Soyadımız necə
olmalıdır?
Bəzən valideynlər yeni doğulmuş övladlarına öz soyadlarını deyil, uşağın ata, baba adını soyad kimi vermək istəyirlər. Valideynlər bu sahədəki qanunlardan xəbərsizliyi səbəbindən müəyyən problemlərlə üzləşməli olurlar. Uşağa soyad qoyulması Azərbaycan qanunvericiliyi ilə necə tənzimlənir? Ümumiyyətlə, valideynlərin istədikləri soyadı uşaqlarına seçmək hüququ varmı?
Hazırda Azərbaycan
vətəndaşlarının çoxunun
soyadı “ev” və “ov”
şəkilçiləri ilə bitir.
Kimlərəsə elə gəlir ki, bu sonluqlar “bizim
deyil”. Onlar, sadəcə,
yuxarıda qeyd edilən şəkilçilərin
tez-tez slavyan
soyadlarında rast gəlindiyinə əsaslanırlar.
Əslində -ov-ev-soyad şəkilçiləri
qədim türkcələrdə evə köçmə, ov etmə mənalarını verir.
Sual oluna bilər-bu məlumatlar
nə üçün lazımdır? Özümüzü tanımaq, kökümüzü, soyumuzu,
dünya insanları ilə qohumluq əlaqələrimizi müəyyənləşdirmək
üçün.
Ümumiyyətlə,
soyadların araşdırılıb və təsdiq
olunması dünyada nisbətən yeni haldır. Belə deyək, İsveçdə
soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb.
Avropada yalnız zadəgan ailələr
soyadlarını təsdiqləyirdilər. Bunu
ona görə edirdilər ki,
miras yalnız soyadın
davamçılarına qismət olsun.
Çox xalqlardan fərqli olaraq, yaponlar, öz övladlarına ana-babalarının
adlarını verməsələr də, ailə institutuna xususilə ciddi
yanaşırlar. Yeni nəslin
sağlamlığı naminə, hər yapon
öz nəslini yeddinci
qatına gədər tanımalıdır. Bütün
bunlar qohumlararası nikahların
qarşısını almaq ücün edilir. Eyni ənənəni qazax
türkləri də qoruyurlar.
Bu gün
dünyanın bütün dil və ləhcələri sözlərinin məntiqli
olmasına möhtacdırlar. Nədən bu,
o qədər vacibdir?
Çünkü sözün,
dilin məntiqli olması insanın və
çəmiyyətin həyatına da təsiri
var, düşmənçiliyi aradan qaldıra, sülh və
inkişafa təkan verə bilər.
Bakı Hüquq Mərkəzi (BHM) hüquq
şirkətinin əməkdaşı , vəkil Dünyamin Novruzov bu məsələyə aydınlıq gətirib:
Novruzov bildirib ki, uşağın soyad
daşımaq hüququ Ailə Məcəlləsində
təsbit edilib. Ailə Məcəlləsinin
tələbinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna
malikdir. “Ailə qanunvericiliyində qeyd olunur ki,
uşağın soyadı, bir qayda olaraq, valideynlərin
soyadı ilə müəyyən edilir.
Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin
razılığı ilə atanın və ya
ananın soyadı verilir. Məsələn,
“Məmmədov” və “Hüseynov”, onda valideynlər qarşılıqlı
razılığa gələrək uşağın
soyadını ya “Məmmədov”, ya da “Hüseynov”
qoya bilərlər”, o
deyib. Hüquq məsləhətçisi
bildirib ki, valideynlər
arasında uşağın ad və
soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir
ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həll olunur. Onun sözlərinə
görə, Ailə Məcəlləsində uşağa
ad, ata adı və soyad verilməsi ilə bağlı hüquq normaları Nazirlər Kabinetinin
12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Adın, ata
adının və soyadın verilməsi və dəyişdirilməsi
Qaydaları”nda da öz
əksini tapmışdır. Novruzov bildirib ki, uşağa
valideynlərin soyadından fərqli soyadın verilməsi,
habelə ata adına uyğun
soyadın verilməsi Ailə Məcəlləsində və
adı çəkilən Qaydalarda nəzərdə
tutulmayıb. “Başqa sözlə,
qüvvədə olan qanunvericilik
uşağa valideynin
və ya valideynlərdən birinin soyadına uyğun
soyadın verilməsinin mümkünlüyünü
nəzərdə tutur”, hüquqşünas
deyib. Hüquqşünas soyad sonluğuna
dəyişiklik edilməsi ilə bağlı məsələyə
də aydınlıq gətirərək qeyd
edib ki, bu məsələ Milli Məclisin
2 fevral 1993-cü il
tarixdə qəbul etdiyi “Azərbaycan
Respublikası vətəndaşlarının
soyadlarının dövlət dilinə uyğunlaşdırılması
haqqında” qərarına, eləcə də, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən
12 may 2011-ci il tarixli Qərarına uyğun
olaraq həyata keçirilir.
Milli Məclisin
2 fevral 1993-cü il tarixli qərarına görə, Azərbaycan
Respublikası vətəndaşları mövcud
soyadının kökünə -lı, -li,
-lu, -lü, -zadə,
-oğlu, -qızı soyad
sonluğu artırmaqla və ya heç bir
sonluq artırmadan (Məsələn:
Ağayev soyadında “yev”
sonluğu atılır Ağa
olur, Əliyev soyadında “yev”
sonluğu atılır və Əli
soyadı qalır) soyad seçə bilərlər.
Milli Məclisin Mədəniyyət Komitəsinin
sədri Nizami Cəfərov bildirib ki, hazırda Azərbaycanda
familiyaların 10 faizi “zadə”, 10 faizi “lı”, “li”, “lu”, “lü”, 80 faizə qədəri
“ov”, “yev” şəkilçisi
ilə bitir: “Hər halda
burada söhbət ondan
getmir ki, biz “ov” və “yev”lərdən
tam imtina etməliyik. Amma
bütövlükdə bu qədər “ov”, “yev”lə bitən familiya
olmaz. Ənənəvi soyadların, məsələn,
Şaxtaxtinski, Ağdamski,
Lənkəranski, Talışinski kimi
familiyaların daşıyıcıları dədə-babalarına
hörmət olaraq soyadlarını dəyişmək
istəmirlər. Mən belə fikirləşirəm ki, bunlara da
imkan verilməlidir. Amma
bütün hallarda -
istər qanun, istər sərəncam olsun, bu yenilik
bütün hallarda yeni doğulan uşaqlara aid olacaq. Yəni əvvəlki nəsil
familiyasını istəsə dəyişə bilər, istəməsə
yox. Amma yeni doğulanlar üçün bu, məcburidir.
Hazırda yeni doğulan
uşaq valideynin
soyadını daşıyır. Amma yeni qanunda və yaxud da sərəncamda bu məsələdə sərbəstlik veriləcək.
Məsələn, ağstafalıyamsa, Ağstafa
familiyasını götürə bilər. Bu
familiyanı körpəyə valideyn verə
bilər”.
Nizami Cəfərov deyib ki, hazırda bu məsələyə
Ədliyyə Nazirliyində baxılır. Bu
məsələ ilə bağlı həm də Daxili İşlər Nazirliyinin
təklifləri də nəzərə alınacaq.
Fəxriyyə İkramqızı
İki sahil.- 2014.- 12 fevral.- S.15.