GÜCLÜ
LİDER, GÜCLÜ AZƏRBAYCAN
İnsanlıq, Bəşərillk
idealı,
Ləyaqəti, məsləki
tərcümeyi - halı,
Heydər
ocağının sönməz məşəli
Amal və əməl
yolçusu,
Məramı-bütöv, müstəqil, qüdrətli Azərbaycan!
Müxtəlif
dövrlədə dünyaya elə şəxsiyyətlər
gəlir ki, onlar bir fenomen kimi, düha kimi cəmiyyətdə
gördükləri işləri, əməlləriylə
tarixin yaddaşında yaradıcı, qurucu kimi qalırlar.
Parlaq zəkası, yenilməz iradəsi, güclü məntiqi, yüksək kübarlılığı, ziyalılığı, zəngin biliyi, analitik təfəkkürü ilə seçilən və 20-ci yüzillikdə Azərbaycan xalqına “ALLAH payı” kimi bəxş edilən, insanlığın və müdrikliyin zirvəsində dayanan Heydər Əlirza oğlu Əliyev doğulduğu torpağın, mənsub olduğu xalqın haqq səsini bütün dünyaya çatdırdı və onu tanıtdı. O xalq xoşbəxtdir ki, onun ümummilli lideri var. Xalqımız Heydər Əliyev fenomeni, Heydər Əliyev zəkası, Heydər Əliyev şəxsiyyəti ilə daim fəxr etməyə, öyünməyə haqlıdır. Bir də onunla fəxr etməliyik ki, bu gün Heydər Əliyev yolunun layiqli davamçısı, insanlığı, bəşəriliyi özünə ideal seçən, ləyaqəti, məsləki, zəkası tərcümeyi- halı olan, Heydər ocağının sönməz məşəli, amal və əməl yolçusu, məramı bütöv, müstəqil, qüdrətli Azərbaycan olan, öz dəsti- xətti və rəhbərlik üslubu ilə seçilən İlham Əliyev kimi qətiyyətli, cəsarətli Prezidentimiz var.
İlham Əliyev prezident kimi ilk gündən bir sıra mühüm məsələləri həll etməli idi. Yeni prezident öz üzərinə olduqca böyük məsulliyyət götürmüşdü. Ölkə rəhbəri həm Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət qanunçuluğu prosesini bundan sonra daha uğurla davam etdirilməsini təmin etməli, həm də Azərbaycanın taleyüklü problemlərinin həlli istiqamətində konkret, eyni zamanda qətiyyətli addımlar atmalı idi. İntellektual, təcrübəli, iradəli, tədbirli dövlət başçısı kimi İlham Əliyev öz fəaliyyətini səmərəli qurmaq, vəzifəsini ləyaqətlə, şərəflə yerinə yetirmək, xalqın ona olan etimadını doğrultmaq üçün sınaq dövrü olan yüz gündə özünün gələcək strateji hədəflərini düzgün seçdi,ideoloji dayaqlarını müəyyənləşdirdi, sosial, maddi və mənəvi bazalar əsasında yeniləşdirilən inkişaf strategiyasını əsaslandırdı.
İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günündən buna qadir bir dövlət başçısı olduğunu sübuta yetirə bildi. İkitərəfli formada qurulan xarici siyasət bu gün bir çox ölkələr üçün nümunə ola bilər. Xarici siyasət bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı, hörmət və bir-birinin daxili işinə qarışmamaq prinsiplərinin üzərində quruldu.
Daxili siyasətlə bağlı ölkədə çox böyük işlər görüldü. Ölkədə siyasi islahatlar daha da dərinləşdirildi, keçən 10 il ərzində uğurlu iqtisadi islahatlar aparıldı, dünyanın ən sürətli iqtisadi inkişafına nail olundu.
Son 10 il ərzində Azərbaycanda bütün başqa istiqamətlərdə: Təhsil, səhiyyə, hüquq, mədəniyyət və sosial sahələrdə böyük nailiyyətlər əldə edildi. Beləliklə, ümummilli lider Heydər Əliyevin siyasi kursu, davamlı iqtisadi strategiyası dönmədən, ardıcıl, yüksək səviyyədə davam etdirildi. Özünə inam və şəxsi xidməti, yüksək insani amalları, güclü şəxsiyyəti, əsl liderlik keyfiyyətlərinə malik olan, müasir təfəkkürlü, dünya liderləri arasında özünün qətiyyəti, işgüzarlığı, mənəvi nüfuzu ilə seçilən İlham Əliyevə ölkəni müdrük idarə etməyə, Azərbaycanı dünya ölkələri içərisində sayılan, təcrübəsinə istinad olunan, günü-gündən çiçəklənən, dinamik inkişaf edən ölkə səviyyəsinə çatdırmağa imkan verdi.
İlham Əliyev son 10 ildə davam etdirdiyi siyasi, iqtisadi, mədəni yolun düzgün, uğurlu, ədalət, demokratiya, tərəqqi yolu olduğunu sübuta yetdi. Ölkə Prezidentinin Nazirlər Kabinetinin ilk iclasında iştirakı və çıxışı məsələlərin həmişə olduğu kimi, yenə də ölkə rəhbərliyi tərəfindən diqqətdə saxlanıldığını nümayiş etdirdi. İlham Əliyev çıxışında Azərbaycanın bundan sonrakı iqtisadi inkişafının konkret istiqamətlərini, aparılan islahatların ardıcıllığının təmin edilməsi yönümündə görüləcək işlərin prinsipal əsaslarını müəyyənləşdirdi.
İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərman imzaladı. Bu fərman ölkədə sosial-iqtisadi inkişafı bütöv bir proses halında reallaşdırmağa imkan verdi. Bu gün Respublikamızda dayanıqlı, iqtisadi, mənəvi inkişaf artıq reallıqdır. Düzgün müəyyənləşdirilən sosial-iqtisadi siyasət ölkəmizi dayanıqlı inkişafa və tərəqqiyə aparır. 21 illik müstəqillik tarixinə malik olan ölkəmizin bu gün beynəlxalq aləmdə “iqtisadi möcüzələr” ölkəsi, Cənubi Qafqazın “parlayan ulduzu” kimi tanınması və mövqeyini möhkəmləndirməsi də ölkəmizdə İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin düzgünlüyünün təsdiqidir. Bir əsas məqamı da önə çəkmək zəruridir. 2008-ci ildən dünyanı bürüyən, nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranı hər bir ölkənin hansı imkanlara malik olduğunu nümayiş etdirdi.
Azərbaycan həmin dövrdə və bu gün də iqtisadi artımı ilə dünyanın diqqət mərkəzindədir. Təbii ki, bu da iqtisadiyyatın düzgün təmələ əsaslanmasından irəli gəlir. İlham Əliyev Yeni Azərbaycan Partiyasının beşinci qurultayındakı nitqində də bu inkişafı önə çəkərək göstərirdi: “Son 10 ildə Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İkinci belə ölkə dünya xəritəsində tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan Azərbaycan uğurla, inamla, sürətlə inkişaf edir, bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qeyd edilir, qiymətləndirilir.
Azərbaycanın təcrübəsi artıq ən müsbət təcrübə kimi öyrənilir” Neft gəlirlərinin qeyri neft sektorunun inkişafına yönəldilməsi iqtisadiyyatın şaxələndirilməsini təmin etməklə, ölkənin hərtərəfli inkişafına stimul verdi. Təsadüfü deyil ki, Azərbaycan bu gün Cənubi Qafqaz iqtisadiyyatının səksən beş faizinə sahibdir. Bu gün regionda ölkəmizin iştirakı olmadan heç bir iqtisadi, siyasi layihənin həyata keçirilməsi mümkün deyil. Bu, respublikamızın artıq siyasi çəkisinin, nüfuzunun möhkəmlənən mövqeyinin təsdiqidir. Bu gün ölkəmizdə siyasi və iqtisadi sahələrin möhkəm təməli formalaşmışdır.
İlham Əliyev “Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir” vədini 10 ildə atdığı bir-birindən əhəmiyyətli addımları ilə doğrultdu.
İqtisadiyyatı inkişafın təməl daşı kimi önə çəkən dövlət başçısı iqtisadi artımı qeyri-neft sektorunun hesabına olmasını qarşıya çox mühüm vəzifə kimi qoydu, bu istiqamətdə vacib tədbirlər həyata keçirdi, ölkənin neft-qaz amilindən asılılığı getdikcə azaldı. Həyata keçirilən uğurlu islahatlar nəticəsində bu gün Azərbaycan dünya iqtisadiyyatının dayanıqlı bir parçasına çevrilib.
İqtisadiyyatın
güzgüsü olan dövlət büdcəmiz 2013-cü
ildə 2003-cü illə müqayisədə 1.3 milyard dollar
artaraq 25 milyard dollara çatmışdır. Son
10 ildə Azərbaycan dünyanın ən uğurlu dövlətlərindən
birinə çevrilmişdir. Ölkə ən dinamik
iqtisadiyyat kimi yüksək mövqe sahibi olmuş və bu
günə qədər də həmin mövqeyini qoruyub
saxlaya bilmişdir. 10 il ərzində Azərbaycan
iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi
isə təxminən 30 dəfə artmış, ölkədə
yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər
endirilmişdir. Bu gün ölkəmizdə inkişafın Azərbaycan
Modeli yaranmış, yüksək və dinamik sosial-iqtisadi
sıçrayışa nail olunmuşdur. Bu isə,
öz növbəsində, ölkəmizin beynəlxalq aləmdə
imicinin tam formalaşmasına gətirib
çıxarmışdı.İlham Əliyevin iqtisadi
inkişaf konsepsiyasında əsas yerlərdən birini ölkə
iqtisadiyyatına investisiyanın cəlb edilməsi tutur. Ölkə iqtisadiyyatına
son 10 ildə qoyulan investisiyanın həcmi 130 milyard dollara
yaxındır.
İlham Əliyev tərəfindən irəli
sürülən layihələr-enerji layihələri,
iqtisadi-sosial layihələr, siyasi təşəbbüslər
ölkəmizin uğurlu inkişafına yönəldilmişdir.
Həyata keçirilən infrastruktur layihələrin
uğurlu tətbiqi nəticəsində regionların
siması dəyişdi. Dövlət
başçımızın təşəbbüsü ilə
“Regionların sosial-iqtisadi inkişafı dövlət
proqramı” qəbul edilmişdir. 2004-2008-ci
illəri əhatə edən birinci proqram artıqlaması ilə
icra edilmiş, kəndlərin inkişafı hesabına kəndlə
şəhər arasındakı fərq əsaslı olaraq
azaldılmışdır. İkinci
dövlət proqramının (2009-2013) uğurla icrası Azərbaycanın
hər tərəfli inkişafına həll edici töhvə
vermişdir. Bu gün Azərbaycan
iqtisadiyaytının çoxşaxəli iqtisadiyyat kimi
inkişafı məhz bu proqramların hesabına
mümkün olmuşdur. Hazırda
regionlarda gedən canlanma, inkişaf, abadlıq, quruculuq işləri
göz oxşayır.
Hər
iki dövlət proqramını həyata keçirmək
üçün İlham Əliyev son 10 ildə regionlara 300-ə
yaxın səfər edib, 900-dan artıq tədbirdə, 660 dan
artıq respublika əhəmiyyətli sənaye müəssisələrinin,
obyektlərin təməlqoyma və açılış mərasimlərində
şəxsən özü iştirak edib.
“Azərbaycan
-2020 : gələcəyə baxış”
inkişaf konsepsiyası qəbul edilmiş və həyata
keçirilməyə başlamışdır. İlham
Əliyev bu münasibətlə demişdir: “Biz gələcəyə
baxırıq, bu gün Azərbaycanda icra edilən layihələr
gələcəyə yönəldilibdir. Biz elə
etməliyik ki, bundan sonra da 10 illiklər ərzində ölkəmizin
uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail
olacağıq” Təbii ki iqtisadi tərəqqi, sosial siyasətlə
tamamlanır.
