Gözəllik ondur, doqquzu sizdən
asılıdır
Universitet
tələbəsi idim. Daimi iş yerim
yox idi. Elə ona görə də guya valideynlərimi
çox xərcə salmamaq üçün ən yaxın rəfiqəmlə alış-veriş
etmək məqsədilə
yollandıq Binə ticarət mərkəzinə.
İndi “guya”mı açıqlayıram... Paltar, çanta,
ayaqqabı filan aldıq və birdən gözümüz
xeyli rəngarəng və bir o qədər
də səliqəsiz
səpələnən kosmetik
vasitələrə sataşdı.
Sözün açığı,
rəfiqəm belə
şeylərə məndən
daha çox maraqlı olduğu üçün o satıcıya
daha çox xeyir verdi,
amma mən o zamankı 1000 manata (20 qəpik) bir göz kölgəsi aldım. Sən demə Çin
istehsalı olan bu göz kölgəsi
olduqca möcüzəvi
bir şey imiş. Çünki onu istifadədən
sonra gözlərim şişdi və get-gedə əsl çinliyə oxşamağa
başladım. Ta ki
həkimə müraciət
edənə qədər...
Kosmetika,
parfümeriya bu gün dünyanın ən gəlirli sahələrindən biridir. Sağlamlıq, gözəllik və
bunları əldə
etmək üçün
lazımi vasitələrin
kefiyyəti və yararlılığı yalnız
insanların onları
əldə edib sınadıqdan sonra ortaya çıxır.
(Məsələn, saç,
cild, dırnaq və s. sahələr sürətli göz önündə olan bölgələrdir. İnsanlar, gəlin
etiraf edək ki, faiz etibarilə
daha çox qadınlar bu yöndə canfəşanlıq
edirlər.) Kosmetologiyanın tətbiqi tarixi min illər öncəyə təsadüf edir. Xüsusən İran və
Fransanın adıçəkilən
istiqamətdə tarixinin
qədim olduğu göstərilir. İranlılar müalicəvi kosmetologiyada
məşhur olduqları
halda, fransızlar müasir kosmetik vasitələrlə tanındılar.
Müasir
dövrümüzdə yuxarıda
da qeyd etdiyimiz
kimi əksər qadınlar kosmetik vasitələrdən istifadə
etməklə həmcinsləri
arasında öz gözəllikləri ilə
seçilməyə səy
göstərirlər. Lakin kosmetika sahəsi gəlirli olduğundan bazarlara işbazlar tərəfindən mənşəyi
məlum olmayan çox sayda məhsullar da çıxarılır. Müxtəlif tanınmış firmaların
məhsulları ilə
yanaşı, bu firmaların adı altında saxta kosmetik vasitələr daha ucuz qiymətə
təklif olunduğundan
daha artıq alınır və istifadə olunur. Asan gəlir əldə etmək istəyən “biznesmenlər” insan sağlamlığı bahasına
olsa belə, dünyanın brend markalarını saxtalaşdırmaqdan
çəkinmirlər. (Məsələn, Fransanın “Yves Rocher” firmasının məşhur
“Evidence” ətrinin saxta
qablaşdırılması ilə bütün saxta parfümeriya satılan nöqtələrdə
rastlaşa bilərsiniz.
Qiyməti də çox
ucuz - 8 manatdan 12 manata qədər.) Bakıda müxtəlif satış
yerlərində, o cümlədən
mağazalarda, metro keçidlərində,
yol kənarlarında,
bazarlarda müşahidə
kifayət edir ki, külli miqdarda mənşəyi bəlli olmayan keyfiyyətsiz, saxta məhsulların satılmasına
şahid olaq. Təbii həmin məhsulların istifadəsi zamanı isə dəridə müxtəlif ağır
ləkələr, hətta
yanıqlar yaranır,
yəni gözəllik
naminə istifadə olunan vasitələr, hətta tibbi yolla belə aradan qaldırıla bilməyən nəticələrə
gətirib çıxarır.
Lakin
əgər ümumi kosmetologiya sahəsinə maraqdan danışsaq, xarici ölkələrdə
aparılan tədqiqatlar
göstərib ki, bir neçə ildən sonra dünyada bəzi peşələrə tələbat
kəskin artacaq. Bunların əksəriyyəti iqtisadiyönümlü
işlərdir. Qadınların artan tələbləri kosmetologiyada yeniliklərə
səbəb olur, bu yeniliklərin tətbiqi üçün
də heç şübhəsiz təcrübəli
kosmetoloqlara ehtiyac duyulur.
Hətta
aparılan araşdırmalar
onu da sübut
edib ki, kosmetoloqlar yalnız gəlirli sahə olduğu üçün
yox, həm də öz işlərindən zövq
aldıqları üçün
bu işlə məşğuldurlar. Belə ki,
“City & Guilds” Britaniya şirkətinin
apardığı tədqiqat
göstərib ki, kosmetoloq və saç ustaları öz peşələrindən
daha çox zövq alırlar. Birinci yeri kosmetoloqlar, ikinci yeri isə
saç ustaları tutublar.
Gözəllik
sağlamlıqdır. Sağlam olub gözəl görünmək isə sizin öz əlinizdədir.
Günel Eyyubova
İki sahil.- 2013.- 22 noyabr.- S.15.