Xocalı soyqırımı: Erməni

vəhşiliyinin anatomiyası

 

Dünya tarixində insanların kütləvi qətliamı ilə bağlı soyqırımlar çox olub. Amma onların içərisində Xocalı soyqırımı xarakteri və qəddarlığı ilə fərqlənir.

Azərbaycanlılar tək Xocalıda deyil, 1905-1907, 1918-ci illərdə, soydaşlarımızın Qərbi Azərbaycandan deportasiya edildiyi dövrlərdə, 1988-ci ildə daşnak qəddarlığının qurbanı olublar. Quba məzarlığı, Xocalı soyqırımı bu vəhşiliyin şahididir. Xocalı qırğınlarının bilavasitə iştirakçısı, təcavüzkar Ermənistanın qaniçən prezidenti S.Sarkisyanın sözləri bu soyqırımın etirafıdır: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıracaq insanlar deyil. Biz bu stereotipə son qoyduq.”

...20 Yanvar 1990-cı ildə Azərbaycanın demokratiyamilli müstəqillik uğrunda mübarizəsini silah gücü ilə yatırmaq istəyən imperiya tarixi vərdişlərini təkrarlayaraq bir daha erməni xəyanətindən yararlandığı kimi ermənilər də yaranan imkandan bacarıqla istifadə etdilər. Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ, ona yaxın ərazidə yerləşən 7 rayon işğal edildi. Bir milyondan artıq həmyerlimiz evlərindən didərgin, qaçqın düşdü. Hadisələr zamanı minlərlə soydaşımız qətlə yetirildi, 10 minlərlə günahsız azərbaycanlı şikəst oldu, yaralandı. İnsanlara və dövlətə xeyli maddi-mənəvi zərər vuruldu.

Xocalı soyqırımını tanıyan Pakistan, Kolumbiya, Meksika kimi digər ölkələrdə də ictimaiyyətə çatdırılır ki, 26 fevral 1992-ci ildə yer üzündən silinən bu şəhərin 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri ahıl olmaqla 613 sakini qətlə yetirilmiş, 487 nəfər şikəst olmuş, 1275 nəfər ermənilər tərəfindən əsir götürülmüş, təhqirlərə məruz qalmışdır. Onların 150 nəfərinin taleyi barədə bu günədək xəbər yoxdur. 24 uşaq hər iki valideynini itirmiş, 130 körpə isə bir valideynindən məhrum olmuşdur. Soyqırım qurbanlarından 56 nəfəri amansız vəhşiliklə qətlə yetirilmişlər.

Dəhşətli soyqırımlara imza atan ermənilər, keçmiş sovetlərin 366-cı alayının əsgər və zabitləri Xocalıda qətlə yetirdikləri azərbaycanlıları soyqırım qurbanı kimi görmək istəmirlər. Amma 1915-ci ildə Osmanlı dövründə satqınlığı və dövlətçiliyə qarşı göstərdiyi xəyanətləri üzündən öldürülən daşnakları guya soyqırım qurbanları kimi tanıtmaq üçün min cür hiyləyə əl atırlar. İndi bütün dünya ictimaiyyəti bilir ki, 1992-ci ildə erməni faşizminin azərbaycanlılara qarşı növbəti qətliamı olan Xocalıda görünməmiş dəhşətlər yaşanıb.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlılarının ərazimizdə apardığı hərbi əməliyyatlar nəticəsində 20 min soydaşımız məhz azərbaycanlı olduğu üçün qətlə yetirilmiş, bir o qədər həmyerlimiz yaralanmış, 4 mini əsir düşmüş, minlərlə təhsil, səhiyyə, mədəniyyət müəssisəsi, tarixi abidələr dağıdılmışdır. XX əsrdə 2 milyondan artıq azərbaycanlı Ermənistanın və onun havadarlarının yeritdikləri soyqırım siyasətinin qurbanı olmuşlar.

Ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı yönəlmiş soyqırımına ilk siyasi qiyməti 26 mart 1998-ci ildə (1918-ci il mart hadisələrinin 80-ci ildönümü ərəfəsində) imzaladığı fərmanla verən ümummilli lider Heydər Əliyev daha bir tarixi missiyanı yerinə yetirdi.

Prezident İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyətinə çatdırıldı ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq dayanır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır.

57 ölkənin gənclər təşkilatlarını birləşdirən İƏT-in Gənclər Forumu İdarə Heyətinin sessiyasında qurumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə Baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, bütün dünya birliyi tərəfindən dəstəklənən “Xocalıya ədalət” kampaniyasını genişləndirməkdə də məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. “Leyla Əliyeva: Xocalıya ədalət” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) kitabı da “Xocalıya ədalət” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illiyi münasibətilə nəşr olunmuşdur.

Xocalı soyqırımının ildönümü günlərində Avropa və Qərb dövlətlərində keçirilən aksiyalarda iştirak edənlərin sayının artması, Xocalı faciəsinin İsveçdə yaradılmış və virtual aləmdə geniş təbliğ olunan “Beynəlxalq Müharibə Qurbanları Memorialı”na daxil olunması da Azərbaycana dəstək kampaniyasının nümunəsidir. İstanbulun Taksim meydanında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş aksiyalarda 1 milyondan artıq insanın iştirakı Azərbaycanla həmrəylik nümunəsi olmaqla insanlığa qarşı törədilən bütün qətliamların pislənilməsi demək idi.

Evin rəsmi internet səhifəsinin “Biz xalqıq” bölməsində yerləşdirilən “Xocalı soyqırımının tanınması” və “ Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınması” ilə bağlı yerləşdirilən petisiyada tələb olunan imzalar toplandı. TBMM binasında “Qarabağ: suallarfaktlar”, Moskvada Yuri PonomaryovunQarabağ gündəliyi” kitablarının, Amerikanın rep müğənnisi Toni Blekmənin Azərbaycanın “Dəyirman” qrupu ilə birgə hazırladıqları “Xocalıya ədalət” rep layihəsinin təqdimatı keçirildi. Bu il də Xocalı qurbanlarının xatirəsi beynəlxalq səviyyədə qeyd olunur.”

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2014.- 21 fevral.- S.14.