Narkomaniya əxlaqi
dəyərləri
aşındırır
Bəşəriyyətin ən böyük bəlalarından olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən mürəkkəb problemlərdən biridir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
“Dünyada
ənənəvi narkotiklərin istehlakı miqyası sabit qalır, lakin yeni psixoaktiv maddələrə
tələbatın sürətlə artması müşahidə
olunur. Narkomanların sedativ
və trankvilizatorlara aludəçiliyi xüsusi narahatlıq doğurur”.
2013-cü ildə narkotiklər üzrə ümumdünya
məruzəsini təqdim edən BMT-nin
Narkotiklər və Cinayətkarlıq İdarəsinin
başçısı Yuri Fedotov bu fikri
səsləndirmişdir. Bu məruzədə
bildirilir ki, bu gün ənənəvi
narkotiklər arasında ən məşhuru kannabisdir.
Dünyanın bəzi regionlarında heroin
və kokainə qarşı aludəçiliyin miqyası
azalır, lakin əvəzində yeni psixoaktiv maddələrdən
sui-istifadə halları müşahidə olunur.
Son vaxtlar Avropada heroin istehlakı
azalıb, ABŞ-da isə kokaindən
istifadə edən narkomanların sayı 40 faiz
aşağı düşüb, lakin Çində sakinlər arasında kokain istehlakçıları artıb.
2009-2012-ci illərdə
narkotiklər üzrə beynəlxalq konvensiyaların nəzarətinə
düşməyən yeni psixoaktiv
maddələrin sayı artaraq 166-dan 251-ə
çatmışdır. Bu cür “dizayner narkotiklərinin”
sayı beynəlxalq nəzarətdə olan
narkotiklərin ümumi sayını
üstələmişdir.
Çıxışda
həmçinin bildirilir ki,
2011-ci ildə narkotiklərdən sui-istifadə nəticəsində
211 min nəfər ölmüşdür.
Narkotik qurbanlarının böyük
əksəriyyəti gənc narkomanlardır. Dünyada
15-64 yaşlı 14 milyon adam
narkotiklərdən inyeksiya şəklində
istifadə edir. Dünya
üzrə narkomanların sayı əhalinin artımına uyğun cüzi artaraq, əsasən sabitdir.
Dövlətlər narkotiklərin qanunsuz
dövriyyəsi ilə effektiv mübarizə
üsullarını və narkomanlığın müalicə
metodlarını təkmilləşdirmək və yenilərini
kəşf etmək səylərini artırırlar.
Ölkəmizdə
narkotiklərin qanunsuz dövriyyəsi və
narkomanlıqla mübarizə sahəsində dövlət
siyasətinin strateji istiqamətləri
müəyyən olunmuş, təşkilati-hüquqi,
institusional və praktiki
tədbirlər həyata keçirilmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz
dövriyyəsi və narkomanlığın yayılması
ilə mübarizə sahəsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq
standartlara uyğunlaşdırılması
istiqamətində müvafiq işlər görülmüş, ölkəmizin narkotiklərlə mübarizə üzrə
beynəlxalq təşəbbüslərində
iştirakı daha intensiv
xarakter almışdır.
Belə
ki, “Narkotik vasitələrin,
psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsi haqqında”, “Narkoloji xidmət və nəzarət
haqqında” Azərbaycan Respublikasının qanunları və
digər normativ hüquqi
aktlar qəbul edilmiş,
ölkəmiz narkotik vasitələr və
psixotrop maddələrə nəzarət sahəsində BMT-nin konvensiyalarına, “Narkotik
maddələrin qəbul edilməsi və narkotik
maddələrin qeyri-qanuni dövriyyəsi
ilə mübarizədə əməkdaşlıq haqqında
Parsial Saziş”ə və bir
sıra digər beynəlxalq sənədlərə qoşulmuş, həmsərhəd və digər
dövlətlərə, habelə, beynəlxalq təşkilatlarla
daim inkişaf edən
əlaqələr qurmuşdur.
Bununla yanaşı narkotiklərin zərəri, onlardan istifadənin necə bəlalara yol açması barədə ölkəmizin
yeniyetmə və gənclərini məlumatlandırmaq məqsədilə
Respublika Narkoloji Mərkəzi
müxtəlif şəhərlərdə “Narkotiklərə yox deyək!” devizi
altında müxtəlif tədbirlər, kütləvi ictimai kampaniyalar keçirib. Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri
ilə yanaşı, müvafiq dövlət
qurumlarının- Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının işçi qrupunun, yerli icra hakimiyyətlərinin, təhsil şöbələrinin,
polis idarələrinin nümayəndələri,
eləcə də şagirdlər və tələbələr
tədbirlərdə iştirak ediblər.
Bu maarifləndirmə
kampaniyası Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin 28 iyun
2007-ci il tarixli Sərəncamı
ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”
çərçivəsində Səhiyyə Nazirliyi və onun tabeliyindəki
müvafiq qurumlar tərəfindən
həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Bu cür
toplantıların və kütləvi aksiyaların
keçirilməsi qabaqlayıcı tədbirlər kimi mühüm əhəmiyyət
daşıyır. Təşkil olunmuş
toplantılarda Respublika Narkoloji
Mərkəzinin direktor müavini
Aytən Səmədova, Mərkəzin həkim-narkoloqları
Pərvin Məmmədova və Mikayıl Qarayev
“Narkomaniyanın təhlükəli təzahür, insan cəmiyyətinin sağlam
inkişafına, mənəvi və əxlaqi dəyərlərinə
zərbə” mövzusunda məruzələr
etmişlər.
Narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz
dövriyyəsi və narkomanlığın
qarşısının alınması üzrə Xəzər
rayon komissiyası tərəfindən
maarifləndirmə məqsədilə 2013-cü il ərzində 7 tədbir keçirilmişdir. Binə Peşə
Litseyində, Mərdəkan qəsəbəsindəki Nizami adına Mədəniyyət Mərkəzində,
“Gənclər narkotik əleyhinə” mövzusunda seminarlar, məktəblilər
arasında inşa yazı və rəsm
müsabiqələri, “QİÇS-lə mübarizə” devizi altında kütləvi sağlamlıq yürüşü
təşkil olunub keçirilmişdir.
Xəzər rayon Polis İdarəsi tərəfindən il ərzində narkotiklərlə mübarizə sahəsində 50 cinayət faktı qeydə alınıb:
1. Narkotiklərin qanunsuz satışı - 15 fakt
2. Narkotikin
saxlanması - 31 fakt
3. Narkotik
tərkibli bitkinin əkilməsi - 4 fakt
Aşkar olunan
narkotik vasitələrin
miqdarı:
1. Marixuana - 7 kq 805,1 qr,
2. Heroin - 2,374 qr,
3. Həşiş qətranı - 3 kq 070 qr
təşkil edib.
Dövriyyədən
çıxarılmış müxtəlif növ
narkotik vasitələrin ümumi çəkisi 10 kq 877, 484
qram olmuşdur.
RPİ tərəfindən narkotiklərlə
bağlı bir qrup zərərsizləşdirilmiş, ondan 5
kq 706,46 qram marixuana; vətəndaş Qurbanov Vüqar
Süleyman oğluna məxsus Buzovna qəsəbəsi Təmənis
yaşayış sahəsindəki həyətyanı sahədən
yaş halda çəkisi 6 kq 200 qr olan 13 ədəd çətənə
kolu; Binə qəsəbəsində yaşayan Əliyev
Əfqanın evinin damında 20 ədəd, yaş çəkisi
2 kq 900 qr olan çətənə kolları; Nardaran qəsəbə
sakini Qasımov Həbib Rəhim oğlundan narkotik vasitələri
qanunsuz satarkən Binə qəsəbəsində ona məxsus
yarımtikili binanın zirzəmisində gizlədilmiş
xalis çəkisi 470 qr olan marixuana aşkar edilərək
götürülmüşdür.
Rayon Polis İdarəsi
rayon ərazisində yerləşən ümumtəhsil məktəblərində
müşavirələr keçirtmiş, narkotik vasitələrə
meyilli olan yeniyetmələr müəyyən edilmiş,
onların valideynlərinin narkoloji dispanser uçotunda
olub-olmaması nəzarətə
götürülmüşdür. Rayon səhiyyə
işçiləri ilə birlikdə narkomanlığın və
taksikomanlığın törətdiyi pis fəsadlar barədə
təbliğat işi aparılmışdır.
Xəzər RİH yanında narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların ləğvi
üzrə komissiya tərəfindən 2013-cü il ərzində
13 ədəd çətənə bitki kolları, 1,247 qram
tiryək, 568,907 qram qurudulmuş marixuana, 3,03 qram həşiş
qətranı və 12,39 qram heroin məhv edilmişdir.
İndiki dövrdə böyük bəlaya
çevrilən narkotik vasitələrin bir çoxu vaxtilə
tibb aləminin sevincinə səbəb olmuşdur. Ağrı üzərində qələbə kimi qəbul
olunan bu vasitələr sonradan əsl təhlükəyə
çevrilmişdir. Bu ona bənzəyir
ki, nüvə silahı kəşf olunanda dünya müharibələrinin
qarşısını almaq vasitəsi kimi qəbul edildi.
Hazırki dövrdə 9 ölkə bu silaha
malikdir. Lakin sonradan bəşəriyyət
başa düşdü ki, bu necə bir qlobal təhlükədir
və bunun qarşısı alınmalıdır. Artıq dünya səviyyəsində bu nüvə
klubuna başqa ölkələrin daxil olması qadağan
olunub.
Narkotik
vasitələrin istehsalı
da elə buna bənzəyir. Bu vasitələr hər bir dövləti içindən
dağıda bilər. Ona görə də
bunun qarşısı dünya səviyyəsində ən kəskin
şəkildə alınmalıdır. Qanunsuz
dövriyyə üçün narkotik istehsal olunan ölkələrə
qarşı sanksiyalar tətbiq olunmalıdır.
Narkoloji dispanserlər tərəfindən hər il narkomanların siyahısı rayon
komissiyalarına təqdim olunmalı, bu şəxslər yerli
icra nümayəndəlikləri tərəfindən
açıq tanınmalıdır.
V.HƏSƏNOV
,
Xəzər
rayon Narkomanlığa və Narkotik
Vasitələrin
Qanunsuz Dövriyyəsinə
Qarşı
Mübarizə Komissiyasının sədri,
RİH
Başçısının I müavini
İki sahil.- 2014.- 15 fevral.- S.14.