Həyata keçirilən siyasətin əsasında Azərbaycan
vətəndaşı-onun rifah halının yüksək səviyyəyə
çatdırılması dayanır. Əmək haqları,
pensiyalar ildən ilə artırılır, ünvanlı
sosial yardım proqramı uğurla icra edilir. Hazırda 133 min ailə dövlətdən bu
yardımı alır və hər bir ailə orta hesabla
dövlətdən 117 manat müavinət alır. Əlbəttə, bunlar hər şey xalq
üçün konsepsiyasını irəli sürən
İlham Əliyevi qane etmir. “Əlbəttə mən
çox istərdim ki, ünvanlı sosial yardıma
ehtiyacı olan ailələrin sayı kəskin şəkildə
azalsın” söyləyən dövlət
başçısı bu əminliyi ifadə edir ki, ölkəmizin
uğurlu inkişafı, yeni iş yerlərinin (son 10 ildə
1 milyon yüz mindən çox yeni iş yerləri
açılıb)yaradılması, sosial
proqramlar yaxın zamanlarda bu kateqoriyaya daxil olan insanların
yaşayış səviyyəsini əhəmiyətli dərəcədə
yaxşılaşdıracaq. Prezident İlham
Əliyevin “Dövlət siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşıdır. Hər
şeyi biz Azərbaycan vətəndaşı
üçün edirik. Budur bizim məqsədimiz.
Biz xalq üçün çalışırıq,
qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan
qüdrətli dövlətə çevrilsin, hamımız
istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm
olsun, gücümüz də artsın. Nəyə görə ? Ona görə ki
insanlar daha yaxşı yaşasınlar. Budur
əsas məqsəd. Bizim dövlətimiz nə qədər
güclü olsa insanlar da özlərini o qədər rahat
hiss edəcəklər, təhlükəsizlik şəraitdə
yaşayacaqlar. Hiss edəcəklər, və
edirlər ki, onların arxasında güclü Azərbaycan
dövləti var ki, onları heç vaxt darda qoymaz,
bütün zamanlarda onlara dəstək olacaq.” fikirləri qeyd
olunanların ümumiləşdirilmiş ifadəsidir.
Ötən 10 il aşkar şəkildə göstərdi ki,
İlham Əliyevin gərgin fəaliyyəti dövründə
bu amal reallaşmış, müstəqil və azad Azərbaycan
sosial-iqtisadi inkişaf demokratik, hüquqi dövlət
quruculuğu və siyasi sabitlik baxımından dünyanın
sayılıb seçilən dövlətlərindən birinə
çevrilmiş, dünya xəritəsində özünə
layiqli yer tuta bilmişdir. Bu gün ölkəmizin
beynəlxalq münasibətlər sistemində artan rolu
yüksək qiymətləndirilir.
İlham
Əliyev YAP-n 5-ci qurultayındakı nitqində göstərmişdir:
“2003-2013-cü illərdə - son 10 il ərzində Azərbaycan
beynəlxalq aləmdə ən böyük zirvələrə
çata bilmişdir, dünyanın bir nömrəli qurumu
olan BMT Təhlükəsizlik Şurasına üzv
seçilmişdir. Bu, bizim
diplomatiyamızın, siyasətimizin, dövlətçiliyimizin
qələbəsidir, təntənəsidir. Dünyada bu
qurumdan ali qurum yoxdur. Keçən
ilin mayında Azərbaycan mötəbər quruma sədrlik
etmişdir.” Azərbaycanla Avropa
İttifaqı arasında əlaqələr uğurla davam
etdirilir. Təbii ki, Azərbaycan hakimiyyətinin
daxili və xarici siyasəti, Azərbaycanın hərtərəfli
inkişafına yönəlmiş davamlı tədbirlər
dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə
qarşılanır. Bu inkişafa stimul verən
əsas amillərdən biri də ölkədə
böyük vüsətlə aparılan demokratik
islahatlardır.
Prezident İlham Əliyev bütün görüşlərində,
məruzə və çıxışlarında hər zaman
dünyaya bəyan edir ki, təkcə iqtisadi inkişafla kifayətlənmək
olmaz, ölkədə iqtisadi və siyasi islahatlar vəhdətdə
aparılmalı, ölkənin hərtərəfli
inkişafına təkan verilməlidir. “Mən bu fikirdəyəm
ki, ölkəmizin davamlı və uzunmüddətli inkişafı,
bütün digər sahələrlə yanaşı, ilk
növbədə, demokratiyanın inkişaf səviyyəsindən
və hər bir vətəndaşın hüquq və
azadlıqlarının təmin edilməsindən
asılıdır. “ fikiri ilə İlham
Əliyev ölkədə insan hüquqlarının, söz,
mətbuat, vicdan azadlığının qorunmasına
xüsusi diqqət və qayğı ilə
yanaşdığını bir daha təsdiq edir.
İlham
Əliyev “Son 10 ildə Azərbaycanda istər sosial məsələlərin
həllində, xarici siyasətdə, iqtisadi islahatlarla, daxili
siyasətlə bağlı bütün istiqamətlərdə
bir yeniləşmə, böyük inkişaf vardır, konkret
proqramlar, planlar, konsepsiyalar və icra mexanizmləri əsasında
bütün infrastruktur :yollar, məktəblər, xəstəxanalar,
olimpiya kompleksləri, qazlaşdırma, elektrik enerjisi, su xətləri,
bütün infrastruktur yeniləşir. Biz
bütün infrastruktur sistemimizi tamamilə yeniləşdiririk
ki, bundan sonra ən azı 50-100 il bax, bu qurduğumuz
infrastruktur insanlara xidmət göstərsin.”
