Narkomaniya bəşəriyyəti
düşündürən
problemdir
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndləri üzrə Təhsil Nazirliyi tərəfindən məqsədyönlü işlər həyata keçirilir.
Ölkənin sərhədyanı
məntəqələrində narkomanlıqla bağlı
yaranmış real vəziyyəti nəzərə
almaqla bu inzibati ərazilərdə narkomaniyaya
qarşı mübarizə, antinarkotik tərbiyə,
təbliğat və maarifləndirmə işləri
genişləndirilmişdir.
Bu məqsədlə hər il Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Dövlət Sərhəd Xidməti
ilə birgə tədbirlər planı hazırlanıb həyata
keçirilir. Plana uyğun olaraq şagird və tələbələr
arasında birgə müsabiqələr, görüşlər
və oyunlar təşkil edilmişdir.
Sərhəd məntəqələrinə şagirdlərin
ekskursiyaları təşkil olunmuş, burada qaçaqmalçılıq, xüsusilə
narkotiklərin ziyanı barədə uşaq
və gənclərə, valideynlərə və təhsil
işçilərinə məlumatlar verilmişdir.
Hüquqpozmalara meyilli olan yetkinlik yaşına
çatmayanların yaşayış yerləri, işlədiyi
və təhsil aldığı inzibati ərazilər
üzrə yerli icra
hakimiyyəti və bələdiyyələr, polis
orqanları, əmək kollektivləri və müvafiq
komissiyalar arasında əlaqələrin
genişləndirilməsi, onların narkomaniya
ilə bağlı profilaktiki tədbirlərlə əhatə
olunması məqsədilə təhsil müəssisələrinin
rəhbərlərinə müvafiq
göstərişlər verilmişdir. Yerlərdə, xüsusən polis
idarələrinin yetkinlik yaşına çatmayanlarla iş
üzrə müvəkkilləri ilə daim
əlaqədə olmağın, tibb
işçiləri ilə birlikdə mütəmadi olaraq pedaqoji kollektivlərin
görüşlərini təşkil etməyin zəruriliyi xüsusi qeyd olunmuşdur.
Təhsil
müəssisələri narkomanlığa və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizədə iştirak edən dövlət və
qeyri-dövlət təşkilatlarının maddi-texniki
bazasının möhkəmləndirilməsinə yönəlmiş
həmin qurumların təşkil etdiyi
xeyriyyə tədbirlərində fəal iştirak
etmişlər. Qeyd olunan
tədbirlərdə təhsil işçiləri təşkilati,
mənəvi və maddi köməklərini
əsirgəməmişlər.
Təhsil
müəssisələrində “Narkomaniya
əsrin bəlasıdır”, “Narkotiklərə yox deyək”, “Siqaretə yox
deyək”, “Gənclər sağlam həyat
tərzini seçirlər”, “Narkotiksiz Azərbaycan”
mövzuları üzrə toplantılar, görüşlər,
müzakirələr keçirilmişdir.
Təhsil nazirinin xüsusi göstərişi
ilə hər il ənənəvi olaraq Bakı Şəhəri Müəllimləri
Təkmilləşdirmə İnstitutunda
“Narkomanlığın profilaktikası sahəsində təhsil
müəssisələrinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilir.
Təhsil
Nazirliyinin təşkilatçılığı
ilə keçirilən bu tədbirdə
Bakı şəhərində fəaliyyət göstərən
bütün ali məktəblərin
tərbiyə işləri üzrə prorektorların, texnikum və orta məktəblərin
tərbiyə işləri üzrə direktor
müavinləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları,
məktəbdənkənar müəssisələrin
direktorları iştirak edirlər. Konfransda narkomaniya ilə
mübarizə bəşəriyyəti düşündürən
ən vacib problemlərdən biri kimi qiymətləndirilmişdir.
Bu tədbirlərin ən vacib
əhəmiyyəti də ondan ibarət olur ki, konfrans
iştirakçıları narkomaniyanın profilaktikası ilə
praktik məşğul olan
müəllim və təhsil işçiləridirlər.
