Bayrağımız -
Əbədiyyət rəmzimizdir
Bayrağımız - milli vəhdətimizdir
“Bizim
bayrağımız qürur mənbəyimizdir.
Bizim
bayrağımız canımızdır, ürəyimizdir”
İlham Əliyev
Dünya xalqlarının tarixinə nəzər yetirdikdə onları bir-birindən fərqləndirən çoxsaylı cəhətlərlə qarşılaşırıq. Yerləşdikləri coğrafi məkan, malik olduqları etnik köklər, mədəni, dini, tarixi-siyasi faktorlar bu fərqliliyi yaradan başlıca səbəblərdir. İnsan birliklərinin qeyd etdiyim amillər əsasında toplum və xalq olaraq formalaşmağa başladığı zamandan bu yana onların mənsub olduqları özünəməxsus keyfiyyətlərin ifadə formaları həmişə müxtəlif simvollar və atributlarda öz əksini tapmışdır.
Zənnimcə, bu atributlardan məna və
məzmun etibarilə ən güclü təsir
qüvvəsinə malik olan
rəmz - məhz Bayraqdır. O bayraq ki, xalqın öz
düşüncəsində daşıdığı
idealları, onun milli
mənsubiyyətini, siyasi dünyagörüşünün
miqyasını, bir sözlə, millətin
bütün özünəməxsus
keyfiyyətlərinin məcmusunu xarakterizə edir.
Lakin tarixi həqiqət ondan ibarətdir ki, hər
xalqa ən ali dəyərlərini
özündə ehtiva edən
bayrağını dalğalandıra bilmək nəsib olmur. Bu baxımdan, Azərbaycan
xalqı xoşbəxt xalqdır. Dövlətçilik ənənələrihələ
antik dövrlərdə mövcud
olmuş etnik-siyasi
özünütəşkil mədəniyyətinəsöykənən
Azərbaycan xalqının bu gün müstəqil bayrağa
malik olması da onun xoşbəxtliyi və həm
də mənəvi haqqıdır. Çünki
o bayrağı yenidən
dalğalandıra bilmək səadəti -
xalqımızın azadlığa bəslədiyi sevgidən qaynaqlanan əzmkar və davamlı mübarizəsi
ilə,çoxsaylı qurbanlar bahasına
gerçəkliyə dönmüşdür.
Bayrağımızı hər bir azərbaycanlının
qürur mənbəyinə çevirən
də bu müqəddəs rəmzin -
xalqımızın mübariz ruhunun məhsuluolmasıdır. Bu mübariz ruh Azərbaycan xalqının yenilməz mənəviyyatının
bütün tarixi
dövrlərdə zühur edən ən
canlı və ən şanlı təcəssümüdür.
Bu ruh
xalqımızın tarixi boyunca
nəsildən nəsilə ötürülmüş,
zaman-zaman öz
qüdrətinidaha da
artırmışdır. Məhz mübarizlik və yenilməzlik ruhu sayəsindətarixin bütün
dönəmlərində Azərbaycan dövlətçiliyi öz kökləri ilə keçmişinə
bağlı olmuş, tarixi
ilə birgə yaşamağı, əski dövrü
ilə yeni dövrünün
vəhdətini yaratmağı bacarmışdır. Ona görə
də Azərbaycan dövlətçiliyi milli
siyasət və ideologiyanın ən mühüm
simvolu olan tarixi bayraq ənənəsində
də özünün maddi,
mənəvi və siyasi mədəniyyətinin
əsas özəlliklərini, başlıcası isə,
ölməz türk ruhunu
bu gün də
yaşatmaqdadır.
