Qədri bilinməli insan

 

Onun adı rəsmi sənədlərdə Aydınbay yazılsa da, hamımız ona Aydın müəllim deyə müraciət edirik. “Qaz İxrac” İdarəsi rəisinin müavini Aydınbay Amanovu adi iş günlərində Magistral Qaz Kəmərləri Sahələrinin fəhlələri arasında daha çox görmək olar. Onun zəhmət adamları ilə mehriban və səmimi ünsiyyət qurması da nəcib bir insan olmasına dəlalət edir. Yeri gələndə cavanlarla zərif zarafat etməyindən də qalmır. Yarıciddi, yarızarafat deyir: - Mən saçlarımı neft - qaz sənayesi sahəsində uzun illər çalışaraq ağartdım, indi də növbə sizindir...

 

Beləcə o, neft - qaz sənayesi sahəsində qazandığı təcrübəni özündən sonra gələn gənc nəslə çox səxavətlə və təvazökarcasına ərmağan edir. Aydın müəllim bugünkü yaşının zirvəsindən ötən çağlara boylananda qədri - qiyməti bilinməli bir ömür yaşadığının fərqindədir.

Saçları Ay işığı kimi ağappaq görünsə də, qəlbi cavandır. Bu da içində boy göstərən xarakterinin bitkinliyindən, mənəviyyatının saflığından və qəlbinin təmizliyindən irəli gəlir. Adı kimi özüaydan arı, sudan durudur. Ürəyində zərrə qədər kin - küdurət yoxdur. İnsan münasibətlərində üzə çıxan sadəliyi onu əhatəsində olanlara daha çox sevdirir. Özü də hər zaman gülərüz və mehriban görünür.

Aydın müəllim işlədiyi neft - qaz sənayesinin dərin biliyə və təcrübəyə malik bir mütəxəssisidir. Ömrünün böyük hissəsini neft - qaz sənayesində çalışmaqla yaşayıb. İnsanın ömrü mənalı yaşaması, onun əmək fəaliyyətini necə qurması və uğurlar qazanmaq istəyini müəyyən etməsi ilə sıx bağlıdır. Əgər insan qarşısına məqsəd qoyursa, özünə əmin olursa, gec - tez arzusuna qovuşur. Arzuya qovuşmaq üçün çarpışanlar həyatın yollarında büdrəsələr də, ruhdan düşmürlər. Axı, zəfər istəkdən yaranır...

Aydın müəllim də işə, halal zəhmətə aparan ömür yolunda bu uca keyfiyyətləri özündə yaşatmağı bacarmışdır. O, ömrünü mənalı və şərəflə yaşamağı hər şeydən üstün tutan insanlardandır. Daşıdığı vəzifəyə hər zaman böyük məsuliyyət hissi ilə yanaşır. Tutduğu vəzifə ilə, gördüyü işlərlə öyünmək onun təbiətinə yaddır. Harda, hansı zamanda, hansı vəzifədə işləməsindən asılı olmayaraq, bu yolda saçlarını ağartdığı kimi, yaxşı işi ilə də həmişə üz ağardıb.

Onun ömür yolunu daha aydın və parlaq əks etdirmək üçün tərcümeyi - halına nəzər salmaq kifayətdir.

O, 1949 - cu ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuşdur. Orada səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilini axşam fəhlə gənclər məktəbində başa vurub. Axşam məktəbində oxuya - oxuya ailənin gün - güzəranının yaxşılaşmasına kömək etmək üçün erkən yaşlarından zəhmətə qatlaşıb. Bir neçə il sovxozda elektrik montyoru və maşın hesablama mərkəzində operator işləyib.

