Elmi inkişaf etdirmək şərəfi

 

Belə tale “Şərəf” ordenli akademik Məhərrəm Məmmədyarovun qismətinə yazılıb

 

Prezident İlham Əliyev bu yaxınlarda Məhərrəm Əli oğlu Məmmədyarovun Azərbaycanda kimya elminin inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Dövlət mükafatı laureatı Məhərrəm müəllimlə müsahibəni oxuculara təqdim edirik

17 oktyabr 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan doğulub. 1939-ci ildə yeddiillik məktəbi tərifnamə ilə qurtararaq, Naxçıvan Pedaqoji texnikumuna daxil olub. 1941-ci ildə oranı bitirəndən sonra Culfa rayonunun məktəblərində müəllim işləyib.

M.Məmmədyarov məruzələrlə beynəlxalq və respublika səviyyəli konfranslarda çıxış edərək, ölkəmizi müxtəlif şəhərlərdə - Moskva, Leninqrad, Kiyev, Minsk, Riqa, Tbilisi, Alma-Ata, Düşənbə, Daşkənd və s. təmsil etmişdir. Alim elmi-tədqiqat işləri ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə bir sıra xarici ölkələrdə (Rusiya, Misir, Çexoslovakiya, Rumıniya, Meksika, Türkiyə, Fransa, ABŞ) elmi ezamiyyətdə olmuşdur. M.Məmmədyarovun fəaliyyətində pedaqoji fəaliyyəti mühüm yer tutur: 1967-1969-cu illərdə Ç.İldırım adına Politexnik İnstitutunda, 1973-1975-ci illərdə isə Naxçıvan Pedaqoji İnstitutunda üzvi kimya kursu üzrə mühazirələr oxumuşdur.

M.Məmmədyarovun rəhbərliyi ilə 20 namizədlik və 5 doktorluq dissertasiyaları müdafiə olunmuşdur. O, 200-dən artıq namizədlik və doktorluq dissertasiyalarının opponenti olmuşdur. 1989-cu ildə M.Məmmədyarov Azərbaycan EA-nın “Neft kimyası” ixtisası üzrə müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər AkademiyasmmKimya” ixtisası üzrə həqiqi üzvü seçilmişdir. 2001-ildən M.Ə.Məmmədyarov BDU-daKimya” ixtisası üzrə bakalavr dərəcəsi verən Dövlət Komissiyasının sədri olmuşdur. M.Məmmədyarov xidmətlərinə görə 14 dövlət mükafatına layiq görülüb.

- Məhərrəm müəllim, məşğul olduğunuz elm sahələri barədə məlumat verərdiniz...

- Elmi sahələrim bunlardır: üzvi kimya, neft-kimya sintezi, biotexnologiya. Akademik Y.H.Məmmədəliyev adına Neft-kimya prosesləri institutunda 1969-cu ildən bu günə kimi laboratoriya müdiri vəzifəsində çalışıram. Eyni zamanda 1972-ci ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə Naxçıvanda yaradılmış Elmi mərkəzə 1973-1979-cu illər arasında rəhbərlik etmişəm. Mikrobiologiya institutunun birinci direktoru olmuşam (1981-1994-cü illər).

- Biz sizi Böyük Vətən Müharibəsi veteranı kımi də tanıyırıq...

- 1943-cü ildə Kursk döyüşündə iştirak etmişəm. Nə deyim? Döyüşlər, yaralanma, səyyar hospitalda müalıcə, sıraya qayıtma, yenidən ağır yaralanma. Hospitalda 6 aylıq müalicədən sonra 1944-cü ilin yanvarında Sovet Ordusu sıralarından II qrup əlil kimi tərxis olundum. Vətən qarşısında öz müqəddəs borcumu şərəflə yerinə yetirdiyimə görə I dərəcəli Vətən müharibəsi ordeni və 11 medalla mükafatlandırılmışam.

- Məhərrəm müəllim, keçək sizin elmi fəaliyyətinizə...

