Azərbaycan iqtisadi qüdrətini hərbi, sosial

və mədəni gücə çevirməyi bacaran ölkədir

 

Son 10 ildə ölkə əhalisinin gəlirləri 29 milyard manatyaxud 6,1 dəfə artaraq 2012-ci ildə 34,7 milyard manata çatmışdır

 

Azərbacan dövlətinin apardığı qlobal siyasətin nəticəsidir ki, fövqəldövlətlər bu gün ölkəmizi nəinki region,  hətta dünya üçün əvəzedilməz tərəfdaş hesab edirlər. Eyni zamanda, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə bərabər, beynəlxalq terrorizmə qarşı mübarizə, münaqişə  zonalarında sülhünsabitliyin əldə  edilməsindəki fəaliyyətinə görə də Azərbaycan dövləti daim öndə olubdur.

 

Son bir neçə ildə yalnız bölgənin deyil, həm də dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan dövləti bu niyyətini gerçəkləşdirmək üçün siyasi, sosialiqtisadi prioritetləri tam olaraq yarada bilib.

Daha doğrusu, ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb. Nəticə isə çox qürurvericidir: Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir. Bu modelin çox diqqətçəkici istiqamətlərindən birisosial sahədir.

Ölkə rəhbərinin modern sosial siyasətinin qloballığı və əhəmiyyətliliyi ondadır ki, onun mövcud istiqamətləri var. Prezident İlham Əliyevin sosial müdafiənin ayrı-ayrı sahələrini dəqiq dövlət proqramları ilə inkişaf etdirməsidir. Prezident İlham Əliyevin sosial siyasətinin digər bir önəmli istiqaməti milli mənəvi dəyərlərə hörmət göstərilməsi və insanlarda xeyriyyəçilik ruhunun, humanistliyin tərbiyə olunmasıdır. Bu mənada, muğam mərkəzlərinin, dini abidələrin bərpası və yenilərinin tikilməsi, həmçinin cənab Prezidentin dini tədbirlərdə iştirakı əhəmiyyətli hadisələrdir.

Azərbaycan dövlətinin digər bir qlobal inkişafı onun iqtisadiyyatında özünü göstərir. Belə ki, maliyyə naziri Samir Şərifovun da ötən günlərdə mətbuat üçün açıqladığı məlumatlarda göstərilir ki, son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13,0 dəfə (1,5-20,1 mlrd. manat), adambaşına düşən xərci isə 11,6 dəfə (185,0 - 2146,0 manat) artmışdır.

Dövlət büdcəsi hesabına 2003-2012-ci illərdə sosial təyinatlı xərclərə üst-üstə 20,8 mlrd. manat ayrılmışdır. 2012-ci ildə dövlət büdcəsindən sosialyönümlü xərclərə ayrılan vəsaitin məbləği 2003-cü illə müqayisədə 7,0 dəfə artaraq 4,7 mlrd. manat olmuşdur.

2003-2012-ci illər ərzində dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin əmək haqlarının artırılması ilə əlaqədar 11 fərman və sərəncam, 2006-2012-ci illər ərzində əmək pensiyalarının baza hissəsinin artırılması və pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 7 sərəncam imzalanmışdır.

Qeyd edək ki, 2003-2012-ci illər ərzində elm və təhsil istiqamətndə də Azərbaycan dövləti regionda nümunə göstəriləcək inkişafa imza atmışdır. Bu illər ərzində 22 obyekt tikilmiş, 12 obyekt əsaslı təmir və bərpa olunmuş, 8 obyekt üzrə isə işlər davam edir. 591 məktəbin tikintisi, 265 məktəbdə əsaslı təmir və bərpa-gücləndirmə işlərinin aparılması, 188 məktəbdə 2 min 552 əlavə sinif otaqlarının, 22 uşaq bağçasının, 9 təhsil şöbəsi üçün inzibati binanın tikintisi, 154 baxçada əsaslı təmir və bərpa işlərinin aparılması təmin edilmişdir.

