Əkbər
Hacıyev: 2012-ci il regionların
qazlaşdırılmasında dönüş mərhələsi kimi
tarixə düşəcək
“Azəriqaz”
ötən il böyükhəcmli işlər həyata
keçirərək 184 yaşayış məntəqəsini
qazlaşdırmış və
119527 yeni əhali abonentini mavi yanacaqla təmin
etmişdir
Prezident
İlham Əliyevin ölkəmizin sosilal-iqtisadi
inkişafına dair imzaladığı mühüm Dövlət
proqramlarında-(2005-2015-ci illər üzrə “Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafına dair
Dövlət Proqramı” və “Azərbaycan Respublikası
Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı”) ölkənin
qaz təsərrüfatının tamamilə yenidən
qurularaq müasirləşməsi prioritet məsələ
kimi önə çıxarılıb.
Xüsüsən, 2012-ci ildə respublikanın regionlarında qaz təminatının
yaxşılaşdırılması, mavi yanacaqla təmin
olunmayan yaşayış məntəqələrinin
qazlaşdırılması ilə bağlı ARDNŞ-ə
bir sıra mühüm vəzifələr həvalə olunub.
Artıq bu gün “Azəriqaz” İstehsalat Birliyi ARDNŞ-in
böyük bir strukturu kimi ölkənin
qazlaşdırılmasında, o cümlədən əhalinin
təbii qazla fasiləsiz və təhlükəsiz təmin
edilməsində ciddi işlər həyata keçirir.
Xüsusən, 2012-ci ildə bu istiqamətdə həyata
keçirilən işlər genişmiqyaslıdır.
İB-nin baş direktoru Əkbər
Hacıyevdən bu gün ölkə həyatı
üçün aktual olan və insanların sosial-məişət
firavanlığını təminatı hesab edilən
qazlaşdırmanın səviyyəsi ilə bağlı müsahibə
aldıq. O dedi:
-Ötən
il əhalinin və digər
istehlakçıların normal və təhlükəsiz
qaz təchizatının təmin
olunması, yaşayış məntəqələrinin
qazlaşdırılması və qaz təminatının
bərpası, qaz təchizatı şəbəkəsinin
əsaslı təmiri istiqamətlərində bir çox nailiyyətlər əldə edilmişdir. Belə ki, 2013-cü ilin yanvar ayının 1-dək “Azəriqaz” İB
tərəfindən 13 qazpaylayıcı stansiya
və tənzimləyici məntəqə
quraşdırılmış, 39-u əsaslı təmir olunmuşdur. 2012-ci il ərzində
İB-nin sifarişi
ilə uzunluğu 6362,7 km
olan müxtəlif diametrli
qaz xətləri çəkilmiş,
2855,3 km qaz kəməri
əsaslı təmir edilmişdir. İB-nin fəaliyyəti dövründə 16
157,7 km yeni qaz kəməri
quraşdırılmış, 5953,9 km qaz kəməri isə əsaslı təmir edilmişdir. Bildiyiniz kimi, “Azəriqaz”-ın əsas vəzifəsi
istehlakçıların fasiləsiz və keyfiyyətli təbii
qazla təchiz edilməsidir. Bu istiqamətdə görülən işlərin
nəticəsi olaraq, bu ilin yanvarın 1-dək ölkə üzrə
təbii qazla təmin olunan
abonentlərin sayı 1483769-a (1465254 əhali, 18515 qeyri-əhali
abonenti) çatmışdır. Bu abonentlərin
664921-i Bakı şəhəri (655035 əhali, 9886 qeyri-əhali
abonenti), 818848-i
isə regionların payına düşür
(810219 əhali, 8629 qeyri-əhali abonenti). Ümumilikdə 1483451 abonent
(99,98 faiz)
sayğaclaşdırılmışdır ki,
bu rəqəmin də 1464936-sı əhali
(99,98 faiz), 18515-i qeyri-əhali (100 faiz) istehlakçılarıdır.
Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət
aşağıdakı kimidir: Bakı
şəhəri üzrə 654905 əhali abonenti
(99,98 faiz),
9886 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə
isə 810031 əhali abonenti (99,98 faiz) və 8629
qeyri-əhali abonenti (100 faiz)
sayğaclaşdırılmışdır. Bu
ilin yanvarın 1-dək əhali abonentlərinin
mənzillərində 594 mindən çox “smart-kart” tipli sayğac
quraşdırılmışdır. Qeyd etməliyəm ki, bu tipli
qaz sayğaclarının əhatə dairəsinin
genişlənməsi və müvafiq əməliyyatların
kəskin artması ilə əlaqədar qeyd
olunan kartlara ödənişlərin
edilməsində texniki problemlərin
yaranmasının qarşısını almaq
üçün köklü
yeniliklərin tətbiqi və islahatlar
aparılması planlaşdırılır. Belə ki, kütləvi ödənişlərin
artması daha güclü
proqram təminatına ehtiyac
yaratdığından mart ayından yeni proqram təminatı tətbiq
olunacaqdır. Bu isə təxminən 1 milyon abonentə keyfiyyətli xidmət göstərməyə
imkan verəcəkdir.
Ötən
il yaşayış məntəqələrinin
qazlaşdırılması və qaz təminatının
bərpası məsələlərinə
də xüsusi diqqət yetirilmişdir.
İl ərzində 184 yaşayış məntəqəsi
qazlaşdırılmış, 119527 yeni əhali
abonenti qazla təmin olunmuşdur. İB-nin fəaliyyəti
dövründə (2009-2012-ci illər)
qazlaşdırılmış yaşayış məntəqələrinin
sayı 408-ə, qazla təmin olunmuş yeni əhali
abonentlərinin sayı 315524-ə çatmışdır. Cəbhə
bölgələrinə yaxın yaşayış məntəqələrinin
və sərhəd rayonlarının
qazlaşdırılmasına xüsusi
diqqət yetirilmiş, Ağdam
və Qazax rayonlarının
qazlaşdırılması tam başa çatmışdır. Digər rayonlarda da mühüm
işlər görülmüşdür.
Məsələn, Füzuli
rayonu Zobucuq 1, Zobucuq 2, Zobucuq 3, Zobucuq 4, Zobucuq 5, Horadiz qəsəbələrinin və
Arayatlı, Babı, Qazaxlar, Mirzənağılar,
Molla Məhərrəmli, Əhmədalılar,
Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu, Qarabağ, Mahmudlu, Mahmudlu-2, Əhmədbəyli,
Aşağı Yağlıvənd, Bala Bəhmənli,
Böyük Bəhmənli və
Alxanlı kəndlərinin qazlaşdırılması işləri
aparılaraq 252,4 km boru
xətti quraşdırılmışdır. Tovuz rayonunun
Qonaqlı, Qaralar, Kirən, Çataq, Şıxheybət, Qoşa
və Muncuqlu (daşıyıcı qaz kəməri), Tovuz
şəhərinin Qovlar qəsəbəsi
ərazisinə aid olan
yeni yaşayış massivinin
və Şıxheybət, Qoşa, Muncuqlu və Qaralar kəndlərinin
qazlaşdırılması işləri aparılmış,
91 km qaz kəməri
çəkilmişdir.
- Əkbər müəllim, mavi
yanacağın təhlükəsiz və davamlı nəqli qaz təsərrüfatı
üçün önəmli məsələdir.
Bu mənada ötən il
magistral qaz kəmərlərində
və kompressor stansiyalarında hansı
yenidənqurma işləri aparılıb?
-İl ərzində magistral
qaz kəmərlərinin etibarlı qaz təchizatı və təhlükəsiz
istismarını təmin etməyə, eləcə də qaz itkilərinin azaldılmasına yönəldilmiş
mühüm işlər görülmüşdür.
Bakı şəhərinin dayanıqlı qaz təchizatını və qaz
kəmərlərinin təhlükəsiz istismarını təmin
etmək məqsədi ilə Abşeron Magistral Qaz Kəmərləri
Sahəsinin (MQKS) obyektlərində 28 ədəd tənzimləyici
quraşdırılmış, 113 ədəd kran,
siyirtmələr dəyişdirilmiş və ya təmir olunmuş, 150-yə
qədər manometr yenisi
ilə əvəz edilmişdir. Sənaye
və məişət istehlakçılarına nəql olunan qazın təzyiq rejimlərinin
nizamlanması məqsədi ilə 6 qazpaylayıcı stansiyada (QPS) kollektor
quraşdırılmış, 3 ədəd qaz-ölçü
qovşağı inşa edilmişdir. Qaz-ölçü
qovşaqlarında 7255 pm impuls
xətləri dəyişdirilmiş və yenidən çəkilmişdir.