Ömrünün ən şirin çağlarından əmək meydanında möhkəm bünövrə qoymağı bacaran Aydınbay Amanovun mənəviyyatını gözəl hisslər və duyğular dərin mənalarla beləcə bəzəməyə başlayıb. Amma zamanı çatanda daha ciddi işlərlə məşğul olmaq üçün ürəyindəki ali təhsil almaq arzusunun dalınca gedib. Azərbaycan Neft Kimya İnstitutuna ( indiki Azərbaycan Neft Akademiyası) daxil olub. Həmin institutun neft qaz quyularının qazılması üzrə tam kursunu müvəffəqiyyətlə bitirib. Ali təhsilli gənc mütəxəssis kimi ilk yeri Kürsəngi Qazma İşləri İdarəsi olub. Orada qazmaçı, texnoloq, baş texnoloq baş mühəndis vəzifələrində işləyərək zəngin təcrübə toplayıb.

...İllər keçdikcə Aydınbay Amanovun əmək yolu üfüqdən - üfüqə uzanan yola bənzəyirdi. İstehsalatdakı uğurlu fəaliyyətindən sonra Nazirlər Kabinetinin neft emalı neft kimyası şöbəsində işə dəvət olunmuşdur. Orada işlədiyi müddətdə Saatlı - İmişli - Beyləqan, Oğuz - Şəki - Qax, Zaqatala - Balakən, Yevlax, Şəmkir - Gədəbəy s. istiqamətlərdə qaz kəmərlərinin çəkilişinə nəzarət etmişdir.

O, ARDNŞ - in Qaz Əməliyyatları İdarəsində baş mühəndis, “Azəriqazİstehsalat Birliyində baş direktorun müavini s. vəzifələrdə işləyəndə əməksevərliyi ilə böyük hörmət qazandı. Bu hörmət duyğusu indi onun ürəyində qürur hissi ilə birgə döyünür.

Zəhməti, işgüzarlığı zəngin təcrübəsi sayəsində pillə - pillə vəzifəyə yüksəlib. Amma şərəfli, həm məsul vəzifələrdə çalışarkən keçib gəldiyi yol elə rahat hamar olmayıb. Acılı - şirinli günlər yaşayıb. Əzab - əziyyətə qatlaşdığı, çətinliklərlə üzləşdiyi, həyəcan keçirdiyi anlar da çox olub. Amma o bundan heç vaxt sarsılmamış, əksinə çətinliklərlə üzləşdikcə bərkimiş, öz işinin keşiyində mətin dayanmışdır. Hər zaman yenilik sorağıyla, axtarış ruhu kəşflər marağıyla işə yaradıcı münasibət göstərmişdir.

Elə bu səbəbdən Parisdə TASİS proqramı üzrə Biznes, İdarəetmə Menecment İnstitutunda kurs keçib. Qazandığı bilikləri çalışdığı sahədə inamla həyata keçirib. Nəhayət, bir sıra mühüm layihələrin işlənib hazırlanmasında yaxından iştirak edib. O cümlədən:

- Azərbaycan tərəfindən üçüncü ölkəyə tranzit qazının qəbulu, paylanması, nəqli saxlanması sahəsində aparılan siyasətin respublikamızda həyata keçirilməsi üçün vahid orqanın yaradılmasının əlverişliliyinin iqtisadi cəhətdən əsaslandırılması;

- Türkmənistandan Rusiyadan təbii qazın alınmasının iqtisadi səmərəliliyinin əsaslandırılması layihəsinin işlənib hazırlanması

- Dünya Bankı xətti üzrə Azərbaycanda qaz sənayesinin bərpası layihəsinin hazırlanması;

- Norveç höküməti tərəfindən maliyyələşdirilənAzərbaycanda qaz sənayesinin inkişaf planıüzrə tam həcmdə layihənin hazırlanması;

- Azərbaycanda illik (2007 - ci ilə qədər) yanacaq - enerji balansının işlənib hazırlanması bununla yanaşı, MDB, EKO s. dövlətlərarası neft qaz üzrə Şuranın konfranslarında da iştirak etmişdir.

