Ekologiya İdarəsində seminar

 

 

ARDNŞ-nin Ekologiya İdarəsində istehsalat təcrübəsində olan tələbələr üçün Abşeron yarımadasının quru və dəniz neft-qaz yataqlarında Ekoloji Monitorinq Departamenti tərəfindən aparılan ekoloji tədqiqat işləri və əldə olunmuş nəticələr haqqında seminar keçirilmişdir.

Seminarda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti və digər ali məktəblərin tələbələri iştirak etmişlər.

 

Seminarda quru və dəniz neft-qaz yataqlarında, çöl tədqiqat işlərində istifadə olunan müasir cihaz və avadanlıqlar, eləcə də laboratoriyanın analitik təhlil cihazları barədə məlumat verilmiş, onların prinsipi izah edilmişdir. Ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, seçilmiş ərazilərdə analiz üçün nümünələrin götürülməsi, instrumental ölçmələrin aparılması, tullantıların idarə olunması, ekoloji tədqiqat işləri ilə bağlı videoçarx nümayiş etdirilmişdir. Tələbələr ekoloji təhlil nəticələrinin coğrafi məlumat bazasına daxil edilməsi və bu məlumatlardan istifadə olunması haqqında da bilik əldə etmişlər. Tələbələri maraqlandıran suallar təcrübə rəhbərləri tərəfindən cavablandırılmışdır.  

 

İki sahil. -2014. -9 avqust. S. 7.