2003-cü
ildə İlham Əliyevin ölkəmizə rəhbəlik
etməyə başladığı dövrdən etibarən
Azərbaycan bütün sahələrdə inkişafın
yeniləşmə, daha da dərinləşdirmə,
iqtisadiyyatla yanaşı, elm, təhsil, tərbiyə, mədəniyyət,
səhiyyə, hüquq və digər sahələrdə də
böyük uğurlar əldə edilmişdir.
İlham Əliyev ölkəyə rəhbərlik fəaliyyətinin
ilk günlərindən Azərbaycan elmini, onun
inkişafını da diqqətdən kənarda
qoymamış, bu sahənin inkişafını nəzərdə
tutan dəqiq, əsaslandırılmış məqsədyönlü
konsepsiya ilə çıxış etmişdir. Son 10 ildə
Azərbaycan elmi, cahanşumül nailiyyətlər əldə
etmişdir. Azərbaycan elminə və
aliminə xüsusi qayğı bu gün də ardıcıl
və sistemli şəkildə davam edir. Görkəmli
alimlərin yubileyləri təşkil edilir, onlar dövlətin
müxtəlif orden, medal və mükafatları ilə təltif
edilir.
Dövlət başçısı İlham Əliyevin
rəhbərliyi altında əldə etdiyimiz nailiyyətlərin
biri də məhz Azərbaycan təhsilinin payına
düşür. İlham Əliyev
çıxışlarının birində deyirdi “Mən tam
əminəm ki, yüksək təhsil səviyyəsi olmasa,
peşəkarlıq olmasa, gənclər ən mütərəqqi
texnologiyalara yiyələnməsə, həqiqətən
inkişaf etmiş dövlət qurmaq mümkün deyil. Buna görə də təhsil bizim üçün
prioritet sahədir”. Qloballaşma şəraitində
Azərbaycan təhsil sisteminin dünya və Avropa
standartlarına uyğunlaşdırılması, inteqrasiya
edilməsi işi başa
çatdırılmışdır. Ölkəmizdə
təhsilin, səhiyyənin, mədəniyyətin, bədən
tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi,
ali təhsilin Baloniya təhsilinə keçməsi, ümumtəhsil
məktəblərinin 10 illik kompüter texnologiyası ilə
təchizi proqramının hazırlanıb həyata
keçirilməsi, təhsilin məzmununun yeniləşdirilməsi,
yeni proqram, dərslik və dərs vəsaitlərinin
hazırlanması, təhsilin idarə olunmasının təkmilləşdirilməsi,
təhsil müəssisələrinin maddi-texniki və tədris
bazasının möhkəmləndirilməsi, tədrisdə
müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə
olunması, konseptual xarakterli sənədin-güclü təhsil
konsepsiyası milli Kurikulumun qəbulu və s.uğurlar da məhz
İlham Əliyevin məqsədyönlü inkişaf
strategiyası sayəsində milli təhsilimizin əldə
etdiyi, ən ciddi nailiyyətlərdəndir.
Milli
Kurikulum ictimai - siyasi, mədəni və sosial həyatın
qloballaşdığı və universallaşdığı,
informasiyalı cəmiyyətdə informasiya-kommunikasiya
texnologiyalarının rolunun artdığı, rəqabətin
gücləndiyi bir dövrdə hər bir şəxsin istedad
qabiliyyətinin müstəsna əhəmiyyət kəsb
etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul
etməsi üçün onun zəruri təhsil səviyyəsinə
və bacarıqlara malik olmasına, cəmiyyətin
inkişafının əsas hərəkətverici qüvvəsi
olan insanın formalaşdırılmasına və s problemlərin
həllinə yönəlmişdir.
“İnkişaf
etmiş ölkələrin təcrübəsinə nəzər
salsaq görərik ki, onlarda uğurun əsas səbəbi
neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir.”
. Bizdə isə həm bu olmalıdır, həm də əlbəttə
ki, təbii ehtiyatlar da var. Bu amillərin sintezi “Azərbaycan
çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir”-deyəndə
İlham Əliyevin müəyyənləşdirdiyi sosial -
iqtisadi inkişaf strategiyasının mahiyyyətində
dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin
formalaşdırılması, bu əvəzsiz təbii sərvətin
-insan faktorunun inkişafına yönəldilməsi,
elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi
yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsi
məqsədi dayanır.
XIX əsr informasiya əsridir. Müasir dövrdə
informasiya-kommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətlərin
informasiyalılıq səhiyyəsi bəşəriyyətin
mədəni yüksəlişinin ən başlıca və
mühüm amillərindən birinə çevrilmişdir.
İnformasiya cəmiyyətinin əsas məqsədi,
bütövlükdə cəmiyyətin və ayrı-ayrı
şəxslərin informasiya tələbatını ödəmək
üçün müasir informasiya texnologiyalar bazasında
müxtəlif təyinatlı informasiya resurs və
fazasının formalaşdırılmasından ibarətdir.
Dünyada bütün sahələrdə, o
cümlədən təhsil sahəsində baş verən
qloballaşma prosesi, ölkələrarası inteqrativ
münasibətlərin meydana gəlməsi və
inkişafında informasiya cəmiyyəti müstəsna əhəmiyyətə
malikdir. Təhsildə aparılan yeniləşmə,
birinci növbədə təhsilin
informasiyalaşdırılmasını tələb edir.
İlham Əliyev Azərbaycanda təhsilin yeniləşdirilməsi
sahəsində bir sıra sərəncamlara, qanun və qərarlara
imza atmışdır. 24 noyabr 2003-cü il tarixli “Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbiri haqqında, “11 fevral 2004-cü il tarixli “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı”
Dövlət Proqramlarında bir sır sahələrlə
yanaşı, informasiya texnologiyalarının inkişafına
da xüsusi diqqət ayırılmışdır”.
