Azərbaycan dövləti
gəncliyin
inkişafına
xüsusi diqqət göstərir
Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin sədri, partiyanın Siyasi
Şurasının
üzvü Seymur Orucovun www.yap.org.az saytına müsahibəsi
- Seymur müəllim, məlum olduğu kimi hazırda respublikamızın bütün guşələrində Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bu əlamətdar hadisə ilə bağlı nə kimi layihələr reallaşdırmağı nəzərdə tutur?
- Azərbaycan tarixinin
hər bir mərhələsində aparıcı sosial-siyasi
qüvvəyə çevrilən gənclər müstəqilliyin
qorunub saxlanması, möhkəmləndirilməsi və
dövlətçiliyin inkişaf etdirilməsi prosesində də
yaxından iştirak edərək tarixi nailiyyətlər
qazanıblar. Yeni dövrdə dövlətimizin
qarşısında duran çətinlikləri həll edə
bilmək üçün gənclərin yenidən təşkilatlanması,
onlarda milli özünüdərkin, azad, demokratik
düşüncənin formalaşması Ümummilli lider Heydər
Əliyevin qayğısı və diqqəti nəticəsində
mümkün olub. Bu gün böyük inam hissi ilə qeyd
edirik ki, ölkəmizdə gənclər siyasəti dövlət
siyasətinin mühüm tərkib hissəsidir. Respublikada
dövlət gənclər siyasətinin
formalaşdırılması Ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan
dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev gəncləri
Azərbaycanın gələcəyi kimi dəyərləndirərək
bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi
bir çox cəhətdən gənclərimizə nəyi və
necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət
və qayğının nəticəsidir ki, hazırda Azərbaycan
gəncliyi ictimai həyatın bütün sferalarında aktiv
fəaliyyəti ilə seçilərək, cəmiyyətin
avanqard qüvvəsinə çevrilib. Təbii ki, dövlət
gənclər siyasəti dedikdə də gənclərin
öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə
layiqli yer tutmaları üçün dövlət tərəfindən
həyata keçirilən tədbirlər sistemi nəzərdə
tutulur. “Gənclər siyasəti haqqında” Qanunda da bu məqsədlər
öz əksini tapıb. Kompleks tədbirlər gənclərin
hərtərəfli inkişafını yüksək səviyyədə
təmin edir, gələcəyə daha inamla baxmaları
üçün stimulverici amil rolunu oynayır.
Tarixə qısa nəzər
yetirdikdə bir reallıq öz təsdiqini tapır ki, əgər
Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci
dövründə daha çox gənclərin bir kadr kimi
yetişməsi diqqət mərkəzində idisə, Azərbaycan
müstəqillik qazandıqdan, daha dəqiq desək,
1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın
təkidli tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra onların dövlət idarəçiliyində
irəli çəkilməsi prioritet məsələ oldu. Belə
ki, Azərbaycan dövlətinin gənclər siyasətinin
formalaşmasında və gənc nəslin geniş fəaliyyət
meydanına çıxarılmasında dahi liderin təşəbbüsü
və iştirakı ilə keçirilən gənclərin I
Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də
keçirilən bu forum Ümummilli lider Heydər Əliyevin gəncliklə
bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi.
1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı
əsasında I Forumun keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda
Gənclər Günü kimi elan edildi. Sonrakı illərdə-
1999, 2003, 2005, 2008 və 2011-ci illərdə Azərbaycan gənclərinin
forumlarının keçirilməsi gənclərimizin fəaliyyət
istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli
rol oynadı.
Hazırda
respublikamızın bütün guşələrində Ulu
öndər Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümü münasibətilə möhtəşəm
tədbirlər keçirilir. YAP Gənclər Birliyi də bu əlamətdar
gün ilə bağlı layihələrə start verib.
