Sağlam cəmiyyət ölkənin ümumi inkişafının göstəricisidir

 

 

Cəmiyyəti ümumbəşəri bəla olan narkomaniyadan qorumaqda, maarifləndirməkdə mədəniyyət müəssisələrinin, informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür

 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun bütün sahələrdə inkişafı, həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni islahatlarla yanaşı, cəmiyyətin sağlamlığı da müstəsna önəm kəsb etməkdədir. Xüsusilə gənclərin zərərli vərdişlərə meyllənməsinin qarşısının alınması, ölkəmizin və xalqımızın gələcəyini əminliklə etibar edə biləcəyimiz yeni nəslin yetişdirilməsi qarşıda duran mühüm vəzifələrdəndir.

 

Bu gün bütün dünyada bəşəri bəla olan narkomaniyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə hər bir ölkə üçün prioritetdir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Dünya dövlətləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və narkomanlığın müalicəsi metodlarını daha da təkmilləşdirmək sahəsində səylərini durmadan artırırlar.

 

 

 

Bu baxımdan ölkəmizdə də narkotiklərin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə dövlətin orqanları və qeyri-hökumət qurumlarının, mədəniyyət ocaqlarının, gənclər təşkilatlarının, kütləvi informasiya vasitələrinin səylərinin birləşdirilməsi, əlaqəli və kompleks fəaliyyət zəruridir. Qeyd edək ki, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli fərmanı ilə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi, dövlət orqanları və ictimai birliklərin fəaliyyətini əlaqələndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, bu istiqamətdə dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir. Bu tədbirlərin nəticəsi olaraq ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində geniş tədbirlər həyata keçirilir. Bu sahədə müvafiq qanunvericilik sənədləri qəbul olunmuş, ölkəmiz bir sıra beynəlxalq konvensiya və sənədlərə qoşulmuşdur.

 

 

 

Ötən müddətdə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə iki proqram (2000-2006-cı və 2007-2012-ci illər üçün illər) həyata keçirilmişdir. Proqramların icrası bu sahədə dövlətin müxtəlif qurumlarının və ictimai təşkilatların səmərəli qarşılıqlı fəaliyyətinə zəmin yaratmışdır.

 

 

 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması və digər genişmiqyaslı məsələlər əksinin tapmışdır.

 

 

 

Ölkə rəhbərliyi bu istiqamətdə həyata keçirilən kompleks tədbirlərin vacibliyini, atılan addımların ümumilikdə cəmiyyətin, xalqın gələcəyinə xidmət etdiyini daima diqqətə çatdırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: “Ölkəmizdə narkomaniyaya qarşı çox ciddi mübarizə aparılır. Mən istəyirəm ki, Azərbaycan xalqı sağlam olsun. Gənc nəsil sağlam yetişsin. Bu, hər bir ölkənin ümumi inkişafını göstərən amildir. Bunun üçün kompleks tədbirlər görülür. İnsanların sağlamlığını şərtləndirən amillərdən biri də idmandır. Ölkəmizdə idmanla, fiziki hazırlıqla məşğul olmaq üçün çox gözəl şərait yaradılmışdır. Biz gəncləri idmana cəlb etməklə bir neçə məqsədi güdürük. Birinci növbədə, onlar sağlam olurlar, digər tərəfdən, biz gəncləri pis vərdişlərdən çəkindirməliyik”.

 

 

 

Bu istiqamətdə zəruri maarifləndirmə işlərinin həyata keçirilməsində mədəniyyət müəssisələrinin, tədris və təhsil qurumlarının, incəsənət ocaqlarının, eləcə də yaradıcı insanların, ədəbiyyat və sənət adamlarının, habelə medianın, informasiya və təbliğat vasitələrinin üzərinə böyük məsuliyyət düşür.

 

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar, digər əlaqədar qurumstrukturlarla yanaşı, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinazirliyin tabeliyindəki təşkilatlar tərəfindən də müvafiq işlər görülür. Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2013-cü il tarixli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir. Ötən müddətdə həyata keçirilən tədbirləri ümumi olaraq diqqətə çatdırmaq istərdik.

 

 

 

İl ərzində mədəniyyət müəssisələrində “Narkomaniya bəşəriyyətin məhvi deməkdir”, “Narkomaniya əsrin bəlasıdır” başlıqlı tədbirlər, “Sağlam həyat tərzi bizim məqsədimizdir” və s. mövzularda dəyirmi masalar keçirilmiş, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün fəaliyyət göstərən dərnəklərdə təbliğat işləri aparılmışdır. O cümlədən 26 iyun - “Narkotiklərlə beynəlxalq mübarizə günü” ilə əlaqədar keçirilən “Sağlam həyat tərzi - sağlam nəsil” mövzusunda dəyirmi masalarda mədəniyyət işçiləri ilə bərabər təhsil, gənclər və idman idarələri və polis əməkdaşları iştirak etmişlər.

 

 

 

Aparılan maarifləndirmə işində kitabxanalar da mühüm rol oynayır. Respublikanın kitabxanalarında “ ölümə yox deyək”, “Sağlam həyat uğrunda” adlı disput, “Narkomaniyanın qarşısının alınmasında kitabxanaların rolu”, “Narkomaniya cəmiyyətin mənəvi dayaqlarını sarsıdır” və s. mövzularında mühazirələr oxunmuş, kitab sərgiləri, söhbətlər, oxucularla, gənclərlə görüşlər təşkil edilmişdir. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin də yaxından iştirakı və təşkilatçılığı ilə paytaxtın rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemləri və mərkəzi kitabxanalarında “Narkomaniya həyat tərzinə çevrilməsin!” mövzusunda tədbirlər il boyu davam etmişdir. Gəncə, Mingəçevir, Sumqayıt, Hacıqabul, Şəki, Lənkəran, Quba, Yevlax, Şirvan, Sabirabad və digər şəhər-rayon kitabxanalarında mövzu ilə bağlı dəyirmi masalar, seminarlar keçirilmiş, məruzələr dinlənilmişdir.

