Azərbaycan-Türkmənistan qətiyyətinin yeni formulu:

Transxəzər layihəsi

 

Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin ötən həftənin sonunda Türkmənistana səfəri zamanı həmin ölkənin dövlət başçısı Qurbanqulu Berdıməhəmmədovla tranzit qaz kəmərlərinin çəkilişi üzrə birgə layihələrin həyata keçirilməsi barədə müzakirələrində TransXəzər dəhlizinin yaradılması da əsas mövzulardan olub. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycanla birgə enerji layihələrində təmsil olunmaqda maraqlı olduğunu, qaz ixracının diversifikasiyası və enerji daşıyıcılarının dünya bazarlarına çıxarılmasında ölkəmizlə vahid enerji sisteminin yaradılmasında təşəbbüsləri dəstəklədiklərini bəyan edib.

 

Türkmənistanla Azərbaycan arasında siyasi-iqtisadi, sosial-humanitar və digər sahələrdə əməkdaşlıq əlaqələri son illərdə dərinləşərək yeni mərhələyə qədəm qoyub. Hər iki ölkə siyasiiqtisadi münasibətlərə yeni dinamizm elementləri əlavə etməklə regionda sıx dostluq və qardaşlıq dəhlizinin yaradılmasına töhfə verməkdədir. Türkmənistan respublikamızla qonşu ölkə olmaqla yanaşı, həm də türkdilli dövlət kimi iqtisadi-siyasi təmasların dərinləşməsinə görə fərqlənir.

Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın son 5 ildə fəaliyyətini aktiv fazaya keçirməsi və 2009-cu ildən etibarən davamlı olaraq komissiyanın iclaslarının keçirilməsi, hökumət üzvlərinin qarşılıqlı səfərləri, əməkdaşlığın bütün bölmələrini əhatə edən protokolun imzalanması siyasi-iqtisadi əlaqələrin inkişafı üçün dərin baza yaradıb. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun 2010-cu ildə respublikamıza səfəri və imzalanan sazişlər isə ölkələr arasında münasibətələrin coğrafiyasının genişlənməsinə zəmin yaradıb və tərəflərin hər bir sahədə qarşılıqlı əməkdaşlığa başlamaq təşəbbüsləri öz bəhrəsini verməkdədir. Q. Berdiməhəmmədovun ölkəmizə səfəri ilə yanaşı, Prezident İlham Əliyevlə beynəlxalq tədbirlərdə görüşü, davamlı şəlildə ölkə başçıları arasında danışıqların aparılması dövlətlər arasında iqtisadi-ticarət, sosial, siyasi və digər sahələr üzrə əlaqələrin inkişafına daha da impuls verib.

İki ölkənin münasibətlərində son 5 ildə müşahidə olunan əsas yenilik rəsmi Aşqabadın Xəzərin indiyədək mübahisə predmeti olan neftqaz yataqlarının işlənməsi və Xəzərin hüquqi statusunun həll olunması ilə bağlı təklifləri dəstəkləməsi ilə bağlıdır. Türkmənistan Xəzərin hüquqi statusunun müəyyən edilməsi sahəsində danışıqlarda pozitiv mövqye nümayiş etdirirbu istiqamətdə müəyyən irəliləyişlər nəzərə çarpmaqdadır. ölkələr arasında yaxınlıq dənizin statusunun həllində tərəflərin ortaq məxrəcə gəlməsinə ümidləri artırır. Artıq hər iki tərəfin hökumət nümayəndələrinin yüksəksəviyyəli görüşləri, diplomatik nümayəndəliklər səviyyəsində çoxtərəfli müzakirlər, Türkmənistanın hökumət rəsmilərinin ölkəmizə ardıcıl səfərləri bütün məsələlər üzrə əməkdaşlığın dərinləşməsinə baza yaratmış olur.

R.Abdullayevlə Q.Berdıməhəmmədovlə müzakirələrdə Türkmənistanla ölkəmizin enerji sahəsində əməkdaşlığın daha da güclənməsi, Cənub Enerji Dəhlizinin yaradılması və TransXəzər layihəsində birgə münasibətlərin qurulması məsələləri də nəzərdən keçirilib.

Hər iki ölkənin birgə səyləri ilə 2008-ci ildə TransXəzər marşrutunun yaradılmasına dair ilkin müzakirələr aparılıb və bu marşrutun həyata vəsiqə qazanması üçün ABŞ və digər Qərb dövlətlərinin nüfuzlu enerji komissarları hökumətlər səviyyəsində faydalı danışıqlar aparılıb. TransXəzər layihəsi əvvələr kağız üzərində qaıan layihə hesab olunurdusa, 2008-2009-cu illərdə regionda baş verən siyasi-iqtisadi hadisələrdən sonra Qazaxıstanın və Türkmənistanın mövqeyindəki Qərbmeyilliyin artması düzəni dəyişdirib. Yeri gəlmişkən, Türkmənistanın Qərb marşrutlarına marağının artması, xüsusilə də, Bakı-Tbilisi-Ceyhan kəməri ilə öz enerji resurslarını nəql etmək barədə qərar verməsi digər perspektiv marşrutlarda təmsil olunması üçün əlverişli zəmin yaradır.