Ulu türk
sivilizasiyasının üstün keyfiyyətləri
həm də onun bayraqyaratma
və bayraqyaşatma ənənəsində
öz ifadəsini tapmışdır. Təqribən
2500 il ərzində geniş
Avrasiya boyunca böyük imperiyalar
yaratmış türklərin tarixi
bayraqlarındakı simvollar bu və ya digər formada sonrakı dövrlərin bayraq ənənələrinə modifikasiya olunmuşdur. Türk
mifologiyasının ulu totemi
və vaxtilə Avrasiyanın ən qüdrətli dövləti
olan Göy Türk imperiyasının rəmzi olan Qurd,Səlcuq imperiyalarında güc və müdriklik simvolu olan və sonralar islam
sivilizasiyasının “qalxan və
qılıncına” çevrilmiş
Qartalvə həmişəyaşar türk ruhunun rəmzi olan Göy rəng uzun əsrlər
müxtəlif konfiqurasiyalarda türk bayraqlarının atributları olmuşdur.Oğuz türklərinin Qərb
qanadına məxsus dövlətlərinin və onların varisi olanOsmanlı imperiyasının tarixən
mövcud olmuş 72
bayrağında dahəmin ənənələr ötürülmüş və bugünkü Türk
Cümhuriyyətinin möhtəşəm bayrağını
ərsəyə gətirmişdir. Azərbaycan dövlətçiliyinin
bayraq ənənəsində də belə
bir varislik uzun əsrlər qorunmuşdur.
Antik Azərbaycanın
ilk böyük
dövləti olan Midiyanın
bayrağındakı ikibaşlı Qartalsonralar
Azərbaycan coğrafiyasının qüdrətli türk dövləti olan
Atabəylər imperiyasının bayrağında, göy rəng üzərində öz əksini tapmışdır.Ağqoyunlu
dövlətində türklərin ərənlik ruhu döyüşkən Qoçla,
böyük Səfəvi imperiyasında
isə Günəşlə birgə doğulan
iri pəncəli Şirlə
simvollaşdırılmışdır. Azərbaycan
xanlıqları da öz
bayraqlarında rəmzlərinvarisliyini davam
etdirmişlər. Məsələn, Qarabağ
xanlığının bayrağıikibaşlı Qartal simvolu ilə Atabəylər
ənənəsini davam etdirmişdir.
XX əsrdə Arazın həm o,
həm də bu tayında müstəqillik
qazanmağa fürsət tapmış Azərbaycan
Xalq Cümhuriyyətinin və Cənubi Azərbaycanın
bayraqları azacıq fərqlə, demək olar
ki, eyni rəmzləri
(göy, qırmızı, yaşıl rəng,
ağ rəngli aypara
və səkkizguşəli ulduz)öz üzərində
daşımışdır.Üçrəngli
bayrağımız hələ 1918-ci ilin
9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti
Hökumətinin iclasında Azərbaycan Cümhuriyyətinin
bayrağı kimi qəbul edilmişdi.
Təcavüzkar Xİ Qırmızı Ordunun
gəlişi ilə endirilmiş
bayrağımız düz yetmiş il ərzində
unudulmadı, ürəklərdə yaşadıldı, xatirələrdə
canlandırıldı, yaddaşlarda dərin
bir iz buraxdı -
Azadlıq izi.
