İnvestisiya siyasətinin başlıca prioritetləri...
Avropa Komissiyası 2013-cü ildə Avropa Birliyi ölkələrinin iqtisadiyyatındakı baş verən mənfi tendensiyaların investisiya sahəsinə də təsir etdiyini bildirib. Təşkilatın iqtisadiyyat və valyuta siyasəti məsələləri üzrə komissarı Xoakin Almunia qeyd edib ki, qlobal maliyyə böhranı dünya iqtisadiyyatında öz neqativ meyillərini dərinləşdirməkdə, planetin digər qütblərinə təsirlərini yaymaqdadır.
Böranın şiddətləri
Avropanın iqtisadiyyatının 70 faizdən çoxunu
əhatə etməklə yeni
resessiyaların siqnallarını işarə verməkdədir.
Hazırda böhran xəritəsinin əsas
coğrafi koordinatları Avropa
Birliyinin mərkəsi region
ölkələri sayılır. Son bir ildə borc
böhranı bu regioanu
əməlli-başlı silkələyib və börran təşvişləri bütün maliyyə sferasını cökdürüb. Avropa Birliyi ölkələrinin əksəriyyətinin
iqtisadiyyatına son ildə sərmayə
qoyuluşları xeyli azalıb.
Avropada investisiya böhranının davam etməsinə baxmayaraq
əlverişli sərmayə mühitini təmin
etmiş Azərbaycan iqtisadiyyatına
investisiyaların artımı qeydə alınıb. Ötən
il ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub ki, bu da
rekord göstərici hesab
oluna bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi heç
vaxt il ərzində bu qədər investisiya
qoyulmamışdır. “Son bir
neçə il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard
dolları daxili sərmayədir. Bu da artıq neçə
ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə
xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır. Əlbəttə ki, daxili sərmayənin içində
əsas sərmayə
dövlət sərmayəsidir.
Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük
yatırımlar edir”.
Bu gün xarici investorların Azərbaycana
marağı kifayət
qədər böyükdür
və bunun başlıca səbəbləri,
əlbəttə ki, ölkəmizdə investisiya
mühitinin əlverişliliyi,
investorların hüquqlarının
qanunvericilik əsasında
yüksək səviyyədə
qorunması, ölkəmizin
etibarlı tərəfdaş
olduğunu dəfələrlə
təsdiqləməsi, sərmayələrin
yönəldildiyi sahələrdə
cəzbedici mənfəətlər
əldə olunması
və bu qəbildən olan digər amillərdir.
Azərbaycanın
Cənubi Qafqaz iqtisadiyyatında payı
87 faiz təşkil edir və respublikamız
bu region üzrə kapital qoyuluşlarında əsas ölkə hesab olunur. Son 20 ildə Cənubi Qafqaz iqtisadiyyatına təxminən 170 milyard
dollar investisiya qoyulub ki, onun 140 milyarda
yaxını ölkəmizin
payına düşür.
Yəni,
Azərbaycan iqtisadiyyatına
cəlb olunmuş xarici sərmayələrin
həcmi Gürcüstan
və Ermənistanın
birlikdə iqtisadiyyatına
yönəldilmiş investisiyalardan
6 dəfə çoxdur.
Bədnam qonşumuz olan
Ermənistana son 15 ildə
yönəldilmiş sərmayələrin
ümumi həcmi respublikamızın təkcə
elektroenergetika təsərrüfatına
yatırılmış sərmayələrin
həcmindən 2 dəfə
azdır. Ölkəmiz adambaşına düşən
xarici investisiyaların
həcminə görə
MDB və Şərqi
Avropada aparıcı dövlətlərdən biridir.
Azərbaycanda hər nəfərə
düşən sərmayənin
həcmi təxminən
9 min dollara bərabərdir.
Sərmayə
qoyuluşlarının strukturuna
diqqət yetirsək daxili investisiyaların son illər daha çox artdığını
görmək olar. Yəni, artıq öləkmizin iqtisadi qüdrəti yerli sərmayələrin
illik artımının
daha da genişlənməsini
şərtləndirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi respublikamızın maliyyə qüdrətinin
yüksəlməsi dövlətin
daxili investisiyaları
artırması üçün
əla zəmin yaradır.
