Azneftİstehsalat Birliyi 2014-cü ilin

birinci rübünü uğurla başa vurub

 

Bu ilin yanvar-iyun aylarında İstehsalat Birliyi üzrə 3445902 ton neft, 3400072 min kubmetr qaz hasil edilib

 

Bu günlərdə Şamaxıda yerləşən “Rixos Hotel”də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin 2014-cü ilin birinci yarısının yekunlarına dair hesabat yığıncağı keçirilib. Tədbirdə çıxış edən “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov Azərbaycanın inkişaf dinamikasından söz açıb.

 

Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasi kurs nəticəsində son 10 ildə Azrbaycanda ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artıb. Əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı isə 5,5 dəfə çoxalıb. Bununla yanaşı, yoxsulluq 49 faizdən 5,3 faizə, işsizliyin səviyyəsi isə 5 faizə düşüb.

D.İskəndərov ölkə başçısının neftçilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Qeyd edib ki, məhz bunun nəticəsidir ki, neft sənayesi sürətlə inkişaf edir. Onun sözlərinə görə, ARDNŞ prezidenti Rövnəq Abdullayevin tapşırıq və tövsiyələrinə uyğun olaraq “Azneft” İstehsalat Birliyinin kollektivi qarşıda duran vəzifələri uğurla yerinə yetirərək bu inkişafa öz töhfəsini verir.

D.İskəndərov qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafında mühüm rolu olan Dövlət Neft Şirkətinin bütün idarə və müəssisələri kimi, “Azneft” İstehsalat Birliyi də 2014-cü ilin ötən 6 ayını uğurla başa vurub: “İstehsalat Birliyinin kollektivi dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nı əldə rəhbər tutaraq gələcək fəaliyyət istiqamətlərini dəqiq müəyyənləşdirib, əzmlə çalışaraq ölkənin yanacaq-energetika kompleksinin inkişafına öz töhvələrini verib. Birlik neftqaz hasilatının düşmə tempinin qarşısını almaqson nəticədə sabitləşməsinə nail olmaq üçün quyu fondu üzərində müasir standartlara cavab verən elmi-texniki əsaslara istinad edərək istehsalatın bütün istiqamətləri üzrə hər ilKompleks Tədbirlər Proqramı” tərtib edir. Bununla yanaşı, hesabat dövründə 2013-2015-ci illərdə neft-qaz hasilatının stabilləşdirilməsi və qismən artırılması ilə bağlı Tədbirlər Planının icrası da uğurla həyata keçirilib.

D.İskəndərov vurğulayıb ki, “Azneft” İB kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan əlavə olaraq neft-qaz çıxarılıb: “2014-cü ilin 6 ayında uğurlu nəticələr əldə edilib, bütövlükdə neft sənayesinin inkişafı üçün nəzərdə tutulan proqnoz tapşırıqlara tam əməl olunub. Belə ki, 2014-cü ilin 6 ayı ərzində “Azneft” İB üzrə 3377000 ton plan-tapşırığına qarşı, 3445902 ton neft hasil edilərək plana 102 faiz əməl olunub. İstehsalat Birliyi üzrə ilin əvvəlindən neftin təhvili planı da artıqlaması ilə yerinə yetirilib. Bu mənada 3360900 ton neft əvəzinə, 3429520 ton neft təhvil verilib. Bu da nəzərdə tutlandan 68620 ton çox neft deməkdir. Cari ilin 6 ayı ərzində qaz hasilatı və təhvili sahəsində əldə etdiyimiz göstəricilərin 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 40 faiz təşkil edib. Belə ki, 2014-cü ilin müvafiq dövründə 3044800 min kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 3400072 min kubmetrə bərabər olub. Plan 111,7 faiz yerinə yetirilib. Qaz satışı planına isə 130,8 faiz əməl edilib. Belə ki, 2192250 min kubmetr qaz satışı planlaşdırıldığı halda, 2866387,526 min kubmetr mavi yanacaq satışı həyata keçirilib.”

AzneftİB-nin baş direktoru əlavə edib ki, ötən 6 ayda fəaliyyətsiz quyu fondundan 78 quyu istismara qaytarılıb. Bu quyulardan 26226 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 48135 ton neft alınıb ki, bu da plandan 21909 ton çoxdur: “Neftin, qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geolojitexniki tədbirlər aparılmasının böyük əhəmiyyəti var. Bu mənada ilin əvvəlindən 570 geoloji tədbir keçirilib, nəticədə 196220 ton neft hasil edilib ki, bu da plana qarşı 107 tədbir çox və 70294 ton artıq neft deməkdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 2784,5 ton artıq neft alınıb. Ümumilikdə həyata keçirilən texnikitexnoloji tədbirlər nəticəsində 37387 ton plana qarşı 43561 ton, yəni 6174 ton artıq neft hasil edilib.”

