Narkomaniya qlobal fəlakətdir

 

İnsanın sağlamlığını qorumaq, onu fiziki əzablardan xilas etmək mühüm, xeyirxah işdir.

 

Ümummilli lider Heydər Əliyev

 

Bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır.

Yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.

Nəsimi rayonunda fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon komissiyası narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi antinarkotiktəbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətini 2013-cü il ərzində daha da gücləndirmişdir.

Komissiya öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli, 2966 saylı Sərəncamı ilə təsdiq edilmiş, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı rəhbər tutmuşdur.

Belə ki, il ərzində ayda iki dəfə rayonun 31 ümumtəhsil məktəbində bir çox profilaktiki işlər aparılmışdır. Məktəblilər və yeniyetmələr arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə 30 mövzuda inşa yazıları və dəyirmi masalar, 20 mövzuda diskusiyalar, 23 mövzuda rəsm müsabiqələri keçirilmişdir.

Bundan əlavə, “2 fevral - Azərbaycan Gənclər günü” münasibəti ilə 30 yanvar 2014-cü il tarixdə 164 N-li tam orta məktəbdə “Gənclik ömrün baharıdır” adlı bədii əyləncəli tədbir təşkil edilmiş, tədbirdə gənclərin ötən dövr ərzində qazanılmış nailiyyətlərindən, gənclər siyasəti və idman sahəsində görülən işlərdən söhbət açılmış, fərqlənmiş bir qrup gənc diplom və müxtəli hədiyyələrlə təltif olunmuşlar.

Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə şagirdlər arasında müsabiqələr, bilik yarışları, idmanın ayrı-ayrı növləri üzrə yarışlar və tarixi əhəmiyyətli yerlərə ekskursiyalar təşkil edilmiş, müharibə veteranları, Ağsaqqallar Şurasının nümayəndələri, alimlər, pedaqoqlarpsixoloqlarla görüşlər keçirilmişdir.

Belə ki, hər ay məktəblərdə basketbol, futbolmini futbol, həndbol, valeybol, kütləvi yürüş, şahmat-dama, güləş, karate yarışları keçirilmişdir.

Komissiyanin üzvləri narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerlərində, işlədiyi və təhsil aldığı ərazilərdə olmuş, azyaşlılar və gənclərlə maarifləndirmə işləri aparmışdır.

Gənclər arasında narkomaniyanın qarşısının alınması və gəncləri digər neqativ hallardan uzaq tutmaq üçün maarifləndirmək məqsədilə Bakı Asiya Universitetində, Bakı Slavyan Universitetində, Tibb Universitetində, Azərbaycan Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında, Rəssamlıq Kollecində 2013-cü ildə 17 mövzuda dəyirmi masa, 20 mövzuda elmi praktik seminarkonfranslar keçirilmişdir.

“Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların ləğvi” üzrə komissiyaya daxil olmuş məktublara və icra vərəqələrinə baxılaraq, komissiya üzvləri tərəfindən vətəndaşlardan müsadirə edilmiş narkotik maddələrin çəkisi, tərkibi, icra vərəqəsinin nömrəsi, tarixi aydınlaşdırılaraq müsadirə edilmiş narkotik maddələr rayon Polis İdarəsinin 20-ci PB-nin həyətində xüsusi ayrılmış yerdə yandırılaraq məhv edilmişdir.

2013-cü il ərzində 150 vətəndaşdan müsadirə edilmiş 2894,314 qram narkotik maddələr komissiya üzvlərinin iştirakı ilə məhv edilərək aktlaşdırılmışdır. Bunlardan 78,546 qram heroin, 2583,12 qram marixuana, 156,22 qram həşiş qətranı, 76.428 qram tiryək olmuşdur.

2013-cü il ərzində Nəsimi rayonu ərazisində rayon Polis İdarəsi tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 152 cinayət hadisəsi qeydə alınmış, onlardan 111 fakt bu maddələrin saxlanılması, qalan 41 fakt isə narkotiklərin satışı ilə əlaqədar olmuşdur.

Dövriyyədən çıxarılmış müxtəlif növ narkotik vasitələrin ümumi çəkisi 24 kq 090 qram olmuşdur. Bunlardan 506,421 qram heroin, 21 kq 463 qram marixuana, 1 kq 415 qram tiryək, 706 qram həşiş qətranı olmuşdur.

Əldə etdiyimiz məlumata əsasən 2013-cü il ərzində Narkoloji Dispanserdə 1324 nəfər narkoman, 6 nəfər toksoman qeydə alınmışdir. Qeydə alınmış narkomanların 52 nəfərini qadınlar təşkil edir. 25 nəfəri isə profilaktik müayinədən keçmişdir.

2013-cü il ərzində Narkoloji Dispanserdə qeydiyyata düşən narkomanların yaş həddinə görə bölgüsü aşağıdakı kimi olmuşdur:

18 - 35 = 277 nəfər,

35 - 50 = 702 nəfər,

50 yaşdan yuxarı 345 nəfər.

Bu sahədə görülmüş işlər müntəzəm olaraq komissiyanın iclaslarında müzakirə edilmiş, mövcud nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə, müəssisə və təşkilatlara müraciətlər edilir. Rayon komissiyası bu sahədə işlərini daha da gücləndirərək rayonun müvafiq orqanları ilə birgə tədbirlər planı hazırlamışdır.

Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə və “Müsədirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların ləğvi” üzrə rayon komissiyaları Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmişNarkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirir.

 

Ağaəli Əhmədov,

“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz

Dövriyyəsinə Qarşı Mübarizə” üzrə Nəsimi rayon

komissiyasının sədri

 

İki sahil.- 2014.- 1 fevral.- S.15.