Kosmik sənayenin inkişafı
sahəsində lider ölkə
“Azerspase-1” peykini orbitdə yerləşirməklə kosmos ailəsinin üzvü olan Azərbaycan “Sənaye ili”ndə də elektron xidmətin genişləndirilməsinə, müasirlik və yeni texnologiyaların, biznesin inkişafında xüsusi əhəmiyyətə malik İKT-in inkişafına diqqəti daha da artıracaq
Son 10 ildə ölkəmizdə inkişaf etdirilən İKT sahəsində qazanılan uğurlar iqtisadi tərəqqidən heç də geridə qalmır. Prezident İlham Əliyevin sərəncamına əsasən 2013-cü ilin “ İnformasiya- kommunikasiya texnologiyaları ili” elan olunması da müasir dövrün tələbi olan, həyatımıza, məişətimizə təsir imkanları daha da artan bu sahəyə diqqətin ifadəsi idi.
BMT-nin XXI əsri texnologiyalar
əsri adlandırması uzaqları yaxın edən bu sahənin inkişafını daha da intensivləşdirir.
Bəllidir ki, cəmiyyətin
inkişafı və təşəkkülü informasiya texnologiyalarının, konkret olaraq internetin imkanlarına əsaslanır. Bu inkişafın nəticəsidir ki, dünyada baş verən hadisələr, sosial şəbəkələrdə, bloqlarda, yerləşdirilən informasiyalar
barədə xəbərdar olmaq üçün dəqiqələr, saniyələr
kifayətdir. Saytlardan hər kəs istədiyi
və özünə lazım olan məlumatı
alır.
Məlum olduğu kimi internetin fəaliyyəti, hüdudları hər
hansı bir ölkə ilə məhdudlaşmır,
qlobal xarakter
daşıyır və bütün bəşəriyyətin
ümumi sərvətinə çevrilir. İKT-nin
inkişafına dair təşkil olunan beynəlxalq simpozium
və konfranslarda müasir
cəmiyyətin əsas özəyi olan internetin qanunauyğunluqları, dəyərləri
qiymətləndirilir , yenilənir və təkmilləşdirilir.
İKT-nin daha çox tətbiq olunduğu
medianın fəaliyyəti ilə bağlı digər mühüm problemlərin, informasiya
təhlükəsizliyinin, fərdi məlumatların
qorunması isə qanunlarla tənzimlənir.
Azərbaycanda
bu sahədə aparılan islahatlar,
möhkəmlənən hüquqi
bazanın təkmilləşdirilməsi sayəsində
İKT sektoru 2004-2013-cü illər
üzrə hər üç ildə təxminən
iki dəfə genişlənmiş,
artım sürəti təxminən 18 faiz
olmuşdur ki, bu göstərici ümumdünya orta artım səviyyəsindən
təxminən 2,5 dəfə yüksəkdir. Son
illərdə bu sektora
400 milyon dollardan
artıq investisiya qoyulmuşdur.
İKT sektorunun artım tempi ənənəvi
olaraq ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil edir. Bu sahə üzrə ümumi
gəlirlər 2 milyon dolları ötmüşdür.
Respublikamızda internet istifadəçilərinin
sayının 70 faizi ötməsi İKT-nin inkişaf
göstəricisidir. Müqayisə üçün
bildirək ki, inkişaf
etmiş ölkələrdə anoloji rəqəm 20 faizi
təşkil edir.
Bu
da təsadüfü deyil.
İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi, biliyə əsaslanan
iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə
orqanlarında ən müasir
texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron xidmətlərin inkişaf
etdirilməsi, Elektron Təhlükəsizlik
üzrə Milli Mərkəzin Fəaliyyətinin inkişaf etdirilməsi rəqabətqabiliyyətli
və ixrac yönümlü
İKT potensialının gücləndirilməsi
qarşıda duran prioritet
vəzifələrdəndir.
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft
Fondu Azərbaycanda “ evlərə optika” modeli üzrə bütün yaşayış məntəqələrinə
yüksəksürətli, genişzolaqlı internet
xidmətlərini verən optik şəbəkənin
qurulması üzrə layihənin hazırlanmasına 103 milyon vəsait ayırmışdır. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında da əsas hədəf ucqar dağ kəndləri
də daxil olmaqla
sürətli, genişzolaqlı internetə
çıxışı təmin etmək, istifadəçilərin
sayını 85 faizə çatdırmaqdır.
