Beynəlxalq hüququn norma və prinsipləri bütün

dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır

 

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsində rəsmi Bakının bu mövqeyini özündə əks etdirən fikirlər bir daha diqqətə çatdırılır

 

Ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlardan bəhs edən dövlət başçısı İlham Əliyev daim bu əminliyi də ifadə edir ki, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Ölkə Prezidentinin bu inamını şərtləndirən əsas amillər sırasında dövlətimizin müstəqil siyasəti xüsusi rol oynayır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır: “Bizim bu illər ərzindəki ən böyük uğurumuz ondan ibarətdir ki, müstəqillik yolundan dönməmişik. Müstəqillik sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaqdır.”

 

Ölkəmizin bu gün dünyada yerirolunun artması, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanması da bu gerçəkliyi təsdiqləyir ki, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. İqtisadi qüdrətini günbəgün artıran Azərbaycan regiondadünyada söz sahibi olduğunu təsdiqləyir. Bu gün ölkəmizin beynəlxalq aləmdə təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınması, hansısa bir iqtisadisiyasi layihənin Azərbaycanın iştirakı olmadan həyata keçirilməsinin mümkünsüzlüyü uğurlu siyasətin məntiqi nəticəsidir.

Azərbaycanın beynəlxalq arenada əldə etdiyi uğurlardan geniş bəhs edən dövlət başçısı İlham Əliyev ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini dünya miqyasında nüfuzunun göstəricisi kimi dəyərləndirərək bildirir ki, dövlətimiz beynəlxalq hüququ və ədaləti müdafiə edir. Dövlətin xarici siyasətinin proritet məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də dəyişməz mövqe müstəqil siyasətin, beynəlxalq hüquq normalarına hörmətlə yanaşmanın təsdiqidir. Ölkə Prezidenti İlham Əliyev bildirir ki, bizim mövqe ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqedir. Bu mövqedən bir addım da geri çəkilməyəcəyik.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevİkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsində ölkəmizin son on ildə qazandığı uğurları diqqətə çatdıraraq bir daha bu reallığı önə çəkmişdir ki, indiki şəraitdə xarici siyasət və təhlükəsizliyin təmin edilməsi, ilk növbədə, qüvvələr balansı və etibarlı müdafiə sistemi yaratmaq, milli mənafeləri qorumaq deməkdir. Bu mürəkkəb məsələnin həlli üçün milli lider dövlətin idarə edilməsi sənətinin bütün nüanslarına yiyələnməlidir. Bu baxımdan tale Azərbaycan xalqı üçün gözəl gələcək hazırlayıb. 2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hərtərəfli düşünülmüş fəaliyyət strategiyasını daha da zənginləşdirib. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində əldə olunan uğurlar dövlətimizə dünyanın 100-dən çox ölkəsi ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər yaratmağa, 155 ölkənin dəstəyini qazanmağa imkan verib. Hər bir qlobal məsələyə dair Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanaraq bəyan etdiyi prinsipial və birmənalı mövqeyi bu işdə böyük rol oynayıb.

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Məsələnin həllində möhkəm hüquqi bazanın mövcudluğuna baxmayaraq, dünyanın hələ də ikili siyasətdən əl çəkmək barədə düşünməməsi problemin nizamlanması prosesinin uzanmasına səbəb olur. İşğalçı ölkənin beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması və bunun qarşılığında ona qarşı hansısa təzyiqin göstərilməməsi daha böyük iddialarla yaşamasına stimul verir. Rəsmi Bakı daim bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağa müstəqillik verilməsi məsələsi qətiyyən müzakirə mövzusu ola bilməz. Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə və maksimalist, qeyri-realist, qeyri-qanuni yanaşmalardan imtina etsə, bu, onlar üçün də, sülh prosesi üçünbir o qədər faydalı olar.

Münaqişənin həllində ATƏT-in vasitəçilik missiyasını yerinə yetirməsinə baxmayaraq rəsmi Bakı bütün beynəlxalq təşkilatların potensialından səmərli istifadə etmək niyyətini hər zaman ortaya qoyur. İşğalçı Ermənistan və ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan dövlətinin digər beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəyə çıxarılmasını Minsk qrupunun vasitəçilik missiyasından imtina kimi dəyərləndirsələr də rəsmi Bakı bunun qeyd olunan məsələyə aidiyyəti olmadığını bildirir. Mövqe tarixi ədalətə, həqiqətlərə əsaslananda təbii ki, diplomatik mübarizədə də üstünlük qazanmaq asandır. Bu gün dünya haqqın, ədalətin kimin tərəfində olduğunu görürmövqeyini açıqlayır. Bir məqamı da xüsusi vurğulamaq istərdik ki, münaqişənin həllində dövlətin mövqeyi, xalqın iradəsi ilə yanaşı beynəlxalq dəstəyin rolu böyükdür. Dövlət başçısı beynəlxalq ictimaiyyətin məsələnin həllində fəal iştirakından geniş bəhs edərək bildirir ki, beynəlxalq təşkilatlarda qarşıya qoyduğumuz vəzifələrə çatmışıq.

