Azərbaycan və Almaniya turizm sahəsində
əməkdaşlığı genişləndirir
Azərbaycanın
Almaniyada turizm nümayəndəliyi olan "Aviareps Tourism
GmbH" şirkətinin Mədəniyyət və Turizm
Nazirliyi ilə əməkdaşlığı çərçivəsində
Azərbaycana turistlərin cəlb olunması üçün
Almaniyanın aparıcı turizm şirkətləri ilə
ölkəmizdə fəaliyyət göstərən turizm
şirkətləri arasında əməkdaşlığın
genişləndirilməsi və turizm imkanlarının
tanıdılması məqsədilə cari ilin 24 - 31 avqust
tarixlərində Almaniyanın aparıcı turizm şirkətlərinin
nümayəndələri ölkəmizdə
tanışlıq səfərindədirlər.
Nazirlikdən
Trend-ə verilən məlumata görə, səfər
çərçivəsində Bakıda Almaniyanın
aparıcı turizm şirkətləri ilə Azərbaycanın
turizm şirkətləri və mehmanxanaları arasında
işçi görüş keçirilib. Görüşdə
"Geo-travel", "İmprotex travel", "ENC
tours", "SW travel", "Regeatravel", "Proxy
travel", "Victorytour" turizm şirkətlərinin və
"JW Marriott Absheron Baku", "Austin", "Central
Park", "Park İNN" mehmanxanalarının nümayəndələri
iştirak ediblər.
Görüş
çərçivəsində qarşılıqlı turist
mübadiləsinə dair danışıqlar aparılıb və
gələcək əməkdaşlıq perspektivləri
müzakirə olunub.
Həmçinin
hər iki ölkə arasında turizm əlaqələrinin
genişləndirilməsi və Azərbaycanın turizm
potensialının tanıdılması çərçivəsində
cari ilin 3-7 sentyabr tarixlərində Almaniyanın MICE
(işgüzar) turizm nümayəndələrinin və 25 - 30
sentyabr tarixlərində tanınmış KİV nümayəndələrinin
ölkəmizə səfəri nəzərdə tutulub..
İki sahil. – 2014.- 28 avqust. S. 15.