Ömrün gözəl illəri
Ömür
- gün axar çaylar kimi ötüb gedir... Ömürdən
ötən illər o zaman gözəl olur ki, onu faydalı
işlərə, qurub yaratmağa həsr edirsən. O da zəhmətkeş
ailədə doğulub boya - başa çatdığı
üçün yeniyetməlik çağlarından işə
- zəhmətə qatlaşıb. Orta məktəbdə əla
qiymətlərlə oxusa da, gələcəkdə təhsilini
davam etdirmək kimi bir fikri də olmayıb. Çünki
işə - zəhmətə vurğunluq onun canında -
qanında idi. Hər səhər
gözünü açıb ata - anasını işə
gedən görmüşdü. Düzdür,
Səlahəddin kişinin ailəsinin günü - güzəranı
yaxşı idi. Övladları erkən
yaşlarından özlərini ehtiyac üzündən işə
həsr etməmişdilər. Onsuz da bu ailənin
süfrəsi ruzili - bərəkətli idi, bu evin təknəsindən
çörəyi əskik olmurdu. Bu ocaqda Tanrı bərəkəti
vardı...
Səlahəddin Həsənov özü
sovxozda rəhbər vəzifədə işləyirdi,
ömür - gün yoldaşı, “Qəhrəman ana” Cəmafər
xanım isə Çiləgir kənd feldşer məntəqəsinin
müdiri vəzifəsində çalışırdı. Çiləgir kəndində hamı ona “Cəmafər
ana” deyə müraciət edir. Ona görə
yox ki, o, çoxuşaqlı anadır. Ona görə
ki, Çiləgir kəndində hər yeni doğulan uşaq
öz doğma anaları ilə yanaşı Cəmafər
xanımın da nəfəsini duyur, hiss edirdi. Cəmafər
ana sağlam doğulub böyüyən uşaqlara baxanda
özünü bəxtəvər sanırdı. Təkcə doğmalar deyil, yadların
uşaqları da onu çox istəyirdilər, başına pərvanələr
kimi dolanırdılar. Qəlbi, varlığı nurdan
yoğrulmuş ana adının gözəlliyinə baxın!
Uzun illər həkim işləmiş Cəmafər ana
indi yaşlaşıb, çoxdan təqaüdə
çıxıb, o uşaqlar da böyüyüb, hərəsi
bir iş, vəzifə sahibi olub. Bu gün də
onu özlərinin mənəvi anası kimi xoş hisslərlə
xatırlayırlar. Əlbəttə, qəlbi
təmiz, ürəyi düz analar özgəsinin balasına
övlad gözü ilə baxanda Tanrıya da xoş gəlir.
Tanrı da bu halallığa görə belə
anaların övladlarını mükafatlandırır.
... Hikmət Həsənov Səlahəddin kişi ilə Cəmafər ananın
dünyaya gətirdiyi on övladından - üç
bacının yeddi qardaşından biridir. Özü
də Tanrı haqqını, halal ata - ana haqqını
bütün ruhu ilə varlığında
yaşadanlardandır. Onun orta məktəbdə
dərslərini əla qiymətlərlə oxuması müəllimlərinin
diqqətindən yayınmırdı. Valideynlərinə
tövsiyə etmişdilər ki, onun təhsilini davam etdirməsi
qayğısına qalsınlar. Elə də
oldu. Hikmət Həsənov 1984 - cü ildə Qusar
şəhərindəki bir sayli orta məktəbi bitirdikdən
sonra ali təhsil almaq üçün
Bakıya gəldi. İmtahanlardan müvəffəq
qiymətlər alıb Azərbaycan İnşaat Mühəndislər
İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat
Universiteti) qəbul olundu. Həmin dövrdə
Sovet ordusunda əsgər çatışmazlığı
mövcud idi. O səbəbdən də institutun əyani
şöbəsinə qəbul olunmasına baxmayaraq, onu hərbi
xidmətə çağırdılar. İki illik əsgəri
borcunu verdikdən sonra yenidən ali təhsilini
davam etdirməyə başladı. Tələbə
olduğu vaxtlarda elmi işlərə sonsuz maraq göstərirdi.
Tələbə Elmi Cəmiyyətinin fəal
iştirakçılarından sayılırdı. İnstitutda oxuduğu müddətdə o
dövrün ən böyük tələbə təqaüdü
sayılan “Lenin təqaüdü”nə layiq
görülmüşdü.
Elmi biliklərlə öz hafizəsini zənginləşdirən
Hikmət Həsənov 1991 - ci ildə institutu fərqlənmə
diplomu ilə bitirib, təyinatla “Neft Daşları” Neft - Qaz
Çıxarma İdarəsinə (NQÇİ) göndərilib. Gənc
mütəxəssis kimi NQÇİ - nin
Əsaslı tikinti şöbəsində mühəndis vəzifəsinə
təyin olunub. Cəmi üç il
işlədikdən sonra həmin şöbədə rəis
müavini vəzifəsinə irəli çəkilib. Orada on
il çalışdıqdan sonra “Azneft”
İB - nin idarəetmə aparatında Stasionar platformaların
tikintisi, istismarı, təmiri və korroziya ilə mübarizə
üzrə istehsalat şöbəsinə rəis müavini vəzifəsinə
irəli çəkilmişdir. Onun ardınca
“Azərdənizneftinşaat” trestinin baş mühəndisi vəzifəsinə
yüksəlmişdir.