D.İskəndərov ətraf mühitin qorunması sahəsində görülən işlər barədə də ətraflı məlumat verib. Onun sözlərinə görə, ötən 6 ayda 2101,7 min kubmetr lay suları utulizə edilib, 10,18 hektar neftlə çirklənmiş torpaq təmizlənib. Bununla yanaşı, 798353 kubmetr qazın yığılaraq, atmosferə atılmasının qarşısı alınıb. 2014-cü ilin 6 ayında monitorinqlər zamanı 307 ekoloji pozuntu aşkar edilib ki, bu pozuntuların da 97 faizi aradan qaldırılıb. 81,76 ton bərk məişət tullantıları zərərsizləşdirilib. 545,34 ton tullantı təhvil verilib. Həmçinin 148072 ağacgül kolu əkilib.

Qeyd edək ki, 2014-cü ilin 6 ayında “Azneftİstehsalat Birliyinin idarə və müəssisələrində çalışan işçilərin sosial məsələlərinin həlli istiqamətində xeyli görülüb. Neftçilərin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə “ARDNŞ-in işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”yə əsasən ötən dövrdə İstehsalat Birliyi üzrə işçilərə 602.03 min manat maddi yardım göstərilib. 2014-cü ilin planına uyğun mütəmadi olaraqAzneftİstehsalat Birliyinin idarə və müəssisələrində sosial məsələlərin həlli vaxtaşırı yoxlanılıb, nöqsanların aradan qaldırılması üçün tədbirlər görülüb. Belə ki, “Neft Daşları” NQÇİ-də işçilərin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə 2 ədəd yeməkxana evcik, 4 ədəd məişət evcik və 11 ədəd ambar evcik alınıb. İşçilərin sahələrdə və özüllərdə isti yeməklə qidalanmaları üçün 252 saylı meydançalara mətbəx evciyi, kondisioners. verilib. Meydançada yeni tikilmiş yeməkxana bir sıra avadanlıqlarla təmin edilib. İşçilərin dəniz və hava nəqliyyatı vasitələri ilə gətirilib aparılmaları, içməli suyun və ərzaq məhsullarının gətirilməsi təşkil edilib.

Bildirilib ki, “28 May” NQÇİ-də 6, 10, 11-ci DDÖ-lərdə əsaslı təmir işləri aparılıb və hər cür məişət avadanlıqları ilə təchiz olunub. N.Nərimanov adına NQÇİ-də neft-mədən obyektlərində işləyən işçilərin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 16 ədəd yataqxana tipli məişət evciyi, 1 ədəd “Osmostipli bioloji təmizləmə qurğusu, 2 ədəd paltar yuyub qurutmaq üçün məişət evciyi, 2 ədəd sanitar qovşağı və s. alınıb. Ə.Əmirov adına NQÇİ-nin 3-cü NQÇS-nin inzibati binası əsaslı təmir olunub və genişləndirilib. “Azneftİstehsalat Birliyinin digər idarə və müəssisələrində sosial sahədə görülən işlərin həcmi çoxalıb. Bütün struktur bölmələrdə təmir işləri aparılıb, kondisioner, televizor, soyuducu, soyunub-geyinmə şkafları və digər avadanlıqlarla təchiz olunub.

D.İskəndərov onu da əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq ARDNŞ-in himayəsinə verilmiş Ağdam rayonu ərazisində yerləşən “Dördyol 1”, “Dördyol” 2, “Dördyol-Mamırlı” və Təzəkənd qəsəbələrində, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndində, Tərtər rayonunda və Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkün ailələrinə bayramlar münasibətilə ərzaq sovqatlarının çatdırılmasında iştirak edilib. Bununla yanaşı, ARDNŞ-in xətti ilə keçirilən turnir və yarışlarda “Azneftİstehsalat Birliyinin struktur təşkilatlarının komandalarının iştirakı təşkil edilib.

Hesabat yığıncağında “AzneftİB-nin baş mühəndisi, baş direktorun birinci müavini Balamirzə Ağarəhimov, İB-nin baş geoloqu, baş direktorun müavini Ədalət Eminov, baş direktorun müavinləri İkram Qurbanov, Cəlair Səmədov, Faiq Cəfərov, Əlimusa Quliyev, Rüstəm Zeynalov, Namiq Aslanov çıxış edərək aidiyyəti sahələr üzrə görülən işlərdən danışıblar.

 

Nail Rəhimzadə

 

İki sahil.- 2014.- 9 iyul.- S.9.