Neft-qaz sənayesi işçilərinin

XXI Spartakiadasına start verildi

 

Neftçilər Günü ərəfəsində keçirilməsi ənənə halını alan spartakiadada 14 idman növü üzrə 1280 nəfərin iştirakı nəzərdə tutulur

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərənNeftçiİdman-Sağlamlıq Mərkəzi ilin əlamətdar günlərində neft-qaz sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. İdmanın kütləviləşməsi, gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi təntənəli keçiriləni isə hər il sentyabrın 20-də neftçilərin peşə bayramı - Neftçilər Günü ərəfəsində təşkil edilən artıq xoş bir ənənəyə çevrilmiş Spartakiadalardır.

Hər il olduğu kimi, bu il Spartakiada xalqımızın həyatında əlamətdar bir hadisəyə - banisi ümummilli lider Heydər Əliyev olan, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilənƏsrin müqaviləsi”nin imzalanmasının növbəti ildönümünə həsr edilmişdir.

Bu il neft, qaz kimya sənayesi işçilərinin XXI Spartakiadası keçirilir. Tədbirdə 40 müəssisənin komandası iştirak edir. Bu mötəbər yarışda 14 idman növü - mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü güllə atıcılığı üzrə 1280 nəfərin iştirakı nəzərdə tutulur ki, onlardan da 240-ı qadınlardır. Yarışlar Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində, üzgüçülük növündə isə “Start” İdman Kompleksində keçiriləcək. Sentyabrın 9-da start götürmüş Spartakiada ayın 15-də öz işini sona çatdıracaq.

Spartakiadanın təntənəli açılış mərasimi sentyabrın 10-da Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirildi.

Mərasimdə ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, gənclər idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan neft qaz sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, “Neftçiİdman-Sağlamlıq Mərkəzinin İcraçı direktoru, “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov, Bakı şəhər Gənclər Baş idarəsinin rəisi Raqif Abbasov, 17 qat dünya çempionu Eduard Məmmədov, Olimpiya çempionları Namiq Abdullayev, Toğrul Əsgərov, ARDNŞ-in məsul əməkdaşları, Suraxanı rayonunun kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. 

Tədbiri giriş sözü ilə açıq elan edən ARDNŞ-in vitse-prezidenti Rəfiqə Hüseynzadə ilk növbədə yarış iştirakçılarına Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin təbriklərini çatdırdı. R.Hüseynzadə qeyd etdi ki, bu gün ölkə neftçiləri, onların ailə üzvləri arasında çox kütləvi olan, artıq ənənəyə çevrilmiş neft qaz sənayesi işçilərinin XXI Spartakiadasının açılışına toplaşmışıq. Müxtəlif idman növləri üzrə Spartakiada yarışları neftqazçıxarma idarələrinin, istehsalat birliklərinin fəhlə qulluqçuları, onların ailə üzvləri arasında ilboyu davam edir. Hər il bu yarışlarda böyüklərlə yanaşı, neftçi ailələrindən olan kiçik yaşlı uşaqlar yeniyetmələr fəal iştirak edirlər.” R.Hüseynzadə vurğuladı ki, respublikada bədən tərbiyəsi idmanın inkişafı üçün misilsiz işlər görmüş, idmanı idmançıları sevən, onların qayğılarını daim öz diqqətində saxlayan Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin bu siyasətini uğurla davam etdirir. Dövlət Neft Şirkətinin vitse-prezidenti bildirdi ki, respublikada bədən tərbiyəsi idmana olan marağın durmadan artması Spartakiada yarışlarının da getdikcə daha böyük vüsət almasına səbəb olub. Müxtəlif idman növləri üzrə Spartakiada yarışları neftqazçıxarma idarələrinin, istehsalat birliklərinin fəhlə qulluqçuları, onların ailə üzvləri arasında ilboyu keçirilir. Hər il bu yarışlarda böyüklərlə yanaşı, neftçi ailələrindən olan kiçik yaşlı uşaqlar yeniyetmələr fəal iştirak edirlər.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmançılara uğurlar arzulayaraq bildirdi ki, ölkədə idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız idman hərəkatında indiyədək görünməmiş nailiyyətlərə imza atmışdır. Bu gün ölkənin hər bir bölgəsində olimpiya komplekslərinin tikilib istifadəyə verilməsi gənclərdə idmana həvəs və marağın artmasına səbəb olub. Azərbaycanın müstəqillik dönəmindən indiyə qədər idmançılarımız Atlanta, Sidney, Afina, Pekin, London olimpiadalarında iştirak etmiş və ölkəmizə daim medallarla dönmüşlər. Bu günlərdə Braziliyanın Rio de Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatında “Neftçi” İSM-in təmsilçisi Elxan Məmmədov Azərbaycan cüdo tarixində ilkə imza ataraq dünya çempionu titulunu qazanmışdır. İ.İsmayılov vurğuladı ki, sevindirici haldır ki, respublikanın neft və qaz sənayesi işçilərinin Spartakiadasının final yarışları ümummilli lider Heydər Əliyevin neftçilərə bəxş etdiyi peşə bayramı - Neftçilər Günü ərəfəsində keçirilməsi ənənə halını alıb.