Qəbul olunmuş təbii
qazı mexaniki qarışıqlardan təmizləmək
üçün Abşeron
MQKS-nin qazpaylayıcı stansiyalarında
(QPS) 5 ədəd separator
quraşdırılmışdır. 720 mm-lik
Hövsan-Digah-Qaradağ magistral
qaz kəmərinin Sədərək Ticarət Mərkəzinə
yaxın sahəsində 2060 pm hissə yeni 530 mm-lik boru ilə əvəz edilmişdir.
530 mm-lik “Qum
adası”-Qazanlar” magistral qaz
kəmərinin Qazanlar QPS-dən Neyrocərrahiyə
xəstəxanasına qədər 2700 pm uzunluğunda hissəsi 325 mm-
lik boru ilə əvəz
edilmişdir, “Qum
adası” QPS-dən Zığ beton yoluna kimi 4860 pm uzunluğunda hissə 530 mm-lik
boru ilə, Zığ
beton yolundan Q.Yəhya
küçəsinə qədər 438 pm
uzunluğunda hissə 273 mm-lik yeni borularla dəyişdirilərək istismara verilmişdir. 1220 mm-lik Qazıməmməd-Astara magistral
qaz kəmərinin 151-161-ci km-lər arasında 10 km uzunluğunda inşa olunmuş qaz kəməri
istismarda olan magistral qaz kəmərinə
qoşulmuş, 131-138-ci km-lər arası
sahədə Araz çayının məcrasından
keçən hissədə 7 km qaz kəməri
yenidən inşa olunaraq istismara verilmişdir. Hacıqabul rayonunda kəmərin
2,126 km hissəsi yeni borularla əvəz edilib kənarlaşdırılmışdır.1200
mm-lik Astara-Qazıməmməd magistral qaz kəmərinin
131-ci km-də Biləsuvar QPS gələn
325 mm-lik qaz kəməri
yeni borularla əvəz
olunaraq üzərində 300 mm-lik kran quraşdırılıb
istismara verilmişdir.
Diametri 530 mm olan Azadkənd-İmişli
qaz kəmərinin
başlanğıcından 14,7 km-i yenidən
tikilərək istismara verilmişdir.
20-i km-də 2 ədəd 500 mm-lik kranlar quraşdırılmışdır. Həmin kəmərin ümumi
20,089 km hissəsi yeni borularla əvəz edilmişdir. 1220 mm-lik
Altıağac-Ağsu” magistral qaz kəmərinin 59-59,5 km
hissəsində Şamaxı rayonunun Mədrəsə kəndi ərazisində
baş vermiş torpaq sürüşməsi ilə əlaqədar
olaraq 399 pm uzunluğunda 500-mm-lik drenaj qurğusu quraşdırılmış
və 4 yerdə polietilen keçidlər
qoyulmuşdur.1220 mm-lik Qazıməmməd-Qazax
2-ci xətt magistral qaz
kəmərinin 6,209 km uzunluğunda hissəsi əsaslı
təmir olunmuşdur.1020 mm-lik Qazıməmməd-Qazax
1-ci xətt magistral qaz
kəmərinin 47-ci və 1220 mm-lik Qazıməmməd-Qazax 2-ci xətt magistral qaz
kəmərinin 75,7-ci km-də xətti kranlar
yenisi ilə əvəz edilmişdir.
1020 mm-lik Qazıməmməd-Qazax magistral qaz kəmərinin
118-ci km-də baş vermiş
qəzanın nəticələrini aradan
qaldırmaq məqsədi ilə 34 pm uzunluğunda
hissəsi yenisi ilə əvəzlənmişdir.
