Gənclərin
inkişafı üçün
ölkəmizdə
lazımi şərait yaradılıb
Bakı Beynəlxalq Tələbə Klubunun (BBTK) rəhbəri Aysəba Umutlu bildirir ki, hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılıb. Prezident İlham Əliyevin qərarları ilə yaradılan çoxsaylı gənclər mərkəzlərinin və evlərinin açılışı xüsusi qeyd edilməlidir.
- Aysəba xanım, dövlətimizin həyata keçirdiyi gənclər siyasəti barədə fikirləriniz oxucularımız üçün maraqlı olar.
- Azərbaycan
dövlətinin gənclər siyasətindən
danışarkən Prezident İlham Əliyev tərəfindən 2005-ci
ildə imzalanmış “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə”
və 2011-ci ildə imzalanmış “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” dövlət proqramları xüsusi qeyd edilməlidir. Son 10 ildə dövlət tərəfindən gənclər
siyasətinin davam etdirilməsi üçün ayrılmış büdcənin
dəfələrlə artırılması, bu
illər ərzində gənclər təşkilatlarının
sayının 51-dən 250-yə çatması, gənclərin
perspektivlərinin qiymətləndirilməsi, onların təşəbbüslərini və ictimai
fəallığını stimullaşdırmaq məqsədi
ilə onların layihələrinə ayrılmış
maliyyə vəsaitlərinin 40 dəfəyədək yüksəlməsi
və digər uğurlar, əslində,
irəliyə doğru bir
sıçrayışdır. Azərbaycan
gənclərinin dünyanın ən tanınmış ali məktəblərində dövlətin dəstəyi
ilə təhsil almaları, ixtisaslı kadrlar
kimi ölkə iqtisadiyyatının
qüdrətlənməsində fəaliyyət göstərməsi
dövlətin bu sektora
olan etibarının nəticəsidir. Gənclərimizi xarici ölkələrin ali
təhsil müəssisələrinə göndərməklə
Azərbaycanın ölkə sərhədlərindən kənarda
tanınması və təbliği üçün
zəmin yaradan ulu
öndərin ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən həyata
keçirilir. İndi
həmin kadrlar ölkəmizin inkişafının
qüdrətlənməsində təcrübəli mütəxəssislər
kimi çalışırlar. Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə
əldə etdiyi uğurları müəyyənləşdirilmiş
düzgün siyasət və
strategiyanın uğurlu addımları kimi dəyərləndirən gənclər
dövlətin onlara göstərdiyi diqqəti
əməli fəaliyyətləri ilə doğrultmaqla,
əsl vətəndaşlıq məsuliyyətlərini
ölkənin ictimai siyasi
həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər.
- Rəhbərlik etdiyiniz təşkilatı necə oldu ki, yaratdınız?
- Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) Beynəlxalq Avrasiya Mətbuat Fondunda könüllü çalışan bir qrup gənc tərəfindən 2006-cı ildən fəaliyyətə başlayıb. BBTK Azərbaycanda məhz əcnəbi tələblərlə işləyən bir qurumun olmaması zərurətindən təsis edildi. Ölkələrarası mədəni və mənəvi dəyərlərin inteqrasiyası, ictimai-siyasi həyatda baş verən hadisələr, ölkənin sosial-iqtisadi inkişafı haqqında real və dolğun informasiyaların Azərbaycanda təhsil alan xarici tələbə-gənclərə çatdırılması, qloballaşan dünyada terrora qarşı mübarizə, sülhün və əmin-amanlığın qorunması üçün tələbələrin beynəlxalq həmrəyliyinə nail olunması və bu istiqamətdə müxtəlif layihələr həyata keçirilməsi məqsədilə Bakı Beynəlxalq Tələbə Klubu fəaliyyətə başlamışdır. Bu təşkilat Azərbaycanda təhsil alan əcnəbi tələbələrin bir şəbəkəsi olsada məqsəd Azərbaycanlı və əcnəbi gənclər arasında dialoqun formalaşdırılması, xarici tələbələrin azərbaycan cəmiyyətinə inteqrasiya olunaraq ikinci vətəni hesab etməsinə də xidmət edir.
- Bakı Beynəlxalq Tələbə Klubunun əsas məqsədi nədən ibərətdir?
-
BBTK-nın əsas məqsədi Xarici tələbələrin
cəmiyyətimizə inteqrasiyasına kömək etmək,
Azərbaycanın tarixi, mədəniyyəti
haqda obyektiv
informasiyanı Azərbaycanda oxuyan xarici tələbələrə
çatdırmaq, qarşılıqlı mədəni, elmi və təcrübə mübadiləsinə
nail olmaq, BBTK-nun üzvü olan
xarici tələbələrin problemlərinin
həllinə yardımçı olmaq, Azərbaycanda
təhsil almış xarici tələbələrlə
yaxın əlaqələrin qurulması, dünyanın digər
ölkələrində fəaliyyət
göstərən tələbə gənclər təşkilatları
ilə əlaqələr qurmaq, onlara Azərbaycan gəncləri
və tələbələri haqda məlumat
vermək, Azərbaycan və xarici gənclərin
asudə vaxtlarının səmərəli təşkili,
üzvlərin təmsil etdiyi ölkələrin
reallıqlarının nümayişi və
təbliği üçün tədbirlər
və görüşlərin təşkilidir.