- 1945-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti, BDU) qəbul olundum. Elmi-tədqiqat işlərinə həvəsim və kimya elminə olan maraqım məni Leninqrad Kimya-Texnologiya İnstitutunun aspiranturasına gətirdi. 1953-cü ildə namizədlik dissertasiyasını müdafiə etdim. Elə həmin il Bakıya dəvət olundum, Azərbaycan EA Kimya İnstitutunda elmi katib vəzifəsinə təyin edildim, 1955-ci ildə isə böyük elmi işçi vəzifəsinə keçirildim. Daha sonra uzunmüddətli elmi təcrübə keçmək üçün Moskvaya SSRİ Eimlər Akademiyası (EA) N.Zelinski adına Üzvi Kimya İnstitutuna göndərildim. Burada SSRİ EA-nın müxbir üzvü M.Şostakovskinin rəhbərliyi altında bir sıra tədqiqat işlərini yerinə yetirdim. 1957-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə üzvi kimya ixtisası üzrə baş elmi işçi elmi dərəcəsinə layiq görüldüm. Qeyd edim ki, keçən əsrin 50-ci illərin sonunda SSRİ hökumətinin qərarı ilə Bakıda kimya, neft kimyası, polimer materialları sənayesinin inkişafının geniş proqramı qəbul edilmişdionun yerinə yetirilməsi Azərbaycan EA-na həvalə olunmuşdu. O vaxtlar Azərbaycan Elmlər Akademiyasına neft-kimya sahəsində dünya şöhrətli alimimiz Y.H.Məmmədəliyev rəhbərlik edirdi. Bu qəqara müvafiq olaraq o zaman fəaliyyət göstərən 3 institutun: Kimya İnstitutunun, Azərbaycan EA Neft İnstitutunun və V.Kuybışev adına Neft Emalı Üzrə Elmi-Tədqiqat İnstitutunun bazasında indi Yusif Məmmədəliyevin adını daşıyan Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutu təşkil edildi. Bu institutda işləmək üçün Azərbaycan EA-nın o vaxtkı prezidenti Yusif Məmmədəliyev Azərbaycandan kənarda çalışan azərbaycanlı kimyaçıları ora dəvət edir. Bu dəvət olunanlar içərisində mən də var idim. Bir neçə nüfuzlu Moskva institutları tərəfindən müxtəlif təkliflər almasına baxmayaraq, heç bir tərəddüd etmədən Y.Məmmədəliyevin təklifıni qəbul etdim və 1959-cu ildə Bakıya qayıdaraq onun rəhbərlik etdiyi laboratoriyada baş elmi işçi vəzifəsində çalışmışam. 1970-ci ildə doktorluq dissertasiyasını müdafıə etdim. 1972-ci ildə “Neft kimyası və neft kimya sintezi” ixtisası üzrə professor elmi adı aldım.

- Bildiyimizə görə, siz hərbi sənaye üçün də işlər görmüsünüz...

- Keçən əsrin 60-cı illərində texnikanın intensiv inkişafı, ilk növbədə hərbi sahədə olan təlabat, sürtkü materiallarına olan tələbləri daha da gücləndirdi. Neft yağları bir çox hallarda bu tələblərə cavab vermirdi. Kimyəvi sintez yolu ilə yeni sürtkü yağları növlərinin yaradılması zərurəti ortaya çıxdı. Bununla əlaqədar olaraq dünyanm bir çox ölkələrində, o cümlədən keçmiş SSRİ-də yüksək keyfıyyətli sintetik yağların alınması sahəsində intensiv tədqiqatlar aparılırdı. Bütün bunları nəzərə alaraq Azərbaycan EA Y.Məmmədəliyev adına NKPİ-da 1969-cu ildə “Sintetik yağların kimyası və texnologiyası” laboratoriyası təşkil olundu və mən oraya rəhbər seçildim. Sovet İttifaqında və dünyanın bir sıra inkişaf etmiş ölkələrində istehsal olunan sintetik yağların mövcud vəziyyəti ilə tanışlıqdan sonra aydın oldu ki, perspektiv hərbi texnika üçün sənayedə istehsal olunan sintetik yağlar bir sıra xassələrinə görə hərbi spesifıkasiyanın artan tələblərinə kifayət qədər cavab vermir. Bu səbəbdən də laboratoriyanın tematikası məhz bu cür yağların yaradılmasına yönəldildi. Uzun illər ərzində aparılmış fundamental tədqiqatlar nəticəsində sintez yolu ilə 3 növ sintetik yağların əsası işlənib hazırlanmışdır: yeni yağlar bir sıra istismar parametrlərinə görə xaricdə və keçmiş SSRİ-də istehsal olunan nümunəvi analoqlarından heçgeri qalmırdı. Əldə olunan yağlar keçmiş SSRİ-nin bir sıra ixtisaslaşmış mərkəzlərində (əsasən Moskva, KievLeninqrad) laboratoriyalarında sınaqdan müvəffəqiyyətlə keçmişdir. Efir yağlarının istehsalı Ufa şəhərində təcrübə-sənaye miqyasında həyata keçirilmişdir.