Xatırladım ki, bir neçə gün öncə Lənkəran
şəhərindəki Heydər Əliyev Mərkəzində
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı
ilə Ümummilli liderin anadan olmasının 91-ci
ildönümünə həsr olunmuş “Heydər Əliyev
və Azərbaycanda gənclər siyasəti” mövzusunda
regional konfrans keçirilib. Yeni Azərbaycan Partiyası Astara,
Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və
Biləsuvar rayon təşkilatlarının gənclər
birliklərinin fəallarının iştirak etdikləri tədbirdə
Ulu öndərimizin Azərbaycan xalqı, o cümlədən
gəncliyin inkişafı naminə göstərdiyi misilsiz
xidmətlərdən ətraflı bəhs olunub. Qeyd edim ki,
may ayının 10-a qədər YAP Gənclər Birliyinin bu
istiqamətdəki tədbirləri davam edəcək.
- Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyəti nədən ibarətdir?
- Ümummilli lider Heydər
Əliyevin əsasını qoyduğu dövlət gənclər
siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Dövlət başçısı gəncləri
aparıcı qüvvəyə çevirmək və
onların sosial iqtisadi problemlərinin həllini təmin etmək
məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan
gəncliyi” Dövlət Proqramını təsdiq edib. Proqrama
uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun
təmin edilməsi, yaradıcılıq
axtarışlarının stimullaşdırılması,
milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik
hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ
edilməsi istiqamətində çox mühüm tədbirlər
həyata keçirilib. Cənab Prezidentin gənclər siyasətində
idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin
artırılması mühüm yer tutur. Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər
ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın
imzalanması Azərbaycanda gəncliyə diqqət və
qayğının davamlı bir siyasət olduğunu tam
aydınlığı ilə ortaya qoydu. “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” çərçivəsində
5000 gəncin dünyanın nüfuzlu ali məktblərində
təhsil almağa göndərilməsi də gənclərin
təhsilinin artırılmasına xidmət edən
addımlardandır. Bir məqamı da unutmayaq ki, xaricdə təhsil
eyni zamanda Azərbaycanın təbliğatçısı
olmaq deməkdir. Gənclərimiz həm təhsillərini
davam etdirir, həm də ölkəmizlə bağlı həqiqətlərin
təbliğində fəal iştirak edirlər. Onların təhsil
aldıqları ali məktəblərdə keçirdikləri
təbliğat xarakterli tədbirlər də bu məqsədə
yönəlir.
Gənclərə
diqqət və qayğı davamlılığı ilə
diqqət çəkir. Yuxarıda qeyd edildiyi kimi, Prezident
İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə
təsdiqlənən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə
Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin
yerinə yetirilməsi gənclər siyasətini daha da
inkişaf etdirməyə, gənc mütəxəssislərin
işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin
təmin edilməsinə xidmət edir. Sərəncamda da bu
reallıq öz əksini tapıb ki, qloballaşmanın
vüsət aldığı və informasiya cəmiyyətinin
sürətlə formalaşdığı hazırkı mərhələ
Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və
digər sahələrdə gənclərin daha fəal
iştirakını təmin etmək istiqamətində
aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini
tələb edir. Məhz buna görə də, cəmiyyətin
maraqlarının təmin edilməsi və ölkə
iqtisadiyyatının rəqabətə davamlılıq
qabiliyyətinin artırılması üçün gəncliyin
innovativ potensialından geniş istifadə olunmasına əlverişli
zəmin yaradılmalıdır. Qəbul olunan proqramda
bütün həlli vacib məsələlər öz əksini
tapıb. Ölkə Prezidentinin 19 dekabr 2011-ci il tarixli Fərmanı
əsasında Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi yanında Gənclər Fondunun
yaradılması, eyni zamanda, 2 iyul 2013-cü il tarixli Fərmanı
ilə “Gənclər üçün Prezident
Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli
addımlardandır. Məqsəd gənclərin hərtərəfli
inkişafını, cəmiyyətin həyatında fəal
iştirakını təmin etməkdir.
- Seymur müəllim, Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı fəaliyyət istiqamətləri haqqında nə deyə bilərsiniz?
