yerinə yetirir.
H.Mirələmov təşkilatın Xətai
Rayon İcra Hakimiyyəti ilə birgə həyata keçirdiyi
tədbirlərdən də bəhs etdi.
Bildirdi ki, əlamətdar günlərdə tədbirlər
davamlılığı ilə diqqət çəkir. Bu günlərdə dahi şəxsiyyət Heydər
Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın
90 illik yubileyləri ilə əlaqədar geniş tədbirlər
planı hazırlanaraq silsilə tədbirlər
keçirilmişdir.
Çıxışında diqqəti bir
daha qarşıdan gələn prezident seçkilərinə
yönəldən H.Mirələmov bu əminliyi ifadə etdi
ki, YAP Xətai rayon təşkilatı ötən seçkilərdə
olduğu kimi, bu seçkilərdə də yüksək fəallıq
nümayiş etdirərək, cənab İlham Əliyevin qələbəsinə
öz töhfəsini verəcək. Cənab
İlham Əliyevin seçkilərdə qələbəsi
şəksizdir. Onun ötən dövr ərzində
gördüyü işlər, Azərbaycana
qazandırdığı uğurlar bu inama əsas verir.
Sonra məruzə ətrafında
çıxışlar oldu. YAP Xətai rayon Qadınlar Şurasının sədri
Vüsalə Məcidova və YAP Xətai rayon Gənclər
Birliyinin sədri Sərxan Əliyev Yeni Azərbaycan
Partiyasının bu gününə və gələcəyinə
inamı şərtləndirən amillərdən bəhs
etdilər. Bildirdilər ki, qarşıdan gələn
prezident seçkilərində daha fəal olacaq, YAP-ın
yeganə namizədi cənab İlham Əliyevi dəstəkləyərək,
Azərbaycanın uğurlu gələcəyinə səs verəcəklər.
YAP icra katibinin müavini, Milli Məclisin
deputatı Mübariz Qurbanlı çıxışında
bildirdi ki, partiyanın 600 min üzvünün hər biri
qurultayda iştirak etməyə layiqdir. Amma
qurultayların özünəməxsus xüsusiyyətləri
var. Bu seçki ilə əlaqədar keçirilən
qurultaydır. Qurultay nümayəndələrinin say tərkibindən
asılı olmayaraq, reallıq budur ki, Yeni Azərbaycan
Partiyasının sıralarında birləşən hər kəs
Heydər Əliyev siyasətini təbliğ edən
insanlardır.
M.Qurbanlı qeyd etdi ki, qurultayda cənab
İlham Əliyevin namizədliyi rəsmi şəkildə irəli
sürüləcək. “Artıq
bir ildən çoxdur ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyində
təmsil olunan şəxslər cənab İlham Əliyevin
namizədliyinin irəli sürüldüyünü bəyan
ediblər. Eyni zamanda bir sıra ictimai
qurumlar da toplantılarını keçirərək, cənab
İlham Əliyevin namizədliyini irəli sürüblər.
Amma cənab İlham Əliyevin namizədliyinin
rəsmi şəkildə Mərkəzi Seçki Komissiyasına
təqdim etmək iqtidarına malik olan qurum Yeni Azərbaycan
Partiyasıdır.”
“Bu günə qədər ölkəmizdə
keçirilən seçki proseslərinə diqqət yetirsək,
görərik ki, partiyaların seçkilərə qatılma
prosedur qaydaları var” söyləyən M.Qurbanlı bildirdi
ki, hər bir partiya Seçki Məcəlləsinin tələblərinə
əməl etməlidir.
Konfransın işini uğurla başa
çatdırdığını qeyd edən M.Qurbanlı
bildirdi ki, söylənilən fikirlər gələcək fəaliyyətdə
mühüm rol oynayacaq. “Qarşımızda
çox ciddi vəzifələr dayanır. Əsas vəzifə ondan ibarətdir ki, cənab
İlham Əliyevin qələbəsini təmin etmək
üçün bütün gücümüzü sərf
etməliyik. Rəqiblərimizin zəifliyi
bizdə arxayınlıq hissi yaratmamalıdır. Ona görə də Yeni Azərbaycan Partiyası
xüsusilə təbliğat-təşviqat kampaniyası
dövründə fəallıq nümayiş etdirməli,
dövlətimizin uğurlu siyasəti, cənab İlham Əliyevin
gördüyü işlər, əldə olunan uğurlar əsaslı
şəkildə təbliğ olunmalıdır.”
Qeyd olundu ki, Azərbaycanın
bugünkü reallıqları göz qabağındadır.
İqtisadiyyatımız sürətlə
inkişaf edir. İqtisadi tərəqqi
maliyyə imkanlarının artması ilə müşaiyət
olunur. İqtisadi və maliyyə
imkanlarının genişlənməsi mühüm
sosial-iqtisadi layihələrin həyata keçirilməsinə
stimul verir. Dövlət
başçısı İlham Əliyevin
vurğuladığı kimi, iqtisadi tərəqqi
güclü sosial siyasətlə tamamlanır. Dövlətin siyasətinin önündə insan
amili dayanır. Konstitusiyamızda da bu maddə öz əksini
tapır ki, dövlətin ali məqsədi
insan hüquq və azadlıqlarını qorumaq, onların
layiqli həyat səviyyəsini təmin etməkdir.
O da vurğulandı ki, bu uğurlarda
ölkədə yaradılan sabitlik də əsas rol
oynayır. Ulu öndər Heydər Əliyev
bildirirdi ki, sabitlik olmasa, hansısa sosial-iqtisadi proqramın
icrasından danışmaq qeyri-mümkündür. Cənab İlham Əliyev də bütün
çıxışlarında uğurlardan bəhs edərkən
vurğulayır ki, Azərbaycan sabitlik adasıdır. Ölkədə sabitlik, iqtidarla xalq arasında
birlik, vəhdət vardır. Xarici siyasətin
daxili siyasətin davamı olduğunu nəzərə alsaq, bu
gün Azərbaycanın beynəlxalq aləmdə yeri və
rolu göz qabağındadır. Ölkəmizin
155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi böyük
uğurdur, Azərbaycanın xarici siyasətinin,
diplomatiyasının təntənəsidir. Azərbaycan öz siyasətində müstəqildir.
Məhz bu amil uğurlarımızın
davamlılığında əhəmiyyətli rol oynayır.
M.Qurbanlı bu uğurların fonunda cənab
İlham Əliyevin prezident seçkilərində qələbəsinin
şəksiz olduğunu diqqətə çatdırdı.
Bir daha qeyd olundu ki, Yeni Azərbaycan Partiyası
olaraq, bu bizdə arxayınlıq yaratmamalı, səylərimizi
daha da artırmalıyıq.
Sonda gündəliyə uyğun olaraq YAP Xətai
rayon təşkilatından partiyanın V qurultayına
nümayəndələr seçildi.
Yeganə
Əliyeva
İki
sahil.- 2013.- 18 may.- S.6; 11.