Uşaqların gələcəyini işıqlı etmək bizim əlimizdədir

 

Uşaq əməyinin istismarı böyük gəlir sahəsi hesab olunduğundan onun qarşısını almaq müşkül məsələyə çevrilib

 

Bəzi işbazlar var ki, uşaqların əməyindən amansızcasına istifadə edirlər

 

Bu gün cəmiyyətimizdə hər kəsin demək olar ki, hər gün qarşılaşdığı ağrılı problemlərdən biriuşaq əməyinin istismarı hesab olunur. İşləyən uşaqların zərif canlarının olmasına baxmayaraq onları kobudcasına işlədən sahibkarların görəsən evdə övladı yoxdur? Yoxsa həmin insanlarda valideyn hissi yoxdur?

 

Əslinə qalanda əməkləri istismar olunan həmin azyaşlı uşaqların əksəriyyəti ehtiyac, maddi sıxıntı ucbatından kiçik çiyinlərinə özlərindən ağır yükləri qaldırmaq məcburiyyətindədirlər. Amma acınacaqlı hal odur ki, onların əməyi ucuz tutulur, yetərincə qiymətləndirilmir. Bəzi işbazlar da var ki, küçə uşaqlarının əməyindən amansızcasına istifadə edir. Ekspertlər belə hesab edirlər ki, əgər uşaq təhsildən yayınırsa, uşağın asudə vaxtı ilə bağlı hüquqları pozulursa, təhlükəli əməyə cəlb olunursa, gələcək inkişafına, dünyagörüşünə, əxlaqi inkişafına mənfi təsir göstərən sahələrdə çalışırsa bu, uşaq əməyindən istifadədir.

Uşaq əməyinin istismarı böyük gəlir sahəsi hesab olunduğundan onun qarşısını almaq müşkül məsələyə çevrilib. Son vaxtlar Azərbaycanda da uşaq əməyinin istismarı kütləvi xarakter alıb. Bununla bağlı rəsmi statistika aparılmasa da hamıya bəllidir ki,  uşaq əməyinin istismarı əsasən ictimai-iaşə obyektlərində, xüsusən gecə barları, restoran və şadlıq evlərində, ticarət şəbəkələrində, mövsümi olaraq dəniz çimərliklərində, avtotəmir və avtoyuma sexlərində qeydə alınır. Həmçinin ucuz uşaq əməyindən sərnişin nəqliyyatda istifadə olunur. Rayonlarda kənd təsərrüfatının müxtəlif sahələrində-heyvandarlıqda, tərəvəzçilikdə, eləcə də Bakı şəhərində nəqliyyatda və bu kimi digər müxtəlif sahələrdə uşaqların əməyinin istismarı faktları mövcuddur.

Yay mövsümü ilə əlaqədar uşaqların əməyinin istismarı daha geniş vüsət alıb. Tətilə buraxılan azyaşlılar istirahət etməkdənsə, onların kiçik əllərindən böyük xidmət tələb olunur. Hazırda ticarət, ictimai-iaşə obyektlərində ucuz uşaq əməyindən geninə-boluna istifadə edilir. Gün ərzində 10-12 saat işlədilən uşaqlar ağır şəraitdə çalışmaq zorunda qalırlar. Artıq uşaqlar əksər bazar-dükanların qarşısında, avtobus dayanacaqlarında kvas, yaxud digər sərinləşdirici ickilər satmaqla məşğuldur. Daha dəhşətlisi odur ki, onlar üçün isti yay günlərində gündən, şaxtalı qış aylarında soyuqdan müdafiə məqsədilə heç bir şərait yaradılmayıb. Buna baxmayraq uşaqlara belə ağır rejiminin sonunda 3-5 manat verilir.

Azərbaycan əhalisinin 29 faizini uşaqlar təşkil edir. Son vaxtlarda isə metro keçidlərində, avtomobil dayanacaqlarında azyaşlı uşqlarınsəyyar market” işlətdiklərinin şahidi oluruq. Şadlıq evlərində ofisant kimi gecə saatlarına kimi uşaqların əməyinin istismarı da mövcud vəziyyətdir. Hətta elə valideynlər var ki, uşaqlarındanmələkkimi istifadə edilməsinə icazə verirlər. Onu da qeyd edək ki, buövlad qayğısı çəkənvalideynlərin özləri uşaqları məcburi əməyə cəlb edirlər. Gül üzlü körpə qızlarını geyindirib yay-qış bilmədən restoranlarda, şadlıq saraylarında əllərində qızılgül ləçəklərini bəy gəlinin ətrafına səpən uşaqların valideynləri nədənsə bu halı normal qarşılayırlar. Bəzi valideynlər isə uşaqlarının toylardamələkkimi istismar olunmasındanzövqalırlar, belə demək mümkünsə, bununla fəxr edirlər. Bunu özlərinə əziyyət verməyən valideynlərə şamil etmək olar. Əgər uşaq sosial problemlərin yox, valideyn məsuliyyətsizliyinin nəticəsində işləyirsə, o zaman valideynlə bağlı qəti sərt tədbirlər görülməlidir.

Düzü, ailə büdcəsi zəif olan valideynlər çıxış yolunu elə uşaqların evə gətirdikləri qəpik-quruşda görürlər. Bəs Azərbaycan qanunvericiliyində  uşaq əməyi hansı qaydada tənzimlənir?  Qanunvericilikdə sözügedən problemlə bağlı konkret olaraq hansısa qadağalar nəzərdə tutulub ümumiyyətlə, uşaqların təhsildən yayındırılaraq məcburi qaydada əməyə cəlb olunması ilə bağlı hansısa cəza növləri mövcuddurmu?