Yerli
sərmayə qoyuluşları
birbaşa qeyri-neft sektoruna yönəldilir ki, bu da
ümumi inkişafa mühüm töhfə verir. Qeyri-neft sektorunun inkişafına
səbəb olan həmin çoxsaylı layihələrin həyata
keçirilməsi üçün
kifayət qədər
maliyyə resursu cəlb olunub. Bununla da sosial
obyektlərin tikintisi,
məsələn, məktəb
və xəstəxanaların
inşası, təmiri,
yeni müasir tibb müəssisələrinin
yaradılması və
ən son texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər
üçün yeni yaşayış qəsəbələrinin
salınması, körpü,
yol tikintisi, elektrik stansiyalarının
yenidən qurulması
və digər layihələr ötən
il investisiya siyasətinin əsas elementlərini təşkil
edir. 2014-ci ildə
bu sahələrə daha çox investisiya qoyulması isə bütün bölgələrin iqtisadi
və sosial inkişafını daha da sürətləndirəcək.
Azərbaycanın
uzunmüddətli dövrdə
dayanıqlı və
tarazlı inkişafının
təmin olunmasında
iqtisadiyyata investisiyaların
cəlb edilməsi xüsusi rol oynayacaq. İnvestisiyaların tələb olunan
həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə
əlverişli investisiya
mühitinin yaxşılaşdırılması
qarşıda duran əsas vəzifələrdəndir.
Dövlət investisiyaları
sahəsində siyasətin
əsas istiqamətlərini
investisiya layihələrinin
orta və uzun müddətli dövlət proqramları
ilə müəyyən
olunmuş sosial-iqtisadi
inkişaf məqsədlərinə
və prioritetlərinə
uyğunlaşdırılması, investisiyaların qeyri-neft sektorunun və regionların inkişafına
yönəldilməsi,
regional investisiya siyasətinin müasir inkişaf
tendensiyalarına uyğunm olaraq
prioritetləşdirilməsi, ölkədə investisiya
fəaliyyətinin sosial istiqamətinin
gücləndirilməsi, insan
kapitalına, infrastruktura qoyulan
investisiyaların prioritetliyinin təmin
edilməsi, investisiyaların elmtutumlu layihələrə
yönəldilməsi kimi hədəflər
təşkil edir. Həmçinin, özəl
investisiyalar sahəsində siyasətin əsas
istiqamətləri ortamüddətli dövrdə ölkə
müəssisələrinin investisiya cəlbediciliyinin
daha da
artırılması məqsədilə müvafiq
tədbirlərin davam etdirilməsi, müəssisələrin
modernləşdirilməsi məqsədilə müasir
texnoloji avadanlığın ölkəyə
gətirilməsi üçün xarici ticarət rejiminin daha da təkmilləşdirilməsi,
birbaşa xarici
investisiyaların ixracyönümlü və
əlavə dəyərin xüsusi
çəkisi yüksək olan sahələrə
yönəldilməsinin stimullaşdırılmasından ibarətdir.
Xarici investisiyaların ölkə
iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin
müəyyən etdiyi iqtisadi
inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu baxımdan, siyasi sabitlik və iqtisadi inkişaf əvvəlki illərdə olduğu kimi, 2014-2018-ci
illərdə də xarici dövlətlərin
Azərbaycan iqtisadiyyatına ortamüddətli və
uzunmüddətli sərmayə qoymaq üçün marağını daha da artıracaq. Xarici investisiyalar sahəsində siyasətin əsas
istiqamətləri xarici investisiyaların
təşviqi və qarşılıqlı qorunması
haqqında yeni sazişlərin
imzalanması, investisiyaların təşviqi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi
və investorlar üçün
hüquqi təminatın daha
da genişləndirilməsi və xarici investisiyaların cəlb edilməsi
məqsədilə stimullaşdırıcı tədbirlərin
sürətləndirilməsi (vergi
sistemində və gömrük tariflərində
güzəştlərin tətbiqi və s.)
ilə bağlıdır. Həmçinin, xarici sərmayə qoyuluşlarını
artırmaq üçün
investisiyaların qeyri-neft sektoru
və elmtutumlu və innovativ
sahələrə investisiyaların cəlb edilməsinin təşviqi,
xarici investisiyaların ixracyönümlü
sahələrə yönləndirilməsi və sənaye
parklarına əcnəbi sərmayəçilərin cəlb
edilməsini stimullaşdırmaq kimi
tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulur.
Rəşad Bağırov
İki sahil.- 2014.- 25 fevral.- S.19.