Nəhayət,
1990-cı ilin noyabrında ilk
dəfə Naxçıvanda Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
Azərbaycan Demokratik Cümhuriyyətinin
bayrağıazadlığın astanasında olan
Azərbaycanın dövlət bayrağı kimi
qaldırıldı. Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağı Ulu
öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında
Naxçıvanda dövlət bayrağı kimi
rəsmən təsdiq edildi. Həmçinin, Azərbaycan Ali
Soveti qarşısında bu
bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında vəsatət
qaldırıldı. Prezident İlham Əliyevin 2010-cu ildə Dövlət
Bayrağı Meydanının açılış mərasimində
qeyd etdiyi kimi...”O vaxt hələ
Sovet İttifaqının
dağılmasına bir ildən çox vaxt
qalırdı. Bizim müstəqilliyə
gedən yolumuz o
gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının
dövlət bayrağı kimi qəbul
olunması Azərbaycanı müstəqilliyə daha da
yaxınlaşdırmış və ölkəmizdə gedən
proseslərə güclü təkan vermişdir.” Nəhayət, 1991-ci ildə Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktının qəbul
olunması ilə Azərbaycan Respublikası Demokratik
Cümhuriyyətin varisi elan
edildi. Bununla da Şərqdə ilk türk cümhuriyyətinin
yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin
“Bir kərə yüksələn bayraq bir daha
enməz” həqiqəti öz təsdiqini
tapdı. Beləliklə, xalqımızın ən ali dəyərlərini - soykökünü,
məqsədini və məramını özündə
əks etdirən əski bayrağımızı yeni Azərbaycan yenidən öz
mənəvi ucalığına yüksəltdi. Azərbaycan xalqı öz
dövlət müstəqilliyini bərpa etdikdən sonra Demokratik Cümhuriyyətimizin
bayrağını yenidən dalğalandırmaqla öz milli köklərindən,
şanlı tarixindən ayrılmaz olduğunu
bir daha təsdiqlədi.Yaddaşlardan
süzülüb, xatirələrdən
canlanıb, ürəklərin içindən
çıxarılb başlar üzərinə
qaldırılan bayrağımız İstiqlalımızı
bütün dünyaya
bəyan etdi. Xalqın sevinci
və bayraq sevgisi şair Ramiz
Qusarçaylının misralarında belə vəsf olundu:
Şənini vəsf
etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər
öpər,
Hər rəngində
“ya qazi,
ya şəhid” bir mən
bitər,
Sən ey İstiqlalımın əbədiyyət
sancağı, -
Azərbaycan
bayrağı !
Bəli,
bayrağımız əbədidir. Bir zaman endirilsə də, gizlədilsə də,
görünməsə də, indi o daha ucalarda
dalğalanır. Bu heç
də Ginnes Rekordlarında qeyd
edilən dirək ucalığında deyil.
O elə bir ucalıqdadır
ki, oradan
dünyanın Şərqi də, Qərbi də görür bayrağımızı.
Üçrəngli, ay-ulduzlu
bayrağımız bütün
atributları ilə müstəqilliyimizi, Azərbaycan dövlətçiliyini,
milli ideologiyamızın bütövlüyünü
və eyni zamanda,
ümumbəşəri ideallara sadiqliyimizi bütün dünyaya nümayiş etdirir. Bu, həm də xalqımızın dünyaya hansı ideya ilə
çıxdığını, onun ümummilli xarakterində ehtiva
olunan müsbət məziyyətləri
açıq şəkildə dünya
birliyinə bəyan edir.
Bayrağımızda
əks olunan rənglərin ifadə etdiyi dəyərlər kompleksi
- müasirlik, türklük
və islam dininə mənsubluq -
xalqımızın çağdaş
ümumbəşəri-demokratik dəyərlərə sahibliyini, ümummilli türk köklərinə
bağlılığını, islam
inancına sadiqliyini nümayiş
etdirir.
Bu qədər
ali keyfiyyətlərin vəhdətdə
ifadə olunması, onlara sadiqlik
həm də xalqımızın dünya
birliyində yerinin özünəməxsusluğunu,
yetkin bir cəmiyyət
olaraq yüksək təkamül səviyyəsinə
çatdığını göstərir. Necə deyərlər,
dünya bizi
bayrağımızdan “görür”.
Bayrağımıza bələd olduqca da, xalqımızı daha
yaxından tanıyır, onun malik olduğu ideya və idealların təkcə bir coğrafi məkanla məhdudlaşmadığının,
ümumbəşəriliyinin şahidi olur.
Bayrağımız qürur mənbəyimizdir, and
yerimizdir.Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik.
