Məhəbbətdən doğan kitab

 

Tanınmış yazıçı-publisist, ictimai xadim Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildlik roman-tədqiqatının altıncı kitabının ikinci hissəsi işıq üzü görmüşdür.

Elmira Axundova Heydər Əliyevin ilk bioqraflarındandır. Onun dahi şəxsiyyətin siyasi bioqrafiyasının müxtəlif dövrlərini əks etdirən “Naşirin qətli” (2001), “Həqiqət anları” (2003), “Şüşə saray” (2007) kitabları ölkənin mədəni həyatında hadisəyə çevrilmişdir.

Yazıçı Elmira Axundova “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı çoxcildlik roman-tədqiqatını ömrünün ən mühüm layihəsi sayır. On ildən çox gərgin zəhmət, kitabın qəhrəmanının uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, DTK arxivlərində, Prezidentin şəxsi arxivində Azərbaycan xalqının Ümummilli Liderinin ən dolğunobyektiv bioqrafiyasını yaratmaq cəhdi olan romanın nadir sənədli əsasını təşkil edir.

Kitabda zəngin faktoloji, politoloji, tarixi material toplanmışdır. Roman xeyli sayda az məlum olan fakt, epizod, müəllif tərəfindən dərin təhlil şərhlərlə müşayiət olunan eksklüziv informasiya ilə zəngindir. Yazıçının ulu öndər Heydər Əliyevlə olan şəxsi tanışlığı kitaba xüsusi emosionallıq səmimilik gətirir.

E.Axundova kitabın müqəddiməsində yazır: “Heydər Əliyev mənə bütün dünyanı göstərdi, yaradıcılıq üfüqlərimi heyrətamiz dərəcədə genişləndirdi, mənə uzun illər üçün enerji yazmaq ilhamı bəxş etdi. Dünyadan getdiyi andan bu günə qədər mən onun obrazı üzərində demək olar ki, daim düşünürəm”.

Romanın “Qayıdış” adlanan altıncı kitabının ikinci hissəsində bildirilir ki, ulu öndər Heydər Əliyev XX yüzillikdə yenidən Azərbaycanın rəhbərliyinə qayıdır. Bu dəfə fəlakətə doğru gedən qatarı öz sağlamlığı, öz həyatı bahasına dayandırmaq üçün qayıdır. Vətəndaş müharibəsinin, ölkənin xanlıqlara parçalanmasının, iqtisadi müflisliyin qarşısını almaq üçün qayıdır. Müasir Azərbaycan dövlətçiliyinin binasını sıfırdan ucaltmaq üçün...

Qismətinə əvvəlcə kiçik respublikaya, sonra nəhəng Sovet İttifaqına, daha sonra qurub yaratdığı müstəqil Azərbaycan dövlətinə rəhbərlik etmək düşmüş bir insanın taleyi kitabda üzvi surətdə bir-birini tamamlayaraq əks olunur, bəzən də romanın çərçivəsini epik miqyasa qədər genişləndirir.

Roman-tədqiqatın başlıca özəlliklərindən biriondan ibarətdir ki, kitabdan Ümummilli Liderin müasirlərinin, çiyin-çiyinə işlədiyi, ünsiyyətdə olduğu, ömrünün müxtəlif çağlarında dostluq etdiyi insanların səsi eşidilir. Elmira Axundova talelərində bütöv bir dövrü əks etdirən, bu səbəbdən də özlüyündə son dərəcə dəyərli olan bu insanları axtarıb tapmağa, onları “danışdırmağa”, xatirələrini lentə yazmağa illərlə vaxt sərf edib. Heydər Əliyevin referentləri, sürücüləri və şəxsi mühafizə əməkdaşları, həkimlər, respublika KP MK-larının və Sov.İKP MK-nın sabiq katibləri və Siyasi Bürosunun üzvləri, nazirlər, yazıçılar, bəstəkarlar, rəssamlar, jurnalistlər, hərbi sərkərdələr – yüzdən çox insan Elmira Axundovanın yazdığı kimi kitabın tamdəyərli həmmüəllifi olmuşdur. Bu gün onların bəziləri artıq dünyasını dəyişib, lakin rəqəmsal diktofonların yaddaşında canlı səsi, ötən günlər haqqında nadir xatirələri qalıb.

Elmira Axundovanın tükənməz enerjisititanik səyi hesabına ərsəyə gələn roman-tədqiqat Heydər Əliyev siyasi məktəbinin zəngin məxəzidir.

Ulu öndər Heydər Əliyevin xidmətlərinin qiyməti və çəkisi illər ötdükcə daha da artacaqdır. Onun nəhəngliyi onilliklər, yüzilliklərdən sonra daha aydın dərk ediləcəkdir – çünki bu böyük insanın bəşəriyyət qarşısında xidmətləri ölçüyəgəlməzdir.

Rəvan, anlaşıqlı, eyni zamanda, parlaq və obrazlı dillə yazılmış və “GBS” nəşriyyatının mətbəəsində işıq üzü görmüş 6-cı kitabın ikinci hissəsinin redaktoru Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Aslan Aslanov, rus dilindən tərcüməçisi Oktaedr Məmmədov, rəssamı Azərbaycanın Əməkdar Rəssamı İsmayıl Məmmədovdur. Kitab poliqrafiya baxımından yaxşı düşünülmüş, bir çoxu ilk dəfə verilən fotoşəkillər zövqlə seçilmişdir.

Kitaba sözardı yazmış görkəmli qazax şairiictimai xadimi Oljas Süleymenov qeyd edir: “Belə kitablar lazımdır: onlar rəhbərlərin yeni nəslinin yetişməsinə gömək edir. Bir ölkədə iki dövlətin rəhbəri olmuş Heydər Əliyevin nadir təcrübəsi xüsusilə əvəzsizdir. Dahi insanlar haqqında çox yazılıb, tez-tez də sağlıqlarında. Mənim oxucu və yazıçı təcrübəm müəllif qələminin nə zaman baş qəhrəmana hörmət, nə zaman isə adi yarınmaq hissi ilə hərəkətə gəldiyini səhvsiz təyin etməyə imkan verir.

E.Axundovanın bu kitabı məhəbbətdən doğmuşdur”.

 

İki sahil.- 2014.- 18 aprel.- S.9.