 

 

 

Yerlərdəki digər mədəniyyət ocaqlarında da bu işə daimi diqqət ayrılır, müvafiq tədbirlər planı hazırlanaraq icra olunur. Mədəniyyət evlərində, musiqi və incəsənət məktəblərində, muzeylərdə “Gənclərimizi pis vərdişdən qoruyaqmövzusunda tematik gecələr, “Narkomaniya - bugünkü bəlamız”, “Narkomaniya nədir?”, “Gənclər və yeniyetmələr arasında narkomaniyanın törətdiyi fəsadlar”, “Dünyanı fəlakətdən qoruyaq” və s. mövzularda dəyirmi masalar, seminarlar keçirilmiş, fotostendlər hazırlanmışdır.

 

 

 

Narkomaniyanın fəsadlarının cəmiyyətin, özəlliklə yetişən nəslin diqqətə çatdırılması, bununla bağlı yaradıcı meyllərin təşviq edilməsi məqsədilə gənc rəssamların əl işlərindən ibarət sərgilərin təşkili və mövzu üzrə müsabiqələrin keçirilməsi də diqqət mərkəzindədir. Bu baxımdan Şəki şəhərində, QazaxUcar rayonlarında belə sərgi-müsabiqələrin təşkilini qeyd etmək olar.

 

 

 

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin, bəşəri bəlanın ağır fəsadlarının incəsənətin ən təsirli vasitələrindən olan kinoteatrda əksini tapması da çox vacibdir. Rejissor Ənvər Əblucun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırdığı “Tərsinə çevrilən dünya” bədii filmində narkomafiya ilə mübarizədən bəhs olunur. Rejissor Fariz Əhmədovun Mədəniyyət və Turizm NazirliyininBu meydan, bu ekrankino layihəsi çərçivəsində lentə aldığı “Mayak” qısametrajlı filmində narkomanlığın acı fəsadlarından söz açılır.

 

 

 

Yetişən nəslin maarifləndirilməsinə töhfələr verən Bakı Uşaq Teatrının mövzu ilə bağlı hazırladığı “Həyatla oyun” tamaşasını da ayrıca qeyd etmək gərəkdir. Səhnə əsəri narkotiklərlə mübarizə və QİÇS mövzusunda Azərbaycanda hazırlanmış ilk maarifləndirici teatr tamaşadır. Əsər gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması haqqında təsəvvür yaradır. Real həyatdan götürülmüş hadisələr əsasən bir qrup tələbə arasında cərəyan edir. Onu da qeyd edək ki, tamaşa Avropa Şurası tərəfindən narkotiklərə qarşı mübarizədə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə kimi qiymətləndirilmişdir. Ötən bir il müddətində tamaşaSağlam gələcək!” devizi altında Şirvan şəhərində, Salyan, Cəlilabad, İsmayıllı, Ağdaş, Qəbələ, Qobustan və Şamaxı rayonlarında nümayiş etdirilmişdir.

 

 

 

“Əsrin bəlası” ilə mübarizənin effektli aparılmasında, bu istiqamətdə maarifləndirmənin daha səmərəli təşkilində təhsil və tədris müəssisələrində həyata keçirilən tədbirlər xüsusi önəm kəsb edir. Bu məqsədlə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin tədris planına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr”, “Azərbaycan Respublikasında narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri haqqında”, “Narkotik vasitələr və psixotrop maddələri qəbul edən şəxsdə yaranan psixi və davranış pozuntuları haqqında” və s. mövzular daxil edilmişdir. Bu mövzularla bağlı tədris prosesində mühazirələr oxunmuşdur.

 

 

 

Azərbaycan Turizm İnstitutunda mövzu ilə bağlı mütəmadi olaraq xarakterli tədbirlər keçirilir. Hesabat dövrü ərzində institutda 12 tədbir, o cümlədən “QİÇS xəstəliyinin yayılmasında narkotik vasitələrin rolu”, “Narkomaniyanın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərəri” mövzusu ətrafında diskussiyalar, tələbələrlə narkotiklərin zərərini əks etdirən audiovideo materiallara baxış və açıq müzakirələr təşkil olunmuşdur. Bu işlərdə institutun tələbə-gənclər təşkilatı və tələbə elmi cəmiyyəti də yaxından iştirak edir.

 

 

 

Aparılan maarifləndirmə və təbliğat işinə yaradıcı insanlar da cəlb olunur. Tanınmış yazarların iştirakı ilə SabirabadAbşeron rayonlarında mövzu ilə əlaqədar ictimaiyyətlə görüşlərin təşkili bu qəbildəndir.

 

Bu sahədə görülən işlərdə kütləvi informasiya vasitələrinin də rolu əvəzsizdir. Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanlarında (“Mədəniyyət” qəzeti, “Mədəni həyat” jurnalı) narkotik vasitələrin dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair maarifləndirici materiallar, müxtəlif yazılar yer alır. “Mədəniyyət” qəzetində ötən bir il ərzində mövzu ilə bağlı 20-dək xəbər, məqalə dərc olunmuşdur. Həmçinin mədəniyyət ocaqlarında keçirilən çoxsaylı tədbirlər bu müəssisələrin internet saytlarında, digər kütləvi informasiya vasitələrində müntəzəm işıqlandırılır.

 

 

 

İki sahil. -2014. - 9 avqust. S. 13.