Azərbaycan gəncliyi:
Cəmiyyətin avanqard
qüvvəsi
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış gənclərimiz dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edirlər
2 fevral-Gənclər günü
ərəfəsindəyik. Bu tarix həm ölkədə gənclərə
diqqət və qayğının hansı səviyyədə
olduğunu, həm də bu
günün təsis olunma
səbəbini təhlil etmək zərurətini ortaya çıxarır. Bu
gün böyük inam hissi ilə qeyd edirik ki,
ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin
mühüm tərkib hissəsidir. Respublikada dövlət gənclər siyasətinin
formalaşdırılması ümummilli lider Heydər Əiyevin adı ilə
bağlıdır. Müstəqil Azərbaycan
dövlətinin qurucusu ulu
öndər Heydər Əliyevin gəncləri Azərbaycanın
gələcəyi kimi dəyərləndirərək
bildirirdi ki, cəmiyyətin
gələcək tərəqqisi bir çox cəhətdən indi
gənclərimizə nəyi və necə öyrətməyimizdən
asılı olacaq.
Bu diqqət və qayğının nəticəsidir
ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın
bütün sferalarında aktiv fəaliyyəti ilə
seçilir, cəmiyyətin avanqard qüvvəsinə
çevrilib. Təbii
ki, dövlət gənclər siyasəti
dedikdə də gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən
həyata keçirilən tədbirlər sistemi
nəzərdə tutulur. «Gənclər siyasəti haqqında» qanunda da bu
məqsədlər öz əksini
tapıb. Kompleks tədbirlər gənclərin
hərtərəfli inkişafını yüksək səviyyədə
təmin edir, gələcəyə daha inamla baxmaları üçün stimulverici
amil rolunu oynayır.
Tarixə
qısa nəzər yetirdikdə bu
reallıq öz təsdiqini tapır ki, əgər dahi şəxsiyyət
Heydər Əliyevin hakimiyyətinin birinci
dövründə daha çox
gənclərin bir kadr
kimi yetişməsi diqqət mərkəzində
idisə, Azərbaycan müstəqillik qazandıqdan, daha dəqiq desək, 1993-cü ildə ulu
öndər Heydər Əliyev xalqın təkibdli tələbi
ilə hakimiyyətə qayıtdıqdan sonra
onların dövlət idarəçiliyində irəli
çəkilməsi prioritet məsələ
oldu. Bu fakt da
inkaredilməzdir ki, Azərbaycan dövlətinin
gənclər siyasətinin formalaşmasında və gənc
nəslin geniş fəaliyyət
meydanına çıxarılmasında ulu
öndərin təşəbbüsü və iştirakı
ilə keçirilən gənclərin I Forumunun
xüsusi rolu oldu. 1996-cı il
fevralın 2-də keçirilən bu forum ümummilli
lider Heydər Əliyevin gəncliklə
bağlı strategiyasının ilk təntənəsi
kimi dəyərləndirildi. 1997-ci ildə
ümummilli lider Heydər
Əliyevin sərəncamı əsasında I Forumun
keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Sonrakı
illərdə- 1999, 2003, 2005, 2008 və 2011-ci illərdə Azərbaycan
gənclərinin forumlarının keçirilməsi gənclərimizin
fəaliyyət istiqamətlərinin genişləndirilməsndə
əhəmiyyətli rol oynadı.
Son on ildə Heydər
Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
digər istiqamətlər ki, bu sahədə də özünü
qabarıq şəkildə büruzə verir.
