Naxçıvan
gündən-günə inkişaf edir, abadlaşır, gözəlləşir
İKİNCİ YAZI
“Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin.”
Ümummilli lider Heydər Əliyev
Yerləşdiyi
geosiyasi məkana görə siyasi iqtisadi əhəmiyyəti
ilə fərqlənən, Şərqə açılan
qapı adlanan, tarixi
İpək Yolu ilə qitələri dolaşanlara bələdçilik, ev sahibliyi edən
Naxçıvan həmişə şəninə deyilmiş “Nəqşicahan” adına layiq olmuşdur. Hər daşı, qayası bir tarix, yenilməzlik, mərdlik
rəmzi olan, zaman-zaman
hüsnünə heyran qalan
yadellilərə boyun əyməyən
Naxçıvan qürurlu
dağlarının əzəməti ilə də fərqlənib.
Naxçıvan ən qədim dövrlərdən başlayaraq Azərbaycan dövlətçiliyinin
və azərbaycançılığın qorunub
saxlanılmasında özünə məxsus rol
oynamışdır. Bu yeri qarış-qarış gəzən,
torpağının səxavətini, bərəkətini,
havasının suyunun təmizliyini,
insanlarının comərdliyini, qonaqpərvərliyini, hərəsi
bir bir əsrin
yadigarı olan tarixi
abidələrinin əsrarəngiz gözəlliyini görənlər
bu ulu yurdu
unuda bilmirlər.
İndi qədimliyinə söykənməklə
müasirləşən Naxçıvan həqiqi mənada inkişafdan intibaha gedən
yolda inamla
addımlayır. Hər günü yeni uğurlarla yola salan bu
diyarın zəhmətkeş insanları belə bir məkanda yaşadıqları üçün özlərini xoşbəxt hesab edirlər. Təbiətinin gözəlliyindən
ilham alan bu yurdun insanları min bir dərdin dərmanı
olan bulaqlarının suyu
qədər saf, dağları kimi qürurlu, bərəkətini
əsirgəməyən torpaqları kimi
səxavətlidirlər. Ata-babalarımızdan ərmağan
qalan zənginlikləri bu
günümüzə qədər qoruyub saxlayan naxçıvanlılar kökünə,
milli mənəvi dəyərlərinə
sadiq olmaqla ənənələri
yaşadıb, qorumağı da müqəddəs
vətəndaşlaq borcu hesab
edirlər. Əsrləri arxada qoyan, minillərdən yadigar saxladığı inciləri ilə
varlığını təsdiqləyən, qədim və zəngin
tarixi ilə daim
öyünməyə haqqı çatan
Naxçıvan Şərqin iri mədəniyyət,
elm mərkəzi kimi
tanınmış, sənətkarlar yurdu
adlandırılmış, dünya
sivilizasiyasına tarixi şəxsiyyətlər
bəxş etmişdir.
Mirzə Cəlil, Hüseyn Cavid, M.S.Ordubadi, Məmməd
Araz kimi ədiblərin
yurdu olan
Naxçıvan tarixi şəxsiyyətləri,
dövlət və ictimai -siyasi
xadimləri ilə də tanınır. Onların arasında
Azərbaycanın müstəqilliyinin əbədi qarantı olan ulu öndər Heydər
Əliyevin adı salnaməmizə qızıl hərflərlə
yazılıb.
Naxçıvanın
fədakar insanları daha böyük
əzmlə çalışır, bu
günlərindən sabaha inamla
baxırlar. Gələcək isə daha böyük uğurlardan xəbər
verir.
Prezident İlham Əliyev Naxçıvana
səfərlərinin birində blokadada
yaşamasına baxmayaraq başqa
bölgələrdən də böyük
inkişaf yolu
keçən muxtar respublikada
gördüklərini gərgin zəhmətin, düzgün
idarəetmənin nəticəsi kimi
yüksək dəyərləndirmişdir: “Hər bir
Naxçıvan sakini əldə edilmiş bu uğurlarla fəxr edə bilər. Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə təbrik etmək
istəyirəm. Naxçıvan rəhbəri Vasif
Talıbova öz minnətdarlığımı
bildirmək istəyirəm.”
Ümummilli lider Heydər
Əliyevin dövlətçilik təcrübəsindən bəhrələnən,
ulu öndərin idarəetmə məktəbinə,
siyasi irsinə sadiq qalan Naxçıvan MR Ali
Məclisinin sədri Vasif Talıbovun muxtar respublikaya rəhbərliyindən
sonra dinamik sürətlə
davam etdirilən hərtərəfli inkişafın nəticəsi
olaraq hər kəsi valeh
edən müasir Naxçıvanın gündən-günə
gözəlləşən siması, bütün
sahələri əhatə edən quruculuq
və abadlıq işləri bu diyara xüsusi
yaraşıq verir. Ən
başlıcası isə insanlar muxtar respublikada davam etdirilən inkişafın müsbət
nəticələrini gündəlik həyatlarında hiss edir, qürur
duyurlar.
