YAP Gənclər Birliyinin
«Yay məktəbi» Lerikdə
Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin «Gənc Liderlər» Gənc Siyasətçilər
üçün «Yay məktəbi» layihəsinə start
verildi. Hər il olduğu kimi, bu il də «Yay məktəbi»
ölkəmizin gözəl guşələrində təşkil
olunur. İyulun 6-dan 11-dək davam edəcək layihə
çərçivəsində 100-ə yaxın fəal gənc
Lerik rayonunda olacaq.
İyulun 6-da «Yay məktəbi»nin
açılışı oldu. YAP Siyasi
Şurasının üzvü, «İki sahil»” qəzetinin Baş redaktoru, Əməkdar
jurnalist Vüqar Rəhimzadənin
rəhbərlik etdiyi qrup
öncə rayon mərkəzində
müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının
yaradıcısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
edərək önünə
gül-çiçək dəstələri qoydular.
Eyni zamanda layihə
iştirakçıları Heydər Əliyev Mərkəzində
də oldular.
Sonra rayon ərazisində yerləşən
«Relax»” istirahət mərkəzində «Gənc
Liderlər» Gənc Siyasətçilər üçün
«Yay məktəbi» layihəsinin
açılış mərasimində çıxış
edən qrup rəhbəri, YAP Siyasi Şurasının üzvü,
«İki sahil»” qəzetinin
Baş redaktoru Vüqar Rəhimzadə layihənin əhəmiyyətindən, gənclərin bilik
və bacarıqlarının artırılmasında rolundan geniş bəhs etdi. Bildirdi ki, YAP rəhbərliyi gənclərin
siyasi fəallığının
artırılması, asudə vaxtlarının səmərəli
təşkili, beynəlxalq əlaqələrin genişlənməsi,
ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə
müxtəlif layihələrin həyata keçirilməsinə
xüsusi diqqət yetirir.
Bu layihələr sırasında 2007-ci
ildən başlayaraq hər il keçirilən yay və
qış liderlik məktəblərini xüsusi qeyd etmək
lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində
yaşayan bütün
gənclərin biri-birini daha
yaxından tanımasını, onların arasında səmimi
münasibətlərin yaradılmasını, ölkədə
ictimai həyatın istənilən sahəsində
dinamik inkişaf
haqqında onlara dolğun
məlumatların
çatdırılmasını, tanınmış siyasətçilərlə
onların görüşlərinin təşkil edilməsini,
gələcəkdə müxtəlif sahələrdə
çalışacaq bu gənclərdə
liderlik kimi mühüm xüsusiyyətlərin
formalaşdırılmasını təmin etməkdir.
V.Rəhimzadə qeyd etdi ki,
gənclərimiz onlar üçün
yaradılan bu şəraitdən səmərəli
istifadə etməli, günbəgün qüdrətlənən,
güclənən Azərbaycana öz
töhfələrini verməlidirlər. Bunun
üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli,
ölkənin ictimai-siyasi həyatında
fəal iştirak etməli, ən əsası
Azərbaycan reallıqlarının təbliğində fəal
olmalıdırlar. Azərbaycan gəncləri böyük
qüvvədir. Birgə səylər qarşıya qoyulan hər bir məqsədə
yüksək səviyyədə nail olmağa stimul verir.
O da
qeyd edildi ki, avqustun birinci
ongünlüyünə qədər davam
edəcək «Yay məktəbi» 5 mərhələdə
davam edəcək. Layihədə 1000-ə
yaxın Bakı və regionları təmsil edən gənclər
iştirak edəcək ki,
bu da dövlətimizin
onlara olan
etimadının nəticəsidir.
V.Rəhimzadə gənclərə
göstərilən bu diqqət və
qayğıya görə ölkə Prezidenti
İlham Əliyevə, YAP-ın İcra katibliyinə minnətdarlığını
bildirdi.
Açılış
mərasimində çıxış edən YAP İcra Katibliyinin baş təlimatçısı Rəfail
Gülməmmədov və YAP GB-nin layihələr
üzrə koordinatoru Leyla
Kərimova layihə çərçivəsində nəzərdə
tutulan seminarlar, təlimlər
barədə iştirakçı gənclərə ətraflı
məlumat verdilər. L.Kərimova,
eyni zamanda layihə
çərçivəsində gənclərin istirahətini
nəzərdə tutan intellektual
oyunların, yarışların da proqrama daxil edildiyini bildirdi.
Sonda gənclərin iştirakı ilə təşkilat
komitəsinin və komandaların üzvləri elan olundu.
«Yay məktəbi»nin ikinci
günündə Yeni Azərbaycan
Partiyası Gənclər Birliyinin «Gənc
Liderlər» Gənc Siyasətçilər üçün
«Yay məktəbi» layihəsi çərçivəsində
«Ulu öndər Heydər Əliyevin
ideyaları və müasir dövlət quruculuğunda gənclərin rolu»
mövzusunda seminar keçirildi.
YAP Siyasi
Şurasının üzvü, «İki sahil”» qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə dahi
şəxsiyyət Heydər Əliyevin dövlətimiz,
xalqımız qarşısındakı xidmətlərindən,
gələcəyə hesablanmış inkişaf
strategiyasından geniş bəhs etdi. Bildirdi ki, ulu öndər Heydər
Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və
sabahının əsasıdır. Bu ideyalar müstəqil Azərbaycanımıza
biri-birindən əhəmiyyətli uğurlar
qazandırır.