Xalqımızın qəhrəmanlıq tarixindən gələn
bu ənənə keçmişimizdə
olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə
ciddi mənəvi məsuliyyət qoyur. Bu məsuliyyət
dövləti, milli maraqların daim keşiyində dayanmağın ictimai-siyasi əxlaqına yüksəlir. Fərd
- vətəndaşlığın əxlaqi yükünü
öz çiyinlərində hiss etdikcə, onun dövlətçilik
idealları püxtələşir. O, şəxsi həyatındakı
irəliləyişləri belə öz
dövlətinin milli inkişafından
ayrılmaz şəkildə dərk edir. Milli simvolların öncülü
olan Bayraq vətəndaş
əxlaqında məhz bu keyfiyyətləri
cilalayır. Bayraqda təcəssümünü
tapan rəmzlər insanın ictimai-siyasi dünyagörüşünün
komponentlərinə çevrilərək, onun
konkret fəaliyyət sferasında məqsədəuyğun
istiqamətləri formalaşdırır və
stimullaşdırır.
1998-ci
ildə ulu öndərimiz Heydər
Əliyev tərəfindən təsdiq edilmiş
“Azərbaycan Respublikasının dövlət
atributlarının təbliği işinin
gücləndirilməsi haqqında” Sərəncamda vətəndaşlarımıza,
xüsusən gənclərimizə dövlət
atributlarına dərin ehtiram hisslərinin
aşılanmasının, cəmiyyətdə vətənpərvərlik
ruhunun möhkəmləndirilməsinin
önəmi vurğulanır, dövlət atributlarının
mahiyyətinin və əhəmiyyətinin əhali arasında
geniş təbliğ olunması, gənc
nəslin Azərbaycanın bayrağına, gerbinə və
himninə hörmət ruhunda tərbiyə
edilməsi tədbirlərinin gücləndirilməsi məqsədilə
müvafiq tapşırıqlar müəyyən
edilirdi. Ümummilli liderimiz bayrağımız haqqında deyirdi: “Azərbaycanın bayrağı sadəcə
bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin
rəmzidir. Bu bizim
müstəqil dövlətimizin rəmzidir. Ona
görə də, gərək hər bir
Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil
bunu dərk etsin, qiymətləndirsin.
Onda bayrağa olan məhəbbət eyni
zamanda Vətənə, xalqa,
dövlətə olan məhəbbətə
bərabər olsun.”Bu
günkü Azərbaycan gəncliyi
müstəqilliyimizlə yaşıddır. Ata-babalarının
azadlıq eşqi ilə yoğrulmuş
uzun və şərəfli mübarizə
hesabına əldə etdikləri müstəqilliyin
bayrağını müasir gəncliyimiz
üçün ən ali
dəyərə çevirən də məhz nəsillər
arasındakı tarixi-mənəvi bağlılıqdır.
Məhz buna görədir ki,
Azərbaycan gəncliyi fəaliyyətinin bütün
sahələrində uca
bayrağımıza, onun
daşıdığı ideallara
sarsılmaz sədaqətlə xidmət göstərmək əzmini
nümayiş etdirir. Bu günün vətənpərvər Azərbaycan
gənci harada olmasından asılı olmayaraq, bayrağımızı təkcə
dövlət rəmzi kimi deyil,
tarixi keçmişimizin
və milli varlığımızın təcəssümü
kimi, bəşəri dəyərlərin
daşıyıcısı kimi qəbul edir, ürəyi müqəddəs
üçrəngli bayrağımızla döyünür.
Dövlətçiliyimizin,
milli, mənəvi, əxlaqi dəyərlərimizin
daşıyıcısı olan müqəddəs
bayrağımıza ümummilli ehtiram əxlaqının
formalaşdırılması Prezident İlham Əliyev tərəfindən
yürüdülən milli siyasətin də
hər zaman aparıcı istiqaməti olmuşdur. Bayrağımıza
olan ümummilli sevgi və ehtiram2007-ci ildə Hakimiyyətlə
Xalqın vəhdətinin yeni bir təzahürü kimi Bayraq Meydanının yaradılması
ideyasına gətirib çıxardı. Ölkə
başçısının 17 noyabr
2009-cu il tarixli Sərəncamı
ilə təsis edilmiş Azərbaycan
Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi
dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək
səviyyədə göstəricisidir.Artıq dördüncü ildir ki, 9 noyabr Azərbaycanda rəsmi
olaraq Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət
Bayrağı Günü kimi
məhz bu tarixin
seçilməsi müstəqil Azərbaycanın Demokratik Cümhuriyyətimizin varisi
olaraq öz tarixinə
xüsusi önəm verdiyini
bir daha sübut etdi. Bununla da Azərbaycanın
hər bir regionunda bayraq meydanlarının yaradılması kimi yaşarı bir ənənənin
əsası qoyulmuş oldu.