Regionların
sosial- iqtisadi
inkişafı Dövlət Proqramlarının həyata
keçirilməsi ilə son on ildə daha böyük uğurlara imza atan bu
qədim odlar diyarı tanınmaz dərəcədə
dəyişilib, füsünkarlığı ilə buraya gələnləri belə valeh edir.
Doğrudan da illərdən bəri
Ermənistan tərəfindən blokadaya
salınan Naxçıvanda aparılan tikinti,
quruculuq, abadlıq işləri Azərbaycanın
başqa bölgələri ilə
müqayisədə daha çox
diqqəti cəlb edir. İndi
muxtar respublikanın elə bir rayonu, qəsəbəsi,
kəndi yoxdur ki, orada
təhsilin, səhiyyənin, mədəniyyətin tərəqqisi
hiss edilməsin. Ən ucqar
dağ kəndlərinə belə uzanan yolların təmir olunması, yeni yolların çəkilməsi insanlara göstərilən diqqət və
qayğının nümunəsi olan fədakarlıq,
muxtar respublika rəhbərliyinin
dövlətçilik işində qazandığı təcrübənin
ifadəsidir.
Naxçıvanda
aparılan quruculuq işlərinin
miqyasının, insanların həyat tərzinin nə dərəcədə
yüksəldiyini təsəvvür etmək üçün
bir neçə il əvvələ
qayıdaq. Blokadada qalan
Naxçıvanın çətin günlərini
xatırlayaq.
Ümummilli lider Heydər Əliyev
də özünün, bütün
naxçıvanlıların məruz qaldıqları çətin
günləri həmişə xatırlayar, yurduna
bağlı insanların qətiyyətini əsil vətəndaş
fədakarlığı adlandırardı. Ermənistanın
Azərbaycan torpaqlarına təcavüzü nəticəsində
Naxçıvana verilən
enerji ilə təchizat sahəsində yaranan problemlər, mavi
yanacağın nəqlinin dayanması, su
qıtlığı xüsusilə qış aylarında
dözülməş vəziyyət yaradırdı.
İndi
muxtar respublikada bu sahələrdə demək olar ki, heç bir problem yoxdur. Ən ucqar dağ, sərhəd kəndlərində
yaşayanlar belə fasiləsiz enerji, mavi yanacaqla, içməli su ilə təmin olunurlar. Ordubad rayonundakı Biləv
SES-ın açılışında
iştirak edən Prezident İlham Əliyevin bildirdiyi kimi enerji təhlükəsizliyi
əsas məsələdir
və bu Naxçıvanda öz həllini tapıb. Şərur rayonunda 20,5 meqavat gücündə
Arpaçay SES istifadəyə
verilmişdir. Ordubadda
36, Şərurda isə
1,4 meqavat gücündə ikinci
SES-in inşası davam
etdirilir.
Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramlarının
icrasına həsr olunmuş konfransın keçirildiyi Heydər Əliyev Mərkəzində
təşkil olunmuş
sərgidə Naxçıvan
Muxtar Respublikasına
aid bölmədə nümayiş
etdirilən eksponatların
maraqla qarşılanması,
bu uğurların mətbuatda ayrıca qeyd olunması10 ildə görülən işlərin,
dinamik inkişafın
təzahürüdür: “2003-2013-cü illərdə Naxçıvan
Muxtar Respublikası da əsaslı inkişaf yolu keçmişdir. Həmin
dövrdə muxtar respublikada ümumi daxili məhsulun həcmi 13,9 dəfə, adambaşına ümumi daxili məhsul 12 dəfə, sənaye məhsulları istehsalı
49 dəfə, kənd
təsərrüfatı məhsulları
istehsalı 4,7 dəfə,
əsas kapitala investiya qoyuluşu 16,4 dəfə, xarici ticarət dövriyyəsi
13,9 dəfə, əhaliyə
göstərilən pullu
xidmətlər 12,9 dəfə
artmışdır. Naxçıvan Muxtar respublikasında təhsil, səhiyyə, mədəniyyət infrastruktur
və digər sahələrdə hərtərəfli
yenidənqurma işləri
aparılmışdır.”
Bu tərəqqi onu göstərir ki, “Siyasətimizin təməlində Azərbaycan
vətəndaşı dayanır”
söyləyən Prezident
İlham Əliyevin tövsiyəsinə uyğun
aparılan islahatlar bəhrəsini verir.
İqtisadi inkişafın
sosial islahatlar üçün başlıca
amil olduğunu nəzərə alan
muxtar respublika rəhbərliyinin məqsədyönlü
fəaliyyəti nəticəsində
qazanılan uğurların
təməlində də
ulu öndərin müəyyənləşdirdiyi siyasətə sədaqət
dayanır.
Ötən il muxtar respublikada ÜDM-nin həcmi 2 milyard 337 milyon manatdan çox olmuşdur. Sahibkarlığın inkişafına
artırılan diqqətin
nəticəsidir ki, muxtar respublikada yeni istehsal obyektləri
istifadəyə verilmiş,
iş yerləri açılmışdır. İnvestisiya, biznes mühitinin daha da təkmilləşdirilməsi
insanların həyat tərzinin yaxşılaşdırılmasına
xidmət edir, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin artırılmasına,
islahatların sürətləndirilməsinə
yönəldilir. Ən əsası
odur ki, Prezident İlham Əliyevin tövsiyələrində
daha çox diqqət yetirilən bütün sahələrdə
mövcud olan istehsal prosesləri zamanı yerli xammaldan istifadəyə diqqət artırılır.