Dövlət
başçısının 2004-cü il 21 avqust tarixli sərəncamı
ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”
(2005-2007 ci illər), 22 oktyabr 2005-ci il tarixli fərmanı ilə
“Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə Dövlət
Proqramı” (2005-2008 ci illər üçün), 10 iyul 2008-ci
il tarixli, “2008-2012-ci illərdə Azərbaycan
Respublikasında Təhsil Sisteminin informasiyalaşdırılması
üzrə dövlət Proqramı”, 22 may 2009-cu il tarixli
“2009-2013-cü illərdə Azərbaycan Respublikasının
Ali Təhsil Sistemində islahatlar üzrə Dövlət
proqramı”.
Bu Dövlət Proqramları ölkəmizdə yeni
informasiya texnologiyalarından istifadə olunmaqla təhsilin
keyfiyyətinin yüksəldilməsinə xidmət edən və
dünya təhsil sisteminə inteqrasiya imkanı verən vahid
təhsil informasiya mühitini yaratmaq və əhalini informasiya
cəmiyyətinə hazırlamaq məqsədi
daşıyır. Azərbaycan Respublikası təhsil sisteminin informasiya
infrastrukturunun yaradılması, informasiya texnologiyaları əsasında
müasir təhsilin metodologiyasının işlənib
hazırlanması, tələbə və şagirdlər
üçün distant təhsil sisteminin yaradılması, təhsil
portalının və saytların tərtibi Azərbaycan dilində
olan tədris və elmi-metodiki niformasiya və kommunikasiya
texnologiyaları sahəsi üzrə terminologiyanın
hazırlanması və elmi dövriyyəyə daxil edilməsi
bu proqramlar çərçivəsində yerinə yetirilən
vəzifələrdəndir. 2009-cu il yeni
“Təhsil Qanunu” qəbul olunmuşdur. “Təhsil
Qanunu”nda ölkədə təhsilin inkişafının yeni
istiqamətləri (təhsildə millilik və bəşərilik
qabaqlayıcı təhsil vermə, universal biliklərə yiyələnmə,
bütün həyat boyu təhsilalma, yeni maliyyələşdirmə
modelinə keçid) və əsas prinsipləri (şəxsiyyətyönümlülük,
tələbəyönümlülük, nəticəyönümlülük,
inteqrativlik) müəyyən edilmişdir.
Məktəblərin
İKT ilə təminatının əhəmiyyəti
İlham Əliyev tərəfindən dəqiq ifadə
olunmuşdur: “İndi kompüterləşmə proqramı həyata
keçirilir. Bütün məktəblərdə,kompüter sinifləri yaradılacaqdır və
əminəm ki, təhsil sahəsində ciddi irəliləyiş
olacaqdır. Biz Azərbaycanda bütün məktəbləri
ən yüksək səviyyəyə
çatdırmalıyıq. Əlbəttə,
onlarda, necə deyərlər, həm gözəl şərait
yaradılmalıdır, eyni zamanda infrastruktur da
olmalıdır.” Bu gün ölkəmizin bütün
ümumtəhsil və ali məktəbləri
internet və kompüterlə təmin edilmişdir. İlham Əliyevin qərarı ilə 2013-cü ildə
bütün təhsil müəssisələri, xüsusən
ümumtəhsil məktəbləri kompüterləşdiriləcəkdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi,
yeni texnologiyaların, o cümlədən İKT
sferasının inkişafı Azərbaycanı fərqləndirən
cəhətlərdən biridir və bizim gələcəyimizi
təmin edəcəkdir. “Azərbaycan -2020 : Gələcəyə
baxış” inkişaf konsepsiyasında bütün sahələr
kimi, İKT-nin inkişafı istiqamətində görüləcək
işlərin parametrləri üzrə müəyyənləşdirilməsi,
dövlət başçısının sərəncamı
ilə 2013-cü ilin ölkəmizdə “informasiya- kommunikasiya
texnologiyaları ili” elan olunması bu sektora göstərilən
diqqətdən irəli gəlir. Cari ilin fevralında ilk
peykimiz olan “Azərspes”-in orbitə buraxılması, 2015,2016-cı illərdə əlavə iki peyklə
təmsilçimizin möhkəmləndirilməsi ilə
ölkəmizdə kosmik sənayenin inkişafı
üçün gözəl imkanlar yaradacaq. Azərbaycanın
kosmik ölkəyə çevrilməsini tarixi hadisə
adlandıran İlham Əliyev İKT-nin inkişafı istiqamətində
görülən işləri, elektron xidmətlərin
genişləndirilməsini ölkənin prestij, müasirlik və
yeni texnologiyaların, biznesin inkişafı baxımından əsas
fəaliyyət istiqaməti kimi qiymətləndirir.”
Biz kosmik sənayenin inkişafı ilə məşğuluq
və bir neçə il bundan əvvəl bunu təsəvvür
etmək belə çətin idi ki, vaxt gələcək və
Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcəkdir.” Bütün
sahələrdə liderliyini qoruyan Azərbaycanda təhsilin
inkişafında İKT-dən istifadəyə diqqət
artırılır. İndi ölkə
daxilində fəaliyyət göstərən bütün
ümumtəhsil məktəblərində dərslər
İKT-nin imkanlarından istifadə etdirilməklə tədris
olunur. Pedoqoji kollektivlər məktəblərdə
elektron kitabxanalardan, dərsliklərdən geniş istifadə
edirlər. Hər il yüzlərlə
müəllim İKT kurslarına cəlb olunur. Bu
gün “hər şagirdə bir kompüter”
çağırışı həyata keçirilir. İnternet sivilizasiyanın indiyə kimi
topladığı nələr varsa, hamısını dəyişir.