Dövlət başçısı 2010-cu ilin
1 sentyabr tarixində Dövlət
Bayrağı Meydanının təntənəli
açılış mərasimində deyirdi:
“Bu bayraq bizim milli dəyərimizdir.
...Bu Bayraq
Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini,
dövlət rəmzlərimizə ehtiramımızı
göstərir. ...Necə ki, bu gün bizim
parklarda, dənizkənarı bulvarda minlərlə, on
minlərlə insan hər gün
gəzintiyə çıxır. Bax, bu meydanda, bu
bayraq altında, milli
rəmzlər ətrafında insanlar
yığışacaqlar. ...Bu Bayraq Meydanı Bakının bir
mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə
çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə
möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir”.Bu
sözlərlə, Prezident müqəddəs
bayrağımızın kütləvi yerlərdə dalğalanmaqla insanlarımızın milli birlik,
özünüdərk, həmrəylik, vətənpərvərlik
idealları ətrafında daha sıx birləşməsinə
təkan verəcəyini aydın şəkildə ifadə edirdi.
Azərbaycan
Respublikasının dövlət bayrağı bu gün bütün
dünyada yaşayan
azərbaycanlıların həmrəylik simvoluna
çevrilmiş,
soydaşlarımızın bir bayraq altında sarsılmaz birliyinin
yaradılmasında mühüm rol oynamışdır. Məhz bunun nəticəsidir ki,
dünyanın hansı nöqtəsində yaşamasından
asılı olmayaraq, hər bir vicdanlı soydaşımız üçrəngli
bayrağımıza sarılaraq azərbaycançılıq
ideallarının təbliğində, Azərbaycan həqiqətlərinin
dünya birliyinə
çatdırılması işində yaxından iştirak edir.
Bayrağımız keçmişimizi bu
günümüzə, bu günümüzü
gələcəyimizə bağlayan bir tarixdir.
Bayrağımızda əks olunmuş milli kimlik - türklük ideyası artıq universal məzmun kəsb edərək, bütün türk
dövlətlərinin vahid siyasi-ideoloji xəttində özünə yer almaqdadır. Bu gün Azərbaycan
xalqının öz bayrağına olan sarsılmaz bağlılığı, sevgisi məhz o
bayrağın tariximizi, milli
kimliyimizi bariz şəkildə
ifadə etməsindən qaynaqlanır.Bu baxımdan, 2012-ci ildə
Türk Dövlətlərinin Əməkdaşlıq
Təşkilatı tərəfindən qəbul edilmiş Türk Birliyinin vahid bayrağının da
xüsusi əhəmiyyəti vardır. Üzv dövlətlərin bayraqlarında əks
olunmuş simvolları özündə
birləşdirən Ümumtürk
bayrağımız türk xalqları
arasında münasibətlərin daha da dərinləşməsinə xidmət etməkdə
və Türk Dövlətləri Birliyi ideyasının
reallaşmasında siyasi-ideoloji simvol rolunu oynamaqdadır. Bu bayraq Göy Türk imperiyasından bu
günümüzə qədər mövcud
olmuş və bu gün də var olan suveren türk
respublikalarının milli
bayraqlarının başlıca rəmzləri əsasında
yaradılan universal Türk
Bayrağıdır. Böyük Gələcəyin
- Böyük Buluşmanın müjdəsini
verən bu bayraq türk dövlətlərinin hər birinin milli bayrağı
ilə bir cərgədə daha möhtəşəm görünür!Bu
gün ən uca zirvədə
dalğalanan bayrağımız
Avrasiyanın bütün türk
uluslarının cazibə mərkəzində dayanır, dünya türklüyünü
vəhdətə və daha böyük gələcəyə səsləyir.
