Bələdiyyə
seçkilərində məqsəd yerli
özünüidarə orqanlarında
partiyamızın
yüksək təmsilçiliyinin təmin
olunmasıdır
YAP Siyasi
Şurasının üzvü, YAP-ın Qaradağ rayon təşkilatının
sədri
Aydın Hüseynovun www.yap.org.az saytına müsahibəsi
- Aydın müəllim, Yeni Azərbaycan Partiyası dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlığını davam etdirir. Ümumiyəytlə, bu seçkilərlə bağlı Sizin də təəsüratlatınızı öyrənmək istərdik…
- Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı
dövlətlər sırasında mühüm
yerini tutmaqdadır. Belə ki, ölkəmizsə istər demokratiya,
istərsə də vətəndaş cəmiyyəti quruculuğu, o cümlədən,
hüquqi dövlət kontekstinin
əhəmiyyətli məqamları kifayət qədər təşəkkülünü
tapmışdır. Məhz bu mövcudluq ölkəmizdə keçirilən
bütün seçkilərdə özünü göstərməkdədir. Bu
baxımdan, YAP-ın bələdiyyə seçkiləri ilə
bağlı apardığı işləri təhlil edərkən
belə qənaətə gəlməyə zəmin yaranır
ki, ölkəmizdə keçirilən bütün seçki
proseslərində demokratiya faktoru əsas amil kimi qiymətləndirilir. Biz bu
ayın 23-də keçiriləcək bələdiyyə
seçkiləri barədə məhz həmin fikirləri əsas
götürürük. Çünki
qeyd edilən amillər bilavasitə bələdiyyələrin
uğurlu fəaliyyətinə səmərəli
təkan, stimul verir.
Lakin bələdiyyə seçkilərinə
hazırlıq yalnız o demək deyil ki, burada
yalnız seçki amili
mövcuddur. Çünki
bələdiyyə seçkilərinin daha
bir önəmi bu strukturun ölkənin inkişafına verəcəyi
töhfələrdir. Daha dəqiq desək,
ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında bələdiyyələr
də artıq öz sözünü
deməkdədir. Bu barədə daha geniş fikirlərimi az sonra bildirəcəyəm.
YAP-ın
ölkədə alternativsiz siyasi qüvvə olduğunu
xatırladaraq xüsusilə qeyd etmək
istərdim ki, bu seçimin növbəti dəfə Ümummilli Lider Heydər
Əliyevin təməlini qoyduğu və
Prezident cənab İlham
Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası olacağına
kimsədə şübhə olmamalıdır. Çünki
ötən illərdə keçirilən bütün
seçkilərdə YAP-ın üstün
qələbəsi hər bir kəsdə bu əminliyi, bu inamı
yaratmaqdadır. Təbii ki,
dövlətimizin başçısı cənab İlham Əliyevin liderliyi
ilə reallaşdırılan mütərəqqi siyasətin bariz fonunda əldə edilən
nailiyyətlər, milli inkişafın Azərbaycan
modelinin mükəmməl olaraq
formalaşdırılması, səmərəli sosial-iqtisadi siyasət sayəsində əldə
eilən nəticələrin daha da artırılması, bütün
sahələrdəki islahatların davamlı şəkildə
həyata keçirilməsi və s. bu kimi digər
reallıqlar ölkə vətəndaşlarının YAP-a olan inamını daha da artırıb.
- Seçkilərlə bağlı ümumrespublika müşavirələri keçirildi və YAP-ın İcra Katibliyinin tövsiyələri, tapşırıqları orada daha geniş şəkildə müzakirə olundu...
- Bəli, mən də
bələdiyyə seçkilərənə hazırlıqla
bağlı partiyamızın rayon və
şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində verilən
tövsiyə və tapşırıqları xatırlatmaq istərdim.