İlham Əliyevin inkişaf konsepsiyasında elmə,
elm adamlarına münasibət önəmli yer tutur. Azərbaycanda
elmi araşdırmaların həyata keçirilməsinin zəngin
ənənələri vardır. Yüz
illər boyu mütəfəkkir sənətkarlarımız tərəfindən
yaradılan və bədii estetik düşüncə,
tariximizin incilərinə çevrilən əsərlərdə
elmi-fəlsəfi fikirlər parlaq təcəssümünü
tapmışdır. Bəşəriyyətin fəlsəfi , mədəni və elmi irsinin,
Şərqlə Qərb arasında varislik əlaqələrinin
qorunub saxlanmasında azərbaycanlı alimlər yaxından
iştirak etmişlər. Dünya elmi fikir
tarixinə görkəmli şəxsiyyətlər bəxş
edən Azərbaycanda bütün dövrlərdə elm
özünün yüksək səviyyəsi ilə
seçilmişdir. Azərbaycan elminə və
aliminə xüsusi qayğı göstərən İlham
Əliyev bu sahədəki fəaliyyətini də
ardıcıl və sistemli şəkildə bir neçə
istiqamət üzrə həyata keçirir, ölkəmizdə
elmi-tədqiqat institutlarının və elmi işçilərin
sayı artır. Hazırda Azərbaycanda elmi
araşdırmalar ali təhsil müəssisələrində
və 80 mindən artıq elmi-tədqiqat institutlarında otuz
minə yaxın elmi işçi tərəfindən həyata
keçirilir. İlham Əliyev son 10 ildə əsas diqqəti
elmi araşdırmalar sahəsində yaranmış
boşluğu doldurmağa, sahə institutlarında və
akademik qurumlarda, şöbə, mərkəz və
laboratoriyalarda köhnəlmiş qayda və metodlarla işləmələrini
aradan qaldırmağa, dövrün standartlarına cavab verən
fundamental tədqiqatların aparılmasına yönəlmişdir.
Bu
dövr ərzində Azərbaycan Respublikasında elmi
qurumlarının strukturunun müəyyənləşdirilməsi,
tədqiqatların müasir standartlar səviyyəsində
aparılması və maliyyələşdirilməsi, elmi kadr
potensialının artırılması, onun sosial müdafiəsinin
gücləndirilməsi, bütövlükdə elmin
inkişafı üzrə milli strategiyanın həyata
keçirilməsi və Azərbaycan elminin beynəlxalq elm məkanına
inteqrasiyasının təmin olunması və digər məsələlər
də diqqətdən kənarda qalmamışdır. Son 10 ildə Azərbaycan elmi çox irəliyə
getmiş, özünün nə qədər qüdrətli və
güclü olduğunu bütün dünyaya göstərmişdir.
Azərbaycan
elminin, təhsil, mədəniyyət və
iqtisadiyyatının, bütövlükdə müasir Azərbaycan
cəmiyyətinin inkişafında xalqımızın milli sərvəti,
təhsilimizin bayraqdarı,böyük elm
məbədgahı olan Bakı Dövlət Universitetinin
misilsiz rolu olmuşdur. Yarandığı gündən
Bakı Dövlət Universiteti ölkəmizdə baş verən
bütün ictimai - siyasi proseslərin önündə
getmiş, xalqımızın müasir tarixinin ən məsuliyyətli
məqamlarında, ən vacib tale yüklü məsələlərin
həll olunduğu anlarda universitet kollektivi əsl vətəndaşlıq
mövqeyi nümayiş etdirmiş, tarixin sərt
sınaqlarında milli dövlətçiliyimizin, sabitliyin və
əmin - amanlığın qorunub saxlanılması işində
öz sözünü demişdir. Bakı
Dövlət Universiteti Azərbaycanın yalnız elm məbədi
deyil, həm də milli-mənəvi dəyərlərimizin
özünəməxsusluğunun
daşıyıcısıdır. Elmsiz mənəviyyat
kimi, mənəviyyatsız elm də heç şübhəsiz
mənsub olduğu xalqı yüksəldə, onu
dünyanın mədəni xalqları sırasına
çıxara bilməz. Bu gün Bakı
Dövlət Universiteti təkcə respublikamız
üçün deyil, bir çox xarici ölkələr
üçün də yüksək ixtisaslı kadrlar
hazırlayır. Bu illər ərzində
55 dövlətin üç mindən artıq vətəndaşı
onun auditoriyalarından çıxmışdır. Neçə - neçə məzun universitet alimlərinin
rəhbərliyi altında alimlik dərəcəsinə yiyələnərək
gərəkli mütəxəssis kimi öz xalqlarına xidmət
etməyə başlamışdır. Universitetin
yüzlərlə məzunu Azərbaycanı dünyanın əksər
ölkəsində layiqincə təmsil etmişlər. Ölkənin əsas elmi potensialının
toplandığı Bakı Dövlət Univesitetinin
çoxşaxəli fəaliyyəti, təbii ki, Prezident
İlham Əliyevin diqqətindən kənarda qala bilməzdi.
Bakı Dövlət Universitetinin professor müəllim heyəti
dövlət başçısı İlham Əliyevin diqqət
və qayğısını həmişə hiss etmişlər.
Bakı Dövlət Universitetinin özünün sosial
dayağı hesab edən cənab İlham Əliyev
universitetin yaranmasının 90 illik yubileyindəki
çıxışından öz fikrini belə ifadə
etmişdir: “Bu gün sizinlə bərabər olmağımdan
çox məmnunam. Bir şeyi demək istəyirəm
ki, hesab edirəm ki, siz çox xoşbəxt insanlarsınız.
Ona görə ki, Bakı Dövlət
Universiteti kimi elm və təhsil ocağında
çalışırsınız. Bakı
Dövlət Universiteti çox böyük və gözəl
bir inkişaf tarixi keçmişdir.