Bayraq böyük qüvvədir.
Bu gün Azərbaycan
ordusunun sahib olduğu güc də onun bayrağımıza olan
dərin məhəbbətindən və sədaqətindən
qaynaqlanır. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün
qorunması ilə bağlı şərəfli əsgəri
vəzifəsini yerinə yetirməyə başlayarkən
müqəddəs bayrağımıza and
içir. Vətən
torpağının bütövlüyü
uğrunda şəhidliyə hazır olan Azərbaycan əsgəri o
bayrağa sarılaraq şərəfli
mübarizəyə qoşulur, vətənin
azadlığı uğrunda
övladını qurban vermiş
valideynlər şəhid cənazəsinə bükülmüş
müqəddəs bayraqla təskinlik
tapırlar.
Bayraq böyük qüvvədir.
Bayraq elə bir
qüdrətdir ki, əlində ən qorxunc bir silah
tutan məğlubedilməz əsgər də
ona baş əyir. Bayraq elə bir cəsarətdir ki, əliboş
20 yanvar şəhidlərimizi bir an belə tərəddüd
etmədənxalqın azadlıq arzusunu boğmaq və məhv etmək istəyənzirehli
tankların altına apardı. Bayraq elə
bir şərəfdir ki,
xalqların ən böyük şərəfə
layiq gördüyü
insanlar onun
qarşısında diz çöküb
öz xalqına sədaqət andı
içirlər. Bayraq elə bir müqəddəs varlıqdır ki, onun altında ölmək
belə şərəflidir. Anadolu şairimiz ArifNihat
Asyanın yazdığı kimi:
Ey şimdi süzgün, rüzgarlarda
dalğalı;
Barışın
göyərcini, savaşın kartalı
Yüksək yerlərdə
açan çiçəyim.
Sənin altında doğuldum.
Sənin altında
ölecəyim.
İndi cəmiyyətimizdə Azərbaycan
Respublikasının üçrəngli bayrağına ümummilli sevgi və ehtiram hissi yüksək səviyyədə
formalaşmış, bayrağımız milli
özündərk və həmrəylik simvolu
kimi hər bir azərbaycanlının
ürəyinə yol tapmışdır. Azərbaycan gəncliyi, ordusu,
sosial statusundan
asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı
bayrağımıza sadəcədövlət atributu
kimi deyil, sanki öz ürəyi kimi baxır. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Dövlət Bayrağı Meydanının
açılış mərasimində
vurğuladığı kimi -”Bizim bayrağımız qürur
mənbəyimizdir. Bizim
bayrağımız canımızdır, ürəyimizdir” .
Bu bayrağın itirilməsi - millətimizin
ürəyinin, deməli, varlığının itirilməsi
deməkdir. Cəmiyyətimizdə milli özünüdərk amalının, həmrəylik
duyğularının, milli
maraqlarımız uğrundamübarizə əzminin yüksəlişionun
deməyə əsas verir ki,
xalqımızın ürəyi döyündükcə, milli bayrağımız
dadalğalanacaqdır. Çünki
bayrağımız - milli vəhdətimizin
rəmzidir.Bu vəhdət bizim
üçrəngli bayrağımızı daha
uca zirvələrə qaldıracaq və onu ata yurdumuz
Qarabağa, Şuaşaya
və Xankəndiyə daşıyacaqdır. Azərbaycanın
əbədi varlığını təcəssüm etdirən
Bayrağımız bir daha
nəinki enməyəcək, müstəqilliyimizin və tərəqqimizin
ulduzu kimi daim parlayacaq, daim yüksələcəkdir!
Cavanşir Feyziyev
Milli Məclisin deputatı, Fəlsəfə doktoru
İki
sahil.- 2013.- 9 noyabr.- S.8-9.