Naxçıvanda Beynəlxalq
İnsan Hüquqları
Gününə həsr
edilmiş konfrans
Naxçıvan Şəhər Məhkəməsinin akt zalında “Miqrantların hüquqlarının müdafiəsi: dövlətdaxili və beynəlxalq standartlar” mövzusunda konfrans keçirilib.
AzərTAc
xəbər verir ki, tədbirdə
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Aparatının,
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Daxili
İşlər Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Ədliyyə Nazirliyinin, eyni zamanda, muxtar respublikada fəaliyyət göstərən
digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının,
kütləvi informasiya vasitələrinin
nümayəndələri, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Özəl
Universitetinin müəllim və tələbələri
iştirak ediblər.
Tədbiri
giriş sözü
ilə Naxçıvan Muxtar
Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Ülkər Bayramova açaraq
bildirib ki, 1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisində “İnsan
hüquqları haqqında Ümumdünya
Bəyannaməsi” qəbul edilib və Baş Məclisin 423 saylı qətnaməsi
ilə bütün ölkələrə Bəyannamənin qəbul edildiyi günü rəsmi
olaraq “Beynəlxalq İnsan
Hüquqları Günü”kimi qeyd edilməsi
tövsiyə olunub. Bu günün
qeyd edilməsinin əsas məqsədi dünya dövlətlərinin, xalqların və
millətlərin diqqətini bəşəriyyətin
inkişafının əsas amalı olan insan hüquqları, onun
müdafiəsi, bu hüquqlara
hörmət, o cümlədən insan hüquqları ideyasının daha geniş təbliğ
edilməsinə cəlb etmək və bu
istiqamətdə dünya ictimaiyyətinin
səylərini birləşdirmək, beynəlxalq əməkdaşlığa
nail olmaqdır.
Müvəkkil
vurğulayıb ki, XX əsrin
sonlarında müstəqilliyini yenidən bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün
inkişaf yolu kimi bəyan edən Azərbaycan Respublikası
BMT-nin “İnsan
hüquqları haqqında Ümumdünya
Bəyannaməsi”nə və
digər beynəlxalq konvensiyalara qoşulmaqla insan
hüquqları sahəsində beynəlxalq miqyasda
təsbit olunmuş prinsiplərə sadiqliyini nümayiş etdirdi.
“Ümummilli lider Heydər
Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş
Azərbaycan Respublikası Konstitusiyası özündə Ümumdünya Bəyannaməsinin əsas
müddəalarını əks etdirməklə
yanaşı, ölkədə demokratik, hüquqi islahatların həyata keçirilməsində
hüquqi baza olmuşdur”, - deyən Ülkər Bayramova qeyd edib ki,
insan hüquqları sistemində
əhalinin müxtəlif sosial
qruplarının hüquqları ilə yanaşı,
miqrantların hüquqları da mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə miqrasiya
prosesinin subyektləri olan
şəxslərin – əcnəbi və vətəndaşlığı
olmayan şəxslərin hüquq
və vəzifələri Azərbaycan Respublikasının
Konstitusiyasında öz əksini
tapıb. Ötən illər ərzində Konstitusiyada
təsbit edilmiş norma-prinsiplərə uyğun olaraq bu kateqoriyadan olan şəxslərin hüquqlarının tənzimlənməsi
istiqamətində müvafiq tədbirlər
həyata keçirilib.
Ombudsman bildirib ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət
siyasətinin prioritet istiqaməti kimi müəyyən edilən miqrasiya
proseslərinin tənzimlənməsi, bu
sahədə mövcud qanunvericilik
bazasının daha da
təkmilləşdirilməsi, səmərəli müdafiə
mexanizmlərinin yaradılması,
miqrasiya proseslərinin idarə
olunmasında yeni informasiya
texnologiyalarının tətbiq edilməsi, qeyri-qanuni
miqrasiyanın qarşısının alınması üzrə
tədbirlərin həyata keçirilməsi uğurla
davam etdirilir. Bu istiqamətdə
atılan ən mühüm addım isə
miqrasiya sahəsində dövlət siyasətinin
həyata keçirilməsi, miqrasiya
prosesləri və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi,
habelə əcnəbi və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan
Respublikasında hüquqi statusu
ilə bağlı normaları müəyyənləşdirən
2013-cü il avqustun
1-dən qüvvədə olan vahid sənədin –Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin qəbul edilməsidir.