- Ölkəmizin ən
güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyası sıralarında gənclər böyük
üstünlük təşkil edir və partiya
sıralarına yeni qoşulanların mütləq əksəriyyəti
də gənclərdən ibarətdir. Ümumiyyətlə,
Ulu öndərimizin ideyalarına sadiq qalan Yeni Azərbaycan
Partiyası hər zaman fəaliyyətində gənclərə
geniş imkanların yaradılmasına, onlarda milli
şüurun, vətənpərvərlik ruhunun
formalaşdırılmasına xüsusi diqqət yetirib. Beləliklə,
partiyamız gənclərin inkişafı üçün
bütün imkanları yaradıb və gənclərlə
sıx işləməyi başlıca hədəflərindən
biri hesab edir. Məhz bu səbəbdəndir ki, ölkəmizin
intellektual gəncliyi öz siyasi talelərini YAP-la
bağlayır. Partiyamız gənclərimizə qayğı
göstərməklə yanaşı, gənclərdən gələn
təklifləri, layihələri diqqətlə
qarşılayır və lazımi dəstəyini verir.
Yeni Azərbaycan
Partiyası gənclərin ictimai-siyasi fəallığının
artırılması, asudə vaxtlarının səmərəli
təşkili, beynəlxalq əlaqələrin genişlənməsi,
ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə
layihələrin həyata keçirilməsinə xüsusi
diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən
başlayaraq hər il keçirilən Yay və Qış
liderlik məktəblərini xüsusi qeyd etmək istərdik.
Bu layihələrin əsas məqsədi ümumilikdə
bölgə gənclərinin də ictimai-siyasi fəallığını
artırmaq, onlar arasında sıx birlik yaratmaqdır.
Şübhəsiz ki,
Azərbaycan gənclərinin YAP sıralarına
qoşulmaları, öz siyasi talelərini bu partiya ilə
bağlamalarının ciddi əsasları var.
Partiyamızın sıralarına, xüsusilə, intellektli,
bilik və bacarıqlı, müxtəlif sahələrdə
nailiyyətlər qazanmış gənclərin
qoşulduğunu nəzərə alsaq, bu əsasların
hansı amillərlə bağlı olduğunu əminliklə
söyləmək olar. Bu, o deməkdir ki, YAP gənclərə
öz bilik və bacarıqlarını nümayiş etdirmək
üçün bütün şəraiti yaradıb və gənclərimiz
bu partiyanın vasitəsilə özlərini cəmiyyətə
təqdim edə bilirlər.
Məlum olduğu kimi, hazırda YAP üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir və partiyada birləşən gənclərin sayı 200 min nəfərdən artıqdır. Əlbəttə ki, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan gəncliyi də Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətini dəstəkləyir. Onu da bilirsiniz ki, YAP-ın fəaliyyətində başlıca olaraq xalqa xidmət amili dayanır. Sadaladığım bu amillər ölkə gənclərinin partiyamıza qoşulmasının, öz siyasi talelərini YAP-a bağlamasının əsasını təşkil edir.
- Bu il ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. YAP Gənclər Birliyi bu seçkilərdə hansı səviyyədə iştirak edəcək?
- YAP Gənclər
Birliyinin üzvləri ictimai-siyasi proseslərdə fəaldır,
bütün seçkilərdə aktiv iştirak edir. Bu mənada,
qarşıdan gələn bələdiyyə seçkilərində
də YAP Gənclər Birliyi fəal iştirak etməyi nəzərdə
tutur.
Bilirsiniz ki, hələ
2009-cu il bələdiyyə seçkilərində partiya rəhbərliyinin
tövsiyəsi ilə YAP-ın gəncləri həmin
seçkilərə çox aktiv şəkildə
qoşuldular və bunun nəticəsində də gənclərin
bələdiyyələrdə təmsilçiliyi 4-5 faizdən
30 faizə qədər yüksəlib. Qarşıdan gələn
bələdiyyə seçkilərinə gəlincə, təbii
ki, Gənclər Birliyi partiya rəhbərliyinin qərarına,
tövsiyə və tapşırıqlarına uyğun hərəkət
edəcək.
İki
sahil.- 2014.- 22 aprel.- S.4.