Bu müddət ərzində imzalanan fərman və sərəncamlara diqqət
yetirmək kifayətdir. 30 avqust 2005-ci il tarixdə «Azərbaycan Gəncliyi Dövlət
Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi
haqqında» sərəncam imzalanıb. Proqrama uyğun
olaraq gənclərin sosial
müdafiəsi, məşğulluğunun təmin edilməsi,
yaradıcılıq axtarışlarının
stimullaşdırılması, milli-mənəvi dəyərlərin
qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi
istiqamətində çox mühüm tədbirlər həyata keçirilmişdir. 2007-ci ilin
dövlət başçısı İlham
Əliyev tərəfindən «Gənclər ili»
elan edilməsi də onlara
diqqətdən qaynaqlanan addımlar
sırasındadır. Gənclərin təhsili, elmin sirlərinə dərindən yüyələnmələri
dövlətin siyasətində əsas yer
tutan istiqamətlərdən olduğundan bu
yönümdə də bir sıra mühüm sənədlər qəbul olunmuşdur. «Xüsusi
istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı», həmçinin «Azərbaycan
Respublikasında texniki-peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı» və s
kimi sənədlər gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə,
xüsusi istedada malik
olan gənclərin üzə
çıxarılmasına böyük imkanlar yaratdı. «2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı» çərçivəsində
5000 gəncin dünyanın nüfuzlu ali məktblərində təhsil almağa göndərilməsi də gənclərin
təhsilinin artırılmasına xidmət edən
addımlardandır. Azərbaycan gəncliyi bu
diqqət və qayğıdan razılıqlarını fəaliyyətləri
ilə ifadə edirlər. Bir məqamı
da unutmayaq ki, xaricdə təhsil eyni
zamanda Azərbaycanın təbliğatçısı
olmaq deməkdir. Gənclərimiz həm təhsillərini
davam etdirir, həm də
ölkəmizlə bağlı həqiqətlərin təbliğində
fəal iştirak edirlər. Onların təhsil
aldıqları ali məktəblərdə
keçirdikləri təbliğat xarakterli
tədbirlər də bu məqsədə
yönəlir.
Azərbaycan gənclər
ölkəsidir. Bir əsas məqamı da qeyd etmələyik ki, gənclər
ulu öndər Heydər Əliyevin
yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının
sıralarında da böyük
çoxluq təşkil edirlər. 600 mindən
artıq üzvü sıralarında birləşdirən
partiyanın üzvlərinin 40 faizi
gənclərdir. Bu fakt da hər
kəsə məlumdur ki, dövlət
başçısı İlham Əliyev
dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə,
biznes strukturlarında gənclərin təmsil
olunmasını qarşıya mühüm
vəzifə kimi qoyub.
Ölkə Prezidentinin bu
tapşırığına uyğun olaraq Yeni Azərbaycan
Partiyası ötən parlament və
bələdiyyə seçkilərində gənclərin təmsilçilik
faizinin artırılması istiqamətində
mühüm addımlar atmış və
nəticə göz
qabağındadır.
Yeni Azərbaycan Partiyası gənclərin ictimai
siyasi fəallığının
artırılması, asudə vaxtlarının səmərəli
təşkili, beynəlxalq əlaqələrin genişlənməsi,
ümumiyyətlə ayrı-ayrı sahələr üzrə
layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr
sırasında 2007-ci ildən başlayaraq
hər il keçirilən yay
və qış liderlik məktəblərini
xüsusi qeyd etmək
istərdik. Bu layihələrin əsas məqsədi
ümümilikdə bölgə gənclərinin də ictimai-siyasi fəallığını
artırmaq, onlar arasında sıx birlik yaratmaqdır.
Eyni zamanda bir məqamı da qeyd edək ki, paytaxtda «Gənclər Mərkəzi», regionlarda isə « Gənclər evi» fəaliyyət göstərir. Bakı və Bakıətrafı qəsəbələrin,
regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramları çərçivəsində
görülən işlər sırasında bu
mərkəzlərin və evlərin sayının
artırılması əsas məslə kimi
öndədir.
Dövlət
başçısı İlham
Əliyevin gənclərin xaricidə təhsilinə diqqət
və qayğının artırılması
tapşırığına uyğun olaraq Azərbaycan Dövlət Neft
Şirkəti də mühüm tədbirlər
həyata keçirir. ARDNŞ 2006-cı
ildə Təqaüd Proqramını qəbul etmişdir.
Proqram çərçivəsində hər
il 50 tələbəyə xarici ölkələrin ən nüfuzlu
universitetlərində neft ixtisasları
üzrə təhsil almaq imkanı
yaradılır. Tələbələr Təqaüd
Proqramında iştirak etməklə həmçinin,
təhsillərini başa vurduqdan
sonra ARDNŞ-də ixtisasları üzrə
işləmək imkanı əldə edirlər. ARDNŞ-in həyata keçirdiyi
ödənişli «Yay məktəbi» və
«Yay təcrübəsi» layihələri də
gənc kadrların yetişdirilməsinə xidmət edən
addımların tərkib hissəsidir. Dövlət
başçısı İlham
Əliyevin 29 noyabr 2011-ci il
tarixili fərmanı əsasında
Bakı Ali Neft Məktəbinin
yaradılmasında da məqsəd beynəlxalq
standartlara uyğun ən
müasir tədris planları və tədris
texnologiyaları əsasında təhsil prosesini
təşkil etməklə sənayenin müasir
tələblərinə cavab verən
yüksək ixtisaslı mütəxəssislərə
ehtiyacını ödəməkdir.