V.Rəhimzadə bildirdi ki, gənclərə
diqqət və qayğı ulu öndər
Heydər Əliyevin hakimiyyətinin hər iki
dövründə fəaliyyətinin əsas istiqaməti olub. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın
müstəqil gələcəyini düşünən ümummilli lider Heydər
Əliyev gənclərin keçmiş
ittifaqın nüfuzlu ali
məktəblərində təhsil almasının təşəbbüsçüsü
olmuşdur. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın
təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonrakı dövrdə də gənclərə
diqqət və qayğı dövlət siyasətinin əsas
tərkib hissəsinə çevrildi.
Qrup rəhbəri qeyd etdi
ki, Azərbaycan dövlətinin gənclər
siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına
çıxarılmasında ulu öndərin
təşəbbüsü və iştirakı ilə
keçirilən ölkə gənclərinin I Forumunun rolu inkaredilməzdir.
1996-cı il fevralın 2-də keçirilən bu forum ulu
öndər Heydər Əliyevin gəncliklə bağlı strategiyasının
ilk təntənəsi kimi
dəyərləndirildi. 1997-ci ildə ümummilli
lider Heydər Əliyevin sərəncamı
əsasında I Forumun keçirildiyi
tarix- 2 fevral Azərbaycanda
Gənclər Günü kimi
elan edildi. Bu addım bir daha təsdiqlədi ki, gənclər
siyasəti dövlətin siyasətində əsas yer tutur. Sonrakı illərdə
keçirilən Gənclər Forumları bir
daha Azərbaycan gənclərinin fəallığının
ildən-ilə necə artdığını nümayiş
etdirir.
Bildirildi ki, ulu
öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin böyük qüvvə olduğunu,
Azərbaycanın gələcəyinin onlara
məxsusluğunu, eyni zamanda
müasir dövrün
informasiya-kommunikasiya texnologiyaları əsri
olduğunu önə çəkərək,
yüksək ixtisaslı gənclərin
yetişdirilməsini qarşıya mühüm
vəzifə kimi qoyur.
Cənab İlham Əliyevin
sərəncamı ilə təsdiqlənən «2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı» Azərbaycan gənclərinin
intellektual səviyyəsinin
artırılmasına, elmi biliklərə
dərindən yiyələnmələrinə, dünyanın
qabaqcıl ölkələrinin təcrübəsini
öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda yeni
texnologiyaların mənimsənilməsinə xidmət edir. «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə
Dövlət Proqramı»nda gənclərin gələcəyi üçün zəruri olan
bütün addımların
atılması öz əksini tapıb.
Ölkə Prezidenti İlham
Əliyevin fərmanı ilə Gənclər Fondu
yaradılıb. Bütün bunlar onu təsdiqləyir ki, gənclərə diqqət və
qayğı davamlıdır.
V.Rəhimzadə bildirdi ki, gənclər bu diqqət və qayğıdan bəhrələnərək,
öz potensiallarını ortaya
qoymalı, Azərbaycanın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə
töhfələrini verməlidirlər.
Bu
fikir də xüsusi
vurğulandı ki, hazırda milli dövlətçiliyin möhkəmləndirilməsi
və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu,
siyasi, hüquqi və
iqtisadi islahatların həyata
keçirilməsi ilə bağlı ulu
öndərin ideyaları və irəli sürdüyü
prinsiplər Azərbaycanın
indiki və gələcək inkişaf strategiyasının əsasını
təşkil edir. Ümummilli
lider Heydər Əliyevin «Gənclər Azərbaycanın
gələcəyidir» tezisi dövlət
siyasətinin əsasında dayanır.
Seminarda gənclərdən Vüsal
Əliyev (Nərimanov rayonu YAP GB), Aysel Məmmədova (Sumqayıt YAP GB), Xətai
Abdullayev (Ağdam YAP
GB), Şahnaz Hacıyeva (Nizami
rayonu YAP GB), Lütfiyyə Mustafayeva (Naftalan YAP GB), Ramin Həsənov (Zaqatala
YAP GB), Elvin Dadaşov
(Sumqayıt YAP GB), Vəfa Ələkbərova (Abşeron YAP GB), Vüsal Rzayev
(Şəmkir YAP GB) və başqaları
çıxış edərək, ulu
öndər Heydər Əliyevin ideyalarından və müasir dövlət quruculuğundan
danışaraq, onlara olan
diqqət və qayğını yüksək qiymətləndirdilər.
Diskussiya şəklində davam
edən seminarda gəncləri
maraqlandıran suallar da
cavablandırıldı. Sonra gənclər
arasında müxtəlif idman
yarışları (futbol, üzgüçülük,
stolüstü tennis) keçirildi. Günə interaktiv,
intellektual, praktik oyunlarla yekun vuruldu.
«Yay
məktəbi»nin hər bir günü gənclərin həyatında
müxtəlifliyi ilə diqqət çəkir. Gənclər
həmin gün çərçivəsində
təşkil olunan seminarlar,
diskussiyalar zamanı öz
biliklərini artırır, bir-birləri ilə ünsiyyət
əsasında həm dostluq əlaqələrinin
qurulmasına, həm də biliklərinin mübadiləsinə
nail olurlar. Gənclər
üçün həm təcrübə,
həm də biliklərin mübadiləsinə
yardımçı olan «Yay
məktəbi» davam edir.
Ceyhun Piriyev
İki sahil.- 2014.- 8 iyul.- S.16-17.