Belə ki, ümumrespublika
müşavirəsində bu kimi məsələlərə toxunan YAP Sədrinin müavini-İcra
katibi cənab Əli Əhmədov da vurğulayıb ki, əsas
məqsəd bələdiyyə seçkilərində
YAP-ın böyük qələbə
qazanması, yerli özünüidarə
orqanlarında partiyamızın yüksək təmsilçiliyi
təmin olunmasıdır və əlbəttə ki, növbəti qələbə üçün bütün
əsaslar mövcuddur. Çünki
Prezidentimizin rəhbərliyi altında həyata
keçirilən siyasət nəticəsində ölkəmiz
dinamik inkişaf edir. O cümlədən,
bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf,
insanların rifahının yaxşılaşması,
regionların simasının dəyişməsi və digər
müsbət amillər insanların həyatında əhəmiyyətli
dəyişikliklərə səbəb olub.
Ona görə də bir
daha tam əminliklə
deyə bilərəm ki, bütün
bu amillər YAP-ın bələdiyyə
seçkilərində istinad edəcəyi
ciddi faktlardır. Bu baxımdan, bizim hər birimiz
inanırıq ki, bu
faktların sayəsində YAP növbəti bələdiyyə
seçkilərində zəfər əldə edərək, yerli özünüidarə
orqanlarındakı uğurlu fəaliyyətlərinə
daha bir əhəmiyyətli
təkan verəcəkdir.
- Aydın müəllim, rəhbərik etdiyiniz YAP Qaradağ rayon təşkilatında hazırlıq mərhələləri necə başa çatdırıldı?
- Əlbəttə ki, bütün seçkilərdə
olduğu kimi, bələdiyyə
seçkilərində də YAP Qaradağ
rayon təşkilatı öz
uğurlarını hər zamankı kimi davam etdirməkdədir. Məlumat üçün bildirmək istərdim ki, bu gün
Qaradağ rayonunda 116
minə yaxın əhali yaşayır və bələdiyyə
seçkilərində səsvermə hüququna
malik olan seçicilərin
sayı 67 mindən artıqdır. Qaradağ
rayonu Bakı şəhərinin ən böyük rayonlarında biridir.
Rayonumuzun əhalisinin də sayı ən
çox ölçülənlərdəndir.
Belə ki, Qaradağ rayonunda 2 dairə, 54 məntəqə və
11 qəsəbə var ki,
həmin qəsəbələrin hər birinə bir bələdiyyə düşür.
YAP Qaradağ rayon təşkilatının
23 nəfərdən ibarət seçki qərargahının
yaradılması haqqında qərar qəbul olunub.
Eyni zamanda, rayon təşkilatının bələdiyyə
seçkiləri ilə əlaqədar fəaliyyət
planı təsdiqlənib. Qeyd edim ki, Qaradağ
rayonunun 5 qəsəbəsi şəhər
tiplidir. Bu isə bir daha Qaradağ
rayonun ərazisinin nə qədər böyük olduğunun
göstəricisidir. Ona görə də biz hazırlıq proseslərinə daha öncədən başlamış, bu istiqamətdəki işlərimizi mərhələli
olaraq həyata keçirməyə
çalışmışıq. Hələ
seçkilərə hazırlıq mərhələlərində
yerlərdə partiyanın rayon təşkilatları
tərəfindən seçkilərlə bağlı intensiv işlər sürətlə
aparılırdı ki, bu
işlərin intensivliyi bir
bün bir çox əhəmiyyətli məqamları
özündə ehtiva edir.
Qeyd etmək istərdim ki,
YAP Qaradağ rayon təşkilatında
11 bələdiyyə üzrə 121 nəfər bələdiyyə
üzvlüyünə namizəd irəli sürülüb
və artıq təbliğat-təşviqat kampaniyasına
başlanılıb. Namizədlərdən 46 nəfəri
qadın, 67 nəfəri isə gənc nəslin nümayəndələridir.
Bu gün təbliğat
və təşviqat prosesində rayon təşkilatında
hər gün qızğın iş aparıldığını
müşahidə edə bilərsiniz. Seçki
Qərərgahının və təbliğat qrupunun
üzvləri təyin olunmuş yerlərdə
təbliğat löhvələrinə şüarlar
və namizədlərin şəkillərini
yapışdırırlar. Bundan sonra isə seçicilərlə
görüşə start veriləcək.