Aydın müəllim hərdən ötən günləri xatırlayıb nostalji hisslər keçirəndə adi həyat həqiqətlərindən çox maraqla söhbət açır. Qaz İxracİdarəsində əməyin mühafizəsi üzrə rəis müavini kimi heç kimdən təşəkkür minnətdarlıq gözləmədən öhdəsinə düşən işi vicdanla yerinə yetirir. İdarədə əmək şəraitinin yaxşılaşdırılması, yanğın təhlükəsizliyinin təmin olunması, ekoloji tarazlığın qorunub saxlanması sahəsində çox işlər görür. İlin əvvəlindən bəri idarədə əmək şəraitinin yaxşılaşdırılması məqsədiləNomenklatur tədbirlər planıonun rəhbərliyi ilə hazırlanmış tədbirlərin icrası yüksək səviyyədə təmin edilməkdədir.

Aydın müəllim bu sahədə görülən işlərə çox yaxşı bələd olduğundan, işlə bağlı hər hansı bir məlumat almaq istəyəndə adamı xoş üzlə qarşılayır. Sualları cavablandırdıqdan sonra adəti üzrə deyir: - “Daha sualınız var, qulluğunuzda hazıram.” ... Beləcə, xoş xasiyyəti ilə ömrünü yarıdan ötürüb Aydın müəllim.

Uzun illər neft sənayesində çalışan Yasin Bayramov da birgə işlədikləri dövrdə Aydın müəllimin fəaliyyətinə yaxından bələd olduğundan ürəkdolusu danışır. Deyir:

- Bilirsiniz, Aydın müəllimi neft - qaz sənayesi sahəsinə sanki taleyin özü gətirib. O, bütün varlığıyla işə, zəhmətə bağlı insandır. Birgə işlədiyimiz vaxtlarda onun çalışdığı sahəyə aid mükəmməl biliyinin qeyri - adi fəhminin dəfələrlə şahidi olmuşam. Yaxşı yadımdadır, bir dəfəQaz Emalı Zavodu - Qaradağ QPS” arasındakı 1220 mm diametrli yüksək təzyiqli qaz xəttinin çəkilişi zamanı oraya getmişdik. Biz boru xəttinin çəkilən hissəsinə nəzər yetirib, icraçısına lazımi tövsiyələr verib getdik. Amma Aydın müəllim yolboyu içindəki narahatçılığı büruzə verib dedi:

- Yasin, nəysə daxilən çox narahatam. Gəl qayıdaq, o qaynaq edilmiş borulara bir baxmaq istəyirəm...

Maşına oturub geriyə qayıtdıq. Sahəyə çatanda Aydın müəllim boruların basdırılması üçün qazılmış xəndəyə düşüb, qaynaq tikişlərini diqqətlə nəzərdən keçirdi. Hər şeyi öz gözləri ilə gördükdən sonra məlum oldu ki, borular layihəyə uyğun qaynaq edilməmişdir. Aydın müəllim icraçısına göstəriş verdi borular təcili dəyişdirildi.

İş həyatında buna bənzər söhbətləri dönə - dönə Aydınbay Amanovun öz dilindən eşitmişəm. O, həmin məqamlardan o qədər şövqlə söz açır ki, dinlədikcə özünü o hadisələrin içində hiss edirsən.

Bəli, illər bir - birini əvəz etsə , yaş ötsə , Aydın müəllimin ürəyinin odunu - alovunu söndürə bilməyib. O, yaxşı işlədiyi kimi, ruhən cavan qalmağı da yaxşı bacarır. Ömrünün müdriklik çağında idmanla məşğul olur, hətta gənclərlə birgə futbol oynamağından da qalmır. Yaşının müdriklik çağında canında yaşatdığı gənclik həvəsi, həlim təbiəti, mehribançılığı onunla kollektiv üzvləri arasında səmimi ünsiyyətin yaranmasına bəlkə bu səbəbdən körpü olub?!

Bir müddət bundan öncə dövlətimizin başçısının sərəncamı ilə Aydınbay AmanovTərəqqimedalı ilə təltif olundu. Bu, kollektivimizin üzvlərini birmənalı şəkildə sevindirdi. Çünki bu, onun fədakar əməyinə verilən yüksək mükafatdır.

 

Həzi Həsənli,

Qaz İxracİdarəsi rəisinin köməkçisi,

Azərbaycan Yazıçılar Jurnalistlər Birliklərinin üzvü.

 

İki sahil.- 2013.- 23 noyabr.- S.12.