Belə ki, muxtar respublikada
müxtəlif təyinatlı
122 istehsal və xidmət sahəsinin fəaliyyətə başlaması
təqdir olunmalıdır.
Sahibkarlığın inkişafına göstərilən
diqqətin nəticəsidir
ki, ÜDM-də özəl bölmənin
payı 87 faiz təşkil edir. Təkcə ötən il sahibkarlara
17 milyon 305 manat kredit verilib.
Naxçıvan
MR Ali Məclisinin sədri
Vasif Talıbovun iqtisadiyyatın bütün
sahələri kimi özəl sektorun inkişafına göstərdiyi
dəstək əhalinin
həyat şəraitinin
yaxşılaşdırılmasına xidmət edir. Nəticə
isə sevindiricidir.
Bu gün muxtar
respublikanın əhalisinin
ərzaqla təminatı
əsasən yerli məhsullar daxili bazarlar hesabına ödənilir. Muxtar
respublikada 115 növdə
459 çeşiddə ərzaq,
231 növdə , 529 çeşiddə
qeyri ərzaq məhsullarının istehsalı
üçün ən
optimal şərait yaradılmışdır.
Qazanılan bu
uğurlar muxtar respublikaya rəhbərliyə
başlayarkən ümummilli
lider Heydər Əliyev irsinə sadiq qalacağını bildirən, vədinə sədaqətini, yurduna, elinə obasına bağlılığını, ən başlıcası isə insanlara diqqət və qayğısını “Prezident
İlham Əliyevin dövlətçilik xəttinə
sadiq qalmaq, onun bu böyük
etimadını layiqincə
doğrultmaq” məramı
ilə bildirən Naxçıvan MR Ali Məclisinin
sədri Vasif Talıbov təşəbbüskarlığı,
yenilik, müasirlik, həvəsi bitib tükənməyən rəhbərdir.
Verilən
vədə sadiqlik görülən işlərlə
təsdiqlənib. Naxçıvanda aparılan quruculuq işləri təhsildə,
mədəniyyətdə, səhiyyədə
də özünü
büruzə verir.
Tarixi şəxsiyyətləri,
Mömünə xatın,
Qarabağlar,Yusif ibn Küseyir kimi digər abidələri ilə Azərbaycanı dünyada
tanıdan Naxçıvanda
aparılan quruculuq işləri sosial sahələri də əhatə edir. Yeni məktəblər inşa
olunur, mövcud olanlar əsaslı təmir edilir, əlavə sinif otaqları tikilir. Səhiyyə ocaqları ən
yeni tibb avadanlıqlarla təchiz edilir. Regionların sosial iqtisadi
inkişafı Dövlət
Proqramına uyğun olaraq Naxçıvan şəhərində istifadəyə
verilən Diaqnostika Mərkəzi ən müasir tibb müəssisələrində yaradılan şəraitlə
müqayisə oluna biləcək qədər
yüksək səviyyədədir.
“Əshabul-Kəhf” kimi
müqəddəs ziyarətgahda,
Qarabağlar türbəsində,
aparılan təmir işləri, Nuh peyğəmbərin qəbrinin
üstündə ucaldılan
abidə mənəvi
irsimizə sahiblik nümunəsi olduğu kimi, tarixi şəxsiyyətlər
olan C.Məmmədquluzadənin
M.S.Ordubadinin, Y.Məmmədəliyevin
ev muzeylərində aparılan yenidənqurma işləri də mədəni irsimizə hörmət və sədaqət nümunəsidir.
Türkdilli ölkələrin
dövlət başçılarının
Naxçıvanda keçirilən
IX zirvə görüşündə
iştirak edən Prezident İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan
Prezidenti Kurmanbek Bakiyev blokada şəraitində yaşayan
muxtar respublikada aparılan quruculuq işlərini əsil fədakarlıq adlandırmışlar.
Muxtar respublikaya tez-tez səfərlər edən
xarici ölkələrin
Azərbaycandakı səfirliklərinin
nümayəndələri, qonaqlar da təbiətin
canlı muzeyi adlandırılan Naxçıvanın
füsünkar təbiətindən,
möcüzələrindən, bu torpaqda yetişdirilən
məhsulların keyfiyyətindən
heyranlıqla bəhs edirlər.
Prezident
İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik
yubileyinin keçirilməsi
ilə bağlı sərəncama uyğun olaraq keçirilən tədbirlər bu inkişafa baxış, qazanılan uğurlara verilən dəyərdir. Yubileylərini “Muxtariyyət ili” çağırışı ilə
qarşılayan naxçıvanlılar bayram
tədbirlərində iştirak edəcək
qonaqlarını gözləyirlər.
Xuraman
İsmayılqızı
İki sahil.- 2014.- 13 fevral.- S.18.