«Yay məktəbi»: Biliklərin
mübadiləsinə yardımçı layihə
Gənclər
layihə çərçivəsində öz bilik və
bacarıqlarını artırır,
ölkənin
gələcək inkişafına öz töhfələrini
verməyə səy göstərirlər
Yeni
Azərbaycan Partiyası Gənclər Birliyinin «Gənc Liderlər»
Gənc Siyasətçilər üçün «Yay məktəbi»
uğurla davam edir. Hər birində 100-ə yaxın fəal gəncin
olduğu qruplar Lerik və Oğuz rayonlarında reallaşan
seminar-diskussiyalarda, təlimlərdə iştirak edirlər.
Ümumilikdə isə avqust ayının ikinci
ongünlüyünə qədər davam edəcək layihədə
1000-ə yaxın gənc iştirak edəcək.
Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin «Gənc Liderlər» Gənc Siyasətçilər
üçün «Yay məktəbi» layihəsinin beşinci
günündə «Regionların sosial-iqtisadi inkişafı və
sosial həyat”» mövzusunda seminar keçirildi.
YAP Siyasi
Şurasının üzvü, «İki sahil»” qəzetinin
Baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə
bildirdi ki, bu gün Azərbaycan quruculuq
meydançasını xatırladır. Ulu öndər Heydər
Əliyevin düzgün müəyyənləşdiridyi siyasətin
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi nəticəsində uğurlarımız
davamlı xarakter alıb, paytax və bölgələrimiz
gündən-günə yeniləşir, müasirləşir.
Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən
qeyri-neft sektorunun inkişafı istiqamətində atılan
addımlar öz uğurlu nəticəsini verir. Prezident kimi fəaliyyət
başladığı gündən iqtisadi tərəqqinin
qeyri-neft sektorunun hesabına olmasını qarşıya
mühüm vəzifə kimi qoyan cənab İlham Əliyev
regionların malik olduğu potensialdan səmərəli istifadə
etmək məqsədilə Dövlət Proqramlarını təsdiqlədi.
Regmonal inkişaf proqramlarında, eyni zamanda böləgələrin
sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə
bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin
icrası ölkədə qeyri-neft sektorunun davamlı
inkişafına, regionlarda kommunal xidmətlərin və sosial
infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə,
sahibkarlıq mühitinin daha da
yaxşılaşdırılmasına, investisiya qoyuluşunun
artmasına, yeni müəssisələrin və iş yerlərinin
açılmasına, nəticədə əhalinin məşğulluğunun
artırılmasına və yoxsulluq səviyyəsinin
azaldılmasına təkan verib.
V.Rəhimzadə
bildirdi ki, Dövlət Proqramlarının icra olunduğu 10 il
ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən
qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd
təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə,
əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı
5,5 dəfə artıb. Bu müddətdə həyata
keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində
ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni
iş yeri, 55,6 min müəssisə yaradılmış,
işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə
enmişdir. Dövlət proqramları çərçivəsində
görülmüş genişmiqyaslı işlər
regionların qarşıdakı illərdə də
inkişafı üçün möhkəm zəmin
yaradıb.
YAP Siyasının
Şurasının üzvü xüsusi olaraq vurğuladı
ki, Azərbaycan bu gün beynəlxalq aləmdə iqtisadi
möcüzələr ölkəsi, Cənubi Qafqazın
parlayan ulduzu, dünyanın 10 xoşbəxt ölkəsindən
biri kimi tanınır və nüfuz qazanır. İqtisadi tərəqqinin
güclü sosial siyasətlə müşaiyət
olunması beynəlxalq ictimaiyyət tərəfindən də
təqdir olunur. Azərbaycan özünü dünyaya sosial
dövlət kimi təqdim edir. Bu gün ölkəmiz yeni
iqtisadi və sosial çağırışların
müzakirəsi üçün əsas məkan seçilib.