Bir qədər də kompressor stansiyaları barədə məlumat
vermək istərdim. Ötən il Qalmaz Yeraltı Qaz
Anbarlarına verilən təbii
qazın təzyiqinin qaldırılması məqsədi
ilə Qazıməmməd kompressor
stansiyasında da təmir-bərpa,
sınaq-sazlama işləri görülərək quraşdırılmış
8 aqreqatdan dördü
bütün köməkçi
avadanlıqları və sistemləri ilə birlikdə istismara tam hazır vəziyyətə
gətirilmişdir. Qazötürücü
aqreqatların köhnəlmiş avtomatik
idarəetmə sisteminin müasir
tipli avtomatik idarəetmə
sistemi ilə əvəz edilməsi üçün
layihə işləri aparılır. Qaradağ kompressor
stansiyasında Almaniyanın MAN Diesel & Turbo şirkətinin
istehsalı olan qazturbinli
THM-1304-11D tipli 2 aqreqat
quraşdırılmışdır və hal-hazırda hər
iki aqreqat tam işlək vəziyyətdədir. 2012-ci il ərzində Qaradağ kompressor stansiyası Qaradağ
Yeraltı Qaz Anbarlarına qazın
vurulması mövsümündə tam gücü ilə
işləmişdir. Astara kompressor
stansiyasından çıxan qazın şeh
nöqtəsi mənfi 5oC alınması üçün
stansiyada Qazqurutma qurğusu
quraşdırılmışdır. Qurğunun
maksimal buraxma qabiliyyəti
sutkada 2,0 mln. m3 təşkil
edir. Hal-hazırda
aqreqatların hər ikisi tam
işlək vəziyyətdədir. Ötən il Bakı və Abşeron
rayonunun qaz təchizatı
sisteminin yenidən qurulması layihəsi
üzrə Sabunçu, Binəqədi, Qaradağ və Abşeron
rayonları ərazisində yerləşən yeraltı və
yerüstü orta və
yüksək təzyiqli qaz şəbəkələrinin
ArcGIS proqram təminatında
elektron məlumatlar bazasının (elektron xəritənin) yaradılması
işləri üzrə texniki prosedurlar icra olunmuş, Sabunçu, Binəqədi,
Abşeron rayonları üzrə
bazaların yaradılması işləri başa
çatdırılmışdır. Qaradağ rayonu üzrə
işlər davam etdirilir. İB üzrə QİS və
MQKS-lərdə reqlament işlərində,
eləcə də təmir-bərpa işlərində
xüsusı texnoloji ehtiyaclara
və daxili tələbata qaz
sərfinə nəzarət təmin edilmişdir.
Hər bir QİS və MQKS üzrə texnoloji sərf (həmçinin MQKS-lərdə
qəza hallarında) hesabatları normativ-texniki
sənədlərin tələbinə uyğun
olaraq yoxlanılmış, aylar üzrə yekun hesabatlar hazırlanmışdır.
-Bakı şəhərinin
inkişafı və abadlaşması ilə bərabər
paytaxtın qaz təsərrüfatında
da müasirləşmə davam edirmi?
-Ötən
il Bakı şəhərinin Binəqədi,
Xəzər, Qaradağ, Səbail, Nərimanov,
Nizami, Sabunçu və
Suraxanı rayonlarının qaz təchizatının
yaxşılaşdırılması, qaz
kəmərlərinin və məişət qaz
sayğaclarının fərdi həyətlərdən
çıxarılması, qaz kəmərlərinin yenidən
qurulması məqsədilə 176,7 km boru xətti
quraşdırılmışdır. Bakı və
Abşeron rayonunun qaz təchizatı sisteminin
müasirləşdirilməsi və yenidən qurulması
layihəsi üzrə “Texniki-iqtisadi əsaslandırma”nın
hazırlanması üçün
Almaniyanın “E.ON Ruhrgas” şirkəti ilə
bağlanmış xidmət müqaviləsinin şərtlərinə
uyğun olaraq Abşeron MQKS-nin mövcud şəbəkəsinin təsviri 8 rayon üzrə ArcGIS proqram təminatında,
qalan 4 (Sabunçu,
Binəqədi, Qaradağ, Abşeron)
rayon üzrə isə “Google
Earth” proqramında “E.ON Ruhrgas”
şirkətinə təqdim edilmişdir.
Ötən il layihə-smeta sənədlərinin
ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması sahəsi
üzrə fəaliyyətimiz də müsbət olmuşdur. Belə ki,
2012-ci ildə fiziki və hüquqi
şəxslərin müraciətləri əsasında
qeyri-yaşayış sahələrinin (obyektlərin)
qazlaşdırılması üçün
3728 ədəd texniki şərt verilmişdir. İB-nin sifarişi
əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı
obyektlərinin və qurğularının, yaşayış məntəqələrinin,
daşıyıcı qaz kəmərlərinin
və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi
üçün 1156 ədəd texniki şərt, texniki
tapşırıq və layihə
tapşırıqları hazırlanmışdır. Fiziki və hüquqi şəxslərin
müraciətləri əsasında 2734 ədəd
qeyri-yaşayış sahələrinin (obyektlərin) layihə-smeta
sənədləri razılaşdırılmışdır.
“Azəriqaz”-ın sifarişi ilə
razılaşdırılmış layihə-smeta sənədlərinin
sayı isə 1960 ədəd olmuşdur.