Bakı
Dövlət Universitinin keçdiyi bütün keşməkeşli,
sınaqlarla dolu tarixi xalq qarşısında müqəddəs
bir missiyanı - xalqı maarifləndirmək, onu dünyaya
tanıtmaq, görkəmli ziyalılar yetişdirmək, elmin,
təhsilin ali səviyyəsinə çatmaq, xalqın milli
şüurunu formalaşdırmaq, ona öz
böyüklüyünü, qüdrətini lazımi səviyyədə
dərk etdirmək, onun övladlarına vətəni,
xalqı sevmək, dövləti və dövlətçiliyi
qorumağı aşılamaq kimi vəzifələri yerinə
yetirməyin bariz nümunəsidir. Bakı
Dövlət Universitetinin tarixi və gerçəkliyi daim Azərbaycanın
ümumi taleyi ilə, Azərbaycan gerçəkliyi ilə
bağlı olmuşdur. Ümummilli lider
Heydər Əliyev Bakı Dövlət Universitetinin ən
böyük məzunu olmuşdur. Heydər
Əliyev Bakı Dövlət Universitetinin məzunu
olmağı ilə fəxr etdiyini dəfələrlə
vurğulayıb və bu təhsil, elm ocağını Azərbaycan
xalqının milli sərvəti adlandırıb.
Müqəddəs
elm ocağı olan Azərbaycan Milli Elmlər
Akademiyasının 60 illik yubileyində
çıxışında İlham Əliyev elmə və
elm adamlarına ehtiramını belə ifadə etmişdir: “Mən
çox şadam ki, bu bayramda sizinlə birlikdəyəm. Çalışacağam ki, akademiyanın
inkişafında bundan sonra da öz əməyimi əsirgəməyim.
Mən bir daha demək istəyirəm ki, bu, qəti
fikrimdir ki, hər bir ölkənin normal inkişafı
üçün ilk növbədə, bilik, savad, elmin
inkişafı lazımdır. Azərbaycanda
çox güclü elmi potensial vardır. Azərbaycan Milli Elmlər Akademiyasının
üzvləri çox dəyərli şəxslərdir.
Mən fəxr edirəm ki, Azərbaycan Milli Elmlər
Akademiyası bu gün çox yüksək səviyyədədir.”
Milli tariximizin, milli mənəvi dəyərlərimizin
daha böyük həssaslıqla öyrənilməsi,
bütün dünyada təbliği, virtual qüdrəti ilə
çağdaş dünyamızın sərhədsizləşdirilməsində
elmin rolu tükənməzdir.
Prezident İlham Əliyev Azərbaycanda gənclərin
problemini də diqqət mərkəzində saxlamış,
onları sağlam, güclü şəxsiyyət, vətənpərvər
kimi formalaşmasına yüksək qayğı göstərmişdir. Gənclər
bütün dövrlərdə cəmiyyətin gələcəyi,
dayağı, ümid yeri olduğundan həmişə diqqət
mərkəzində saxlanmışdır. Ölkəmizdə gənclərin fiziki-bioloji, mənəvi
sağlamlığı, artıq bütün ictimaiyyətin,
həm də dövlətin qayğısına
çevrilmişdir.
İlham
Əliyevin 30 avqust 2005-ci ildə imzaladığı “Azərbaycan
Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” gəncliyin
bir çox problemlərinin həllinə kömək etdi
Proqramda gənclərin ideya-siyasi və mənəvi tərbiyəsini
təkmilləşdirmək; milli-mənəvi dəyərlərə
dərindən yiyələnmək, milli tariximizi mükəmməl
öyrənmək, mədəni irsə hörmət və
qayğı bəsləmək, ölkənin hər cür təhlükədən
müdafiəsinə hər an hazır olmaq, konstitusiyaya,
qanunlara riayət etmək kimi mühüm məsələlər
irəli sürülmüşdür. Qanunda gənclər
siyasətinin əsas prinsipləri öz əksini
tapmış, gənclərin vətənpərvərlik, azərbaycançılıq,
dövlətçilik prinsipləri əsasında Azərbaycan
xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə,
dövlət dilinə və rəmzlərinə, milli mənəvi
və ümumbəşəri dəyərlərə hörmət
ruhunda tərbiyə olunması əsas istiqamətlər kimi müəyyən
edilmişdir.
Dövlətin
gənclərlə bağlı fəaliyyəti “Gənclər
Siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu
(26 dekabr 2007-ci il)” ilə tənzimlənir.
Bu qanunda dövlət siyasətinin
ardıcıl, normal həyata keçirilməsinin fəaliyyət
istiqaməti müəyyənləşdirilmişdir.
Qanunda: Gənclərin mənəvi və fiziki cəhətdən
sağlam, yüksək mədəniyyətli gəncliyin
formalaşması, gəncliyə dövlət
qayğısının ilbəil artırılması, gənc
ailələrə dövlət yardımını ən
prioritet sahəyə çevirmək, gənclərə
yüksək səviyyəli, keyfiyyətli təhsil vermək,
onların ictimai-siyasi, sosial-iqtisadi, hüquq-mühafizə sahələrdə
işlə təmin etmək, gəncləri gələcək
dövlət idarəçiliyinə hazırlamaq, mükəmməl,
monolit, işgüzar, təşəbbüskar,
ictimai-faydalı fəaliyyətlə məşğul ola bilən
mütəxəssis kimi formalaşması və s. məsələlər
öz ifadəsini tapmışdır. Son illər həyata
keçirilən tədbirlər gənclərin hərtərəfli
inkişafının təmin olunması üçün
siyasi, sosial-iqtisadi, təşkilatı-hüquqi şərait
və təminatlarının yaradılması sürətləndirilmiş,
gənclərin ictimai-siyasi fəallığının
artmasına kömək etmişdir .
2011-ci il aprel ayının əvvəlində
İlham Əliyev “Azərbaycan Gəncliyi Dövlət
Proqramı haqqında” imzaladığı ikinci sərəncamda
(Proqram 2011-2015-ci illəri əhatə edir). Gənclər
problemləri ilə bağlı dəqiq icra mexanizminin
hazırlanması, gəncləri narahat edən məsələlər,
gənclərin məşğulluğu məsələsi, gənclərin
yaşayış problemlərinin həlli, gənclərin
fiziki sağlamlığı, hərbi hazırlıq məsələləri,
intellektual problemlərin inkişafı, Bakıda “Gənclər
evinin tikilməsi barədə” və s. məsələlər
əks olunmuşddur. Azərbaycan Gənclərinin
Yol Xəritəsi hazırlanmışdır. 21 aprel
2011-ci il tarixində İlham Əliyev bir
qrup gənclərlə görüş keçirdi. Görüşdə gənclərin problemləri, fəaliyyətlərinin
təşkili barədə geniş söhbət apardı.