Akademik Ramiz Mehdiyevinİkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsində faktlara istinadən bu məsələyə də xüsusi diqqət yönəldilir. Bildirilir ki, əgər demokratiyanın inkişaf etdirilməsi ABŞ üçün milli təhlükəsizlik məsələsidirsə, onda Azərbaycan üçünişğal altında olan ərazilər üzərində nəzarətin bərpa edilməsi milli təhlükəsizlik məsələsidir. Başqa sözlə desək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də demokratik dəyərlərin inkişaf etdirilməsi strategiyasının tərkib hissəsi olmalıdır. Qafqazdakı münaqişələr həll edilmədən bütövlükdə bu regionda səmərəli transmilli əməkdaşlığa nail olmaq mümkün deyil. ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi üzrə Minsk qrupunun həmsədri kimi, bu problemin həllində lazımi maraq göstərmir.

Minsk qrupuna həmsədr ölkələrin müxtəlif adlar altında işğalçı Ermənistana, Dağlıq Qarabağ separatçılarına maddi və mənəvi dəstək göstərdiklərini təsdiqləyən xeyli sayda faktlar sadalamaq olar. ABŞ Konqresinin hər il ölkələrə ayırdığı yardımlara diqqət yetirdikdə işğalçı Ermənistanın adının ön yerdə dayandığını görməmək mümkün deyil. Hər il ayrılan məbləğdə nəzərə çarpan artım da diqqətdən kənarda qalmır. Qeyd olunan məqalədə də bu faktlar açıqlanır. ABŞ 1992-ci ildən Ermənistana iki milyard dollardan artıq , Dağlıq Qarabağ separatçılarına isə 1998-ci ildən bəri 83 milyon dollardan çox maliyyə yardımı göstərib.

Bu fakt dövlət başçısı İlham Əliyevin çıxışlarında da daim bəyan edilir ki, dünyada Azərbaycana qarşı əks təbliğat kampaniyası həyata keçirən güclü erməni lobbisinin olduğunu unutmamalıyıq. O da məlumdur ki, ABŞ erməni lobbisinin ən güclü olduğu ölkələrdəndir. Baxmayaraq ki, bu gün Azərbaycan dövlətinin uğurlu daxilixarici siyasəti, diasporumuzun gücü sayəsində erməni lobbisinin bu ölkədə cərəyan edən proseslərə təsir imkanları azalıb, amma müstəqilliyimizin ilk illərində ölkəmiz haqqında mənfi rəyin formalaşmasında, ən əsası ədalətsiz 907-ci düzəlişin qəbul olunmasında erməni diasporunun rolu böyük olmuşdur. ABŞ rəsmiləri tərəfindən olunan etiraflar da akademik Ramiz Mehdiyevin məqaləsində xüsusi qeyd olunur. Etiraflarda bildirilir ki, erməni lobbisinin Konqresdə və Senatda mövqeləri güclüdür. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı təzyiq metodları tətbiq edilə bilmir.

Məqalədə problemin mahiyyəti də açıqlanır. Qeyd olunur ki, ABŞ ikili standartlar siyasəti apardıqca, bəzi ölkələrdə işğalı pislədiyi halda, başqa ölkələrdə buna nəinki göz yumduqca, hətta faktiki olaraq bu vəziyyəti təşviq etdikcə, başqa ölkələrin hökumətləri ilə razılaşdırmadan, onların milli mənafelərinə və qanunvericiliklərinə məhəl qoymadan hərəkət etdikcə onun səmərəli xarici siyasət həyata keçirməsinə heç bir güc- istər “yumşaq güc”, istərsə də “sərt güc” kömək etməyəcək.

Bu fikir hər zaman bəyan edilir ki, istər beynəlxalq təşkilatların hesabatları, istərsə də buya digər dövlətlərin müəyyən məsələlərlə bağlı mövqeləri onlara qarşı inamın hansı şəkildə formalaşmasında mühüm rol oynayır. Ədalətsiz və qərəzli yanaşma təbii ki, birmənalı qarşılanmayacaq və mövqeyə kölgə salacaq. Bu günə qədər bəyanatlarında Azərbaycanın mövqeyini dəstəklədiklərini bəyan edib, konkret məqam yetişəndə seyirçi mövqedə dayanmağa daha çox üstünlük verən ABŞ kimi dünyanın iri dövlətləri də özlərinə qarşı inam hissinin azalmasına səbəb olublar. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır. Yalnız bu halda ədalətli mövqedən danışmaq olar. Bu fikir də Azərbaycan dövlətinin bəyanatlarında öz əksini tapır ki, işğalçıya dəstək olmaq işğalçılıq siyasətini qəbul etmək deməkdir. Azərbaycanın öz xarici siyasətində önəm verdiyi bu prinsip hər zaman önə çəkilir: “Əgər kimsə fikirləşirsə ki, öz iradəsini bizə qəbul etdirə bilər, səhv edir. Biz ancaq bərabərhüquqlu, qarşılıqlı maraqlar, bir-birinin işinə qarışmamaq prinsiplərini qəbul edirik.”

 

Yeganə Əliyeva

 

İki sahil.- 2014.- 9 dekabr.- S.12.