“Azərdənizneftinşaat” və “Xəzərdənizneftqaztikinti”
trestlərinin bazasında yeni “Neftqaztikinti” tresti
yaradıldıqdan sonra o, trestin Hidrotexniki qurğuların tikintisi
üzrə müdir müavini və bir neçə ildən
sonra həmin trestin baş mühəndisi vəzifəsinə
təyin olunmuşdur. Daha sonra trestin 7 saylı
Tikinti Quraşdırma İdarəsinin rəisi vəzifəsində
çalışmışdır. Hal -
hazırda isə ARDNŞ - in “Qaz İxrac” İdarəsi rəisinin
tikinti üzrə müavini kimi əmək fəaliyyətini
davam etdirir.
İllərlə müxtəlif rəhbər vəzifələrdə
çalışan Hikmət müəllim söhbət
zamanı dedi:
- Doğrudan da insan ən böyük səadətinə
sevdiyi işlə məşğul olanda çatır. Ali təhsilimi bitirib təyinatla “Azneft” İB - yə
göndəriləndə birliyin rəhbərliyi tərəfindən
mənə idarə aparatında işləmək təklif
olunmuşdu. Amma mən çətin və
peşəkar neftçi əməyini daha üstün
tutduğumdan “Neft Daşları”nda işləməyə qərar
verdim. Ömrümün dənizdən
başlanan yolu məni əsl həyat məktəbinə aparmışdı.
Orada çalışdığım illərdə
neçə - neçə fırtınalar, qasırğalar
görsəm də, heç zaman çətinliklərdən,
təhlükələrdən qorxub çəkinmədim.
Dənizin üzü dönəndə insanı vahimələndirsə
də, sakit, küləksiz havada çox romantik olur... Bu gün quruda işləyirəm, amma
ömrümün dəniz qoynunda keçən illərini
heç zaman unuda bilmirəm. Dənizdə
çalışdığım çağlar
ömrümün ən gözəl illəri idi.
Bəli, indi o illər arxada qalıb. Amma mənalı ömrün örnək səhifələri,
Hikmət müəllimin dəniz qoynundakı danılmaz xidmətləri
unudulmur. Ötən əsrin 90 - cı illərinin əvvəllərində
“Neft Daşları”nda güclü küləyin və
qasırğalı havanın təsirindən estakada və
meydançaların bir çoxunda uçma və
dağılmalar baş verdi. Çoxlu sayda neft - mədən və
yığım texnoloji xətləri qırıldı.
Nəticədə hasilat, demək olar ki, tam
dayandırıldı. Çətin şəraitdə,
qısa bir zamanda qarşıda mövcud kommunikasiyanı, vacib
estakada və meydançaları bərpa etmək kimi təxirəsalınmaz
vəzifə dururdu.
... Bərpa dövründə “Neft
Daşları” böyük bir tikinti meydançasına
çevrilmişdi. Tikinti idarələrinin
hamısı bərpa işlərinə cəlb olunmuşdu.
Hikmət müəllim belə gərgin aylarda
gecəsini gündüzünə qatıb
çalışırdı. Çəkilən
gərgin zəhmət hədər getmədi. Üç - dörd ay müddətinə neft
hasilatı tamamilə bərpa olundu. Yatağın
qalıq neft ehtiyatının çıxarılmasının
texniki - iqtisadi əsaslandırılması işləndi.
Bu istiqamətdə görülən işlər
əsasən yeni sualtı xətlərin çəkilməsindən,
mövcud estakada və meydançaların əsas istiqamətlərinin
bərpasından, bir sıra texnoloji obyektlərin, 3 - 4
saylı KS - lərin və onlarca yeni obyektlərin tikintisindən
ibarət idi.
Bərpa işəri həyata keçiriləndən
uzun müddət sonra - 1999 - cu ildə dənizin 50 metr dərinliyində
beş dayaq blokundan ibarət 1887 saylı
DSP - nin tikintisinə başlanıldı. Üzən
qazma qurğusundan qazılmış dörd ədəd quyu
istismara verildi. Bundan əlavə, 28 quyunun
qazılması üçün nəzərdə tutulan
platforma da tikilərək istismara verildi.