Prezident İlham Əliyevin əsas
tövsiyələrindən biri ölkə
iqtsadiyyatının neft amilindən
asılılığını azaltmaq, insan kapitalını inkişaf
etdirməkdir. Bu gün
elə inkişaf etmiş
ölkələr vardır ki, onların təbii
sərvətləri çox
aşağı səviyyədədir. Amma
İKT vasitələrindən istifadə etməklə
bütünlükdə iqtisadiyyatlarının
inkişafına nail olurlar.
“ Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəflərindən
biri də qarşıdakı on ildə İKT-nin illik artımını 18-20 faiz
həddində saxlamaqla sektorun
gəlirlərini 8-9 milyard dollara
çatdırmaqdır.
Son illərin ən yadda
qalan hadisəsi isə Azərbaycanda kosmik sənayenin inkişafıdır. Azərbaycanın kosmik ölkəyə
çevrilməsini tarixi hadisə
adlandıran Prezident İlham
Əliyev İKT-nin inkişafı istiqamətində
görülən işləri, elektron
xidmətin genişləndirilməsini, ölkənin prestiji, müasirlik və yeni texnologiyaların, biznesin
inkişafı baxımından əsas fəaliyyət istiqaməti
kimi dəyərləndirir: “.. Biz kosmik sənayenin inkişafı ilə məşğuluq
və bir neçə il
bundan əvvəl bunu
təsəvvür etmək belə çətin idi ki, vaxt
gələcək və Azərbaycan kosmik
ölkələrin sırasına daxil
ediləcəkdir.” Bu deyilənlər
reallığa çevrilib.
Ötən il Azərbaycanın “Azərspase-1” peykinin orbitə çıxarılması regional müstəvidən çıxaraq qlobal proseslərin əsas
iştirakçısına çevrilən ölkəmizin qətiyyətinin
ifadəsi kimi qürur
doğurdu. Müstəqil dövlət kimi varlığını təsdiqləyən
Azərbaycan son illərdə elə uğurlara imza
atmışdır ki, hər bir vətəndaşımız bununla fəxr edə bilər. “ Onların
içində peykin buraxılması xüsusi yer tutur. Bu həm böyük məna
daşıyır, həm də bunun böyük rəmzi mənası vardır”
söyləyən Prezident İlham
Əliyev İKT-nin dinamik
inkişafı istiqamətində həyata keçirilən
layihələrin, müasirliyə , inkişafa
doğru atılan addımların
davamlı olmasını nəzərdə tutaraq 2013-cü ili Azərbaycanda
“ İnformasiya -kommunikasiya
texnologiyaları ili” elan
etdi.
Artıq
bir ildir ki, Azərbaycanın ilk telekommunikasiya peyki orbitdə
yerləşdirilib. 2013-cü ilin iyul ayından isə kommersiya
fəaliyyətinə başlamışdır. 6 ay ərzində təxminən 10 milyon ABŞ dolları həcmində xarici ölkələrə ixrac
xidmətləri göstərilmişdir. ABŞ-ın “Orbital”
şirkəti tərəfindən istehsal olunan, Fransanın “Arian”
şirkətinin orbitə çıxardığı peyk resurslarının 20 faizi
ölkəmizin tələbatını ödəyir. Bununla belə resursların dünya
bazarlarına ixrac imkanları da mövcuddur. 2017-ci ildə
orbitə çıxarılması planlaşdırılan
növbəti tele-kommunikasiya peykinin layihələndirilməsi üzrə
işlər davam etdirilir.
Bu texnologiyaları idarə edəcək
mütəxəssislərin hazırlanması da
diqqətdə saxlanılır. Belə ki,
30 soydaşımız ABŞ və Malayziyada
peyklərin idarəolunması üzrə uzunmüddətli kurslarda təlimlər keçmişlər. BMT Baş Məclisinin önəmli
layihələrinin həyata keçirilməsi, Yaxın Şərq
Yüksəksürətli İnformasiya
Şəbəkəsinin (EPEG) ölkəmizdə əsas və
ehtiyat qovşaqlarının
quraşdırılması ilə Azərbaycanın region ölkələrinə internet
xidmətlərinin ixracı artırılmışdır.