- Məhərrəm müəllim, Naxçıvan elmi mərkəzinin (NEM) yaradılması barədə...

- Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə mən yeni təşkil olunmuş NEM-ə direktor təyin edildim, onun strukturunda aşağıdakı bölmələrin yaradılması nəzərdə tutulurdu: fızika, riyaziyyat, kimya, biologiya, iqtisadiyyat, tarix və etnoqrafıya. Bütün bölmələr ixtisaslı kadrlardan təşkil edilmiş, onların böyük bir qismi Bakı şəhərindən dəvət olunmuşdur. Elmi işçilərin, həmçinin aspirantların Bakının, Moskva və Leninqradın aparıcı elmi müəssisələrinə ezam edilməsi praktikası geniş tətbiq edilmiş, onlardan bir çoxu sonralar namizədlik və doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafıə etmişlər. Bütün bunlar ona gətirib çıxarmışdır ki, 80- ci illərdə NEM regional əhəmiyyətli problemlərin fundamentalpraktiki aspektləri ilə bağlı olan məsələləri həll etməyə qabil olan yaradıcı bir kollektivə çevrilmişdir. Ən mühüm nəticələr sırasına Darıdağ termal su mənbəyinin təbii qazından sənaye miqyasında istifadənin texnologiyasının işlənib hazırlanmasını aid etmək olar. Bu işə görə bir qrup müəlliflər, o cümlədən mən də 1980-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüşük. NEM alimləri tərəfindən itməkdə olan meyvə və dekorativ bitki növlərinin introduksiyası və Naxçıvan Nəbabət bağının yaradılması sahəsində də müəyyən nailiyyətlər əldə olunmuşdur. NEM-in yaradılması elmi tədqiqatların daha geniş aspektdə aparılması üçün stimul rolunu oynamışdır. Bütün bunlar nəticədə Naxçıvan şəhərində 2002-ci ildə Azərbaycan EA-nın fılialının yaradılmasına gətirib çıxarmışdır.

- Elm sahələrinizdən biri də biotexnologiyadır...

- Keçən əsrin 80-ci illərində dünyanın bir çox inkişaf etmiş ölkələrində mikrobioloji texnologiyanın kimyaneft-kimya sənayesinə intensiv şəkildə nüfuz etməsi baş vermişdir. Ümumi kimyəvi üsullarla alınması mümkün olmayanya çoxmərhələli yolla başa gələn bir sıra kimyəvi məhsullarm alınmasının biotexnologiyası işlənib hazırlanmışdır. Neft kimyası və neftçıxarma sahələrində də bu istiqamətdə böyük nailiyyətlər əldə olunmuşdur. Təəssüflə qeyd olunmalıdır ki, bu cür tədqiqatlar bizim respublikamızda, demək olar ki, aparılmamışdır. Bu səbəbdən də 1981-ci ildə Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə mən Mikrobiologiya sektoruna direktor təyin edildim. Təşəbbüsümlə sektorun tematikası o vaxtlar respublikada mikrobioloji sintez məhsulları istehsalının tamamilə olmadığı şəraitdə regional əhəmiyyətli mikrobioloji məsələlərin həllinə yönəldilmişdir.