Vurğulanıb ki, Naxçıvan Muxtar
Respublikasında da qanun
çərçivəsində miqrantların
hüquqlarının qorunması daim diqqət
mərkəzində saxlanılır, miqrasiya
prosesinin həyata keçirilməsi sahəsində
tədbirlər uğurla davam
etdirilir. Bu sahədə
dövlət siyasətini həyata keçirən müvafiq dövlət qurumu
- Naxçıvan Muxtar
Respublikasının Dövlət Miqrasiya
Xidməti yaradılıb.
Tədbirdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, qanunçuluq və
hüquq mühafizə orqanları ilə
iş şöbəsinin müdiri
Cəlil Rüstəmov “Naxçıvan Muxtar
Respublikasında miqrantların hüquqlarının həyata
keçirilməsində dövlət siyasətinin ümumi aspektləri” mövzusunda geniş məruzə
ilə çıxış edib. O bildirib ki,
müstəqil Azərbaycanın 1995-ci il
noyabrın 12-də qəbul edilmiş
Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə
yanaşı, insan hüquq
və azadlıqlarının təminatını dövlətin
ali məqsədi kimi ön plana
çıxarıb. Konstitusiyamızda insan
hüquq və azadlıqlarına geniş yer verilməsi Azərbaycan
dövlətinin özünün demokratik ənənələrinə, insan hüquqları ideyasına əməl etmək
istəyinin ifadəsidir.
Qeyd olunub ki,
Konstitusiyanın qəbulundan sonra Azərbaycanda
hüquqi islahatların keyfiyyətcə yeni mərhələsi başlanıb, dövrün tələblərinə cavab verən bir sıra yeni qanunvericilik aktları
hazırlanaraq qəbul edilib. 1996-1997-ci illərdə
Azərbaycan insan hüquq
və azadlıqlarının, demokratik təsisatların təminatı ilə
bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulub. Ulu öndər
Heydər Əliyevin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü
1998-ci il fevralın 10-da tamamilə ləğv
edilib, Azərbaycan bütövlükdə
Şərqdə bu qətiyyətli və
tarixi qərarı verən ilk ölkə olub.
Vurğulanıb ki, muxtar respublikada
da insan
hüquqlarının təminatı sahəsində görülən
tədbirlər təqdirəlayiqdir. Naxçıvan
Muxtar Respublikasında Konstitusiyanın qəbulu
və Ombudsman təsisatının
yaradılması, insan
hüquqlarının təminatı ilə bağlı Konstitusiya nəzarəti institutunun
formalaşdırılması, Naxçıvan Muxtar
Respublikası Vəkillər Kollegiyasının
yaradılması muxtar respublikada
insan amilinə verilən diqqətin bariz nümunəsidir.
Cəlil
Rüstəmov bildirib ki,
ölkəmizdə dünya təcrübəsinə
söykənən vahid miqrasiya
siyasətinin formalaşmasında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı
ilə hazırlanan və dövlətimizin
başçısının 2004-cü ildə təsdiq etdiyi “Dövlət Miqrasiya
Siyasəti Konsepsiyası” çox mühüm rol oynayıb. Həmin konsepsiyada
qarşıya qoyulmuş məqsədlərə
nail olmaq üçün hazırlanmış “Azərbaycan
Respublikasının 2006-2008-ci illər üçün
Dövlət Miqrasiya Proqramı” Azərbaycan
Prezidentinin 2006-cı il
25 iyul tarixli Sərəncamı
ilə təsdiq edilib. Proqramda əsas fəaliyyət
istiqamətləri olaraq miqrasiya
sahəsində idarəetmə mexanizminin
təkmilləşdirilməsi, bu sahədə
dövlət tərəfindən tənzimlənmənin səmərəliliyin
artırılması, aidiyyəti dövlət
orqanlarının miqrasiya sahəsində
fəaliyyətlərinin əlaqələndirilməsi, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi,
əmək miqrasiyası sahəsində kvotaların tətbiqi,
qeyri-qanuni miqrasiyanın
qarşısının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi,
eləcə də digər ölkələrin miqrasiya
qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq
nəzərdə tutulub.
