Xəzər regionunun yeganə boru
örtükləmə zavodu
“Caspian
Pipe Coatings” MMC “Ümid” Layihəsi çərçivəsində
boruların korroziyaya qarşı, eləcə də betonla
örtüklənməsini müvəffəqiyyətlə
başa çatdırdı
Xəzəryanı
regionda fəaliyyət göstərən yeganə müasir
boru örtükləmə zavodu “Caspian Pipe Coatings” (CPC) 2002-ci
ildən etibarən Azərbaycanda fəaliyyət göstərir.
Yarandığı dövrdən bu günə kimi CPC
ümumi uzunluğu 2400 km-ə kimi müxtəlif diametrli
boruların örtüklənməsini həyata keçirib.
CPC Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində
BP/ABƏŞ-in sifarişi ilə “Azəri-Çıraq-Günəşli”,
“Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, “Çıraq Neft Layihəsi”,
“Lay Suları” və ARDNŞ-in sifarişi ilə “Neft
Daşları-Bahar”, “Bahar-Hövsan”, “Xarə-Zirə-NYM 1” və
sonuncu “Ümid” Layihəsinin icrasında iştirak edib.
Xatırladaq ki, “Ümid” qaz-kondensat
yatağını Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti öz daxili imkanları hesabına, heç bir
xarici tərəfdaşın köməyi olmadan kəşf
edib və onun istismarına başlayıb. Hazırda qaz və
kondensat verən bu yataq üçün lazım olan
boruların keyfiyyətlə örtüklənməsi isə
CPC-nin öhdəsinə düşüb.
Şirkətin icraçı direktoru Azər
İsayevdən aldığımız məlumata görə,
CPC zavodu Bakı şəhərinin sənaye zonasında Xəzər
dənizinin sahilində 216 000 m2 sahəni əhatə edir.
CPC-nin yerləşdiyi coğrafi mövqeyi ölkə ərazisində
və Xəzər dənizi hövzəsində yerləşən
dövlətlərdə layihələrin icrasında
iştirak etmək imkanlarını yaradır. CPC-nin malik
olduğu avadanlıqlar vasitəsilə 10-48 düymə
ölçüsündə olan magistral boru xətlərinin
dünya standartlarına uyğun olaraq korroziyaya qarşı
birqat izolyasiya, 3-qat polietilen/polipropilen, boru xətlərinin
daxili təmizlənməsi və örtüklənməsi,
qaz boruların daxili divarlarındakı nahamarlıqların
azaldılması məqsədilə örtüklənməsi,
betonla örtükləməsini və anodların
quraşdırılmasını yerinə yetirmək
imkanlarını yaradır. Həmçinin, CPC-nin
qaldırıcı avadanlıqlarının texniki göstəriciləri
boruları və izolyasiyasını zədələməmək
şərti ilə 25 ton ağırlığında olan
boruların yükləmə-boşaltma əməliyyatlarını
yerinə yetirməyə imkan verir.
A.İsayev qeyd etdi ki, CPC zavodunun unikal
texniki göstəriciləri ilə bərabər malik
olduğu ixtisaslı kadr potensialı layihələrin
icrasında yüksək nəticələrin əldə
olunmasına bilavasitə təkan verir. “CPC-də
çalışan əməkdaşların 60%-ə şirkətdə
2002-ci ildən fəaliyyət göstərirlər. Həmçinin
şirkətin idarəedici heyətin 70 %-i CPC-də fəaliyyətlərini
mütəxəssis və inspektor vəzifələrində
başlamış və peşəkarlıq səviyyələrini
artırmaqla nəinki Azərbaycanda, Xəzəryanı
regionda korroziyaya qarşı izolyasiya sahəsində yeganə
və sayılan mütəxəssislərdəndirlər.”
Şirkətin icraçı direktoru
vurğuladı ki, CPC-də daim diqqətdə olan iki əsas
istiqamətlərdən biri keyfiyyətə nəzarət digəri
isə SƏTƏMM hesab olunur. “Keyfiyyətə nəzarət
borular CPC sahəsinə daxil oduğu andan istehsalın hər
bir səviyyəsində xüsusi funksional proqram vasitəsilə
həyata keçirilir. CPC boru örtükləmə sahəsində
keyfiyyətə nəzarəti həyata keçirmək
üçün qabaqcıl avadanlıqlarla təchiz
olunmuş 2 laboratoriyaya və 8 nəzarət məntəqəsinə
malikdir. CPC-nin SƏTƏMM qaydalarına nəzarət sistemi
şirkətdə həyata keçirilən bütün əməliyyatları
əhatə edir. Bu sistemi elə qurulub ki, hər bir əməkdaş
və ya müştəri, insan və ya təbiət
üçün təhlükəni hiss etdiyi an işi
dayandırmaq ixtiyarına malikdirlər.
Xüsusi vurğulamaq yerinə
düşər ki, şirkət Moody İnternational şirkətinin
həyata keçirdiyi auditin nəticələrinə əsasən
2009-cu ildən etibarən İSO 9001:2008 (Keyfiyyətin idarə
olunması sistemi), İSO 14001:2004 (Ekoloji idarəetmə
sistemi) və OHSAS 18001: 2007 (Sağlamlıq və Əməyin
təhlükəsizliyinin idarə olunması sistemi)
sertifikatlarına layiq görülüb. CPC-nin fəaliyyətinin
bu sertifikatlarla qiymətləndirilməsi bir daha sübut edir
ki, şirkət dünya standartlarına uyğun olaraq fəaliyyət
göstərir. 2009-2010 cu illərdə CPC müxtəlif
nominasiyalarda “İlin Şirkəti” adına layiq
görülmüşdür.
A.İsayev bildirdi ki, CPC zavodunun Azərbaycanda
yerləşməsi ölkəmizdə həyata keçirilən
neft-qaz layihələrinin rentabelliyini artırır. “Buna misal
olaraq Azərbaycan Respublikası müstəqilliyi bərpa
olunduqdan sonra ARDNŞ-in daxili qüvvələri hesabına həyata
keçirdiyi “Ümid” layihəsini göstərmək olar.
“Ümid” layihəsi çərçivəsində CPC tərəfindən
həyata keçirilən xidmətlər boruların gəmi
vasitəsilə qəbulu, betonla örtüklənməsi və
anodların quraşdırılmasından sonra dənizə
quraşdırılma sahəsinə göndərilməsindən
ibarət olub.” Layihə çərçivəsində qəbul
olunmuş boruların ümumi uzunluğu 18000 metr təşkil
edib. İşlərin yerinə yetirilməsi tərtib
olunmuş cədvələ uyğun olaraq aparılaraq layihənin
icrası vaxtında başa çatdırılıb.
“Caspian Pipe Coatings” MMC-nin icraçı
direktoru sonda onu da vurğuladı ki, yaxın gələcəkdə
CPC “Şahdəniz-2” layihəsinin icrasında iştirak etmək
üçün hazırlıq işlərini yerinə
yetirir. Bu layihənin icrası üçün yeni
texnologiyaların tədbiqi gözlənilir.
Orxan
Vahidoğlu
İki
sahil.- 2013.- 12 yanvar.- S.13.