İlham
Əliyev demişdir: “Siyasi sistemimizin ən əsas
sütünu olan və 600 min nəfərə yaxın
üzvü olan Yeni Azərbaycan Partiyasında Gənclər 50
faiz təşkil edirlər. Bu, təkcə kəmiyyət
dəyişiklikləri yox, həm də əsaslı keyfiyyət
dəyişiklikləridir, inkişafdır”. Gənclərin cəmiyyətdəki fəallığı
ölkə başçısını həmişə
sevindirir, onları təhsildə, idman yarışlarında,
istehsalatdakı uğurlarını daim diqqətdə
saxlayır. İlham Əliyev Milli Olimpiya
Komitəsinin Prezidenti kimi, gənclərin sağlam,
güclü, qüvvətli, şəxsiyyət kimi
formalaşması istiqamətində təxirəsalınmaz
işləri həyata keçirmişdir. İndi
respublikamız Olimpiya ölkəsinə çevrilmiş, ən
mötəbər dünya idman yarışları ölkəmizdə
keçirilir. 2015-ci ildə Avropa idman
oyunlarının ölkəmizdə keçirilməsi
üçün məkan seçilməsinin özü
ölkəmizin beynəlxalq nüfuzunun artmasına sübutdur.
Bütün şəhər və
regionlarımızda olimpiya kompleksləri tikilib gənclərin
istifadəsinə verilmişdir. Gənc
idmançılarımızın olimpiya
yarışlarında əldə etdikləri parlaq nailiyyətlər
imkan verir ki, dövlət başçımız, MOK-un
Prezidentimizin rəhbərliyi ilə Azərbaycanda olimpiya idman
hərakatı daha da inkişaf edərək, Dövlət
bayrağımız dünyanın bir çox ölkələrində
yüksəklərdə dalğalanacaq, dövlət himnimiz səslənəcəkdir.
Möhtəşəm
infrastruktur layihələri sayəsində Azərbaycanın
simasının kökündən dəyişdirilməsi və
müasirləşdirilməsi, ölkəmizin beynəlxalq
nüfuzunun əhəmiyyətinin durmadan artmasını təmin
edən xarici siyasət konsepsiyasının uğurla həyata
keçirilməsi, paytaxt Bakının dünyanın siyasi, mədəni
və idman yarışları arenası kimi
tanıdılması, 2012-ci ilin “Eurovision” mahnı müsabiqəsinə
ev sahibliyi edilməsi, 2015-ci ildə ilk Avropa Olimpiya
Oyunlarının Azərbaycanda keçirilməsi
haqqının qazanılması, ölkənin gündən-günə
artan iqtisadi gücünün, hərbi, siyasi və diplomatik
amilə çevrilməsi və bütün bunların
birbaşa nəticəsi olaraq prezident cənab İlham
Əliyevin şəxsi nüfuzunun yüksəlməsi,
regional və beynəlxalq proseslərə təsir
imkanının artması göstərir ki, Azərbaycan
adlı nəhəng bir gəminin sükanı etibarlı əldədir.
Möhtəşəm İlham Əliyevin müdrikliyi, xalqla səmimiliyi,
hədsiz təvazökarlığı, alicənablığı,
insanlara təmannasız münasibəti, xalqına, millətinə,
vətəninə, sələfinə, üstəlik öz
şəxsiyyətinə hörmət və ehtiramı
yüksək, ali tərbiyəsindən, zəngin mənəviyyatından,
siyasi yetkinliyindən xəbər verir.
Hörmətli oxucu, qarşıdan
prezident seçkiləri gəlir.
Azərbaycan xalqının və
altı yüz minlik Yeni Azərbaycan Partiyasının üzvlərinin
iradəsini, növbəti beş ildə Azərbaycanın hərtərəfli
inkişfına, güclü, qüdrətli, bütöv,
azad, müstəqil dövlətə çevrilməsinə
daha əzəmətli töhfələr verəcəyinə
dərin inamını bəyan edərək, YAP-ın
beşinci qurultayında Azərbaycan Respublikasının
Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham
Heydər oğlu Əliyev 2013-cü ilin prezident seçkilərində
Azərbaycan Respublikasının prezidentliyinə vahid namizəd
kimi irəli sürülmüş və qəbul
edilmişdir. Çünki İlham Əliyevin
namizədliyi yenə də Azərbaycan cəmiyyətinin
alternativsiz sosial-siyasi sifarişidir.
İlham Əliyev Yeni Azərbaycan
partiyasının beşinci qurultayındakı
çıxışında demişdir: “Biz seçkilərə
də uğurla gedəcəyik. Çünki bizim
amalımız qüdrətli Azərbaycandır, müstəqillikdir,
inkişafdır, sosial rifahdır. Heç bir şübhəmiz
yoxdur ki, Azərbaycan inamla, uğurla irəli gedəcəkdir”
İnanırıq ki, 2013-cü ildə
keçiriləcək Prezident seçkilərində Azərbaycan
seçiciləri, bütün Azərbaycan xalqı bir daha
müasir dünyamızın güclü lideri, İlham Heydər
oğlu Əliyevə dərin inamını, etibarını,
sevgisini və etimadını öz səsləri ilə təsdiq
edəcəklər. İlham Heydər oğlu Əliyev bu
sevgiyə, bu etibara layiqdir!
GÜCLÜ LIDER, GÜCLÜ
AZƏRBAYCAN DEMƏKDIR!
İLHAM ƏLIYEV GÜCLÜ
AZƏRBAYCAN DEMƏKDIR!
Nübar Muxtarova,
P.e.d., BDU-nun professoru, Yeni Azərbaycan
Partiyası,
Səbail rayon Qadınlar Məclisinin
sədri
İki sahil.-
2013.- 23 sentyabr.- S.2-4.