Aydındır
ki, tələbata və elmin
sürətli inkişafına uyğun virtual məkanda son zamanlar dünya ictimaiyyəti
tərəfindən istifadə olunan və
çox mühüm əhəmiyyət
kəsb edən bir sıra informasiya
resursları yaranmaqdadır.
Bu resurslar demək olar ki, internet mühitində formalaşmaqda
olan “ kollektiv
beyin”in əsas tərkib hissəsidir. Müasir texnologiyalardan istifadə demək olar ki, gündəlik həyatımızın bir
parçasına çevrilib.
İndi Azərbaycanda İKT-nin
tam formalaşması prosesi
gedir.
“Elektron hökumət” portalı vasitəsilə xidmətlərin
göstərilməsi genişləndirilmiş,
portala yeni sahələr əlavə
olunmuşdur. Bu
cür inkişaf “ASAN xidmət” sahəsində daha çox
diqqət çəkir, bölgələrdə yeni mərkəzlər
açılır. “ASAN xidmət” Azərbaycan
məhsuludur, Azərbaycan ixtirasıdır, Azərbaycan
brendidir” söyləyən Prezident İlham Əliyev bildirir
ki, ölkədə şəffaflığın təminatı
üçün yaradılan, korrupsiya və rüşvətxorluqla
mübarizə üçün ən optimal variant olan belə
xidmətlərin sayının artırılması insan amilinə
göstərilən diqqətin ifadəsidir.
İKT-dən istifadənin səviyyəsinə
görə Azərbaycan MDB məkanında
liderliyini qoruyub saxlayır. Dünya
İqtisadi Forumunun hesabatında qeyd olunur ki, Azərbaycan
İKT-nin dövlət səviyyəsində istifadəsinə
görə dünya ölkələri arasında 49-cu,
dövlət hakimiyyət orqanlarında İKT-nin tətbiqinə
görə isə 31-ci pillədə qərarlaşmışdır.
Hesabatda ölkəmizdə İKT-ə dair
qanunvericilik və dövlət idarəsi amilləri də
yüksək qiymətləndirilmişdir. Məktəblərdə
internetə çıxış səviyyəsinə görə
Azərbaycan 56-cı yeri, biznesdə innovasiya potensialına
görə isə 29-cu yeri tutmuşdur. Azərbaycan
hökumətinin İKT-nin tətbiqi üçün dövlət
hazırlığı reytinqi də yüksək qiymətləndirilmişdir.
Bu parametr üzrə ölkəmiz dünyanın ilk 30 ölkəsi
sırasında yer almış, İKT sahəsi üzrə
hökumət prioriteti 38-ci, qabaqcıl texnologiyaların
dövlət səviyyəsində satın
alınması-16-cı yerdə, gələcək inkişaf
baxımından bu sektorun əhəmiyyətinə dövlət
diqqəti 40-cı yerdə olmuşdur.
Pedaqoji
kollektivlər məktəblərdə
elektron kitabxanalardan, dərsliklərdən
geniş istifadə edirlər. Hər il
yüzlərlə müəllim İKT kurslarına cəlb
olunur. “Hər şağirdə bir kompyuter”
çağırışı reallaşır.
Son illərdə dövlət qulluğuna işə qəbulun,
ali məktəblərə qəbul
imtahanlarının İKT-dən istifadə etməklə həyata
keçirilməsi də obyektivlik baxımından əhəmiyyətlidir.
İqtisadiyyatın bütün sahələrinə
nüfuz edən İKT-dən istifadə etməklə
müxtəlif istiqamətlər üzrə nəqliyyat vasitələrinə
biletlərin alınması da mümkündür.
Göründüyü kimi internet sivilizasiyanın nail
olduqarını müsbət mənada müasirləşdirir,
dəyişir. Yəni bəşər tarixində
cəmiyyətə İKT qədər inqilabi dəyişiklik
gətirə biləcək elmi-texniki nailiyyət olmayıb.
Təbii ki, hər yeniliyin təməlində
inkişaf amili dayanır. Uzaqları
yaxın edən, “elektron yaddaş” sayılan İKT vasitələri
zamanın möcüzəsi olmaqla insanlar arasında təmas,
elmin inkişafına yardım edən ən səmərəli
vasitədir.
Xuraman İsmayılqızı
İki sahil.- 2014.- 14 fevral.- S.21.