Həmçinin səhiyyə sahəsində əhəmiyyətli yenidənqurma və müasirləşmə işləri aparılmışdır. Bu müddətdə 17 xəstəxana, 6 tibb mərkəzi, 8 poliklinika, 8 tibb məntəqəsi, 7 ambulatoriya, 9 xüsusi təyinatlı tibb müəssisəsi tikilib istifadəyə verilmiş, 47 xəstəxanada, 9 poliklinikada, 5 doğum evində, 3 tibb institutu və 2 tibb mərkəzində, 1 tibb məntəqəsində, 10 xüsusi təyinatlı tibb ocağında təmir, bərpa və gücləndirmə işləri aparılmışdır.

Ölkəmizin ən ciddi problemi sayılan məcburi köçkünlərin məskunlaşdığı bütün çadır düşərqələri ləğv edilməklə 31min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmış, 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmış, digər sosial problemləri həll edilmişdir.

İqtisadi inkişafın digər mühüm göstəricisi olan əhalinin gəlirlərinin artması da önəmli faktdır. Son 10 ildə ölkə əhalisinin gəlirləri 29 mlrd. manatyaxud 6,1 dəfə artaraq 2012-ci ildə 34,7 mlrd. manata çatmışdır. Əhalinin banklarda olan əmanətlərinin məbləği artaraq 5,1 mlrd. manata çatmışdır ki, bu da 2003-cü illə müqayisədə 4,8 mlrd. manatya 20,3 dəfə çoxdur.

Xüsusən, bu dövrdə Azərbaycan dövlətinin valyuta ehtiyatları 29,1 dəfə artaraq 46,5 mlrd. ABŞ dollarına çatmışdır. Ölkəmizdə 17 mln. 65 min kvadratmetr yaşayış evləri və yaxud 154 min 900 ədəd mənzil tikilib istifadəyə verilmişdir.

Əhalinin şəxsi istifadəsində olan nəqliyyat vasitələrinin sayı 916 min 431 ədəd olmaqla 2003-cü ilə nisbətən 530 min 212 ədəd və yaxud 2,4 dəfə artmışdır.

Rabitə sahəsində də inkişaf ciddi şəkildə davam etmişdir. Xüsusən, mobil rabitə istifadəçilərinin sayının davamlı olaraq artması faktı mövcuddur. Hazırda əhalinin hər 100 nəfəri 105 mobil rabitə abunəçisidir.

Ölkəmizin abadlaşması, nəinki paytaxtda, eləcə də rayon mərkəzlərində də sürətlə davam edir. Ən müasir infrasitrukturların yaradılması, xüsusən müasir tipli magistral yolların çəkilməsi, müasir tipli körpü və keçidlərin tikilib əhalinin istifadəsinə verilməsi vətəndaşlara sosial məişət firavanlığı gətirən mühüm amildir. Son 10 ildə ümumi uzunluğu 3 min 296 kilometr olan yollar tikilmiş, yenidən qurulmuş və əsaslı təmir olunmuşdur.

Eyni zamanda bu illər ərzində Bakı şəhəri ərazisində 32 ədəd müxtəlif səviyyəli yol qovşağı, 60 ədəd yeraltı və yerüstü piyada keçidləri tikilmiş, yenidən qurulmuş və əsaslı təmir olunmuşdur.

Bakı Metropoliteninə 4,8 kilometr olan yeraltı metro xətləri çəkilmiş, 3 metro stansiyası tikilib istifadəyə verilmiş, 3 stansiyada yenidənqurma işləri aparılmış, metronun vaqon parkı 76 ədəd yeni vaqonla təchiz edilmiş, hal-hazırda 5 stansiyanın tikintisi işləri aparılır.

Son 10 ildə gücü 2 min 300 meqavat olan 14 yeni elektrik stansiyası tikilib istifadəyə verilmiş, 3 istiqamətdə yüksək gərginlikli yeni elektrik ötürücüsü xətləri çəkilmişdir.

Ötən il, eyni zamanda, Prezident İlham Əliyevin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” imzaladığı Fərmana uyğun olaraq cari ilin iyul ayının 1-nə kimi 1 milyon 619 min 938 əmanət hesabı üzrə 597 milyon manat fərdi birdəfəlik ödəmələr həyata keçirilmişdir. Əmanətlərin qaytarılması əhalinin sosial durumunu daha da yüksəltməyə şərait yaradıb.

 

Elçin Zaman

 

İki sahil.- 2013.- 12 sentyabr.- S.14.