Layihə-smeta sənədlərinin hazırlanması sahəsi
üzrə də mühüm işlər
görülmüşdür. Bu dövrdə İB-nin
Layihə-konstruktor bürosu tərəfindən
10129 layihə-smeta sənədi hazırlanaraq Birliyə və
digər sifarişçilərə təhvil verilmişdir
ki, bunun da 5684-ü fərdi yaşayış evləri
üzrədir. Kənd və qəsəbələrin
qazlaşdırılması üzrə 934, obyektlərin təmiri
üzrə 856, sənaye və kommunal, məişət
obyektləri və qeyri-yaşayış sahələri
üzrə isə 2629 layihə-smeta sənədi
hazırlanmışdır. İnzibati binalar, anbar binaları və
s. tikinti işləri
üzrə 26 layihə-smeta sənədi hazırlanaraq
tikintiyə icraata verilmişdir.
- Təbii qazdan
qeyri-qanuni istifadə hallarına
qarşı İB hansı qanuni təbirlər
həyata keçirib və eyni zamanda dəyən ziyan ödənilibmi?
-2012-ci
ildə Birlik üzrə təbii qazdan istifadə qaydalarının
pozulmasına görə 31033 istehlakçı, o cümlədən 12335 əhali, 1223 qeyri-əhali
abonentin qaz təsərrüfatına
müvafiq “qüsur
akt”ı” tərtib olunmuş, təbii qazdan qeydiyyatsız istifadəyə görə
isə 17475 istehlakçı müvafiq akta əsasən abonent bazasında qeydiyyata alınmışdır. Tərtib olunmuş “qüsur akt”ları” əsasında itirilmiş təbii qazın bərpası
üzrə 6 615 095 AZN dəyərində dəymiş ziyan hesablanmışdır. 2012-ci ildə müvafiq şöbə tərəfindən
19472 istehlakçının qaz təsərrüfatında,
o cümlədən 2968 qeyri-əhali, 13493 əhali, 3011 istixana və qazpaylayıcı stansiyalardan
hesabat aparılan 117 ölçü
qovşağında (“ROK-407” sərfölçmə
cihazı) yoxlama-təftiş işləri
aparılmışdır. Keçirilmiş yoxlamalar zamanı təbii qazdan istifadə qaydalarının
pozulmasına görə 955 istehlakçıya müvafiq “qüsur
akt”ı” tərtib olunmuş, 1523
istehlakçının qaz sayğacı
dövlət yoxlamasına göndərilmiş və aşkar olunmuş digər
qüsurların aradan
qaldırılması üçün müvafiq tədbirlərin görülməsi
barədə yazılı tapşırıqlar verilmişdir. 2202 qeyri-əhali
istehlakçısının qaz təsərrüfatına
seçmə üsulla yerində
baxış keçirilərək abonent
bazasında yeni qeydiyyata
alınmışdır. Xüsusi vurğulamaq istərdim ki,
təbii qazdan istifadə
qaydalarının pozulmasının qarşısının
alınmasına yönəlmiş tədbirlər bundan sonra da
davam etdiriləcəkdir.
- ARDNŞ rəhbərliyi
üçün insan
amili, onun təhlükəsiz
iş şəraiti daimi
öndə olubdur. Bu
mənada, İB-də əməyin mühafizəsi,
sağlamlığın qorunması və ekoloji
təmizlik işləri istiqamətində nə kimi işlər həyata keçirilib?
-Ötən
il əmək şəraitinin
yaxşılaşdırılması və əməyin mühafizə
olunması,
sağlamlığın qorunması, təhlükəsizlik
və yanğın texnikası qaydalarının təmin edilməsi
məqsədilə “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin, Ekologiya Qanunvericiliyinin, Beynəlxalq Keyfiyyəti İdarəetmə sisteminin tələblərinə uyğun olaraq bir sıra işlər görülmüşdür.
O cümlədən əməyin təhlükəsizliyi
üzrə Daimi Fəaliyyət göstərən
Komissiya (DFK) tərəfindən hər rüb struktura daxil olan təşkilatların
hər birində yoxlamalar keçirilmiş,
aşkar edilmiş nöqsan və
çatışmazlıqların aradan
qaldırılması ilə bağlı zəruri tədbirlər görülərək onların
nəticələri Birlik rəhbərliyinin
yanında müzakirə edilmiş və
yerlərdə aidiyyəti mütəxəssislərə
lazımi metodiki köməklik göstərilmişdir.