Keçirilən beynəlxalq səviyyəli tədbirlərdə
bu fikir xüsusi qeyd olunur ki, müasir dövrün əsas
çağırışı yoxsulluqla mübarizədir ki,
Azərbaycanın bu istiqamətdə təcrübəsi
öyrənilməlidir. Bu sahədə həyata keçirilən
Dövlət Proqramların uğurlu icrası nəticəsində
yoxsulluq həddi 49 faizdən 5,3 faizə enib. Beynəlxalq
Valyuta Fondunun təmsilçilərinin proqnozlarına görə
Azərbaycanda inkişaf tempi bu şəkildə davam edərsə,
yaxın zamanlarda ölkədə yoxsul olmayacaq.
V.Rəhimzadə qeyd
etdi ki, inkişafın Azərbaycan modelinin mövcudluğu və
beynəlxalq səviyyədə təsdiqlənməsi
uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Uğurlar
bir-birini əvəzlədikcə yeni hədəfələrə
yol açılır. Dövlət başçısı
İlham Əliyevin sərəncamı ilə təsdiqlənən
«Azərbaycan 2020: gələcəyə baxış»
İnkişaf Konsepsiyasına əsasən qarşıdakı
illər üçün əsas hədəf Azərbaycanı
yüksək gəlirli ölkəyə çevirmək,
inkişaf etmiş ölkələr sırasında görmək,
bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulun
daha iki dəfə artırılmasına nail olmaqdır. Məqsəd
inkişaf üçün əsas rolunu oynayır. Təbii
ki, yeni-yeni hədəflər müəyyənləşdirilirsə,
demək onlara çatmaq üçün əsaslar
mövcuddur.
«Gənc Liderlər» Gənc
Siyasətçilər üçün «Yay məktəbi»
layihəsi çərçivəsində gənclərin
qonağı olan Milli Məclisin deputatı İqbal Məmmədov
«Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı»ndan söz
açaraq, əsas məqsədin ölkədə qeyri-neft
sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası,
regionların sürətli inkişafı istiqamətində tədbirlərin
davam etdirilməsi, xüsusi ilə kəndlərin
inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin
daha da yaxşılaşdırılması olduğunu bildirdi.
Qeyd olundu ki, Dövlət
Proqramında müəyyən edilmiş məqsədə
nail olmaq üçün regionlarda infrastruktur təminatının,
o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının
daha da yaxşılaşdırılması,
ixracyönümlü və rəqabətədavamlı məhsul
istehsalı istiqamətində sahibkarlığın
inkişafının sürətləndirilməsi, əhalinin,
xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin
artırılması və yoxsulluğun səviyyəsinin
azaldılması istiqamətində tədbirlərin davam
etdirilməsi kimi mühüm vəzifələrin yerinə
yetirilməsi nəzərdə tutulur.
Millət vəkili
eyni zamanda vuğuladı ki, Dövlət Proqramında müəyyən
edilmiş məqsədlərə nail olunması, eləcə
də qeyd edilən vəzifələrin yerinə yetirilməsi
üçün ölkədə makroiqtisadi sabitliyin
qorunması mühüm əhəmiyyət kəsb edir. Makroiqtisadi
sabitliyi nəzərə alaraq dövlətin büdcə siyasətində
iqtisadiyyatın prioritet sahələrinin modernləşməsi
və onun effektivliyinin, uzunmüddətli
dayanıqlılığının təmin edilməsi
üçün şəraitin yaradılması, investisiya
mühitinin daha da yaxşılaşdırılması
prioritet olacaq. İqtisadi artımın, məşğulluğun,
büdcə və valyuta gəlirlərinin əsas mənbəyi
kimi qeyri-neft sektoru tarazlı və dayanıqlı iqtisadi
artıma nail olunmasında və yüksək gəlirli
iqtisadiyyatın formalaşmasında strateji amil rolunu davam etdirəcək.
Bu baxımdan ölkədə sahibkarlığın
inkişafı məqsədilə biznes mühitinin daim
yaxşılaşdırılması nəticəsində
yüksək keyfiyyətli, ixracyönümlü və rəqabət
qabiliyyətli məhsulların istehsal edilməsi dövlətin
iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir.