Azərbaycan neft və qaz sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin başçılığı ilə sürətlə tərəqqi edən Azərbaycanın idman sahəsindəki nailiyyətlərini bir daha vurğuladı. C.Əliyev ölkəmizdə neft və qaz sənayesində çalışan işçilər, onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə, bədən tərbiyəsinin, idmanın inkişafına, sağlam həyat tərzinə müsbət təsir edən Spartakiada yarışları 1992-ci ildən keçirilir. Hər il minlərlə iştirakçısı olan Spartakiada yarışlarının neftçilər arasında ənənəvi idman bayramına çevrilməsində, yüksək səviyyədə kütləvi olmasında ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin böyük rolu vardır.

Qeyd olundu ki, Neft, qaz və kimya sənayesi işçilərinin Spartakiadasının əhatə dairəsinin getdikcə daha da genişlənməsi və yarışlara ildən-ilə daha çox iştirakçının qatılması, Spartakiada hərəkatının geniş vüsət alması Dövlət Neft Şirkətinin rəhbərliyi tərəfindən neftçilərin, onların ailə üzvlərinin sağlamlığı üçün göstərilən qayğının bariz nümunəsidir. “Neftçi” İdman-Sağlamlıq Mərkəzi öz işində daim islahatlar həyata  keçirməyə çalışır. Əvvəllər Spartakiada yarışları 12 idman növü üzrə keçirilirdisə, son illər bu rəqəm 14-ə çatdırılmışdır ki, bu da tədbirdə daha çox sayda neftçinin iştirak etməsinə şərait yaratmışdır. Bütün bu nailiyyətlərin əldə edilməsində, neft-qaz sənayesi işçilərinin artıq ənənəyə çevrilmiş Spartakiadalarının uğurla keçirilməsində “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin icraçı direktoru Sadıq Sadıqovun əməyi xüsusi vurğulandı. Təbii ki, bu göstəricilər ölkə idmanının davamlı inkişafının bariz nümunəsidir.

Sonra Azərbaycan Respublikası Dövlət Himninin möhtəşəm sədaları altında ötən Spartakiadada ilk üç yeri tutmuş komandanın kapitanları Azərbaycan bayrağını qaldırdılar. Təntənəli marş sədaları altında müxtəlif müəssisələri təmsil edən komandalar tribuna önündə öz yerlərini tutdular.Yarışların baş hakimi Hicran Şərifov raport verdi və XXI Spartakiada açıq elan edildi. Spartakiadanın təntənəli açılış mərasiminə “Neftçi” İSM yetirmələrinin nümunəvi çıxışları ilə yekun vuruldu

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2013.- 11 sentyabr.- S.11.