Məlumat üçün qeyd edək ki, Azərbaycan RespublikasınınUşaqların hüquqları haqqındaQanunun 22-ci maddəsində uşaqların təhsil hüququ dövlət tərəfindən təmin olunur bu hüququn qorunmasını dövlət öz üzərinə götürür. Həmçinin İnzibati Xətalar Məcəlləsi uşaqların təlim tərbiyəsini lazımi qaydada yerinə yetirməyən valideynlər xəbərdarlıq edilir ya şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir. Əmək Məcəlləsinin 249-cu maddəsində göstərildiyi kimi, 15 yaşından aşağı olan uşaqlarla əmək müqaviləsinin bağlanmasına yol verilmir. İstisna var - 14 yaşı tamam olmuş liseylərin şagirdləri istehsal müəssisələrində təlim keçmək üçün yüngül işlərə cəlb oluna bilərlər. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin 9-cu 10-cu bəndinə əsasən 15 yaşdan aşağı uşağı işə cəlb edən hüquqi şəxslər 3000-5000 manatadək, 18 yaşı tamam olmamışları sağlamlığını mənəviyyatını təhlükə altına qoyan işə cəlb edənlər isə 10000-13000 manat məbləğində cərimə oluna bilər.

Hüquq müdafiəçilərinin fikrincə milli qanunvericiliyə əsasən Azərbaycanda 15 yaşından yuxarı uşaqların müəyyən qaydalar çərçivəsində işləməsi mümkündür. Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda da qanunlar uşaqların müəyyən qaydalar daxilində işləyib pul qazanmalarına icazə verir. Əmək Məcəlləsinin 250-ci maddəsinə əsasən əmək şəraiti ağır, zərərli yerlərində, yeraltı tunellərdə, habelə əxlaqi kamilliyin inkişafına mənfi təsir göstərən gecə klublarında, barlarda, restoranlarda, o cümlədən spirtli içkilərin satışı saxlanılması yerlərində  uşaqların əməyinin istismarı qadağandır. Bütün bunlara baxmayaraq, uşaqların  qeyri-qanuni istismarı hələ mövcuddur. Bəzi işlər var ki, onlar az gəlirli olduğu üçün bir çox insanlar həmin sahələrdə işləmək istəmirlər. Belə sahələrdə uşaq əməyi daha ucuz hesab edilir ki, bəzi adamları həmin işlərə azyaşlı uşaqları cəlb edirlər.

Fakt isə ondan ibarətdir ki, bu günə qədər uşaqlarını məcburi əməyə cəlb edən valideynlərin hansısa formada məsuliyyətə cəlb edilməsini görmüşük, eşitmişik. Yuxarıda qeyd etdiyimiz validenləri nəzərə alsaq görərik ki, hazırda belə valideynlərin sayı kifayət qədərdir. Qətiyyətlə demək olar ki, artıq uşaqların özləri məcburi əməyə cəlb olunmalarında maraqlı görünürlər. Yəni, uşaqlar könüllü olaraq öz əməklərini ucuz qiymətə satırlar.

Ekspertlər uşaq əməyinin istismarı ilə bağlı televiziyalarda sosial reklamların verilməsinin çox vacib olduğunu da hesab edirlər.

Ölkəmizdə əməyi istismar olunan uşaqlarmoyka”larda, restoranlarda, avtotəmir sexlərində işləyirlər. Yetkinlik yaşına çatmayan 15-17 yaş arası həmin bu uşaqların əməyi amansızlıqla istismar olunur. Risk qrupuna daxil olan uşaqlar, valideyn nəzarətindən kənarda qalmış, tək valideyni, yaxud heç bir valideyni olmayan uşaqlardı. Belə hallar yarandıqda həmin azyaşlılar kənar qüvvələrin əlinə keçir. Beləliklə, həmin uşaqların istismar olunma halları artır.

Səhiyyə işçiləri bildirir ki, uşaqların ağır çirkli, təhlükəli işlərlə məşğul olmasının onların fiziki sağlamlığına böyük mənfi təsiri var. Əsasən onurğa sütununda problemlər yaranan uşaqlar müxtəlif xəstəliklərə də yoluxurlar. Lakin bu problemin yalnız bir tərəfidir, digər tərəfi isə uşaqların kiçik yaşlarından işə cəlb edilməsinin onların psixologiyasına vurduğu zərbədir. Demək olar ki, həmin uşaqların hamısı qeyri-standartnatamam ailələrdən çıxırlar. Bəziləri atılmış olur. Onlarla ünsiyyətdə olanda görünür ki, hər birinin psixoloji travması var və məhz o problemlərə görə onlar küçə həyatını seçirlər. Küçə uşaqlarının davranışında dağıdıcı, zərərverici meyillər yüksək olur. Müəyyən bir yaş həddinə çatdıqdan sonra bu uşaqlarda oğurluğa meyllilik yaranır. Yalançılığa meyllilik, insanları aldatma, vədinə əməl etməmək, məsuliyyət, qayğı, inam hissinin aşağı olması, işgüzarlığın zəif olması kimi hallar bu uşaqların tipik psixoloji xüsusiyyətləridir.

Düzdür, buya digər yolla uşaq əməyindən istifadəni hamı gündəlik həyatda müşahidə edir. Qazanc əldə etmək burada vacib rol oynayır. İstənilən halda uşaqların gələcəyini işıqlı etmək bizim əlimizdədir - uşaqların hüquqlarını qorumaqla onları qoruyarıq. Bu barədə həm qanuni, həm də vicdani baxımdan düşünməyə dəyər.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2013.- 10 sentyabr.- S.19.