“Naxçıvan Muxtar Respublikasında da miqrasiya proseslərinin tənzimlənməsi
dövlətin diqqət mərkəzində olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il
31 may tarixli Fərmanı
ilə Dövlət Miqrasiya Xidməti
yaradılıb və Əsasnaməsi təsdiq edilib. Qısa müddətdə
formalaşan bu xidmət
hazırda miqrasiya sahəsində dövlət
tənzimlənməsini həyata keçirir”,-
deyən Cəlil Rüstəmov bildirib ki, Naxçıvan Muxtar
Respublikasının Dövlət Miqrasiya
Xidməti miqrantların hüquqlarının qorunması, daha dəqiq ifadə etsək, bu sahədə qanunvericiliyin
icrası istiqamətində mühüm
işlər görməkdədir. Bu Xidmətin
fəaliyyəti üçün
yaradılan şərait isə işlərin keyfiyyətlə
qurulmasına imkan yaradır.
Konfransda Naxçıvan Muxtar
Respublikası Dövlət Miqrasiya Xidmətinin
rəisi, üçüncü dərəcəli
dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov
“Naxçıvan Muxtar Respublikasında miqrasiya prosesinin və bu sahədə yaranan
münasibətlərin tənzimlənməsi” mövzusunda
çıxış edib. Bildirib ki, bu gün
Dövlət Miqrasiya Xidməti fəaliyyətini
beynəlxalq standartlara uyğun
şəkildə qurmağı bacarıb. “Naxçıvan
Muxtar Respublikasında dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin
təşkili haqqında” Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin
2011-ci il 15 iyul tarixli Fərmanına uyğun
olaraq Naxçıvan Muxtar
Respublikası Dövlət Miqrasiya Xidmətinin
rəsmi internet saytında xüsusi
elektron xidmət bölməsi
yaradılıb. Hazırda istənilən şəxsin elektron xidmət bölməsindən maneəsiz,
sərbəst istifadəsi, həmçinin elektron
qaydada qəbul edilən sənədlərə
qanunvericiliklə müəyyən edilmiş
qaydada və müddətdə
baxılması təmin edilir.
Fazil Ələkbərov qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq
Naxçıvan Muxtar Respublikasında sərhəd
buraxılış məntəqələrində miqrasiya bölmələri yaradılıb.
Ölkəyə gələn əcnəbi və vətəndaşlığı
olmayan şəxslərin öz
hüquq və vəzifələrini bilmələrini təmin etmək məqsədilə
maarifləndirmə işinə diqqət artırılıb. Sədərək, Culfa,
Şahtaxtıda və Naxçıvan Beynəlxalq Hava Limanında yaradılmış miqrasiya bölmələrində
quraşdırılmış elektron
köşklər vasitəsilə ölkəyə giriş edən əcnəbilər və vətəndaşlığı
olmayan şəxslərə qanunvericiliyin müddəaları müasir formada
çatdırılır. Bununla
yanaşı, əcnəbi və vətəndaşlığı
olmayan şəxslərin
rahatlığını təmin etmək məqsədilə
sərhəd buraxılış məntəqələrində
onların olduğu yer
üzrə qeydiyyatı aparılır.
Naxçıvan
Muxtar Respublikası Prokurorluğunun
hüquqi təminat və informasiya
şöbəsinin rəisi Faiq Səfərov
“Qanunsuz miqrasiya ilə
mübarizənin cinayət-hüquqi aspektləri” mövzusunda məruzəsində konfrans iştirakçılarına miqrasiya ilə bağlı mövcud
qanunvericilik bazası barədə ətraflı
məlumat verib.
Daha sonra məruzələr ətrafında
Naxçıvan Muxtar Respublikası əmək
və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyevin, Naxçıvan Muxtar Respublikası Daxili
İşlər Nazirliyinin insan
alverinə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Namiq Seyidovun,
Naxçıvan Sərhəd Diviziyasının sərhəd
nəzarəti bölməsinin
rəisi Əhməd Abbasovun
çıxışları olub.
İki
sahil.- 2014.- 11 dekabr.- S.11.