Konfranslarda problemin aradan qaldırılması yollarından biri kimi gənclərin
asudə vaxtlarının təşkilinə ciddi
diqqət yetirilməsi vurğulanır. Məktəbdənkənar
müəssisələrə uşaq və
gənclərin daha çox
cəlb olunması, xüsusilə idman məktəblərində
müxtəlif bölmələrin sayının
artırılması, sağlam həyat tərzinin
təbliğinə və digər zərərli vərdişlərdən
xilas olmaq üçün müxtəlif elmi-kütləvi
tədbirlərdə daha çox
təhsil ictimaiyyətinin iştirakı prioritet
istiqamətlər olaraq qəbul edilir.
Təhsil
Nazirliyi tərəfindən müxtəlif
beynəlxalq humanitar təşkilatların
maddi və təşkilati dəstəyi
ilə uşaq və gənclərimizə
sağlam həyat tərzinin
aşılanması istiqamətində müxtəlif layihələr
həyata keçirilməkdədir. Bu təşkilatların
texniki dəstəyi ilə müxtəlif
dərs vəsaitləri, xüsusi kurikulumlar hazırlanmış və ümumtəhsil
məktəblərində, məktəbdənkənar təhsil
müəssisələrində xüsusi kurslar tədris olunmuşdur.
Təhsil
Nazirliyinin xüsusi əmrləri
ilə təsdiq olunmuş “Ali və orta ixtisas təhsili müəssisələrində
tərbiyə işləri üzrə prorektorlar
və direktor müavinləri haqqında”,
“Texniki-peşə və ümumtəhsil məktəblərində
tərbiyə işləri üzrə direktor
müavinləri haqqında” təlimata uyğun
yerlərdə tərbiyə
işləri üzrə prorektorların və direktor
müavinlərinin işi tənzimlənir.
Bir neçə ildir ki,
BMT-nin Qlobal Fondunun maliyyə və YUNİSEF-in
texniki dəstəyi ilə ümumtəhsil
məktəblərinin I-XI siniflərində fakultativ
məşğələlər üçün
nəzərdə tutulmuş saatlar hesabına həftədə 1 saat olmaqla “Həyati
bacarıqlara əsaslanan təhsil” adlı fakultativ
kurs tədris olunur. Həmin kursun dərs
vəsaitinə hər sinif üzrə
narkomaniyanın zərəri, sağlam həyat
tərzi, zərərli vərdişlər və s. barədə mövzular
daxil edilmişdir.
Qeyd olunan fakultativ kurs
respublikanın bütün tam orta məktəblərini
əhatə edir.
“Həyati
bacarıqlara əsaslanan təhsil” fakultativ
kursun tədrisi vəziyyətini təhlil
etmək üçün mütəmadi
monitorinqlər aparılır. Nəticədə bölgələrdə
ümumi vəziyyətin qənaətbəxş
olduğu müəyyən olunmuşdur.
2012-ci ilin
aprel ayında Bakı şəhərində
akademik Zərifə Əliyeva adına
liseydə Təhsil və Səhiyyə nazirlikləri
arasında maarifləndirmənin gücləndirilməsi istiqamətində
memorandum imzalanmışdır. Memoranduma əsasən Bakı şəhərinin
bütün tam orta məktəblərində öyrədici
müşavirə-seminarlar təşkil olunacaqdır. Bu işi Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi və Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş
şöbəsi birgə həyata keçirməkdədir.
Memoranduma əsasən Bakı şəhərinin
80-dən çox ümumtəhsil məktəbində
bu qəbildən seminarlar
təşkil edilmişdir.
Cari ildən etibarən bu
kampaniyaya Bakı şəhərində
yerləşən internat məktəblərinin
qoşulması məqsədəuyğun hesab
edilmişdir.
Belə ki, 30 yanvar 2014-cü il tarixdə Sağlamlıq imkanları məhdud
uşaqlar üçün
12 nömrəli xüsusi internat
məktəbində praktik konfrans
təşkil olunmuşdur.
Şagird və tələbələrin antinarkotik dünyagörüşünün
formalaşdırılması məqsədi ilə narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və
narkomanlığa qarşı kütləvi idman
tədbirləri mütəmadi təşkil olunur. Bu qəbildən 19 dekabr 2013-cü il tarixdə
Respublika Olimpiya Mərkəzində
Nazirliyin Təhsil Respublika
İdman Mərkəzinin Uşaq-Gənclər
Futbol məktəbi tərəfindən respublika miqyaslı turnir keçirilmişdir.
Hüseyn Əliyev
Nazir müşaviri
İki
sahil.- 2014.- 22 fevral.- S.14.