O cümlədən, təbliğat və təşviqat
prosesində seçicilərə broşürlar,
bukletlər paylanılıb. Həmçinin, Seçki
Qərərgahının üzvləri ilə birgə mütəmadi
olaraq iclaslar keçirilir, görülən işlər
gündəlik müzakirə olunur. Bu isə İcra Katibliyi tərəfindən tövsiyə olunmuş proqramlı mərhələlərin
uğurla başa
çatdırmağı şərtləndirib. Məhz bu çərçivədə ərazinin sosial-iqtisadi, eləcə də əhalinin
xüsusiyyətləri öyrənilib, bütün
bu faktorlara müvafiq tədbirlər həyata keçirilib. Qəsəbələrdə olan dini icmalarla,
ağsaqqal və ziyalılarla təbliğat-təşviqat
kampaniyaları istiqamətində müəyyənləşmələr
aparılıb. Rayon ərazisində yaşayan digər millətlərdən olan seçicilər haqqında məlumatlar
toplanılıb, icma rəhbərləri
ilə əlaqələr yaradılıb.
Onu da deyim
ki, Qaradağda rayon əhalisinin 10 min 658
nəfəri qaçqınlardan ibarətdir. Seçkilərə
hazırlıq işləri ilə bağlı yaradılan mobil qruplar
qaçqınlarla işləyir və onların seçkilərdə
fəal iştirak etmələri üçün maarifləndirici tədbirlər
həyata keçirirlər. Xatırladım ki,
rayonumuzda yaşayan
qaçqınlar və məcburi köçkünlər Ulu Öndər Heydər Əliyevin şəxsən
açılışında iştirak etdiyi “Ümid” qəsəbəsində
məskunlaşıblar. Günü-günündən
abadlaşan, çiçəklənən
bu qəsəbədə yaşayan
sakinlər də hər bir seçkidə
xüsusi fəallıqları ilə iştirak etdiklərinə görə, qarşıdan
gələn bələdiyyə seçkilərində də
fəal olacaqlarını bildirirlər.
Digər tərəfdən,
Qaradağ rayonunun daha da müasirləşməsi
istiqamətində ölkə rəhbərliyi tərəfindən
görülən işlər də rayon
seçiciləri tərəfindən minnətdarlıqla
qarşılanmaqdadır. Artıq Qaradağ
rayonu böyük bir səneye mərkəzinə çevrilməkdədir.
Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu
fəaliyyəti bizim də rayona öz əvəzsiz
töhfələrini verməkdə davam edir. Açılan yeni-yeni
iş yerləri, müəssisələr,
fabrik və zavodlar, texnoparklar rayon sakinlərimizin
də işlə təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu gün hər bir
qaradağlı sakin məhz ölkə
başçısının yürütdüyü
uğurlu siyasəti, eləcə də Yeni Azərbaycan Partiyasının ətrafında
sıx birləşiblər.
Əbəs
yerə deyil ki,
partiyamız bütün seçkilərdə
ona rəqib olmağa
çalışan digər qüvvələr üzərində
qələbələr qazanıb. Çünki
YAP bütün mənalarda xalqın
etimadını qazanmış bir güclü təşkilatdır. Bu gün biz bələdiyyə
seçkilərinə hazırlaşdığımız bir zamanda müxalifət
düşərgəsi hələ də tərəddüd
içində davam edir.
Çünki düşərgə təmsilçiləri
də yaxşı bilirlər ki, onlar ötən 20 ildən artıq bir müddətdə müxalifət kimi nəninki xalqın etimadını qazana biliblər, eyni zamanda olan-qalan
elektoratlarını, soaial
bazalarını da itirməyə məhkum
olublar. Bütün bunlar isə bir
daha belə qənaətə gəlməyə
əsas verir ki,
qarşıdan gələn bələdiyyə seçkilərində
irəli sürüləcək YAP namizədləri bir daha növbəti qələbə
sevincini yaşayacaqlar.
Çünki YAP-a ancaq qələbə və zəfər
yaraşır.
