Salyanın təbii qazla
təchizatında ciddi dönüş
yaranıb
Son
bir neçə ildə rayonda təbii qazın itki faizi 64
faizdən 10 faizə endirilib
Əhalinin təbii qazla fasiləsiz və təhlükəsiz təmin
edilməsi “Azəriqaz” İB-nin
qarşısında duran ən mühüm vəzifələrdəndir. Məhz
cari ilin ötən dövrü ərzində bu
istiqamətdə ciddi işlər həyata
keçirilib. Onun bir strukturu olan Salyan qaz istismar
sahəsi də rayon ərazisində qaz təchizatını daha
da yaxşılaşdırmaq, qaz təsərrüfatının təhlükəsiz
istismarını təmin etmək, qaz itkisinin qarşısını almaq
məqsədi ilə ötən dövrdə xeyli
təmir-bərpa işləri həyata keçirib.
Sahə rəisi Xəyyam Rzayev
bildirir ki, qaz təsərrüfatında işin
günün tələbləri səviyyəsində
qurulması, həyata keçirilən dəyərli tədbirlərdən,
aparılan təmir və xidmət işlərinin keyfiyyətindən
asılıdır. Ötən illərdə və bu ilin
birinci rübündə Salyan
şəhərində və ətraf yaşayış məntəqələrində
daşıyıcı və paylayıcı qaz
kəmərləri üzərində həm podratçı
təşkilatlar, həm də QİS tərəfindən əsaslı
təmir işləri aparılmış, qaz
sayğacları yeni çəkilmiş qaz xətləri üzərinə köçürülmüşdür. Təzəkənd ölçü
qovşağından Qırxçırağa 22.6 km uzunluqda 315 mm-lik, Şorsulu AQPS-dən
Şorsuluya 14 km uzunluqda yeni çəkilmiş
315 mm-lik, Şorsulu-Daykənd istiqamətində
11 km uzunluqda 200 mm-lik, Kürsəngi ölçü
qovşağından
Qırxçıraq-Çuxanlı-Salyan QTM-ə 28 km uzunluqda 315 mm-lik, Aşağı Noxudlu,
Yuxarı Noxudlu və Xurşud kəndlərini təbii qazla təmin edən 5015 metr
uzunluqda 160 mm-lik orta təzyiqli, daşıyıcı polietilen yeraltı qaz kəməri
çəkilərək istismara verilmişdir. Babazanan qəsəbəsinin
qaz təsərrüfatında əsaslı
təmir işləri aparılmışdır. 444 qaz sayğacı yeni qaz xətlərinin üzərinə
köçürülməklə təbii qazın verilməsi
təmin olunmuşdur.
Rayonun Çuxanlı kəndində QİS-in daxili imkanları
hesabına yeni qaz xətlərinin
çəkilişi sona çatmaq
üzrədir. Sayğaclar yeni
xətlərin üzərinə köçürülmüşdür.
Comuşlu və Təzəkənd kəndlərinin qaz təchizatının yaxşılaşdırılması
məqsədi ilə podratçı təşkilat tərəfindən
bu kəndlərin qaz
təsərrüfatında yeni qazlaşma işləri aparılaraq kəndlərə
təbii qazın verilməsi təmin olunmuşdur.
Şəkərli, Şorsulu, Boranıkənd,
Dayıkənd, Seyidlər, Kürqaraqaşlı kəndlərində
əsaslı təmir işləri aparılmaqla qaz sayğacları yeni
çəkilmiş qaz xətləri
üzərinə köçürülmüşdür.
Hazırda Dayıkəndin yarımçıq qalan
hissəsində qazlaşma işləri
aparılır və burada QİS-in
daxili imkanları hesabına sayğaclar yeni xətlərin
üzərinə köçürülmüşdür.
Xurşud və Yuxarı Noxudlu
kəndlərində qazlaşma işləri
aparılaraq başa
çatdırılmış və hər iki
kəndə ümumilikdə 360 qaz
sayğacı quraşdırılmışdır. Həmçinin
Qaraçala qəsəbəsində yeni qazlaşma işləri
aparılmaqla 820 ədəd qaz
sayğacı quraşdırılmışdır. Arbatan kəndinini genişlənmiş hissəsində
yeni qazlaşma işləri
aparılmaqla 58 yeni qaz
sayğacı quraşdırılmış və təbii
qazın açılışı olmuşdur.