- Hansı layihələri həyata keçirmisiniz?
-
Qarşıya qoyulan məqsədlərə
nail olmaq üçün BBTK bir
sıra layihələr həyata keçirmişdir.
23 fevral 2007-ci ildə BBTK Xocalı
soyqırımı qurbanlarının anım gününə
həsr olunmuş “Terrora
yox deyək!” mərasimi keçirmişdir. Mərasim iştirakçılarının
dünya ictimaiyyətinə, beynəlxalq qurumlara, beynəlxalq tələbə
klublarına müraciəti qəbul olunub.
Bundan başqa, ən qədim bayramımız olan “Novruz” Bayramında Azərbaycanın
milli adət-ənənələri, tarixi keçmişi, tarixi abidələri, milli
mətbəxi, musiqisi və s. barəsində məlumatlandırılması
və bu yolla xaricdən
olan tələbələrə Azərbaycan
həqiqətlərinin olduğu kimi çatdırılması, gördükləri
və əldə etdikləri
informasiyaları doğma ölkələrinə
qayıtdıqdan sonra da
yaymaları üçün “Novruz həftəsi”
adlı layihə həyata keçirib. Xarici tələbələrlə
sıx əlaqələrin qurulması və onların BBTK ətrafında
birləşməsini təmin etmək üçün
Bakı Slavyan Universiteti,
Xəzər Universiteti, Turizm
Universiteti və s.
universitetlərlə əməkdaşlığa nail olmuşdur. Bakı
Beynəlxalq Tələbə Klubunun ən
böyük layihələrindən biri 2008-ci ilin dekabr ayında həyata keçirilən Geriye yurda doğru
devizi altında “Qaçqın və məcburi
köçkün probleminə yeni bir yanaşma”
layihəsidir. Bu layihə çərçivəsində
dünyanın müxtəlif ölkələrindən
xüsusən Avropa ölkələrindən
18 gənc və yerli gənclərimizlə
bərabər 25 gəncin Qarabağın sərhəd
rayonlarınasəfəri təşkil olunmuşdur.
Digər böyük layihəmiz Azərbaycan
Respublikası Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə 2011-ci ildə
Azərbaycanda Təhsil Alan Əcnəbi Tələbələrin
birinci ümumrespublika
forumu idi. Bu forumun ikincisinin
keçirilməsi nəzərdə tutulur. Bakı Beynəlxalq Tələbə
Klubunun ən son və
böyük marağa
səbəb olan layihəsi Gənclər Fondunun
Maliyyə dəstəyi ilə Azərbaycanda Təhsil Alan Əcnəbi Tələbələr
arasında birinci Azərbaycan dili olimpiadası oldu. Burada Azərbaycan dilində ən yaxşı
dil biliklərinə malik
əcnəbi tələbələr
mükafatlandırıldılar.
- Beynəlxalq tələbə mübadiləsinə təşkilatınız hansı səviyyədə yardımçı ola bilir?
- Klubumuz həm də
Avropanın ən nüfuzlu gənclər
təşkilatlarından biri olan Erasmus Tələbələri
Şəbəkəsinin Azərbaycanda nümayəndəliyidir.
Bu təşkilat Erasmus
və Erasmus mundus
proqramı ilə mübadilə olunan tələbələrlə
işləyir. Erasmus Tələbə Şəbəkəsi Beynəlxalq
Bakı Tələbə Klubu ilə eyni məqsədlərə yönəlik
işlər gördüyü, Avropa gənclərinə açılan bir təşkilat olduğu
üçün bizim
təşkilat onların üzvlüyünə nail olmuşdur.
- Gələcək planlarınız nədən ibarətdir?
- Gələcəkdə
ilk öndə öz
fəallığı ilə seçilən xarici
tələbələri Bakı Beynəlxalq Tələbə Klubunun fəaliyyətinə cəlb edəcəyik.
Çalışacağıq ki, gələcəkdə
tələbə şəbəkəmizi daha
da genişləndirək, koordinasiya
işlərimizi gücləndirək.
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha
yaxşı çatdırmaq üçün
xarici tələbələrin ölkəmizin
müxtəlif bölgələrinə, o
cümlədən qaçqın və məcburi
köçkünlər məskunlaşan qəsəbələrə,
cəbhəyanı rayonlara ardıcıl
səfərlərini təşkil etməyi nəzərdə tutmuşuq.
Orxan Vahidoğlu
İki sahil.- 2014.- 20 dekabr.- S.29.