Ötən il yüksək təzyiqli magistral qaz kəmərlərində
aparılmış bütün qəza-bərpa
işlərinin tərtib olunmuş iş planları əsasında icra edilməsi təmin olunmuşdur.
Əməyin mühafizəsi və təhlükəsizlik
texnikasına aid jurnallar,
“Ekologiya qanunvericiliyi”
kitabı və Ekoloji plakatlar
alınaraq tabeli təşkilatlara verilmişdir. Eyni zamanda, əməyin mühafizəsi və ilkin tibbi yardımla
bağlı müxtəlif adda plakatlar və müxtəlif təyinatlı xəbərdaredici
nişanlar alınaraq aidiyyəti üzrə
paylanılmışdır. Birlik üzrə qaz kəmərlərinin
mühafizə zonasında inşa edilən
qeyri-qanuni tikililər haqqında məlumatlar
hazırlanmış, onların ləğv edilməsi və qoruq zonasında hazırda aparılan digər
işlərin dayandırılması məqsədilə hüquq mühafizə orqanlarına və
aidiyyəti dövlət qurumlarına müraciətlər
olunmuşdur.
“Azəriqaz” İB-nin sifarişi əsasında tikinti
işləri aparan podratçı təşkilatların
işçiləri tərəfindən təhlükəsizlik
texnikası qaydalarına riayət edilməsi vəziyyəti daim diqqətdə saxlanılmış, ciddi qayda pozuntularına yol verilmiş tikinti sahələrində həmin pozuntular aradan
qaldırılana qədər aparılan işlər
müvəqqəti olaraq
dayandırılmışdır. Birliyin tabeli təşkilatları üçün
Ekoloji Pasportların hazırlanması işi başa
çatdırılmış, buraxıla bilən
axıntı və tullantı həddi normativ
sənədlərinin hazırlanması sahəsində işlər
davam etdirilmişdir. Qaz istismar və magistral qaz kəmərləri sahələrində ekologiya üzrə aparılmış işlərin
icra vəziyyəti yerində
yoxlanılmış, monitorinqlər keçirilmiş,
aşkar edilmiş nöqsan və
çatışmazlıqların aradan
qaldırılması üçün müvafiq tövsiyələr verilmişdir.
Birliyin
idarə və müəssisələrində istehsalat
prosesləri zamanı formalaşan
tullantıların ARDNŞ prezidentinin əmri
ilə təsdiq edilmiş
“Tullantıların idarə olunması Planı”na” əsasən
idarə olunması üçün müvafiq tədbirlər ğörülmüş, onların yığılması,
çeşidlənməsi, qablaşdırılması,
daşınaraq aidiyyəti üzrə təhvil verilməsinin təmin olunması barədə tabeli təşkilatların rəhbərlərinə
müvafiq göstərişlər verilmiş və bu işlər
ciddi nəzarətə götürülmüşdür.
İl ərzində 22900 ədəd ağac və müxtəlif növ
kollar əkilmiş,
mövcud yaşıllıqlara aqrotexniki qulluq edilmişdir. 2013-ci ildə əkiləcək
sahələr və yaşıllıqların salınması
üçün tələb edilən
tinglərin sayı müəyyən edilmişdir.
ARDNŞ-in və aidiyyəti dövlət qurumları nümayəndələrinin
iştirakı ilə ayrı-ayrı sahələrdə ekoloji monitorinqlər keçirilmiş,
Birliyin Nəqliyyat və Xüsusi
Texnika İdarəsinə məxsus
avtomaşınlarda yanma prosesinin
vəziyyəti yoxlanılmışdır. 01.07.2012-ci il tarixdə tabeli təşkilatlarda
iş yerlərinin attestasiyası başa
çatdırılmış, attestasiya nəticəsində
zərərli hesab edilmiş
iş yerlərində işləyən
işçilərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştlər
tətbiq edilmişdir. Ümumilikdə
ötən il Keyfiyyəti İdarəetmə
Sisteminin tətbiqi ilə bağlı
aparılan işlər davam etdirilmiş və “İntertek-Moody
International Limited”
şirkətinin auditor qrupu
tərəfindən aparılmış auditlərin nəticələrinə
əsasən Birlik ISO 9001:2008 standartı
sertifikatına layiq görülmüşdür.
Elçin Zaman
İki sahil.- 2013.- 30 yanvar.-
S.8-9.