- Aydın müəllim, Siz həm də YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavinisiz. Ümumiyyətlə, bələdiyyələrin ölkənin iqtisadi inkişafına verəcəyi daha hansı səmərələr barədə danışmaq olar?
- Təbii ki, bələdiyyələrin idarəçilik
funksiyası birlavasitə sosial-iqtisadi
tandemə öz müsbət təsirlərini
göstrməkdədir. Qəsəbə və məhəllələrdə,
əhalinin sıx yaşadığı ərazilərdə tikinti və abadlıq işlərinin
aparılmasında, məktəblərin, səhiyyə
ocaqlarının, uşaq
bağçalarının, əyləncə və istirahət
zonalarının, eləcə də digər bu
kimi yerlərin təmirlərində,
qurulmasında bələdiyyələrin özəl
funksiyaları mövcuddur. O cümlədən,
bələdiyyələr öz nəzdlərində
yaratdıqları müəyyən strukturlarında
insanları işlə təmin edir bu istiqamətdə münbit
fəaliyyətlərini aparırlar. O cümlədən,
sosial məsələlərfə də bələdiyyələr
fəaliyyətlərini davam etdirirlər.
Əlbəttə ki, bütün
bunlar bələdiyyələrin əhəmiyyətini
artıran məsələlərdir və sosial-iqtisadi
inkişafda öz rolunu bu gün
də oynayır.
Digər
tərəfdən, ölkədə iqtisadiyyat
amilinin güclənməsi, qüdrətlənməsi
də öz tərəfindən bələdiyyələrin
inkişafına öz töhfəsini verməkdədir.
Çünki ölkədə iqtisadi inkişaf olmasa, burada heç bir struktur normal fəaliyyət
göstərə bilməz.
Bu baxımdan, mən ölkədə gedən
iqtisadi inkişaf faktorunu xüsusilə vurğulamaq
istərdim. Məhz 2014-cü ilin ötən
müddətində Azərbaycan üçün
kifayət qədər uğurlu olan iqtisadi inkişaf
mükəmməl idarətmə strategiyasının vəhdəti
sayəsində dərinləşib. Bu baxımdan, həm də onu qeyd etmək istərdim
ki, bütün bu uğurların arxasında ölkədə
aparılan uğurlu islahatlar
siyasəti dayanıb. Ölkəmizin iqtisadiyyatı rəqabət
qabiliyyəti indeksinə əsasən, MDB ölkələri
arasında birinci mövqeyini
saxlayıb. Əlbəttə ki, bütün bunlar məhz Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətin
nəticəsidir. Azərbaycan son
10 ildə iqtisadi və sosial
sahələrin inkişafında yüksək nəticələrə
nail olub. Ölkədə
ümumi daxili məhsul
(ÜDM) 3 dəfədən çox
artıb. İqtisadiyyatın qeyri-neft sektorunun artım tempi son 10 ildə orta hesabla 10 faiz təşkil edib. 2013-cü ilin nəticələrinə
görə, ölkə ÜDM-i 5,8 faiz, qeyri-neft sektoru isə 10 faiz
artıb. Əbii ki, buraya
investisiya qoyuluşlarını da əlvə etmək olar.
Yeni investisiyalar isə
regionlarda yeni müəssisələrin
yaradılması, əlavə iş yerlərinin
açılması, məşğulluğun səviyyəsinin
yüksəlməsi üçün güclü zəmin deməkdir. Bu inkişafın bələdiyyələrə
verəcəyi töhfələrini isə biz
qarşıdakı illərdə də görəcəyik.
Mən sonda qarşıdan gələn bələdiyyə
seçkilərində iştirak edəcək
Yeni Azərbaycan Partiyasından olan hər bir namizədə
uğurlar və müvəffəqiyyətlər
arzu edirəm. Çünki
qələbə və zəfər, davamlı uğur
və xalqın dəstəyi bu dəfə də dövlətimizin,
partiyamızın yanında olacaq.
İki
sahil.- 2014.- 5 dekabr.- S.18.