“Neft Daşlar”nın şimal - şərq
qanadında tikilmiş 1887 saylı DSP - dən
qazılmış quyuların göstəriciləri bu sahədə
yeni platformaların tikintisinin perspektivliyinə yol
açdı. Hikmət Həsənov 2007 - 2011 - ci illər ərzində
“Neftqaztikinti” trestinin Hidrotexniki qurğuların tikintisi üzrə
müdir müavini vəzifəsində çalışarkən
“Neft Daşları” yatağında yeni inşa olunan 2415, 2387,
2521 və 2585 saylı DSP - lərin, daha sonra isə ARDNŞ -
in dəniz obyektlərində - əsasən “Neft
Daşları”, “28 May”, “N.Nərimanov”, “Abşeronneft”
NQÇİ - lərin, “Xəzərdənizneftdonanma” İdarəsinin
sifarişi ilə dənizlə yanaşı, sahil
zonalarında yerləşən bütün hidrotexniki və
texnoloji qurğuların tikintisinə, eyni zamanda təmir
işlərinə rəhbərlik etmişdir.
Həmin dövrlərdə bir sıra böyük
kapital tutumlu obyektlərin, o cümlədən;
- “Günəşli” yatağında əlavə 6
istismar quyusunun qazılması üçün 11 saylı DSP
- nin genişləndirilməsi,
- “Günəşli” yatağında 4 saylı DSP - də
alçaq təzyiqli KS - in tikintisi,
- “Günəşli” yatağında 6, 8, 11, 14, 19
saylı DSP - lərdə əlavə quyuların
qazılması ilə əlaqədar yenidənqurulması,
- “Günəşli” yatağında 2,3,4,5, 10, 14, 19
saylı DSP - lərdə kompleks əsaslı təmir,
- “Günəşli” yatağında DSP - lər
arası sualtı xətlərin çəkilməsi,
- “Ümid” yatağında ilk DSP - nin
tikintisi,
- Qazın yığım və nəql sisteminə aid
DSP - 4 , DDÖ - 14, Neft Daşları - Bahar - Qum, Bahar - Qum -
Hövsan sahələrarası 500 mm- lik ümumi uzunluğu140
km olan sualtı qaz xətlərinin çəkilməsi,
- Dəniz yataqlarında kilometrlərlə
estakadaların tikintisi, təmiri və s. onlarca mühüm
işlərin həyata keçirilməsinə rəhbərlik
etmişdir.
2011 - 2013 - cü illərdə isə “Neftqaztikinti”
trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsinin rəisi
işlədiyi dövrdə “Neft Daşları”nda müasir
dünya standartlarına cavab verən 6 qaz turbin mühərrikli
elektrik stansiyasının tikintisinin yüksək keyfiyyətlə
başa çatdırılmasına rəhbərlik
etmişdir.
Hikmət Həsənov, demək olar ki, gənc
yaşlarından keçib gəldiyi vəzifə pillələrində
hər zaman məsuliyyətlə və vicdanla işləmişdir.
Harada, hansı vəzifədə
çalışmasından asılı olmayaraq, həyatın
hər cür sınaq və çətinliklərinə sinə
gərmişdir. Bu gün də “Qaz
İxrac” İdarəsi rəisinin tikinti üzrə müavini
kimi irili - xırdalı layihələrin həyata
keçirilməsində öz bilik və
bacarığını əsirgəmir. Ötən
ilin və başa çatmaqda olan 2014 - cü ilin tikinti - təmir
proqramları üzrə böyük həcmdə layihələrin
həyata keçirilməsində də Hikmət müəllimin
əməyi danılmazdır. İdarənin
2013 - 2016 - cı illər üzrə ARDNŞ tərəfindən
təsdiq olunmuş tədbirlər proqramında nəzərdə
tutulan işlər beynəlxalq standartların tələblərinə
uyğun təhlükəsiz və yüksək keyfiyyətlə
yerinə yetirilir. O cümlədən, əsaslı
tikinti üzrə “Qazıməmməd - Qazax” magistral qaz kəmərinin
0 - 210 kilometrlərarası hissəsində tikinti işləri
uğurla davam etdirilir. Eləcə də əsaslı təmir
proqramına uyğun olaraq, 2014 - cü ildə 100 km - dən
artıq magistral boru xətləri təmir olunaraq istismara
verilir və bu yöndə də işlər layihə - smeta
sənədlərinə uyğun müvəffəqiyyətlə
icra olunur.
Hikmət Həsənov öz əmək
yolunu bu gün də şərəflə davam etdirir. Onun əməyi dövlətimiz tərəfindən
yüksək qiymətləndirilmişdir. O, neft - qaz sənayesindəki
xidmətlərinə görə “Tərəqqi” medalı ilə
təltif edilmişdir. Əlbəttə,
insanın zəhmətinə qiymət veriləndə
qürur doğurur, daha yaxşı işləməyə ruhlandırır.
Hikmət müəllim təcrübəli,
məsuliyyətli və intizamlı rəhbər işçi
olmaqla bərabər, həm də gözəl ailə
başçısıdır. Onun
keçdiyi həyat yolu rəhbərlik etdiyi sahədə
çalışan gənclərlə yanaşı, öz
övladları üçün də bir örnəkdir.
Həzi Həsənli,
Azərbaycan
Yazıçılar
Birliyinin
və Jurnalistlər Birliyinin üzvü
İki
sahil.- 2014.- 26 dekabr.- S.19.