Gənclərə
diqqət və qayğı davamlılığı ilə
diqqət çəkir. Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənən
«Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət
Proqramı»ndan irəli gələn vəzifələrin yerinə
yetirilməsi gənclər siyasətini daha
da inkişaf etdirməyə,
gənc mütəxəssislərin işlə təminatına,
sosial-iqtisadi problemlərin həllinin təmin
edilməsinə xidmət edəcək. Sərəncamda
da bu reallıq öz əksini tapıb ki,
qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə
formalaşdığı hazırkı mərhələ Azərbaycanda
sosial-iqtisadi, elmi-mədəni, təhsil və
digər sahələrdə gənclərin daha
fəal iştirakını təmin etmək istiqamətində
aparılan işlərin yeni səviyyəyə
yüksəldilməsini tələb edir.
Məhz buna görə də cəmiyyətin
maraqlarının təmin edilməsi və ölkə
iqtisadiyyatının rəqabətə davamlılıq
qabiliyyətinin artırılması üçün
gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli
zəmin yaradılmalıdır. Qəbul olunan proqramda bütün həllivacib məsələlər
öz əksini tapıb. Ölkə Prezidentinin 19 dekabr 2011-ci il tarixli fərmanı əsasında
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında
Gənclər Fondunun yaradılması, eyni zamanda 2 iyul 2013-cü il tarixli fərmanı ilə «Gənclər
üçün Prezident
Mükafatı»nın təsis edilməsi də əhəmiyyətli
addımlardandır. Məqsəd gənclərin hərtərəfli
inkişafını, cəmiyyətin həyatında fəal
iştirakını təmin etməkdir. Dövlət
başçısı İlham
Əliyevin 2011-ci ildə keçirilən Gənclərin VI forumunun iştirakçılarına təbrik
məktubunda söylədiyi bu fikirləri
xatırlatmaq istərdik: «Gənclərimizin əksəriyyəti
böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik
illərində formalaşmış nəslə mənsubdurlar.
Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi
və mədəni inkişafında mühüm
rol oynayaraq ildən-ilə
potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə
edir.» İnformasiya cəmiyyətinin
bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək
keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas
yenilikçi düşüncə
sivilizasiyanın bütövlükdə simasını dəyişdirə
bilər. Məhz bu keyfiyyətlərə
söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada
qarşılaşdığımız bir
çox problemlərin həlli məhz gəncliyin
tükənməz enerjisi və qətiyyəti
sayəsində həllini tapacaq. Heydər
Əliyev Fondunun vitse-prezidenti,
Rusiya Azərbaycanlı Gənclər Təşkilatının
sədri, İslam Əməkdaşlıq
Təşkilatının Gənclər Forumunun
baş əlaqələndiricisi Leyla Əliyevanın gördüyü
işlər gənclərimiz üçün
örnəkdir. Onun Azərbaycanın tarixinin, mədəniyyətinin, milli-mənəvi
dəyərlərinin təbliği istiqamətində gördüyü işlərin miqyası
günbəgün genişlənir. Məlum olduğu kimi, Leyla Əliyeva xaricdə yaşayan
soydaşlarımızın təşkilatlanması və Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılması istiqamətində göstərdiyi
xidmətlərə görə Dünya
azərbaycanlılarının III qurultayında «Tərəqqi»
medalı ilə təltif olunmuşdur.
Ümumiyyətlə,
gənclərimizin hər sahədə uğurları diqqət
çəkəndir. Beynəlxalq yarışlarda Azərbaycanın
bayrağını yüksəklərə qaldıran gənclərimiz
bir daha təsdiqləyirlər
ki, Azərbaycan kimi
qüdrətli, zəngin ölkənin vətəndaşı
olmaqdan qürur duyur, birliyimiz, həmrəyliyimiz
sarsılmazdır. Göstərilən etimadı qiymətləndirmək,
etimada sədaqətlə xidmət etmək
gərəkdir.
«İki sahil»in Analitik Qrupu
İki
sahil.- 2014.- 1 fevral.- S.10.