Neft mikrobiologiyası sahəsində rəhbərliyimlə ilk dəfə neft laylarında mikrobioloji proseslərin modelləşdirilməsi həyata keçirilib. Alınmış nəticə mədən şəraitində sınaqdan keçirilmiş və “Azneft” tərəfindən tətbiq üçün qəbul edilmişdir. Bununla yanaşı, Abşeronun neftlə çirklənmiş torpaqlarından ayrılmış aktiv ştamların içərisindən kultural məhlulların səthi gərilməsini təxminən 3 dəfə aşağı salan ştamlar müəyyən edilmişdir ki, bu da həmin məhlullardan ağır neft qalıqlarmı yumaq üçün detergent kimi istifadə oluna bilər. Abşeronun neftlə çirklənmiş torpaqlarının biologiyasının tədqiqi torpaqların öz-özünü təmizləməsi prosesini intensivləşdirmək məqsədilə mikroorqanizmlərin biogeokimyəvi fəaliyyətinin tənzimlənməsinin elmi əsaslarını işləyib hazırlamağa imkan verdi. Neftlə çirklənmiş torpaqların bərpası üçün təklif olunmuş üsul keçmiş SSRİ-nin Xalq Təssərüfatı Nailiyyətləri Sərgisinin gümüşbürünc medalına layiq görülmüşdür.

Abşeronun lay sularından və sənaye müəssisələrinin dövrü su təchizatı sistemindən biokorroziya və biozədələnmə törədən mikroorqanizmlər ayrılmış və identifikasiya olunmuşdur.

Avadanlıqların su sistemində biobitisdən və biokorroziyadan müdafıəsi üçün bakterisid-inhibitorların kompleks preparatı təklif olunmuşdur ki, o da Rusiyanm, Ukraynanın, Moldovanın və Gürcüstanın bir sıra kağız-sellüloz və patka-nişasta sənaye müəssisələrində tətbiq edilir.

Ağacparçalayan bazıdil göbələklərin fermentlərinin sintezinin və sekresiyasının xüsusiyyətlərinin öyrənilməsi müxtəlif fızioloji aktiv maddələrlə zəngin olan yem əlavələrinin alınmasınm tullantısız biotexnologiyasının işləyib yaradılmasına gətirib çıxardı ki, bu da 1986-ci ildə Çexoslovakiyada keçirilən beynəlxalq sərgidə birinci dərəcəli diploma və qızıl medala layiq görülmüşdür.

Bundan başqa, Abşeronun şərabçılıq və yağ zavodlarının tullantılarından istifadə olunmaqla, mitsello göbələklərlə doymamış yağ turşularının biosintezinin idarə olunmasınm fızioloji- biokimyəvi aspektləri ətraflı tədqiq olunmuşdur. Tərkibində olein, qamma linoleinaraxidon turşuları olan lipidlərin alınmasının biotexnoloji üsulu işlənib hazırlanmışdır. Bundan əlavə, Abşeronun neftlə çirklənmiş torpaqlarından lipogen mikroorqanizmlərin aktiv ştamları da ayrılmışdır. Həmçinin, Gədəbəyin filiz yataqlarının mikroflorasının fızioloji- biokimyəvi xüsusiyyətlərinin və bakterial oksidləşmə proseslərinin optimallaşdırılmasının tədqiqi misin ayrılmasının texnoloji sxemini təklif etməyə imkan vermişdir. Proses Mərkəzi Geologiya Elmi-Tədqiqat İnstitutunun Bakı fılialı ilə istehsalatda sınaqdan keçirilmiş və nəticədə mis sulfatın suda məhlulu alınmışdır. Aparılan elmi işlərin səviyyəsini və region üçün praktiki əhəmiyyətini nəzərə alaraq, Nazirlər Kabineti 1994-cü ildə Mikrobiologiya bölməsinə institut statusunun verilməsi haqda sərəncam verdi. Həmin ildə alternativ müsabiqə əsasında aparılan seçkilərdə mən institutun ilk direktoru vəzifəsinə seçildim.