Çuxanlıdakı
hərbi hissəni təbii qazla təmin
edən yeni polietilen
yeraltı qaz xətti çəkilmişdir.
Həmin qaz xətti orta
təzyiqli daşıyıcı qaz kəmərinə
qoşularaq istismara verilmişdir. Kürqaraqaşlı kəndinin
350 evdən ibarət hissəsində qazlaşma
işləri aparılaraq sona
çatdırılmış və qaz
sayğacları quraşdırılmışdır. Yeni çəkilmiş qaz
xətləri möhkəmliyi və kipliyi
yoxlanılaraq sinaqdan keçirilmişdir.
Ə.Quliyev küçəsində 17 evdən
ibarət yeni yaşayış sahəsində
qazlaşma işləri aparılaraq sona çatdırılmışdır. Rayonun uzun illər qazsız qalmış kəndlərinin
və eyni zamanda yeni salınmış yaşayış massivlərinin
qaz təsərrüfatının yenidən
qurularaq qazlaşdırılması məqsədi
ilə layihə-smeta sənədlərinin hazırlanması üçün “Azəriqaz”İB-ə
müraciət olunmuşdur və cari ildə icrası mərhələlərlə
həyata keçiriləcəkdir. Hazırda 20 Yanvar küçəsinin 500 evdən ibarət
bir hissəsində yeni
qazlaşma işləri aparılır və
qaz sayğaclarının
quraşdırılmasına başlanılmışdır.
Ümumilikdə rayon üzrə 863 km uzunluqda müxtəlif diametrli yeraltı və yerüstü
yeni qaz kəmərləri
çəkilərək istismara
verilmişdir.109 ədəd müxtəlif sərfli müasir tipli qaz tənzimləyicilər və 250 ədəd
müxtəlif diametrli siyirtmələr yeni çəkilmiş qaz
kəmərləri üzərində
quraşdırılmışdır. Rayon
üzrə 12 kənddə əsaslı təmir və 15 kənddə
isə yeni qazlaşma
işləri aparılmışdır. Demək olar ki, rayon
üzrə təbii qazla təmin olunan əhali istehlakçılarının
sayı ümumi əhalinin 75 % -ni təşkil edir.
Abonentlərin sayı 18 minə çatmışdır.
Sahə rəisinin
sözlərinə görə, Salyan
QİS-də çalışan işçilərin əmək
şəraitinin yaxşılaşdırılması məqsədi
ilə yeni müasir tipli inzibati binanın tikintisi başa çatmaq üzrədir. Hazırkı
inzibati bina da əsaslı təmir olunaraq
işçilərin istifadəsinə verilmişdir.
Əmək şəraitinin
yaxşılaşdırılması işçilərin
işə olan həvəsini daha da
artırmışdır ki, bu da son
illərdə QİS-in hər bir xidməti sahəsində göstəricilərin
yüksək səviyyədə olmasında özünü göstərir.
X. Rzayev dedi
ki, QİS üzrə əhali və qeyri-əhali
istehlakçılarına satılan təbii qaza
görə ödəniş faizi son illərdə 100% -dən çox
olmuşdur: “Ən əsası Salyan QİS-ə rəis təyin olduğum 2011-ci ilin 6
ayında itki 64 faiz olduğu halda 2014-cü ilin 1 rübündə bu
rəqəm 10 faizə endirilmişdir. Məlumat
üçün bildirirəm ki, 2011-ci ildə qeyri-əhali
istehlakçılarına 500 000 m3 təbii qaz
satılırdısa, 2014-cü ilin I
rübündə qeyri-əhali istehlakçılarına 3 500
000 m3 təbii qaz
satılmışdır.”
O, sonda xüsusi
vurğuladı ki, sahənin işinin sürətli və səmərəli
şəkildə həyata keçirilməsində mühüm şərt ARDNŞ, o cümlədən “Azəriqaz” İB-nin rəhbərliyinin onlara
göstərdiyi diqqət və qayğıdır. Məhz QİS-lərin
vaxtlı-vaxtında mal və materiallarla, avadanlıqlarla təchiz
olunması kollektivdə işgüzar mühit yaradıb. 2014-cü ilin
nəticələrinin daha da
yüksək olması və itkilərin minimuma
endirilməsi üçün kollektiv bundan sonra da
bacarığını sərf edəcəkdir.
Elçin Zaman
İki sahil.- 2014.- 22 aprel.- S.16.