Bu sahədə həyata keçirilən dövlət siyasəti
sahibkarlığa yaradılmış fəaliyyət
mühitinin daha da yaxşılaşdırılmasına,
dövlət himayəsinin təkmilləşdirilməsinə
və dövlət-sahibkar münasibətlərinin
yaxşılaşdırılmasının təmin edilməsinə
yönəldilir.
Daha sonra millət vəkili
İ.Məmmədov gəncləri maraqlandıran sualları
cavablandırdı. Mövzu ətrafında gənclərin
iştirakı ilə diskussiyalar oldu.
Günün ikinci
yarısında gənclərə Kənan Qubadzadənin
moderatorluğu ilə «Sağlam həyat, sağlam gələcək»”
mövzusunda təlim keçirildi. Təlimdə bildirildi ki,
bugünki gündə gənc nəslin düzgün
yetişdirilməsi ölkə siyasətində önəmli
yer tutur. Bu baxımdan biomüxtəlifliyin tükənməsi,
urbanizasiya, stress kimi ciddi problemlərin artdığı bir
dövrdə əsrin xəstəlikləri hesab edilən
QİÇS (qazanılmış immun
çatışmamazlığı sindromu), hemofiliya
(talassemiya), narkomaniya, alkoqolizm, ürək damar, xərçəng
xəstəlikləri geniş yayılmışdır. Belə
bir dövrdə sağlamlıq haqqında biliklərə yiyələnmək
və bu biliklərə riayət etmək hər bir gəncin
başlıca vəzifələrindən biridir. Sağlam həyat
tərzi hər bir yeniyetmənin, gəncin şəxsi
seçim yolu və fərdi davranış sistemidir.
Təlimdə qeyd
edildi ki, müasir cəmiyyətdə gənc nəslin
sağlam yetişməsinə mane olan ən kəskin problemlər
sırasında siqaretçəkmə, narkomaniya və spirtli
içkilərin istifadəsi kimi vərdişlər gənclər
arasında daha geniş yayılıb. Bu fəlakətli meyllər
bütövlükdə cəmiyyətin həyatına mənfi
təsir göstərir. Gənc nəslin sağlam
böyüməsi üçün onlarda erkən
yaşlarından sağlam həyat tərzinə uyğun vərdişlərin
formalaşması çox vacibdir. Bu baxımdan təbii sərvətlərdən
düzgün istifadə qaydalarının öyrədilməsi
gənclərin sağlam ruhlu, sağlam düşüncəli,
bir sözlə fiziki və mənəvi cəhətdən
sağlam bir vətəndaş kimi tərbiyə edilməsinə
kömək edir.
Sonra diskussiyalarla iştirak
edən gənclər qeyd etdilər sağlam həyat tərzinə
maraq oyadılması gəncləri zərərli vərdişlərdən
çəkindirərək asudə vaxtlarını səmərəli
keçirməyə həvəsləndirir. Vurğuladılar
ki, gənclərin sağlam həyat tərzinin
formalaşmasında bu istiqamətdə olan tədbirlərin əhəmiyyəti
nəzərə alınmalıdır.
Diskussiya şəklində
davam edən təlimlərdə bir daha qeyd olunur ki, ölkəmizin
uğurları davamlıdır və bunun şərtləndirən
əsas amil düşünülmüş və məqsədyönlü
siyasətdir. Gənclər bu siyasətə dəstəklərini
biliklərini artırmaq, təcrübələrini təkmilləşdirmək
və müxtəlif sahələrdə tətbiq etməklə
təsdiqləməyə çalışırlar.
Günün ikinci
yarısında gənclərin regiona səfəri oldu. Səfər
çərçivəsində təşkil olunmuş gəzintidə
gənclər regionun maraqlı yerləri ilə tanış
oldular.
Ceyhun Piriyev
İki sahil.- 2014.- 11 iyul.- S.12-13.