- Grant layihələriniz olubmu? Neçə elmi əsərin müəlliflsiniz?

- Mən 1998-2002-ci illərdə Molekulyar biologiyaBiotexnologiya institutu ilə birgə yerinə yetirilən “İNKO” Kopernikus qrantının müəlliflərindənəm. 2002-2004-cü illərdə “Göy-gölgölü ərazisində karbonkükürdün dövriyyəsində mikrobioloji proseslərin tədqiqi üzrə Rusiya-İsveçrə-Azərbaycan birgə qrantının və digərlərinin iştirakçısı olmuşam.

Tədqiqatlarımın nəticələri öz əksini 331 elmi əsərdə, o cümlədən 3 monoqrafiyada və 59 ixtirada tapmışdır. 1975-1980-ci illərdə zərif üzvi kimya üzrə SSRİ EA- nın Elmi Şurasının üzvü olmuşam, 1975-1980-ci illərdə Naxçıvan MR üzrə “Bilik” cəmiyyətinin sədri, ÜmumittifaqBilik” Cəmiyyətinin təftiş komissiyasının üzvü, RespublikaBilik” Cəmiyyətinin kimyabiologiya elmlərinin təbliği şöbəsinin sədrinin müavini, 1992-1993-cü illərdə “Neft kimyası” ixtisası üzrə namizədlik və doktorluq elmi dərəcələrinin verilməsi üzrə Y.Məmmədəliyev adına NKPİ-də İxtisaslaşmış Şuranın sədri vəzifələrində çalışmışam. 2004-cü ildən isə yuxarıda adı çəkilən Elmi Şuranın həmsədriyəm.

- Məhərrəm müəllim, maşallah, sizə uzaq başı 70 yaş vermək olar. Cavan qalmağınızın sirri nədədir? Nəsliniz, ailəniz barədə nə deyə bilərsiniz?

- Əslən Naxçıvan xanlarının nəslindənəm. Ana tərəfdən babam Abasqulu xan Kəlbəlixanov keçmiş Ordubad mahalının Yaycı kəndinin canişini olmuşdur. Həyat yoldaşım İzida xanım Məmmədyarova (İbrahimbəyova) texnika elmləri namizədidir, AMEA-nın Kimya Problemləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır, metalların korroziyası sahəsində mütəxəssisdir. Böyük oğlum Ayaz ailəsi ilə Moskvada yaşayır, tibb elmləri doktorudur, Rusiya Tibb Akademiyasının Pediatriya İnstitutunda şöbə müdiridir. Oğlum Elmar Kiyev Universitetinin beynəlxalq əlaqələr fakültəsini, SSRİ XİN-in Diplomatiya Akademiyasının aspiranturasını bitirmişdir, tarix elmləri namizədidir, Azərbaycanın xarici işlər naziridir. Üç nəvəm var - Zaurbəy, EminRiad...

- Sizin taleyinizdə Heydər Əliyevin rolunu necə qiymətləndirirsiniz?

- Həyatımda xalqımızın bu böyük oğlunun rolu əvəzsizdir. Tale bizi dəfələrlə bir araya gətirib. Heydər Əliyevi gənc yaşlarından tanımışam -1937-ci ildə mən Naxçıvan Pedaqoji Texnikumuna daxil olanda o artıq texnikumun üçüncü kursunda oxuyurdu, tələbələr arasında seçilirdi. Naxçıvanda işlədiyim illər ərzində Heydər Əliyev öz doğma diyarına iki dəfə təşrif buyurub. NEM-in fəaliyyətini daim nəzarətdə saxlayaraq köməyini əsirgəmirdi. Heydər Əliyev fəxr edirdi ki, o bu yolla doğma diyarına övladlıq borcunu qaytarır...

 

Lətif ŞAMXAL

 

İki sahil.- 2014.- 9 dekabr.- S.16.