2010-cu ilin iyul ayında imzalanmış sazişə əsasən Türkmənistan nefti Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınmaqdadır. Bütün bunlar Azərbaycanın müəllifi olduğu Qərb istiqamətində əsas ixrac boru kəmərlərinin rentabelli, həm də uzunmüddətli fəaliyyəti üçün geniş imkan yaradır. Göründüyü kimi, Türkmənistanın Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql etməsi artıq regionda mənzərənin tam dəyişdiyini göstərir. Rəsmi Aşqabad n enerji ehtiyatlarının nəqlində çoxşəbəkəli variantlardan, o cümlədən Rusiya ilə birgə Xəzərətrafı marşrutdan istifadə edəcəyini bəyan etməsi digər layihələr kimi TransXəzər layihəsinin də perspektivinə yaşıl işıq yandırır. Türkmənistan, həmçinin, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracını nəzərdə tutan TANAP, TAP layihələrinin reallaşmasına da gələcək enerji strategiyasının tərkib hissəsi hesab edir.

TransXəzər layihəsi ABŞ və Avropanın da önəm verdiyi və birmənalı olaraq dəstəklədiyi, layihənin reallaşması üçün texniki-siyasi və maliyyə dəstəyi göstərmək istədiyi layihədir. Bu gün dünyanın yanacaqla təminatında Xəzər dənizinin karbohidrogen ehtiyatları ən azı 15 faizə bərabərdir. Qaz ehtiyatlarının isə 25- 30 faizi bu regionun payına düşür. Yaxın illərdə Xəzər akvatoriyasına aid qaz hasilatı ildə 100 milyard kubmetrdən çox olacaqdır. Nəzərə almaq lazımdır ki, həmin ehtiyatların ən çox tədarükçüsü Türkmənistan hesab olunurbu ölkənin 2018-ci ildə qaz hasilatı 45 faiz artaraq illik 90 milyard kubmetrə çatacaqdır. Bu isə Avropanın enerji təminatında başlıca rol oynaya bilər. Belə bir vəziyyətdə türkmən qazının, eləcə də neft ehtiyatlarının nəqli Avropa İttifaqına havasudan da vacibdir.

Məlumdur ki, hazırda dünyanın yeni geoiqtisadi xəritəsi cızılır və Xəzərin enerji ehtiyatlarının nəqli uğrunda rəqabətin dərinləşməsi nəzərə çarpır. Türkmənistan bu proseslərdə manevrlər edərək öz ehtiyatlarını daha təhlükəsiz enerji marşrutları ilə nəql etmək istəyi proseslərin daha da inkişafını sürətləndirib. Rəsmi Aşqabad öz nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üçün mühüm addımlar atıb və Türkmənistan son dövrlər siyasi iradə nümayiş etdirərək Şərq-Qərb dəhlizlərinə meyl etməklə Avropa İttifaqı ilə əməkdaşlığa da üstünlük verdiyini təsdiqləyir. Qurbanqulu Berdiməhəmmədov bəyan etdiyi ki, Asiya ilə Avropanın qovuşduğu məkanda yerləşən Türkmənistanın və Azərbaycanın əlverişli geosiyasi mövqeyi hər iki ölkənin dünyanın yanacaqla təminatında həlledici rol oynamasına səbəb olmaqdadır.

ABŞ-ın və Avropa Birliyinin dəstək verdyi “TransXəzər” qaz kəmərinin çəkilişi də məhz Azərbaycanla Türkmənistanın sıx yaxınlığı nəticəsində reallaşmaqdadır. Türkmənistan qazının Xəzərin dibi ilə çəkilən qaz kəməri vasitəsilə Azərbaycan ərazisindən Avropaya nəqli Avropanın enerji təhlükəsizliyi konsepsiyasnın ana xəttini təşkil edir. Türkmənistan bu layihənin reallaşması nəticəsində öz qazını Rusiyanın tranzit kəmərləri ilə ucuz qiymətə deyil, normal bazar qiymətlərinə satmaq imkanı əldə edir. TransXəzər həm də Aşqabadın dünya iqtisadiyyatına inteqrasiyasına və Avropa ailəsinin etibarlı tərəfdaşına çevrilməsinə impuls verəcəkdir. Beləliklə, Azərbaycan dünya ilə açıq səmimi və sıx siyasi dialoqların fonunda regionda enerji tədarükünün ölkələr üçün uzunmüddətli dostluq platformasına xidmət etdiyini öz prinsipial addımları ilə təsdiq edir.

 

Rəşad Bağırov

 

İki sahil.- 2014.- 23 aprel.- S.7.