“Azəriqaz”
İB ötən ili böyük uğurlarla yekunlaşdırmışdır
2012-ci il ərzində “Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət Proqramı”, “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” və “2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na
uyğun olaraq, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən
respublika ərazisində qaz təchizatının
yaxşılaşdırılması, əhalinin ''mavi
yanacaq''la itkisiz və keyfiyyətli təminatı istiqamətində
mühüm işlər görülmüş, yeni-yeni qaz xətləri
çəkilmiş, istismara yararsız borular yeniləşdirilmiş,
yenidənqurma işləri aparılmış, nəticədə
uzun müddət təbii qaz almayan yaşayış massivləri
''mavi yanacaq''la təmin olunmuşdur.
Belə ki, 01 yanvar 2013-cü il tarixə
Birlik tərəfindən 13 qazpaylayıcı stansiya və tənzimləyici
məntəqə quraşdırılmış, 39-u əsaslı
təmir olunmuşdur. 2012-ci il ərzində Birliyin sifarişi
ilə 6362,7 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətləri
çəkilmiş, 2855,3 kilometr uzunluğunda qaz kəməri
əsaslı təmir edilmişdir. Ümumiyyətlə,
Birliyin fəaliyyət göstərdiyi 2009-2012-ci illər ərzində
16157,7 kilometr uzunluğunda yeni qaz kəməri
quraşdırılmış, 5953,9 kilometr uzunluğunda qaz kəməri
əsaslı təmir edilmişdir.
İstehlakçıların fasiləsiz
və keyfiyyətli təbii qazla təchiz edilməsi istiqamətində
görülən işlərin nəticəsi olaraq, 01 yanvar
2013-cü il tarixə ölkə üzrə təbii qazla təmin
olunan abonentlərin sayı 1483769-a (1465254 əhali, 18515 qeyri-əhali
abonenti) çatdırılmışdır. Bu abonentlərin
664921-i Bakı şəhəri (655035 əhali, 9886 qeyri-əhali
abonenti), 818848-i isə regionların payına
düşmüşdür (810219 əhali, 8629 qeyri-əhali
abonenti). Ümumilikdə 1483451 abonent (99,98 faiz)
sayğaclaşdırılmışdır ki, bu rəqəmin
də 1464936-ı əhali (99,98 faiz), 18515-i qeyri-əhali (100
faiz) istehlakçılarıdır.
Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu
sahədə vəziyyət aşağıdakı kimidir:
Bakı şəhəri üzrə 654905 əhali abonenti
(99,98 faiz), 9886 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə
isə 810031 əhali abonenti (99,98 faiz) və 8629 qeyri-əhali
abonenti (100 faiz). Bakı şəhəri üzrə cəmi
664791 abonent (100 faiz), regionlar üzrə isə 818660 abonent
(100 faiz) sayğaclaşdırılmışdır. 01 yanvar
2013-cü il tarixə əhali abonentlərinin mənzillərində
594 mindən çox “smart-kart” tipli sayğac
quraşdırılmışdır.
Yaşayış
məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası məsələlərinə
də xüsusi diqqət yetirilmişdir.
Ötən il 184 yaşayış məntəqəsi
qazlaşdırılmış, 119527 yeni əhali
abonenti təbii qazla təmin
olunmuşdur. Birliyin fəaliyyəti
dövründə qazlaşdırılmış
yaşayış məntəqələrinin sayı 408-ə,
qazla təchiz olunmuş
yeni əhali abonentlərinin sayı 315524-ə
çatdırılmışdır. Cəbhə bölgələrinə
yaxın yaşayış məntəqələrinin və sərhəd
rayonlarının qazlaşdırılmasına xüsusi diqqət yetirilmiş,
Ağdam və Qazax
rayonlarının qazlaşdırılması tam
başa çatmışdır.
İl ərzində magistral kəmərlərin etibarlı qaz təchizatı və təhlükəsiz
istismarını təmin etmək, eləcə də qaz itkisinin
azaldılması istiqamətində bir
sıra tədbirlər həyata keçirilmişdir.
1200 mm-lik “Qazıməmməd-Astara” magistral qaz kəmərinin
Biləsuvar rayonu ərazisində Araz çayının yeni məcrasına
düşən 131-138-ci kilometrlərarası sahəsində
7 kilometr uzunluğundakı hissəsi yenidən
qurularaq istismarda olan qaz kəmərinə qoşulmuşdur. “Qazıməmməd-Astara”
magistral qaz kəmərinin
Hacıqabul rayonu ərazisindəki
196-cı kilometrliyində 2,2 kilometr
uzunluğundakı hissəsi yeni borularla əvəz edilmiş,
həmin ərazidən kənarlaşdırılaraq istismarda olan qaz kəmərinə qoşulmuşdur.
530 mm-lik “Azadkənd-İmişli” magistral qaz kəmərinin
19,9-cu kilometrliyində hissəsi yeni
borularla dəyişdirilərək istsmara verilmişdir. Biləsuvar
rayonu ərazisindəki Şorsulu
Qazpaylayıcı Stansiyası yeni Avtomatik Qazpaylayıcı Stansiya
quraşdırılmaqla yeni əraziyə
köçürülmüşdür.
Şimal istiqamətindəki
regionların tələbatçılarının qazla fasiləsiz təmin edilməsi və Rusiya Federasiyasına dayanıqlı qaz nəqlini təmin etmək məqsədi ilə
1200 mm-lik “Altıağac-Ağsu” magistral qaz kəmərinin
21-ci kilometrliyində 26 metr uzunluğunda boru yenilənmiş,
Şamaxı rayonu Mədrəsə kəndi
ərazisində baş vermiş
torpaq sürüşməsi ilə əlaqədar
olaraq 399 metr uzunluğunda 500 mm-lik drenaj xətti çəkilmişdir. 1220 mm-lik “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin
305-ci kilometrliyində Əngilan çay
keçidində qəzalı vəziyyətdə olan 150 metrlik hissə yenisi ilə əvəz olunmuşdur.
Ölkənin
qərb reginonlarını, eləcə də Mingəçevir
Elektrik Stansiyası və Gürcüstan
Respublikasının dayanıqlı qaz təminatı
üçün “Qazıməmməd-Qazax”
2-ci xətt magistral qaz
kəmərinin 335,4-cü kilometrliyində 424 metr,
“Qazax- Saquramo” magistral qaz kəmərinin
38,2-ci kilometrliyində 180,5 metrlik hissələri
yeni borularla əvəz edilmişdir.
Eyni zamanda,
“Yevlax-Balakən” qaz kəmərinin 104-114
kilometrlərarası sahədə 9,2 km uzunluğunda 325-mm-lik qaz kəməri
yeni borularla əvəz
olunaraq istismara verilmiş, habelə Hacıqabul Kompressor Stansiyası - Qaradağ
Kompressor Stansiyası arası yeni fibrooptik kabel xətti çəkilmişdir ki, bu da
texnoloji rejimlərə nəzarət və
idarələrarası birbaşa əlaqənin təmin
olunması baxımından mühüm əhəmiyyət
daşıyır.
İki
sahil.- 2013.- 16 yanvar.- S.11.